Məhkəmə qərarları › İş №1(125)-160/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-160/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-160/2023 05.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncəşəhəri, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi “VAZ 21063” markalı **-ED-*** dövlət qeydiyyat nışanlı avtomobil ilə Gəncə şəhəri, Talıblı küçəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında » Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə əsasən “yolayrıcından kənarda sola və geriyə dönərkən relssiz nəqliyyat vasitələrinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə yolv erməli olduğu halda” həmin tələblərə əməl etməyərək əks istiqamətdə hərəkətdə olan sürücü, Zərərçəkmiş şəxs idarə etdıyi “VAZ 21154” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşmasını nəzərə almayaraq sola doğru dönmə əməliyyatına başlamaqla əks hərəkət zolağına çıxıb qarşıdan gələn “VAZ 21154” markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaradaraq“VAZ 21154” markalı avtomobillə hərəkət zolağında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs sol diz qapağının yerdəyişməmiş sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, Gəncə şəhəri ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Onun BC kateqoriyalı sürücülük vəsiqə var. "Vaz 21063" minik markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili o, etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə o, idarə etdiyi avtomobillə Gəncə şəhəri, Sadıllı qəsəbəsi Talıblı küçəsi Atatürk prospekti istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən hərəkətdə olan Vaz 21154 markalı avtomobilin sürücüsünün hərəkət yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Daha sonra idarə etdiyi avtomobili saxlayaraq 102 xidməti zəng mərkəzinə hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə YPX əmakdaşları gəlib hadisə yerini müayinə etmişdilər. Daha sonra Vaz 21154 markalı avtomobilin sürücüsünü həkim müayinəsindən keçirtmək üçün Gəncə şəhəri 3 saylı xəstəxanaya aparmışdır. Orada rentgen müayinəsi olunduqdan sonra Vaz 21154 markalı avtomobilin sürücüsünə ilk tibbi yardım göstərərək lazım olan tibbi ləvazimatlar alıb daha sonra yaşadığı ünvana aparmışdır. Eyni zamanda Vaz 21154 markalı avtomobili hadisə yerindən öz vəsaiti hesabına Zərərçəkmiş şəxs xahişi ilə yaşadığı evin qarşısında olan avtomobil dayanacağına evakuatr vasitəsi ilə aparmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, o, idarə etdiyi VAZ 21063 markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobil X2 adına qeydiyyatdadır, o, həmin avtomobili etibarnamə ilə idarə edir. O, həmin zaman idarə etdiyi avtomobili təxminən 20 km saatla idarə edib və həmin vaxtı mən spirtli içki qəbul etməmişdir. O, Vaz 21154 markalı avtomobilin yoluna çıxan zaman onun gəldiyini görmüş və zənnetmişdir ki, o çatana kimi dönmə əməliyyatını həyata keçirə bilər, lakin dönmə əməliyyatını sonadək həyata keçirə bilmədiyi üçün toqquşma hadisəsi baş vermişdir. Təhlükə onun Vaz 21154 markalı avtomobilin yolunaçıxdığıandanyaranmışdır. O, idarə etdiyi VAZ 21063 markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobili Vaz 21154 markalı avtomobillə toqquşmaması üçün sükanı sağ istiqamə doğru döndərərək öz yoluna qayıtmaq istəmiş, lakin gec olduğu üçün toqquşma baş vermişdir. Hadisənin baş verməsinə səbəb onun Vaz 21154 markalı avtomobilin sürücüsünün hərəkət yoluna çıxması olmuşdur və eyni zamanda hesab edir ki, Vaz 21154 markalı avtomobilin sürücüsünün sürəti yüksək olmuşdur. Hadisə baş veran zaman o, idarə etdiyi avtomobildə tək olmuşdur. Hadisə zamanı həmin yerdə onun tanıdığı heç kim hadisəni görməmişdir. O, həmin vaxt avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən isitifadə etmişdir. Hadisə zamanı o, heç bir xəsarət almamışdır, lakin Vaz 21154 markalı avtomobilin sürücüsü sol ayağından xəsarat almışdır. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ərizə verərək zərərçəkmiş şəxslə barışıq əladə etdiyini göstərib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsqismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Onun B kateqoriyalı sürücülük vəsiqəsi vardır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə o, idarə etdiyi "Vaz 21154" markalı ** DA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Talıblı küçəsi ilə hərəkətdə olarkən qarşı tərəfdən hərəkətdə olan Vaz 2106 markalı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobilin sol yanqanadındanvurmuşdur. Bir neçə dəqiqədən sonra hadisə yerinə YPX əməkdaşları gəlib hadisə yerini müayinə etmişdilər. Daha sonra Gəncəşəhəri TTY xəstəxanasına gedib həkim tərəfindən yoxlanmışdır. Həmin vaxt rentgen müayinəsi olunmuş və sol diz qapağının sınıq olduğunu bildirmişdilər. Bundan sonra yaşadığı ünvana gəlmişdir. xx.xx.2022-ci il tarixdə sol ayağında ağrılar olduğundan yenidən 3 saylı xəstəxanaya getmişdir. Orada həkimə xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı xəsarət aldığını bildirmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, hadisənin baş verməsinə səbəb Vaz 2106 markalı avtomobilin onun idarə etdiyi avtomobilin hərəkət yoluna çıxması olmuşdur. Vaz 2106 markalı avtomobilin sürücüsünün onun hərəkət yoluna çıxmasını qəflətən görmüş bu zaman sükanı sağ tərəfə çəkmiş lakin hadisədən yayına bilməmişdir. Hadisə zamanı o, sol ayağındanxəsarətalmışdır. Onun idarə etdiyi "Vaz 21154" markalı ** DA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil özünün adına qeydiyyatdadır. O, həmin zaman idarə etdiyi avtomobili təxminən 50 km saatla idarə etmişdir. Həmin vaxt o, spirtli içki qəbul etməmişdir. Təhlükə VAZ 21063 markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobilin onun yoluna çıxdığı andan yaranmışdı. Hadisə baş verən zaman o, idarə etdiyi avtomobildə tək olmuşdur. Hadisə zamanı həmin yerdə onun tanıdığı heç kim hadisəni görməmişdir. O, həmin vaxt avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən isitifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX inspektor vəzifəsində işləyir. 24 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, Talıblı küçəsindəKəpəz stadionu adlanan yerin yaxınlığında yol nəqliyyat hadisəsi baş verməsi barədə Gəncə şəhər BPİ-nin məsul növbətçisindən məlumat almış, bundan sonra hadisə yerinə getmişdir. O, yol-nəqliyyat hadisəsi baş verdiyi yerə çatanda həmin yerə toplaşmış tanımadığı şəxslərdən ona məlum olmuşdur ki, Gəncə şəhəri Talıblı küçəsi ilə «Sərçəbazarı» adlanan yer tərəfdən «Kəpəzstadionu» istiqamətində hərəkətdə olan “VAZ 21063” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil sola dönmə manevri edərkən əks istiqamətdə hərəkətdə olan “VAZ 21154” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qanadına dəyməsi nəticəsində “VAZ 21154” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildə tək olmuş sürücü sol ayağından xəsarət almış, lakin “VAZ 21063” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobildə tək olmuş sürücü hər hansı bir xəsarət almamışdır. Bundan sonra təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekpert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli 1797 saylı nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətsol diz qapağının yerdəyişməmiş sınığıbərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Cinayət işinə olan və məhkəmə istintaqında tədqiq edilmiş “Narkoloji dispanserin” xx.xx.2022-ci il tarixli 7086 nömrəli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qediyyatda durmur. Cinayət işinə olan və məhkəmə istintaqında tədqiq edilmiş “Psixonevroloji dispanserin” xx.xx.2022-ci il tarixli 6938 nömrəli arayışından görünür ki,Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Cinayət işinə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd VAZ- 21063 markalı**-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və 1 ədəd VAZ- 21154 markalı **-DA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və Gəncəşəhəri BPİ-nin DYP-nin cərimə meydançasına saxlanca verilmişdir. Cinayət işinə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinə olan və məhkəmə istintaqında tədqiq edilmiş15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs yazdığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışıb dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də onların Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur və onun barəsində cinayət işinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərçəkmiş şəxslərlə barışıb onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərəkhesabedirki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin məhkəmə cinayətişinin materillarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, istintaqında sübuta yetirildi ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi və cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül və az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, az ağır xəsarət almış zərərçəkmiş şəxslə və avtomaşınına ziyan dəymiş zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə məhkəmə ekspertizasının tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul keçirilməlidir. Cinayət işi üzrə maddi sübut olan VAZ-21154 markalı **-DA-*** dövlət qeydiyat nişanlı avtomobil öz sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs həmin Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan VAZ-21154 markalı **-DA-*** dövlət qeydiyat nişanlı avtomobil öz sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar