Məhkəmə qərarları › İş №1(125)-158/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-158/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-158/2025 16.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il saat 06 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin içərisində yerləşən saxlanc yeri hesab edilən ticarət obyektinin qarşısına gələrək üzərində olan vintaçanla obyektin arxa giriş qapısının kilidini açıb qanunsuz olaraq içəri daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus 1 cütünün dəyəri 3 manat olan 10 cüt 30 manat dəyərində “Zirek” markalı kişi corablarını, 1 cütünün dəyəri 3 manat olan 10 cüt 30 manat olan “Laləli” markalı kişi corablarını, 1 cütünün dəyəri 3 manat olan 10 cüt 30 manat dəyərində “Öztürk” markalı kişi corablarını, 1 cütünün dəyəri 3 manat olan 10 cüt 30 manat dəyərində "Beihaomp” markalı kişi corablarını, 1 cütünün dəyəri 3,50 manat olan 10 cüt 35 manat dəyərində “Erhan” markalı kişi corablarını, 1 qutusunun dəyəri 12 manat olan 3 qutu 36 manat dəyərində “Power” markalı nazik kişi corablarını, 1 cütünün dəyəri 5 manat olan 8 cüt 40 manat dəyərində “Design” markalı yun materialdan olan anqolka qadın corablarını, 1 ədədinin dəyəri 25 manat olan 4 ədəd 100 manat dəyərində “Cemaloğlu” markalı qadın üçün kombinasiyaları, 1 ədədinin dəyəri 5 manat olan 16 ədəd 80 manat dəyərində “Cemaloğlu” markalı qadın alt paltarlarını, 1 ədədinin dəyəri 5 manat olan 10 ədəd 50 manat dəyərində “Ekol” markalı uşaq papaqlarını, 1 ədədinin dəyəri 5 manat olan 6 ədəd 30 manat dəyərində “Cemaloğlu” markalı qadın maykalarını, 1 qutusunun dəyəri 6 manat olan 3 qutu 18 manat dəyərində “Kosmodol” markalı qadın kolqotkalarını, 1 ədədinin dəyəri 7 manat olan 8 ədəd 56 manat dəyərində “Nike” markalı kişi üçün manjet şalvarlarını, 1 ədədinin dəyəri 5 manat olan 10 ədəd 50 manat dəyərində “Cemaloğlu" markalı kişi alt paltarlarını, 1 ədədinin dəyəri 10 manat olan 15 ədəd 150 manat dəyərində “Lastreen" markalı kişi papaqlarını, 1 ədədinin dəyəri 5 manat olan 6 ədəd 30 manat dəyərində “Guansual” markalı qoca qadın maykalarını, 1 ədədinin dəyəri 5 manat olan 30 ədəd 150 manat dəyərində “Margo” markalı qadın alt paltarlarını, 1 ədədinin dəyəri 12 manat olan 6 ədəd 72 manat dəyərində içi tüklü olan qadın retuzlarını, 1 ədədinin dəyəri 6 manat olan 8 ədəd 48 manat dəyərində “Özfren” markalı qadın kolqotkolarını, 1 ədədinin dəyəri 5 manat olan 10 ədəd 50 manat dəyərində “Doremi” markalı uzun ölçüdə qadın alt paltarlarını, 1 ədədinin dəyəri 6 manat olan 6 ədəd 36 manat dəyərində “Eto” markalı dizlikləri, 1 ədədinin dəyəri 12 manat olan 18 ədəd 216 manat dəyərində “Margo” markalı qadın üçün kombinasiyaları, 1 ədədinin dəyəri 16 manat olan 3 ədəd 48 manat dəyərində “Boxer” markalı koftaları, 1 ədədinin dəyəri 15 manat olan 2 ədəd 30 manat dəyərində “Calida”markalı kişi pijamalarını, 1 ədədinin dəyəri 10 manat olan 1 ədəd 10 manat dəyərində “Maoge” markalı qadın koftasını, 1 ədədinin dəyəri 15 manat olan 7 ədəd 105 manat dəyərində “Bama” markalı kişi pijamalarını, 1 cütünün dəyəri 3 manat olan 20 cüt 60 manat dəyərində “Calze” markalı pambıq materialdan olan qadın corablarını, 1 ədədinin dəyəri 5 manat olan 6 ədəd 30 manat dəyərində “Öztaş” markalı qadın üçün uzun ölçüdə alt paltarlarını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 1650 (min altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il saat 03 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin içərisində yerləşən saxlanc yeri hesab edilən ticarət obyektinin qarşısına gələrək üzərində olan vintaçanla obyektin arxa giriş qapısının kilidini açıb qanunsuz olaraq içəri daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus 1 ədədinin dəyəri 25 manat olan 7 ədəd 175 manat dəyərində Çin Xalq Respublikası istehsallı qara rəngli uzunqol koftaları,1 ədədinin dəyəri 25 manat olan 4 ədəd 100 manat dəyərində Çin Xalq Respublikası istehsallı sarı rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 2 ədəd 50 manat dəyərində Çin Xalq Respublikası istehsallı göy rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 2 ədəd 50 manat dəyərində Çin Xalq Respublikası istehsallı tünd göy rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 1 ədəd 25 manat dəyərində Çin Xalq Respublikası istehsallı boz rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 6 ədəd 150 manat dəyərində Çin Xalq Respublikası istehsallı açıq sarı rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 3 ədəd 75 manat dəyərində Türkiyə Respublikası istehsallı “Özgün” markalı qəhvəyi rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 2 ədəd 50 manat dəyərində Türkiyə Respublikası istehsallı “Özgün” markalı sarı rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 1 ədəd 25 manat dəyərində Türkiyə Respublikası istehsallı “Özgün” markalı göy rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 1 ədəd 25 manat dəyərində Türkiyə Respublikası istehsallı “Özgün” markalı qara rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 3 ədəd 75 manat dəyərində Türkiyə Respublikası istehsallı “Bay Triko” markalı qara rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 1 ədəd 25 manat dəyərində Türkiyə Respublikası istehsallı “İstan Wool” markalı göy rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 1 ədəd 25 manat dəyərində Türkiyə Respublikası istehsallı “Cihan Eybeyli” markalı qırmızı rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 2 ədəd 50 manat dəyərində Türkiyə Respublikası istehsallı “Hipos” markalı qırmızı rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 2 ədəd 50 manat dəyərində Türkiyə Respublikası istehsallı “Hipo”s” markalı göy rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 2 ədəd 50 manat dəyərində Türkiyə Respublikası istehsallı “Konko” markalı boz rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 2 ədəd 50 manat dəyərində Türkiyə Respublikası istehsallı “Surf” markalı göy rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 2 ədəd 50 manat dəyərində Türkiyə Respublikası istehsallı “Surf” markalı ağ rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 2 ədəd 50 manat dəyərində Türkiyə Respublikası istehsallı “Surf” markalı qara rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 1 ədəd 25 manat dəyərində Türkiyə Respublikası istehsallı “Mitat Triko” markalı zoğalı rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 25 manat olan 1 ədəd 25 manat dəyərində Türkiyə Respublikası istehsallı “Expand Group” markalı boz rəngli uzunqol koftaları, 1 ədədinin dəyəri 20 manat olan 3 ədəd 60 manat dəyərində Türkiyə Respublikası istehsallı “Rimers” markalı qəhvəyi rəngli zolaqlı yun materialdan olan köynəkləri, 1 ədədinin dəyəri 20 manat olan 2 ədəd 40 manat dəyərində Türkiyə Respublikası istehsallı “Rimers” markalı göy rəngli zolaqlı yun materialdan olan köynəkləri, 1 ədədinin dəyəri 30 manat olan 11 ədəd 330 manat dəyərində Çin Xalq Respublikası istehsallı “Climantan” markalı tünd göy rəngli zolaqlı şalvarları, 1 ədədinin dəyəri 30 manat olan 3 ədəd 90 manat dəyərində Çin Xalq Respublikası istehsallı “Climantan” markalı qara rəngli zolaqlı şalvarları, 1 ədədinin dəyəri 35 manat olan 3 ədəd 105 manat dəyərində Çin Xalq Respublikası istehsallı “Schneider” markalı qara rəngli yun şalvarları, 1 ədədinin dəyəri 35 manat olan 4 ədəd 140 manat dəyərində Çin Xalq Respublikası istehsallı “Schneider” markalı tünd göy rəngli yun şalvarları, 1 ədədinin dəyəri 30 manat olan 3 ədəd 90 manat dəyərində Çin Xalq Respublikası istehsallı “Paikesi” markalı qara rəngli şalvarları, 1 ədədinin dəyəri 30 manat olan 3 ədəd 90 manat dəyərində Çin Xalq Respublikası istehsallı “Paikesi” markalı tünd göy rəngli şalvarları, 1 ədədinin dəyəri 35 manat olan 5 ədəd 175 manat dəyərində Çin Xalq Respublikası istehsallı “Zilli” markalı tünd göy rəngli şalvarları və 1 ədədinin dəyəri 35 manat olan 3 ədəd 105 manat dəyərində Çin Xalq Respublikası istehsallı “BDKG” markalı qara rəngli şalvarları üç ədəd sellofon torbalara yığıb obyektdən çıxardıb bir müddət həmin sellofon torbalardakı geyim əşyalarını daşıyıb yarmarkadan çölə çıxartmaq istəyən zaman iradəsindən asılı olmayan səbəblərə görə, yəni həmin yarmarkanın mühafizə rəisi Şahid onu gördüyü üçün həmin əşyaları orada qoyub gizlənərək zərərçəkmiş şəxsin 2425 (iki min dörd yüz iyirmi beş) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bildiyini qeyd etmiş və ibtidai isitintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Odur ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə zalında elan edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, anası X2 ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmirmiş, Gəncə şəhərində müxtəlif restoranlarda kababçı işləyərək özünü dolandırırmış. Əvvəllər Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən yarmarkada kababçı işləmişdir. Maddi imkanı aşağı olduğu üçün oğurluq etməyə qərar vermiş və bundan ötrü həmin küçədə yerləşən “Nəhəng Daş” ticarət mərkəzinə gəlmişdir. Bunun üçün üzərində vintaçanda götürmüşdür. Əvvəllər orada kababçı işlədiyi üçün ticarət mərkəzindəki giriş-çıxış yerlərini tanıyırmış. 24 mart 2024-cü il tarixdə saat təxminən 06 radələrində ticarət mərkəzinə gələrək bir müddət yarmarkanı gəzmiş və heçkəsin orada olmadığına əmin olduqdan sonra orada yerləşən dəmir qoruyucusu olmayan obyektin arxa giriş qapısını vintaçanla açmışdır. Bundan sonra obyektin içərisinə daxil olmuş və oradan üç ədəd sellofon torbada olan geyim əşyalarını oğurlamışdır. Oğurladığı həmin əşyaları Gəncə şəhərində satmaqdan ehtiyat elədiyi üçün, əşyaları həmin günü Bakı şəhərinə aparmış və “20 Yanvar" metrosunun yaxınlığında tanımadığı şəxslərə satmışdır. Oğurladığı əşyaları sataraq ümumilikdə təxminən 300 manat pul əldə etmiş və həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixdə axşam saat 22:00 radələrində yaşadığı evdə spirtli içki qəbul etmiş, yenidən araq almaq istəyirmiş, lakin pulu yox imiş. Bundan sonra oğurluq etmək qərarına gələrək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinə gəlmiş və üzərində vintaçanda götürmüşdür. Əvvəllər orada işlədiyi üçün yarmarkanı tanıyırmış. Təxminən artıq həmin vaxt xx.xx.2024-cü il saat 03 radələri imiş. Bir müddət yarmarkanı gəzmiş və heçkəsin orada olmadığına əmin olduqdan sonra orada yerləşən obyektin arxa giriş qapısını vintaçanla açmış, bundan sonra obyektin içərisinə daxil olmuşdur. Obyektin içərisində kağız qutularda koftalar, köynəklər və şalvarlar var imiş, birinci o, içərisində şalvarlar olan ağ torbanı, daha sonra iki ədəd içərisində koftalar və köynəklər olan qara rəngli sellofon torbaları obyektin çölünə qoymuş, sonra içərisində şalvarlar olan ağ torbanı yarmarkanın giriş qapısının yanına qoymuş, daha sonra isə qayıdıb içərisində koftalar və köynəklər olan iki ədəd qara rəngli sellofon torbaları götürüb yarmarkanın çölünə çıxardan zaman səs eşitmişdir. Bundan sonra həmin sellofonları kənara qoyub yarmarkada yerləşən qapısı açıq olan obyektin içərisində gizlənmişdir. Bu zaman yarmarkanın mühafizəçisi fənəri yandırmış və onu görmüşdür. Daha sonra oraya polis əməkdaşları gəlmiş, içkili olduğu üçün onu Gəncə şəhər narkoloji dispanserə aparmışlar, orada içkili olduğu müəyyən olunmuşdur. Məhkəmə istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs bazarda yerləşən yeməkxananı işlətdiyini və onu tanıdığını bildirmişdir. Hadisə günü yəni xx.xx.2024-cü il tarixdə gecə saat təxminən 05:00 radələrində bazarın gözətçisi Şahid zəng edərək obyektin yanında geyim əşyaları olan torbaların tapıldığını və təcili bazara gəlib həmin əşyalara baxmasını bildirmişdir. O, bazara gedib oğurlanan malların özünə məxsus olduğunu görmüş və bununla bağlı şikayət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2115 manat ziyan dəymişdir. O, təqsirləndirilən şəxslə hazırda barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, hadisə 24 mart 2024-cü il tarixdə baş vermiş, anası oğurluq edənin kim olduğunu bilmədiyindən heç kimə deməmişdir. Bazarda aprel ayında yenidən belə bir hadisə baş verdikdə polisə şikayət etmiş və polisin sayəsində həmin şəxs tapılmışdır. Bundan sonra anasının həmin şəxsi tanıdığını, onun bazardakı yeməkxanada kababçı işləyən Təqsirləndirilən şəxs olduğu bəlli olmuşdur. İfadəsinin sonunda dəymiş zərərin ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Şahid məhkəmə iclasında dindirilməsinə zərurət olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı bildirmişdir ki, rəsmi olaraq 2008-ci ildən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzində mühafizəçi işləyir. 18 aprel 2024-cü il tarixdə saat 03 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin içərisində gəzən zaman qapısı açıq obyektlərinin birinin içərisindən səs eşitmiş, əl fənərini yandıraraq obyektə yaxınlaşmış və orada əvvəllər ticarət mərkəzində kababçı işləyən Rəşad Nurəddin oğlunun gizləndiyini görmüşdür. Onun yanında torbalar olduğundan onun ticarət mərkəzindən oğurluq etdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin ticarət mərkəzində geyim satan Zərərçəkmiş şəxs2 əşyalarını oğurlamışdır. Bu zaman baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermiş və Təqsirləndirilən şəxs harasa getməsinə icazə verməmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs polis İdarəsinə aparmış, daha sonra hadisə yerinə baxış keçirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 26 iyul 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (cild l, i.v.1); - 26 iyul 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin içərisində baş vermişdir.(cild l, i.v. 13-18); - “cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi CM-nin 29,177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilərək cinayət işi CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinə tövsif edilmişdir (cild l, i.v. 29-30); - 18 aprel 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (cild l, i.v.33); - 18 aprel 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin içərisində yerləşən “Beyoğlu” obyektində baş vermişdir. (cild l, i.v. 41-73); - 18 aprel 2024-cü il tarixli, 1173/2024 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidik analizində qalıq əlaməti qeyd edilmişdir. (cild l, i.v. 74); - 18 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətnəkdə şübhəli bilindiyi üçün həmin gün saat 18:00 radələrində tutulmuşdur. (cild l, i.v. 106); - 19 aprel 2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini yerində göstərə biləcəyini bildirərək, Gəncə şəhər BPİ-nin MSY-dən əvvəlcə Gəncə şəhəri, yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Nəhəng Daş” Ticarət Mərkəzində yerləşən “Beyoğlu” adlı ticarət obyektinin qarşısına gedilmiş və obyektin ağ rəngli qapısını göstərərək xx.xx.2024-cü il tarixdə saat 03 radələrində qapının kilidini vintaçanla açaraq içəri daxil olduğunu və oradan içərisində şalvarlar olan ağ torbanı, içərisində koftalar və köynəklər olan iki ədəd qara rəngli torbaları obyektin çölünə qoyduğunu, sonra içərisində şalvarlar olan ağ torbanı yarmarkanın giriş qapısının yanına qoyduğunu, daha sonra qayıdıb içərisində koftalar və köynəklər olan iki ədəd qara rəngli sellofon torbaları götürüb yarmarkanın çölünə çıxardan zaman səs eşitdiyini, sonra həmin selofanları kənara qoyub qapısı açıq olan obyektin içərisində gizləndiyini, mühafizəçinin fənəri yandıraraq onu gördüyünü və polis əməkdaşlarının onun saxladığı yeri əli ilə göstərmişdir. (cild l, i.v. 117-121); - 20 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild l, i.v. 122); - 20 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilmişdir. (cild l, i.v. 130-132); - 20 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir (cild l, i.v.141-144); - 20 yanvar 2024-cü il tarixli, 2901 saylı Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda yoxdur (cild l, i.v.150); - 20 aprel 2024-cü il tarixli, 3368 saylı Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışda göstərilmişdir ki, İsmayılov X1 dispanserdə qeydiyyatda yoxdur (cild l, i.v.151); - 26 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (cild l, i.v.159); - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(042)-13/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (cild l, i.v.171-179); - 01 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (cild l, i.v.184- 186); - 26 iyul 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild l, i.v.189-191); - 05 avqust 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə olan cinayət işi üzrə icraat dayandırılmışdır (cild l, i.v. 195); - 30 oktyabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, axtarışa verilmiş Təqsirləndirilən şəxs yeri müəyyən edilərək Gəncə şəhər BPİnin 3-cü PB-nə gətirilmişdir(cild l, i.v. 201); - 30 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild l, i.v.202); - 30 oktyabr 2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyi üçün həmin gün saat 00:30-da tutulmuşdur (cild l, i.v.212); - 30 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona həmin maddələr ilə ittiham elan olunmuşdur (cild l, i.v. 213-215); - 30 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilmişdir. (cild l, i.v. 222-225); - 30 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini yerində göstərə biləcəyini bildirərək, Gəncə şəhər BPİ-nin MSY-dən əvvəlcə Gəncə şəhəri, yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Nəhəng Daş” Ticarət Mərkəzində yerləşən “Beyoğlu” adlı ticarət obyektinin qarşısına gedilmiş və obyektin plastik qapısını göstərərək xx.xx.2024-cü il tarixdə saat 06 radələrində qapının kilidini vintaçanla açaraq içəri daxil olduğunu və oradan üç ədəd sellofon torbada olan geyim əşyalarını oğurladığı yeri əli ilə göstərmişdir. (cild l, i.v. 226- 230); - Gəncə Şəhər Məhkəməsinin 4(125)-345/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 yanvar 2025-ci il tarixə kimi “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. (cild l, i.v. 243-247); - Gəncə Şəhər Məhkəməsinin 4(125)-15/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 19 mart 2025-ci il tarixə kimi uzadılmışdır (cild ll, i.v. 22-30); - Gəncə Şəhər Məhkəməsinin 4(125)-134/2025 saylı, 18 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 19 may 2025-ci il tarixə kimi uzadılmışdır (cild ll, i.v. 59-62); - ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. (cild ll i.v. 66); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2025-ci il tarixli, 9/1472 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 57 adda malların fotoşəkillərə əsasən 2024-cü ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3538 manat müəyyən edilir. Qərarda qeyd edilən digər iki adda malların sayı barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirilmə aparmaq mümkün olmamışdır (cild ll i.v. 67-70); - 25 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat və şikayət daxil olmamışdır. (cild ll i.v. 102); - 22 aprel 2025-ci il tarixli Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş və hazırda təqsirləndirilən şəxs R.İmayılovla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. (cild ll i.v. 109); - 25 aprel 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 7 ədəd qara rəngli uzunqol koftalar, 4 ədəd sarı rəngli uzunqol koftalar, 2 ədəd göy rəngli uzunqol koftalar, 2 ədəd tünd göy rəngli uzunqol koftalar, 1 ədəd boz rəngli uzunqol koftalar, 6 ədəd açıq sarı rəngli uzunqol koftalar, 3 ədəd “Özgün” markalı qəhvəyi rəngli uzunqol koftalar, 2 ədəd “Özgün” markalı sarı rəngli uzunqol koftalar, 1 ədəd Özgün” markalı göy rəngli uzunqol koftalar, 1 ədəd “Özgün” markalı qara rəngli uzunqol koftalar, 3 ədəd “Bay Triko” markalı qara rəngli uzunqol koftalar, 1 ədəd “İstan Wool” markalı göy rəngli uzunqol koftalar, 1 ədəd “Cihan Eybeyli” markalı qırmızı rəngli uzunqol koftalar, 2 ədəd “Hipos” markalı qırmızı rəngli uzunqol koftalar, 2 ədəd “Hipo”s” markalı göy rəngli uzunqol koftalar, 2 ədəd “Konko” markalı boz rəngli uzunqol koftalar, 2 ədəd “Surf” markalı göy rəngli uzunqol koftalar, 2 ədəd “Surf” markalı ağ rəngli uzunqol koftalar, 2 ədəd Surf” markalı qara rəngli uzunqol koftalar, 1 ədəd “Mitat Triko” markalı zoğalı rəngli uzunqol koftalar, 1 ədəd “Expand Group” markalı boz rəngli uzunqol koftalar, 3 ədəd “Rimers” markalı qəhvəyi rəngli zolaqlı yun materialdan olan köynəklər, 2 ədəd “Rimers” markalı göy rəngli zolaqlı yun materialdan olan köynəklər, 11 ədəd “Climantan” markalı tünd göy rəngli zolaqlı şalvarlar, 3 ədəd “Climantan” markalı qara rəngli zolaqlı şalvarlar, 3 ədəd “Schneider” markalı qara rəngli yun şalvarlar, 4 ədəd “Schneider” markalı tünd göy rəngli yun şalvarlar, 3 ədəd “Paikesi” markalı qara rəngli şalvarlar, 3 ədəd “Paikesi” markalı tünd göy rəngli şalvarlar, 5 ədəd “Zilli” markalı tünd göy rəngli şalvarlar və 3 ədəd “BDKG” markalı qara rəngli şalvarlar, həmçinin təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, ifadələrin yerində yoxlama protokolu, ekpertiza rəyi və digər istintaq hərəkəti protokollar, iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır (cild ll i.v. 110-132); - Gəncə Şəhər Məhkəməsinin 4(125)-242/2025 saylı, 14 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş,ev dustaqlığı qətimkan tədbirinin son müddəti 19 may 2025-ci il tarixədək müəyyən edilmişdir. -17 may 2025-ci il tarixli ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsinə dair qərardan görünür ki, CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - 03 iyun 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, onlara dəymiş maddi ziyan tam olaraq ödənilmişdır, R.İmayılovla barışmışlar, odur ki, onun barəsində cəza təyin olunmamasını xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş ziyanın tam şəkildə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmiş, 30 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 31 oktyabr 2024-cü il tarixdə isə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 14 may 2025-ci il tarixdə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək son müddəti 19 may 2025-ci tarixədək müəyən edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 330 manat pul köçürülməlidir. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı–“XalqBank” Gəncə filialı Kod:504023,VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün və həbsdə olduğu 06 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 32 saat hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar