Məhkəmə qərarları › İş №1(125)-159/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-159/2025

28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-159/2025 28.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə Regional vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Kəlbəcər rayonu, Qılınclı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Tovuz rayon Məhkəməsinin 1(062)-59/2024 saylı, xx.xx.2024-cü hökmü ilə 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, Şahid3 ilə qabaqcadan əlbir olub qrup halında tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə Şəmkir rayonu, Qaracəmilli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə danışıb sonuncunun anası Şahid1 onkoloji xəstə olduğu üçün 5500 manat pul müqabilində əlillik təqaüdü düzəldəcəyini yalandan vəd edib inandırmaqla ilk öncə vahid niyyətlə 20 iyul 2022-ci il tarixdə Abşeron rayonunda milli ödəmə terminalı vasitəsilə “4169 7385 1104 5084” nömrəli Kapital banka məxsus kart hesabına 2000 manat pulu, xx.xx.2022-ci il tarixdə Şəmkir rayonunda “4169 7385 1104 5084” nömrəli Kapital banka məxsus kart hesabına 750 manat pulu, xx.xx.2022-ci il tarixdə Şəmkir rayonunda milli ödəmə terminalı vasitəsilə “4169 7385 1104 5084” nömrəli Kapital banka məxsus kart hesabına 300 manat pulu, xx.xx.2022-ci il tarixdə Şəmkir rayonunda milli ödəmə terminalı vasitəsilə “4169 7385 1104 5084” nömrəli Kapital banka məxsus kart hesabına 450 manat pulu göndərtməklə həmin pulları ələ keçirtmiş, daha sonra isə 2022-ci ilin sentyabr ayında günü və saatı istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu üç yol deyilən dairənin yaxınlığında 1000 manat pulu Zərərçəkmiş şəxs almış, sonuncu dəfə isə 2022-ci ilin oktyabr ayında günü və saatı istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Şah sarayı Şadlıq sarayının yaxınlığında sonuncunun 1000 manat pulunu ələ keçirərək ona qarşı ümumilikdə 5500 manat məbləğdə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, digər istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, həmin vaxt onun Sumqayıt şəhərində cinayət işi olduğundan Vüsaldan borc pul istəmiş o, isə qohumlarında olduğunu bildirmişdir. Xəyal və Tutu xanımdan 3450 manat pulu borc olaraq istəmişdir. Həmin puldan 1300 manatını Vüsala qaytarmış, lakin həbsdə olduğu üçün ödəniş qəbzini təqdim edə bilməmişdir. Şahid3ı taksi sürücüsü kimi, zərərçəkmiş şəxsi isə Vüsalın vasitəsi ilə tanıdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ifadəsində Təqsirləndirilən şəxs qohumu Vüsal vasitəsilə tanıdığını, anası Tutunun onkoloji xəstə olmasını və onu tez-tez müalicəsini davam etdirmək üçün Bakı şəhərinə apardığını bildirmişdir. Belə ki, o, 2022-ci ilin iyul ayının əvvələrində anası Tutu ilə birlikdə Bakı şəhərinə müalicə üçün getmiş və qohumu Vüsalın evində qalmışlar. Həmin vaxt söhbət əsnasında Vüsal anasının xəstəliyi iə bağlı pensiya düzəltmək istəyindən xəbərdar olduğunu və tanışının olduğunu bildirmişdir. Buna görə də Vüsal Bakı şəhərində sonradan adını bildiyi Aynurə ilə danışmış və onu Bakı şəhəri, 20 yanvar metro stansiyasına dəvət etmişdir. Aynurə ilə görüşən zaman Vüsalın avtomobilinin içərisində onunla söhbət etmiş və o, anasının sənədlərinə baxdıqdan sonra bu işi əvvəlcə 6000 manata sonra isə Vüsalın xətrinə işi 5500 manata düzəldəcəyini bildirmişdir. Aynurənin kart hesabına Milli ödəmə terminalı vasitəsi ilə 2000 manat, bundan sonra Şəmkir rayonunda olarkən həmin kart hesabına 750 manat, daha sonra 300 manat və 450 manat pulu köçürmüşdür. Daha sonra 2022-ci ilin sentyabr ayında Şəmkir rayonunun üç yol deyilən dairənin yaxınlığında 1000 manat pulu Aynurəyə vermiş və həmin vaxt yanında heç kəs olmamışdır. Sonuncu dəfə isə 2022-ci ilin oktyabr ayında Gəncə şəhəri, Şah Sarayı şadlıq sarayın yaxınlığında Aynurə ilə görüşmüş və 1000 manat pul vermişdir. Verilən pullardan Aynurə heç bir məbləğ qaytarmamışdır. Məhkəmə iclasında Şahid1 Peçaro qızı ifadəsində göstərmişdir ki, ankoloji xəstə olduğu üçün əlillik təqaüdü almaq istəyirdi. Vüsalın evində qalarkən söhbət əsnasında xəstəliyi ilə bağlı əlillik təqaüdü almaq istəyini bildirdikdə o, Aynurə adlı tanışının olduğunu və təqaüd düzəldə bildiyini bildirmişdir. Bundan sonra ona inanaraq Xəyal və Vüsal ilə birgə 20 Yanvar metrosuna getmiş və Aynurə ilə görüşmüşlər. O, təqaüd düzəldə biləcəyini və ona 6000 manat məbləğdə pul ödəməli olduqlarını bildirmişdir. Onunla razılaşaraq oğlu Xəyalın Milli ödəmə terminalı vasitəsi ilə 2000 manat, 750 manat, 300 manat və 450 manat pulu Aynurənin kart hesabına köçürdüyünü və 2 dəfə hər dəfəsində 1000 manat olmaqla pulu ona əlbə-əl verdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tanımır, sadəcə onunla Gəncə şəhərində bir dəfə görüşmüş, arvadı Şahid1 onkoloji xəstə olduğundan arvadı Tutu oğlu Xəyal ilə birlikdə Bakı şəhərinə müalicə üçün getmiş və həmin vaxt orada qohumu Vüsalın evində qalmışdılar. Vüsal onlara əlillik təqaüdü düzəldə biləcək adam tanıdığını bildirmiş və bundan sonra Aynurə ilə görüşmüşlər. Aynurə oğlu Xəyala sənədlərin heç bir işə yaramadığını və bütün sənədləri özü yığacağını bildirmişdir. Aynurənin oğlu Xəyaldan hissə-hissə pullar aldığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 məhkəmə iclasında iştirak etməməsi səbəbindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, hal-hazırda rəsmi olaraq “Premum” klinikasında mühafizənin rəisi işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri yaxşı olmuşdur, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Bildirmişdir ki, 2022-ci ilin iyul ayında qohumları Tutu və Tutunun oğlu Xəyal Bakı şəhərinə gəlmişdirlər. Həmin vaxt onlar Bakı şəhərində evləri olmadığı üçün və Tutu arvadının əmisi qızı olduğu üçün 2 gün onun evində qonaq qalmışdılar. Onlar sonuncunun evində qaldıqları vaxtda söhbət əsnasında Tutu ona bildirmişdir ki, onkoloji xəstə olduğu üçün özünə əlillik təqaüdü düzəltməyə adam axtarır. Həmin vaxt o, heç bir marağı olmadan Tutuya və oğlu Xəyala bildirmişdir ki, onun tanıdığı bir nəfər Aynurə adlı qadın var, o sosialda işləyir, pensiya düzəldə bilir. Bildirmişdir ki, Aynurə onunla danışanda özünü Əmək və Əhalinin Sosial Müfadiə Nazirliyində çalışan şəxs kimi təqdim etmişdir. Bundan sonra onlarda sonuncudan xahiş etmişdirlər ki, Aynurə ilə danışsın, onları Aynurə ilə görüşdürsün. O da onlarla razılaşmışdır. Bundan sonra Aynurə ilə əlaqə saxlamış və bildirmişdir ki, arvadının əmisi qızı xəstəliyi ilə bağlı pensiya düzəltmək istəyir. Aynurə isə ona bildirmişdir ki, telefonda belə söhbətlər etmə, gəl üzbəüz görüşüb söhbət edək. Bundan sonra 2022-ci ilin iyul ayında gününü dəqiq xatırlamadığı tarixdə Tutu və Xəyalla birlikdə Bakı şəhərində 20 yanvar metrosunun yaxınlığına getmişdirlər. Həmin vaxt oraya onun avtomobiliylə getmişdilər. Onlar Aynurə ilə görüşən zaman Aynurə idarə etdiyi avtomobildə onun sağ tərəfində əyləşmiş, Tutu ilə Xəyal isə arxada əyləşmişdilər. Onlar bir-biri ilə razılaşmış, lakin nə qədər pula razılaşdıqlarını dəqiq xatırlamır. Həmin vaxt Aynurə Tutunun sənədlərinə baxmış və ona sənədlərin boş şey olduğunu və yenidən özü düzəldəcəyini bildirmişdir. Bundan sonra onlar öz aralarında razılaşmışdırlar. Həmin vaxt Aynurə Xəyalın nömrəsini ondan götürmüşdür. Daha sonra Aynurəni aparıb Şuşa qəsəbəsinin yaxınlığına düşürtdmüşdür. Bundan sonra o, Tutu və Xəyalı öz evinə düşürtmüş və daha sonra öz işinin arxasınca getmişdir. Bir gün sonra Xəyalla Aynurə öz aralarında danışdıqdan sonra Xəyal ona bildirmişdir ki, biz Aynurə ilə razılaşmışıq, anası Tutuya əlillik təqaüdü düzəltməklə bağlı onun kartına iki min manat pul göndərməlidir. Bundan sonra onun Xırdalan şəhərində işi olduğu üçün həmin vaxt Xəyal və Tutuya da özüylə götürüb birlikdə Xırdalana getmişdirlər. Xırdalan bazarının yaxınlığında yerləşən Araz marketin qarşısında olan terminalın yanında avtomobili dayandırmışdır. Həmin vaxt Tutu avtomobildə oturmuş, o, isə Xəyalla birlikdə avtomobildən düşüb milli ödəmə terminalına yaxınlaşmışdır. Bundan sonra Xəyal Aynurənin ona yolladığı Kapital banka aid karta 2 min manat yollayacağını bildirmişdir. Həmin vaxt o, Xəyaldan pulu götürmüş və Xəyalın yanında Aynurənin Xəyala verdiyi karta pulu yollamışdır. Bundan sonra Xəyal ilə Aynurə arasında baş verən məsələlərdən onun heç bir xəbəri olmamışdır. Təxminən 5-6 aydan sonra Xəyal ona zəng vuraraq Aynurə ilə görüşərək pul verdiyini bildirmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan danışmış, o, Tutu və X4 əlillik təqaüdü düzəltmək üçün pul almamış, çünki, Aynurəni heç bir marağı olmadan o, Tutu və Xəyalla tanış etmiş, onları tanış etməkdə məqsədi Tutu qohumu olduğu üçün, ona kömək etmək istəməsi, həmçinin Aynurədə onun tanışı olmuş və Aynurə ona guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini bildirmişdir. Buna görə də qohumuna kömək olmaq üçün onları tanış etmiş, həmçinin bildirmişdir ki, Xəyal Aynurəyə onun yanında 2 min manat məbləğdə pulu terminalla anası Tutuya pensiya düzəltməsi üçün göndərmişdir. Hətta həmin pulu terminala o, salmış, lakin digər pulları Xəyal Aynurəyə göndərməsindən və onların görüşmələrindən heç bir xəbəri olmamış, sadəcə sonralar bilmişdir ki, Xəyal Aynurəyə yenə həmin təqaüd düzəltməsi ilə bağlı pullar göndərmişdir. Həmçinin, Aynurənin guya Xəyala qaytarması üçün 1300 manat pulu ona göndərməsi ilə bağlı dedikləri də yalandır, həqiqəti əks etdirmir. O Aynurəyə Xəyala verməsi üçün heç bir məbləğdə pul göndərməmişdir. Aynurə ilə onun hər hansı bir əlbirliyi, olmamış, sadəcə Tutu qohumu olduğu üçün ona köməklik etmək istəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1) - ödəniş qəbzlərinin ksero surətlərindən görünür ki, 416973******5084 hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 750 manat, xx.xx.2022-ci il tarixdə 450 manat və xx.xx.2022-ci il tarixdə 2000 manat məbləğində pul köçürülmüşdür (i.v. 9); - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmişdir (i.v. 61-72); - Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-638/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin 1(060)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü zərəçəkmiş şəxsin apellyasiya şikayətinə əsasən dəyişdirilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək ona 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (i.v. 73-79); - Tovuz rayon Məhkəməsinin 1(062)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi hazırkı hökm üzrə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (i.v. 80-88); - xx.xx.2024-cü il tarixli cinayətin tövsif edilməsi haqqında qərardan görünür ki, CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 178.2.4cü maddəsinə tövsif edilmişdir (i.v. 108) - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.116); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur.(i.v.117); - xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmişdir.(i.v.122-134, 151-154); - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-10592/2024 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmış Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumatın olmadığı müəyyən edilmişdir.(i.v.139); - xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum adilmiş, xx.xx.2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının qərarı ilə xx.xx.2023-cü il tarixli hökmlə təyin edilmiş 02 il azadlıqdan məhrumetmə cəzası dəyişdirilərək 03 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.(i.v. 142); - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “+99*** *** ** **” saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan “+99450 *** ** ** saylı mobil nömrəsi ilə sms yazışmaların olduğu müşahidə olunmuş, bundan başqa iş üzrə sübut əhəmiyyəti kəsb edəcək heç bir daxil və xaric olan smslər, heç bir daxil və xaric olan telefon zənglər müəyyən edilməmişdir.(i.v. 159); - xx.xx.2024-cü il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, “4169 7385 1104 5084" nömrəli kart hesabı Təqsirləndirilən şəxs məxsusdur. xx.xx.2022-ci il tarixdə həmin kart hesabına 2000 manat, xx.xx.2022-ci il tarixdə 750 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 450 manat məbləğdə pul daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs bank məlumatlarından əldə olunmuş məlumatlardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərlə Təqsirləndirilən şəxs hesabına daxil olan məbləğlər üst-üstə düşmüşdür.(i.v. 182); - xx.xx.2024-cü il tarixli Kəlbəcər rayon icra hakimiyyəti tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həbs olunan tarixə qədər nümayəndəlikdə səmimi, işgüzar və sakit təbiətli insan kimi xarakterizə olunmuşdur.(i.v. 188); - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınmış 28 dekabr 2024-cü il tarixli 3- 17/2-12075/2024 nömrəli məktubuna əsasən ƏƏSMN-nin sistemində Təqsirləndirilən şəxs adlı şəxsin çalışmadığı müəyyən olunmuşdur.(i.v. 198); - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**-**” saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan “+99***-***-**-** saylı mobil nömrəsi ilə mütəmadi zənglərin olduğu müşahidə olunmuş, bundan başqa iş üzrə sübut əhəmiyyəti kəsb edəcək heç bir daxil və xaric olan smslər, heç bir daxil və xaric olan telefon zənglər müəyyən edilməmişdir.(i.v. 221); - xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-10592/2024 nömrəli məktub, DİN-in BDYPİ Gəncə QİTBŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13- 16-3/2-6654/2024 nömrəli məktub, Gəncə şəhər Psixonevroloji və Narkoloji Dispanserdən alınmış arayışlar, “Azərcell Telekom”-dan alınmış 2 (iki) ədəd CD disk, ƏƏSMN-dən alınmış 28 dekabr 2024-cü il tarixli 3-17/2-12075/2024 nömrəli cavab məktubu, zərərçəkmiş şəxs və şahidlərin ifadələri və cinayət işi üzrə toplanmış digər sənədlər və iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi 04 ədəd qəbzlər maddi sübut kimi tanınmışdır (i.v. 222-236); - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. (i.v. 242); - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilmişdir (258-260); “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin pulunu ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Tovuz Rayon Məhkəməsinin 1(062)-59/2024 saylı, xx.xx.2024 tarixli hökmlə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – 27 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Tovuz Rayon Məhkəməsinin 1(062)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin 1(062)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 1(062)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi Rüzigar oğlunun işlədiyi Gəncə şəhəri Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar