Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-16/2025 30.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.575 qram narkotik vasitə heroini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 21 oktyabr 2023-cü il tarixdə saat 21:00 dəqiqədə Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən Abbas Səhhət adına xəstəxananın yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 01(bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.575 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 21 oktyabr 2023-cü il tarixdə təxminən günorta vaxtı yaşadığı evdən çıxıb Abbas Səhhət adına xəstəxanaya gedən zaman 4 nəfər polis əməkdaşı onu saxlayıb polis idarəsinə aparmışlar. Həmin vaxt onu saxlayan polis əməkdaşlarından biri də əvvəllər tanıdığı Rəşad adlı şəxs olmuşdur. Polis İdarəsində olan zaman orada narkotik vasitə istifadəçisi kimi gətirilən başqa şəxsləri də görmüşdür. İdarədə olan vaxt polis əməkdaşları ona məxsus olmayan narkotik vasitəni üzərinə götürməyə məcbur etmişlər. Lakin idarəyə aparılan zaman onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Buna baxmayaraq polis əməkdaşları idarədə narkotik vasitəni onun cibinə qoyaraq, bu barədə video çəkiliş aparmışlar. Daha sonra polislər ona narahat olmamağı, onu tutmayacaqlarını və məhkəmədə buraxılacağını demişlər. Həmçinin polislər ona, əgər narkotik vasitənin onun olmasını boynuna götürməsə, onu daha ağır maddə ilə ittiham edəcəklərini bildirmişlər. Ona görə də ibtidai istintaq zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, əvvəllər narkotik vasitə istifadə etsə də, lakin hazırda narkotik vasitələrdən istifadə etmir. Polis idarəsində onun üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. Şahid1 ona narkotik vasitəni üzərinə götürməyi, əgər götürməsə daha ağır maddə ilə ittiham olunacağını bildirmişdir. Polis əməkdaşları onu 21 oktyabr 2023-cü il tarixdə saat 21:00 dəqiqədə deyil, 21 oktyabr 2023-cü il tarixdə saat 14:00 radələrində saxlamışlar. O, müdafiəçisinə polis əməkdaşlarının onu hədələməsini və narkotik vasitənin ona məxsus olmadığını bildirməmişdir. Hazırda məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Gəncə şəhər BPİ-in kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu həmin işlə bağlı tanımışdır. Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitə, psixotrop maddə qəbul etməsi, gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən Abbas Səhhət adına xəstəxananın yaxınlığında olmasını müəyyən etmiş və onu Gəncə şəhəri BPİ-nə aparmışlar. İdarədə onun hüquqlarının müdafiəsi üçün ona müdafiəçi təyin edilmişdir. İdarədə onun üzərinə baxış keçirildiyi zaman üzərindən heroin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs yalan deyir narkotik vasitə ona məxsus olmuşdur. Hətta o, videoçəkiliş zamanı üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu özü bildirmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs üzərində gəzdirməsi və istifadəsi ilə bağlı olmuşdur. Satışla bağlı məlumat daxil olmamışdır. Onlar Təqsirləndirilən şəxs saxladıqları zaman o, tək olmuşdur. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhər BPİ-in NMB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitə, psixotrop maddə qəbul etməsi, gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin kiçik inspektoru Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 21 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən Abbas Səhhət adına xəstəxanasının yaxınlığında olmasını müəyyən etmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb yaxınlaşmış, xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib Gəncə şəhəri BPİ-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi dəvət edib Təqsirləndirilən şəxs təqdim etmiş və Altay təqdim olunmuş Samir adlı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində kakos adlandırdığı narkotik vasitə olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisində tünd qəhvəyi rəngli, ilk baxışdan heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən A.Səhhət adına xəstəxananın yerdən tapdığını, şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmişdir. Sellofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0,78 qram, olması müəyyən edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofan bükümü içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 01 ədəd kağız zərfin üzəri "DİN-nin 91 saylı" möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən heç bir psixi, fiziki təsir göstərilməmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində gəzdirməsi və istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs yalan danışır, narkotik vasitə ona məxsus olmuş, hətta o, könüllü şəkildə narkotik vasitəni onlara təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. -“Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerə və nəqliyyat vasitəsinə baxış, həmçinin üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. -“Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21-00-da Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən A.Səhhət adına xəstəxananın yaxınlığında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X6, Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2 və Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya, yaxud predmet varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində kakos adlandırdığı narkotik vasitə olduğunu bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisində tünd qəhvəyi rəngli, ilk baxışdan heroinə bənzər kütlə olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən A.Səhhət adına xəstəxananın yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyini bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı üzərindən qanun ilə dövriyyəsi qadağan olunmuş hər hansısa bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkildi. Sellofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0,78 qram olması müəyyən edildi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 01 ədəd kağız zərfin üzəri “DİN-nin 91 saylı” möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandı. -“Şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, törətdiyi əməli könüllü şəkildə etiraf etmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. -“Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. - xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən daxil olmuş AZF/LGL-24/24 saylı məktubdan görünür ki, sorğu olunan “+99***-***-**-**” saylı mobil nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə edilməmişdir. - xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, “+99***-***-**-**” saylı mobil nömrəsinin Azərbaycan Respublikası mobil operatorlarına məxsus baza stansiyaları daxilində xx.xx.2023-cü il – xx.xx.2023-cü il tarixləri aralığında aktivliyi barəsində məlumat müəyyən edilməmişdir. - Məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2023-cü il tarixli 16/1085 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs o” yazı və imzalar olan kağız paketdəki, 01(bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,575 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: heroin təmiz çəkisi – 0,575 qr tədqiqata sərf edildi -0,05 qr qalıq – 0,525 qr - Məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2024-cü il tarixli 717 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - İstintaqın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni haradan, kimdən və nə vaxt əldə etməsinin, narkotik vasitəni əldə etməsində ona kömək edən şəxsin olub-olmamasının, üzərindən aşkar edilmiş narkotik vasitəni hansı məqsədlə saxlamasının, hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satıb-satmamasının, əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlayıb-saxlamamasının, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin, yenidən ittiham elan edilən zaman istintaqa verdiyi ifadəsində göstərdiyi narkotik vasitə aldığını bildirdiyi iran vətəndaşı olan şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitəni həqiqətən hansı mənbədən əldə etməsi və narkotik vasitə aldığını bildirdiyi iran vətəndaşı olan şəxsin şəxsiyyəti müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin Kəpəz rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə AR-nın CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il A.M.E cəzası təyin edilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR-nın CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə Apellasiya Məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilməmiş AR CM 234.1-ci, 69.3-cü maddəsinə əsasən üzərində 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. -Gəncə Şəhər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-314/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün azadlığın məhdudlaşması cəzası təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanser qeydiyyatında durmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanser qeydiyyatında durmur. - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,525 qram olan narkotik vasitə olan herion, həmçinin cinayət işinə əlavə edilmiş 21 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən Gəncə şəhər Məhkəməsinin sorğusuna cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-314/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün azadlığın məhdudlaşması cəzası təyin edilmişdir. O, bu cəzanın xx.xx.2025-ci il tarixə kimi 01 (bir) il 06 (altı) ay 21 (iyirmi bir) gün hissəsini çəkmiş, çəkilməmiş 01 (bir) il 01 (bir) ay 11 (on bir) gün cəzası qalmışdır. Cəzasının əvvəli xx.xx.2023-cü il, cəzanın sonu xx.xx.2026-cı ildir. - Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış cavab məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən Gəncə şəhər BPİnin NMİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulması barədə Gəncə şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma ilə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncəyə və ləyaqəti alçaldan və qeyri-insani rəftara məruz qalması, üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulması, etiraf ifadəsi verməyə məcbur edilməsi xüsusatları öz təsdiqini tapmamışdır. Odur ki, toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. -27 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan qızı vardır. Məhkəmə iclasında isə ibtidai istintaq orqanın irəli sürdüyü sübutlardan əlavə bir sıra başqa sübutlar da müəyyən edilmişdir: Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinə aparıldığı zaman onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları idarədə narkotik vasitəni onun cibinə qoyub çəkiliş aparmışlar. Ona bildirmişlər ki, narahat olmasın onu tutmayacaqlar, məhkəmədə buraxılacaqdır. Eyni zamanda ona bildirmişlər ki, əgər narkotik vasitənin onun olmasını boynuna götürməsə onu daha ağır maddə ilə ittiham edəcəklər. O, da məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Bundan sonra müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişin müşahidəsi altında o, narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Onun üzərində narkotik vasitə olmamış, heç vaxt kiməsə narkotik vasitə satmamışdır. O, müdafiəçisinə polis əməkdaşlarının onu hədələməsini və narkotik vasitənin ona məxsus olmadığını bildirməmişdir. Eyni zamanda o bildirmişdir ki, polis əməkdaşları onu 21 oktyabr 2023-cü il tarixdə saat 21:00 dəqiqədə deyil, 21 oktyabr 2023-cü il tarixdə saat 14:00 dəqiqədə saxlamışdır. Bu halın araşdırılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Rəqəmsal Monitorinq İdarəsinə məhkum Təqsirləndirilən şəxs müvafiq müddət üzrə coğrafi məkan üzrə yerdəyişməsinə dair məlumatların təqdim edilməsi barədə müraciət ünvanlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən koordinatlar üzrə məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30-dan saat 16:03-dək yaşayış yerinin (ünvan 1) qarşısında, saat 16:06-dan saat 16:28-dək Gəncə şəhər 24 nömrəli tam orta məktəbin arxa tərəfində, saat 16:30-dan saat 17:11-dək X2 X9 Məşğulluq filialının yaxınlığında olmuş, saat 17:12-də Məmməd Xələfov küçəsində hərəkətə başlayaraq saat 17:29-dan Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq – hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. AİHM-nin X7rşı işində qeyd etmişdir ki, məhkəmə sübutun əldə olunma üsulu konvensiyada digər bir hüququn pozulub-pozulmadığı, ittihamın ədalətli olub-olmadığına dair qiymətləndirmə edir. AİHM-nin Bykov Rusiyaya qarşı işində qeyd etmişdir ki, sübut çox güclü isə onun mötəbərliyi ilə əlaqədar hər hansı problem yoxdursa bu sübutu dəstəkləyən başqa bir sübuta ehtiyac daha az olur. CPM-nin 21-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Kobiaşvili Gürcüstana qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu ul tarixli qərarında məhkəmə qeyd etmişdir ki, ərizəçinin şəxsi axtarışının nəticələri ona qarşı cinayət işinin başlanmasına və məhkəmə icraatında ittiham olunmasına səbəb olan təməl nöqtəsidir. Ərizəçinin şəxsi axtarışına dair sonrakı polis protokolu, həmçinin axtarış aparan iki polis əməkdaşının və axtarışda iştirakı iddia edilən iki şahidin ifadələri ərizəçinin hökmünün əsasına qoyulmuşdur. Beləliklə, ərizəçinin şəxsi axtarışı onun ittiham hökmünü əsaslandıran sübutun əldə edilməsini təmin edən istintaq tədbiridir. Müzakirə edilən şəxsi axtarışın aparılması üsulu və sonradan onun nəticələrinin ərizəçiyə qarşı istifadə edilməsi üsulu məhkəmə prosesinin bütövlükdə ədalətliliyinə təsir edir. Daha sonra həmin qərarda təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş polis əməkdaşlarının ifadələrinin mötəbərliyi barədə göstərilmişdir ki, polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Yuxarıda qeyd olunan Avropa Məhkəməsinin qərarında qeyd edilən pozuntular hazırki cinayət işinə münasibətdə aşağıdakı şəkildə özünü göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs saxlanılması ilə üzərində şəxsi axtarışın keçirilməsi arasında 4 saat vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddət Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasından dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cinayət mühakimə icraatının ən əsas prinsiplərindən biri tərəflərin bərabərliyidir. Bu hüquq CPM-də olduğu kimi Avropa İnsan hüquqları Konvensiyasında da yer almışdır. Cinayət mühakimə icraatının əsas xüsusiyyətlərindən biri ittiham tərəfinin dövlət orqanı olmasında özünü göstərir. Və bu mənada dövlətin sübut əldə etmək sahəsindəki səlahiyyət və gücü, şəxsin özünü təqsirli bilməsinə məcbur edilə bilməməsi ilə məhdudlaşdırılmışdır ki, bu da tərəflərin bərabərliyi ilə bağlıdır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası qanunvericiliyi sübutların toplanması qaydasını müvafiq olaraq cinayət prosessual qanunvericiliyinin müəyyən etdiyi normalar əsasında həyata keçirilməsini rəhbər tutmuş və buna dair müddəalar CPM-də öz əksini tapmışdır. Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyini sübutların qiymətləndirilməsində “qanunsuz əldə edilmiş sübutları mütləq qiymətləndiriməmə” prinsipindən çıxış etmiş və bu prinsipi CPM-nin yuxarıda qeyd edilən normaları ilə özünəməxsus formada (125.2-ci maddə) formülə etmişdir. Bu baxımdan, qeyd edilməlidir ki, qanunazidd şəkildə əldə edilmiş dəlil ibtidai istintaq və ya məhkəmə istintaqında istifadə edilməməlidir. Bununla sübut toplama qaydalarına qoyulan qadağa (yəni sübutun qanunsuz əldə edilməsi) mütləq qadağa olacaq və bu halda həmin sübutun işin nəticəsinə hər hansı təsiri diqqətə alınmayacaq. Əks halda məhkəmə hökmü qanunsuz əldə edilmiş sübuta əsaslanmış olar ki, bu da şəxsin mütləq və geriçəkilmə istisnası belə olmayan hüquqlarından biri olan (nəzərə alınmalıdır ki, mülkiyyət hüququ və yaşamaq hüququ kimi ümdə hüquqların da istisnası vardır) ədalətli məhkəmə araşdırması hüqunun pozuntusu ilə nəticələnər. Məhkəmə hesab edir ki, sübutun əldə edilməsində yol verilmiş qanunazidd davranışın hər hansı göstəricisi (yəni qanunu “az” və ya “çox” həddə pozmaq) olmamaqla mütləq qadağa pirinsipindən çıxış edilməli və qanunsuz əldə edilmiş sübut ümumiyyətlə qiymətləndirmə predmeti olmamalıdır. Bu hal yuxarıda qeyd edilən qanunvericiliklə də tam təsdiqini tapır və qanunvericilik “ittiham yalnız qanuna uyğun şəkildə əldə edilmiş dəlillərlə sübuta yetirilə bilər” prinsipinə əsaslanaraq heç bir istisna və fərqli tətbiq qaydasına icazə verməyərək qanunazidd əldə edilmiş sübutları qiymətləndirmədən kənarda saxlayır. Qeyd edilənləri hazırkı iş üzrə tətbiq edərkən müəyyən edilir ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə nəzərdə tutulan cinayət əməlinin törədildiyi vaxtda yəni xx.xx.2023-cü il tarixdə saat 21-00-da Təqsirləndirilən şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında tutulmuş şəxs statusunda olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Rəqəmsal Monitorinq İdarəsinə məhkum Təqsirləndirilən şəxs müvafiq müddət üzrə coğrafi yerdəyişməsinə dair məlumatların təqdim edilməsi barədə Müraciətə cavabdan görünür ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən koordinatlar üzrə məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30-dan saat 16:03-dək yaşayış yerinin (ünvan 1 ) qarşısında, saat 16:06-dan saat 16:28-dək Gəncə şəhər 24 nömrəli tam orta məktəbin arxa tərəfində, saat 16:30-dan saat 17:11-dək X2 X9 Məşğulluq filialının yaxınlığında olmuş, saat 17:12-də Məmməd Xələfov küçəsində hərəkətə başlayaraq saat 17:29-dan Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında saxlanılmışdır. Qeyd edilən hallardan görünür ki, irəli sürülmüş ittihamda qeyd olunan şübhəli şəxsin tutulması və üzərində narkotik aşkar edildiyi tarixdən 03 saat əvvəl Təqsirləndirilən şəxs artıq Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında saxlanılmışdır. Yəni Təqsirləndirilən şəxs cinayət hadisəsinin yeri və vaxtı barədə alibisi olmuş, o ittihamın cinayət hadisəsinin baş verməsini qeyd etdiyi tarixdə və yerdə həmin ünvanda olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs məhkəmə araşdırmasının əvvəlindən bütün ifadələrində bir qayda olaraq tutulan zaman psixi zora məruz qaldığını bildirmiş, üzərində narkotik vasitə olmadığını, şəxsi axtarış keçirilməzdən əvvəl də psixi zor tətbiq edildiyi üçün məcbur qalıb polis əməkdaşlarının bildirdiklərinə uyğun izahat və ifadələr verdiyini göstərmişdir. Təqsirləndirilən şəxsin həmin ifadəsinin doğru olmadığını və sonuncuya qarşı hər hansı psixi və fiziki zor tətbiq edilmədiyini bildirən polis əməkdaşlarının ifadəsinə münasibətə məhkəmə qeyd edir ki, ittiham tərəfi kimi polis əməkdaşlarının həmin ifadələri iş üzrə məhkəmədə müəyyən olunan hallarla üst-üstə düşmədiyinə görə həmin ifadələr sübut kimi qiymətləndirilə bilməz və həmin ifadələr (xüsusilə psixi zora məruz qoyulmamaq hissəsi) polis əməkdaşlarının xidməti vəzifələrinin icrasından irəli gələrək subyektiv yanaşma olmaqla bərabər obyektiv nəticənin əldə edilməsinə yönəlmiş ittihamın həlli üçün kifayət edən sübut deyildir. Məhkəmə bu nəticəyə gələrkən Avropa İnsan Hüquqları Məhkəməsinin (Kobiaşvili Gürcüstana qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu ul tarixli qərar) mövqeyini rəhbər tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, həmin ifadəni polisin təsiri altında vermişdir. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ona qarşı elan edilmiş ittihamda göstərilən əməli üzrə özünü təqsirli bilmədiyini, üzərində narkotik vasitə olmadığını, zorla boynuna qoyulduğunu bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin özünü hansısa səbəbdən məhkəməyədək - ibtidai istintaq dövründə öz əleyhinə ilkin ifadə verərək (videogörüntü zamanı cibindən narkotik vasitəni çıxarıb masanın üzərinə qoyaraq ona məxsus olması barədə ifadəsi) təqsirli bilməsi həqiqətə uyğun olmasına şübhələr yaradır. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə qeyd edilən şəraitdə verdiyi şübhəli ifadəsindən başqa hər hansı bir sübutun olmadığı şəraitdə isə onun CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair verdiyi həmin ilkin ifadəsi hazırda onun əleyhinə istifadə edilə bilməz. Bu cür yanaşma “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 23-cü bəndində əks etdirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət işinin materiallarına əsasən hətta üzərində olmayan narkotik vasitənin şəxsi axtarış zamanı üzərində aşkar olunmasını ifadələrində etiraf etməsi həmin ifadələrin zor tətbiq edilməsi ilə alınmasının təzahürüdür. Göstərilənlərə əsasən, ittiham tərəfinin ittihamın əsası qismində irəli sürdüyü dəlillər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmədiyindən, əldə edilmiş sübutlar qanunsuz şəkildə əldə edildiyindən və qanunsuz əldə etmə faktı məhkəmədə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham məhkəmədə sübuta yetirilməmişdir. Belə olan halda isə yuxarıda şərh olunan qanunvericilik normasına əsasən şəxsə bəraət verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhz şərh olunan sübutların, mövcudluğu yuxarıda sadalanmış, lakin qiymətləndirmə predmeti olmayan (22 oktyabr 2023-cü il tarixli, 16/1085 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyi, 26 aprel 2024-cü il tarixli, 717 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyi, 18 dekabr 2024-cü il tarixli, Azərbaycan Respublikasının Baş Prokurorluğunun məktubu,) sübutlar üzrə araşdırma aparılmasını mümkünsüz, eyni zamanda lüzumsuz etmişdir. Məhkəmə bu mövqeden çıxış edərkən xüsusilə “sübut çox güclü isə onun mötəbərliyi ilə əlaqədar hər hansı problem yoxdursa bu sübutu dəstəkləyən başqa bir sübuta ehtiyac daha az olur” prinsipindən çıxış edərək hesab edir ki, hazırkı iş üzrə sübut növü kimi məhz Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Rəqəmsal Monitorinq İdarəsinin Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış məktubu qiymətləndirilməklə mötəbər qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2023-cü il tarixli, 16/1085 saylı rəyi isə təqsirləndirilən şəxsdən aşkar edilməsi sübuta yetirilməyən heroin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmasa da, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə təqsirləndirilən şəxsin cinayət törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. 26 aprel 2024-cü il tarixli 717 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyinə münasibətdə məhkəmə bildirir ki, mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Məhkəmə, mövcud sübutların məcmusu üzrə satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşıma cinayəti ilə bağlı təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticənin qanuni və əsaslı olmasını vurğulayarkən, ibtidai istintaq orqanının ittiham aktında təqsirləndirilən şəxsin ona istinad edilən həmin əməli törətməsinin təsdiqi kimi istinad etdiyi yuxarıda sadalanan sübutları bütövlükdə şəxsin həmin cinayət əməlini törətməsini təsdiq edə biləcək yetərli dəlillər hesab etmir. Qeyd etmək lazımdır ki, bütövlükdə ittiham faktiki olaraq yalnız şəxsi axtarış keçirilməsi haqqında, baxış keçirilməsi haqqında protokollara, polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır. Həmin protokollar və ifadələr isə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutların məcmusu ilə şəxsin təqsirli bilinməsinə imkan verə biləcək yetərli mötəbər sübut kimi qiymətləndirilməsi imkanı xaricindədir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Qanunun 353.2-ci maddəsi isə məhkəmədən tələb edir ki, ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət- Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Məhkəmə qeyd edir ki, sübutların tədqiqinə dair cinayət-prosessual qaydalara (CPMin 143-146-cı maddələrinə) əməl olunmadan əldə edilmiş – Təqsirləndirilən şəxs satış məqsədi ilə 0,575 qram heroin narkotik vasitəsini qanunsuz olaraq əldə edib, saxlayaraq daşımasının, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirliyinin sübuta yetirilməsinə dair nəticə də mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Məhkəmə bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, maddi sübut - tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,525 qram narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 34 (otuz dörd) saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 204 (iki yüz dörd) manat pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olan Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,525 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) pul ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 204 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-16/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-16/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver