Məhkəmə qərarları › İş №1(125)-16/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-16/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-16/2024 07.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda Gəncə şəhər Məhkəməsinin 2(125)-472/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində məcburi müalicə olunan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3- 1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs, 20 noyabr 2022-ci il tarixdə saat 17 radələrində tanışı Nümayəndə məxsus Beynəlxalq banka aid tam kartı Gəncə şəhəri, Nizami prospekti “Keçəllər” adlanan bazarın yaxınnlığında yerləşən çayxanada gizli olaraq oğurlamış və 20 noyabr 2022-ci il tarixdə saat 17:39:40-da 48,30 (qırx səkkiz manat otuz qəpik), 20 noyabr 2022-ci il tarixdə saat 17:40:18-də 48,30 (qırx səkkiz manat otuz qəpik), 20 noyabr 2022-ci il tarixdə saat 17:40:52-də 48,30 (qırx səkkiz manat otuz qəpik), 20 noyabr 2022-ci il tarixdə saat 17:41:18-də 48,30 (qırx səkkiz manat otuz qəpik) pulunu çıxardaraq elektron məlumat daşıyıcılarına daxil olaraq zərərçəkmişə məxsus cəmi 193,20 (yüz doxsan üç manat iyirmi qəpik) manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,175 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında 26 noyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Gəncə şəhər BPİnin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Məhrəsə bağı “Şəms” şadlıq sarayının yaxınlığında saxlanılaraq, Gəncə şəhəri, Eminbəyli küçəsi 141 ünvvannında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli vilvet şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş təmiz çəkisi 0.175 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, şəxsi axtarış və götürmə, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər sübutların məcmusu ilə aşağadakı qaydada tam olaraq təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvlərilə birlikdə Gəncə şəhəri, Məhrəsə bağı ev 16, mənzil 1-də yaşayır. Əvvəllər ara-bir narkotik vasitə olan heroini istifadə etmişdir. 2022-ci ildə dəqiq xatırlamadığı tarixdə Gəncə şəhəri, Məhrəsə bağı “Şəms” şadlıq sarayının yaxınnlığında piyada gedən zaman 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər Baş Polis İdarəsinnin 3-cü Polis Bölməsinə aparmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsində müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən 1 ədəd içərisində siqaret filtirləri olan LD markalı siqaret paketi, 1 ədəd alışqan, 2 manat pul, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və əynində olan göy rəngli vilvet şalvarın sağ yan cibindən isə gümüşü rəngli falqanın içərisində qəhvəyi rəngli, narkotik vasitə “heroin” aşkar olunmuşdur. 1 ədəd gümüşü rəngli falqaya bükülmüş olan kütlə elektron tərəzidə çəkilmişi və ümumi çəkisi 0,47 (sıfir tam qırx yeddi) qram gəlmişdir. Həmin kütlə zərfdə qablaşdırılmış və şəxsi axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Həmin kütləni o Gəncə şəhər Məhrəsə bağı adlanan ərazidə yaşadığı evin yaxınlığından tapmış və şəxsi istifadəsi üçün özü ilə götürmüşdür. Bundan başqa o, mərhum zərərçəkmiş şəxs Nümayəndə tanımışdır. Belə ki, onlar dost olmuş və münasibətləri yaxşı olmuşdur. 20 noyabr 2022-ci il tarixdə axşamçağı o, dostu Beyrəyi Gəncə şəhəri, Nizami prospektində “Keçəllər” adlanan bazarın yanına çağırmış və həmin bazarın yanında Beyrəklə görüşdükdən sonra onlar yaxınlıqda olan çayxanada oturmuş, çay içdikdən sonra Beyrək özünə məxsus mobil telefonun qabının arxasından iki manat pul çıxarıb çayın pulunu verən zaman o telefon qabının arxasında plastik kart olduğunu görmüş və Nümayəndə çayın pulunu verməyə gedən zaman o, Nümayəndə məxsus telefonunun arxasında olan Beynəlxalq banka məxsus plastik kartı götürüb cibinə qoymuş, sonra Beyrək çayın pulunu verib gəlmiş və onlar sağollaşıb ayrılmışdır. Nümayəndə ayrıldıqdan sonra o həmin kartdan Gəncə şəhəri Təbriz küçəsində yerləşən Milli marketdən bir neçə dəfəyə ümumilikdən 200 manat pul çıxarıb şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmiş, həmin günü Beyrək ona zəng edərək kartı onun götürdüyünü soruşanda o Beyrəyə kartı onun götürdüyünü və həmin kartdan ehtiyacı olduğu üçün 200 manat pul çıxardığını, imkanı olan kimi qaytaracağını bildirmişdir. Daha sonra həmin pul valideynləri tərəfindən zərərçəkmiş şəxsə qaytarılmış və o, Beyrəklə barışmışdır. Hazırda narkomaniyadan məcburi müalicə olunmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində bildirmişdir ki, bir neçə il əvvəl mərhum oğlu Nümayəndə yaşadıqları evə gələrək tam kartının oğurlandığını bildirmiş daha sonra onlar bu barədə polisə məlumat vermişlər. Polisin araşdırması ilə oğurluğun İmran adlı şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Sonradan cinayət işi üzrə Təqsirləndirilən şəxs onlara dəymiş zərəri tam ödəmiş və onlar Təqsirləndirilən şəxs ilə barışmışdır.Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2022-ci ilin noyabr ayında Gəncə şəhəri Məhrəsə bağı bina 1, mənzil 16-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri Məhrəsə bağı “ Şəms “ şadlıq sarayının yaxınlığında müəyyən edib həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq özlərini təqdim edib onu təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Gəncə şəhəri BPİ-nin 3-cü Polis Bölməsinə aparmışlar. Bölmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və onun üzərinə baxış keçirməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli vilvet şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli falqada büküm aşkar edilmişdir. Həmin 1 ədəd gümüşü rəngli falqa içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və 0.47 qram gəlmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini bir gün əvvəl yaşadığı evin yaxınlığından yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin yerə yaşadığ evdən gəldiyini, tapdığı gümüşü falqada olan içərisindəki narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə olan bir ədəd gümüşü rəngli falqa zərfə qoyularaq qablaşdırılıb üzəri DİN-in möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında” 26 noyabr 2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş və o, özünü ittiham üzrə təqsirli bilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video çəkilişdən görünür ki, şəxsi axtarış keçirilməmişdən əvvəl baş təhqiqatçı polis mayoru X4 bildirir ki, 26 noyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, Məhrəsə Bağı “ Şəms “ şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 3-cü polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət hesabına müdafiəçi kimi dəvət olunur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli vilvet şalvarın sağ yan cibindən 01 ədəd gümüşü falqada bükülmüş bükümü təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını, həmin bükümü saxlanılmamışdan bir gün əvvəl yəni 25 noyabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını, həmin bükümdən heç kimə satmadığını polis əməkdaşlarına bildirir. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ona məxsus AZE-185822690 nömrəli şəxsiyyət vəsiqəsi, LD markalı siqaret qutusu, alışqan, 2 ədəd 1 manatlıq pul əskinası aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilir, falqa ilə birlikdə çəkisi 0,47 qram olur.Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 182 nömrəli möhürü ilə möhürlənir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan digər şəxsi əşya və sənəd Təqsirləndirilən şəxs özünə qaytarılır. “Baxış və götürülmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan göerünür ki, HK1/3454 saylı material üzrə Nümayəndə məxsus 5490 2641 0841 2600 saylı ABB-yə aid tam kart iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs götürülmüşdür. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, HK-1/3454nömrəli materialın ********* nömrəli cinayət işinə birləşdirilməsi və Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 177.2.3-1 və 234.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırlması haqqında” 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, AR CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-1-ci və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(472)-472/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/1337 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “..... vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ........” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 0,175 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Heroin təmiz çəkisi 0.175 qr tədqiqata sərf edildi-0.05 qr qalıq -0.125 qr Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 376 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 16500 manat cərimə cəzasına, Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 334.1 maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 il 06 ay şərti sınaq müddəti təyin edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 04 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserin xx.xx.2023-cü il tarixli 1967 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanserin xx.xx.2023-cü il tarixli 1861 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə xx.xx.2017-ci il tarixdən “Opioidlərdən aslılıq” diaqnozu ilə qeydiyyatda durur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının müvafiq tədqiqatlarından qalıq qalmış narkotik vasitə olan 0,125 qram təşkil edən heroin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin aparıldığı bir ədəd DVD diski və mərhum zərərçəkmiş şəxs Nümayəndə Eldar oğluna məxsus 5490 2641 0841 2600 saylı ABB kartının surəti iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Mərhum zərərçəkmiş şəxs Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş notarial ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs ilə barımışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. AZ-İİ 386874 nömrəli “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, zərərçəkmiş şəxs Nümayəndə xx.xx.2023-cü il tarixdə “ürəyin kəskin işemik xəstəliyindən” vəfat etmişdir. Mərhum zərərçəkmiş şəxs Nümayəndə anası X3 ərizə ilə məhkəməyə müraciət edərək onu oğlunun hüquqi varisi qismində tanınmasını xahiş etmiş və məhkəmənin qərarı ilə X3 mərhum zərərçəkmiş şəxs Nümayəndə hüquqi varisi qismində tanınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx.xx.2023-ci il tarixədək qüvvədə olan 234-cü maddəsinin 1-ci hissəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin, xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qanununun 1.3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əvvəlki redaksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulduğu halda, qanunvericilikdə edilmiş dəyişiklikdən sonra həmin maddənin dispozisiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə anlayışını ehtiva etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq 0,175 qram miqdarda narkotik vasitə olan heroini əldə edib, üzərində daşıyaraq, saxlamış, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üzərindən aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.3-1-ci maddəsinə əsasən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-ci maddəsinə əsasən əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş zərərin tamamilə ödəməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza törətdiyi cinayət əməlinə görə CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Bununla yanaşı məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə məhkəmə hesab edir ki, hər iki maddə üzrə sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində (məcburi müalicədə olduğu müddət ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində) çəkməli təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində məcburi müalicədə olduğu müddət ərzində Bakı şəhəri ərazi hüdudlarını) tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində məcburi müalicədə olduğu müddət ərzində həmin ərazi üzrə Probasiya şöbəsinə), həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmalı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 0,125 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk və 5490 2641 0841 2600 saylı ABB kartının surəti cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədiqaqatının dəyəri olan 30,40 manat (otuz manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində məcburi müalicədə olduğu nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 75 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 450 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılamsı cəzasına və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində məcburi müalicədə olduğu müddət ərzində Bakı şəhəri ərazi hüdudlarını) cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində məcburi müalicədə olduğu müddət ərzində Bakı şəhəri ərazi hüdudlarını) tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində məcburi müalicədə olduğu müddət ərzində həmin ərazi üzrə Probasiya şöbəsinə) həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində məcburi müalicədə olduğu nəzərə alısnın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 0,125 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk və 5490 2641 0841 2600 saylı ABB kartının surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 30,40 manat (otuz manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 450 (dörd yüz əlli) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar