Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-158/2022 23.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Qəhrəman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Gəncə şəhəri, Ozan küçəsi, 3-cü dalan, ev 4-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül dərəcəli xəsarət yetirmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Gəncə şəhəri, Ozan küçəsi, 3cü dalan, ev 4-də yaşayan Zərərçəkmiş şəxs ilə övladı Təqsirləndirilən şəxs yaşadıqları evdə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs əl zərbəsi ilə Zərərçəkmiş şəxs boyun, üz, sifət və burun nahiyyəsindən vuraraq boyun nahiyyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin ediməyən xəsarət və burun sümüyününün açıq yerdəyişmədən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmədə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətdiyini etiraf edərək, əməlindən peşman olduğunu bildirmişdir. O, anası Zərərçəkmiş şəxs ilə aralarında əvvəl heç bir mübahisə və ya dava olmadığını, münasibətlərinin yaxşı olduğunu, hal-hazırda övladları, həyat yoldaşı və ata anası ilə birlikdə eyni ünvandakı evdə yaşadıqlarını, bəzi vaxtlarda arvadı Mehriban ilə anası Lətifənin arasında anlaşılmazlıqlar olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında evə gələn zaman anası və arvadı arasında mübahisə yarandığını görmüş, onları sakitləşməyə dəvət etməsinə baxmayaraq, anasının sakitləşmək əvəzinə onunla dava edərək nalayiq ifadələr işlətməsini qəbul etməyərək özündən çıxmış anasını üz nahiyəsindən arxaya itələmiş və üzünü çevirib getdiyi üçün heç nə olmadığını fikirləşdiyini bildirmişdir. Zərərçəkmiş şəxs üzr istəmiş, hazırda onunla barışmışdır. Məhkəməyə yazılı ərizə verərək, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə almağı və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, Vüqar onun övladıdır. Hal-hazırda Vüqarın övladları, arvadı Mehriban və öz həyat yoldaşı Bahadurla ilə birlikdə eyni ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 15-16 radələrində Vüqarla arasında yaranmış mübahisə zamanı yataq otağının qarşısında olduqlarını, Vüqarın əl zərbəsi ilə onun üz nahiyyəsinə zərbə endirdiyini və burnundan qan gəldiyini bildirmiş, sonra oğlu Təqsirləndirilən şəxs ondan üzr istədiyini, hazırda onların barışdıqlarını bildirmişdir. O, məhkəməyə yazılı ərizə verərərək, oğlu Vüqarla barışdıqlarını nəzərə almaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi izahatında bildirmişdir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzr istəmiş, onunla barışmışdır. Göstərilən xüsusatları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizası barədə 17 iyul 2022-ci il tarixli, 1206 saylı ekspert aktından görünür ki, 1951-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər burun sümüyünün açıq yerdəyişməyən sınığı, boyun nahiyyəsinin sıyrığı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti şəxsin göstərdiyi xx.xx.2022-ci il tarixə uyğundur, sağlamlığa yüngül zərər vurmaya aid edilir, boyun nahiyyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Məhkəmə işdəki sübutları araşdırıb, əməli törətmiş şəxsi, zərərçəkmiş şəxsi və əməli törətmiş şəxsin müdafiəçisini, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir, o, həmin əməli törətməkdə təqsirlidir, lakin əməli törədən şəxslə zərərçəkmiş şəxsin barışmaları nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 346.1.8 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protest verilə bilər. Hakim : Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-158/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-158/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver