Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-160/2024 15.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Samux rayonu, Kolayır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Samux rayonu, Kolayır kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü və 185.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində, talamaq məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirtmək məqsədi ilə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 5-ci mikrorayon, bina 7, ev 30-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus Mercedes Benz E200 CDİ markalı **-EC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sonuncunun işlədiyi Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən avtomobillərin təmiri servisinin qarşısından sahibinin iradəsinə zidd olaraq həmin servisdə olan avto-elektrik sexindən avtomobilin açarını götürərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində, talamaq məqsədi olmadan qanunsuz olaraq ələ keçirdiyi Zərərçəkmiş şəxs1 məxsus Mercedes Benz E200 CDİ markalı **-EC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan 2000 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 28 avqust 2023-cü il tarixdə Samux royonu Hacallı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri Kərpic zavod qəsəbəsində yerləşən fermadan ümumi dəyəri 43750 (qırx üç min yeddi yüz əlli) manat olan 125 baş qoyun və ümumi dəyəri 5600 (beş min altı yüz) manat olan 40 baş keçi olmaqla cəmi dəyəri 49.350 manat məbləğində olan xırda buynuzlu heyvanları saxlanc yerinə qanunsuz olaraq daxil olub xeyli miqdarda ziyan vurmaqla təkrarən gizli olaraq talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 yanında işçi kimi işləmiş onunla münasibəti yaxşı olmuş və aralarında heç bir düşmənçilik olmamışdır. “Mersedes E211” markalı **-EC-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. 14 may 2023-cü il tarixdə Adilə məxsus avtomobili yuyub təmizliyən zaman avtomobilin saxlanc yerində 2000 manat pul olduğunu görmüşdür. Onun maddi sıxıntıları olduğu üçün həmin pulu oğurlamaq qərarına gəlmişdir. Səhəri gün yəni 15 may 2023-cü il tarixdə Adilə məxsus avtomobilin onların işlədikləri avto servizin bayır hissəsində olmasından istifadə edərək Adilə məxsus avtomobilin açarını sexdə olan eyni markalı avtomobilin açarı ilə dəyişdirmişdir ki, maşının qaçırmağından heç kəsin xəbəri olmasın. O, açarları dəyişdirdikdən sonra Adilə məxsus avtomobilə əyləşib avtomobilin mühərrikini işə salıb oradan uzaqlaşmış və avtomobili Gəncə şəhəri Fikrət Əmirov küçəsində yerləşən “Piramida” şənlik evinin qarşısında olan binaların ararasında saxlayaraq saxlanc yerindən 2000 manat pul götürərək hadisə yerindən uzaqlaşmışdır. Həmin gün onun məqsədi avtomobildə olan 2000 manat pulu oğurlamaq olmuş və avtomobil qaçırtmaq niyyəti olmamışdır. O, avtomobilə heç bir zədə yetirməmişdir. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus 125 baş qoyun və 40 baş keçini oğurlamışdır. Belə ki, o, Zərərçəkmiş şəxs2 yanında işçi kimi işləmiş, münasibətləri yaxşı olmuş və aralarında heç bir düşmənçilik olmamışdır. Gəncə şəhər Kərpic zavod qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ferma anası Ruhiyyənin bibisi qızı Nailəyə məxsus olduğu üçün həmin ərazini Nailə Zərərçəkmiş şəxs2 icarəyə vermişdir. O, və anası Kərpic zavoda məxsus olan binanın 1 otağında qalmışlar. O, bir neçə dəfə Zərərçəkmiş şəxs2 ilə bir yerdə sahədə qoyun otarmışdır. 28 avqust 2023-cü il tarixdə saat 03 radələrində spirtli içki qəbul edərək fermada olan xırda buynuzlu heyvanları oğurlamaq qərarına gəlmiş, ona görə fermanın qapısını açıb xırda buynuzlu heyvanları qabağına qataraq Kür çayı yoluna aparmışdır. Həmin gün saat 12 radələrində tanışı qırmızı rəngli VAZ 2106 markalı dövlət qeydiyyat nışanını bilmədiyi taksi şoferi Alimə oğurladığı xırda buynuzlu heyvanları satmaq məqsədi ilə zəng vuraraq ondan tanıdığı yük maşının olub olmamasını soruşmuşdur. Alim isə ona yük maşın sürən tanışı olmadığını bildirmişdir. Bundan sonra o Alimdən onu olduğu yerdən götürməyini istəmişdir. Taksi şoferi Alim o dediyi yerə gəldikdə Alim ondan həmin xırda buynuzlu heyvanların kimə məxsus olduğunu soruşmuşdur. O, isə Alimə cavab olaraq bildirmişdir ki, həmin xırda buynuzlu heyvanlar ona məxsusdur. Bundan sonra o Alimə pulu olmadığı üçün həmin xırda buynuzlu heyvanlardan 2 ədədini satmaq istədiyini bildirmiş və onlar 2 ədəd quzunu Alimə məxsus avtomobilin yük yerinə yerləşdirərək Gəncə şəhəri Müseyib Bağırov küşəsində yerləşən ət satılan yerdə ət satan Qədir adlı şəxsə birini 100 manata satmaqla ümumilikdə 200 manat qazanc əldə etmişdir. Bundan sonra Alim onu Avtovağzaldan Balakən rayonuna yola salmışdır. 29 avqust 2023cü il tarixdə axşam saatlarında bacısı Səbinəyə məxsus ünvan 1 ünvanında olan zaman polis əməkdaşlarının gəldiyini görmüş və dərhal evin hasarından aşaraq oradan uzaqlaşmışdır. Polis əməkdaşları getdikdən sonra o yenidən həmin ünvana qayıtmışdır. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə könüllü olaraq Balakən rayon Polis şöbəsinə gedərək özünü təqdim etmişdir. O, etmiş olduğu oğurluq hadisəsini tək etmiş, həmin vaxt yəni oğurluq edən zaman orada yanında digər heç kim olmamışdır. Oğurluq edərək əldə etdiyi 200 manat pulu özü üçün xərcləmişdir. Həmin əldə etdiyi puldan üzərində pul qalmamışdır. O, Zərərçəkmiş şəxs2 məxsus fermadan 125 baş qoyun və 40 baş keçini oğurladıqdan sonra onlardan iki baş quzunu satmış, digər heyvanların aqibəti barədə hər hansı bir məlumatı yoxdur. Oğurluq hadisəsi zamanı ona heç kəs köməklik etməmişdir. Oğurluq edən zaman onu görən olmamışdır. O, əldə etdiyi gəlirdən taksi sürücüsü Alimə hər hansısa bir məbləğdə pul verməmişdir. Ancaq sürücü kim yol haqqı vermişdir. Etdiyi əmədən peşmandır. Dəymiş zərərdən qismən ödəniş etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Gəncə şəhərində avto-elektrik kimi fəaliyyət göstərərək ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı-Gəncə sərnişin daşıyan “Sprinter” markalı avtomobilin sürücüsü Anar adlı şəxs ona avtomobilinə kondisioner sistemi quraşdırmaq üçün 2000 manat, xidmət haqqı kimi isə 500 manat pul vermişdir. Anar ona 2500 manat pulu verəndə onun yanında işçi kimi işləyən Təqsirləndirilən şəxs olmuşdur. O, 2000 manat pulu saydıqdan sonra özünə məxsus “Mersedes E211” markalı **-EC-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin saxlanc yerinə qoymuş və həmin saxlanc yerinin kilidini bağlamışdır. Bundan sonra o özünə məxsus “Mersedes E211” markalı **-EC-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilinə əyləşərək avtomobili işlədiyi sexin yan tərəfinə yerləşdirib avtomobilin qapılarını kilidini bağlayaraq işlədiyi sexə qayıtmışdır. Təxminən saat 17 radələrində sexdə təmir üçün saxlanılan “Mersedes E211” markalı **-DM-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili sexin içərisinə sürmək istəyən zaman həmin maşının açarını tapa bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, onun yanında işçi kimi işləyən Təqsirləndirilən şəxs ona məxsus avtomobil ilə sexdə olan avtomobilin açarlarının yerlərini dəyişdirərək sexdə olan maşıının açarını ona məxsus olan açarların üzərinə taxıb və ona məxsus “Mersedes E211” markalı **-EC-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili sexin yan tərəfindən qaçırıb getmişdir. O, özünə məxsus avtomobili uzun müddət axtardıqdan sonra tapa bilmədiyi üçün məcbur qalıb DİN-nin 102 xidmətinə müraciət etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlarının köməkliyi ilə ona məxsus “Mersedes E 211” markalı **-DM-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri Fikrət Əmirov küçəsində yerləşən binaların ararasında qapıları açıq vəziyyətdə tapılmışdır. Ona məxsus avtomobilin açarı isə sağ ön oturacağın üzərində olmuşdur. Onun işlədiyi sexdə özü tərəfindən quraşdırılmış kamerada video görüntülərdən aşkar olunmuşdur ki, onun yanında işçi kimi işləyən Təqsirləndirilən şəxs ona məxsus avtomobil ilə sexdə olan avtomobilin açarlarının yerlərini dəyişmişdir. Ona dəymiş ziyandan 1700 manat ödəniş edilib. Təqsirləndirilən şəxs həbs olunmasını istəmir. Sadəcə geri qalan pulun da ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı, Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində yuxudan oyanan zaman Gəncə şəhəri Kərpic zavod qəsəbəsində yerləşən ona məxsus fermada saxladığı 125 baş qoyun və 40 baş keçinin olmadığını görmüşdür. O, dərhal Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə bu barədə məlumat vermiş və həmin oğurlanmış xırda buynuzlu heyvanların axtarışına başlamışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlarının köməkliyi uzun müddət axtarış etdikdən sonra ona məxsus oğurlanmış heyvanlardan 101 baş qoyun və 40 baş keçini Samux rayonu Ziyadlı kəndində yerləşən su kanalının yanında olan ağacın altından tapmışdır. Ona məxsus xırda buynuzlu heyvanları onun yanında işçi kimi işləyən Təqsirləndirilən şəxs oğurlamışdır. Belə ki, Samux rayonu Kolayır kəndində yerləşən mağazaların müşahidə kameralarında olan video görüntülərdən aşkar olunmuşdur ki, ona məxsus xırda buynuzlu heyvanları oğurlayan Firudindir. Bundan başqa qonşu ərazidə fermer kimi fəaliyyət göstərən X2 Rəsulovun ona məxsus xırda buynuzlu heyvanların apardığını görmüşdür. Təqsirləndirilən şəxs onun yanında 2 ay işçi kimi işləmişdir. Hadisə günü Samux rayonu Ziyadlı kəndində yerləşən su kanalının yanında olan ağacın altından tapdığı heyvanlarına baxış keçirən zaman ona məlum olmuşdur ki, özünə məxsus heyvanlardan 24 baş qoyunu yoxdur. Qalan qalan 101 baş qoyun və 40 baş keçini isə o qaytarıb öz fermasına gətirmişdir. Təqsirləndirilən şəxsdən dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, qəssablıq edərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış, Firuddin ilə hər hansısa bir münasibəti olmamışdır. 28 avqust 2023-cü il tarixdə saat 13 radələrində işlədiyi Gəncə şəhəri, Müseyib Bağırov küçəsində yerləşən ət mağazasında olan zaman nömrəsini bilmədiyi üzərində şahmat olan qırmızı rəngli VAZ 2106 markalı avtomobilin ət mağazasının qarşısında dayandığını görmüşdür. Avtomobildən tanımadığı bir nəfər şəxs düşmüş və satdıq quzu olduğunu bildirmişdir. Bu zaman o özündə olan ətləri satdığına görə ona ət lazım olduğundan həmin şəxsdən hansı qiymətə satdığını soruşmuşdur. Həmin şəxs ona bildirmişdir ki, satdığı quzu avtomobilin yük yerindədir, əgər bəyənsə qiymətində razılaşar. O, avtomobilin yük yerinə baxanda orada iki ədəd quzu olduğunu gördükdə adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs hər iki quzunun ona məxsus olduğunu və hər ikisini satdığını bildirmişdir. O, Firuddindən həmin quzuları hansı qiymətə satdığını soruşduqda Firuddin, ona quzulardan birini 180 manata digərini isə 160 manata satdığını bildirmişdir. O, Firuddin ilə sonda hər ikisini birini 100 manat olmaqla 200 manata razılaşmışdır. O, iki ədəd quzunu razılaşdıqları qiymətə yəni 200 manata aldıqdan sonra Təqsirləndirilən şəxs gəldiyi taksiyə əyləşərək oradan uzaqlaşmışdır. Bundan sonra o həmin şəxsi görməmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin quzular özünə məxsusdur və atası xəstə olduğuna görə pul lazım olduğu üçün ucuz verir. Aldığı quzuların oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, kiçik fermer kimi fəliyyət göstərərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır və hər hansı bir münasibəti olmamışdır. 28 avqust 2023-cü il tarixdə saat 04 radələrində fermer kimi fəaliyyət göstərdiyi, Gəncə şəhəri Kərpic zavod qəsəbəsi ərazisində tanımadığı bir nəfər şəxsin 100 dən çox xırda buynuzlu heyvanları qabağına qataraq apardığını görmüşdür. Həmin şəxs ona salam verərək, sərbəst şəkildə yanından ötüb keçmişdir. Onda həmin şəxsə qarşı hər hansı bir şübhə yaranmamışdır. O, bu hadisə baş verənə qədər Zərərçəkmiş şəxs2 tanımamış və Zərərçəkmiş şəxs2 ilə hər hansısa bir münasibəti olmamışdır. 28 avqust 2023-cü il tarixdə saat 12 radələrində o özünə məxsus fermada olan zaman sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq özünə məxsus 101 baş qoyunun və 40 baş keçinin gecə saatlarında oğurlandığını və həmin heyvanların görüb görmədiyini soruşanda o, da gördüklərini Qasıma demişdir. Təqsirləndirilən şəxs onun yanından ötüb keçən zaman Firuddinin yanında heç kəs olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, Bakı-Gəncə sərnişin daşıyan “Sprinter” markalı avtomobilin sürücüsü kimi fəliyyət göstərərək ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində o, elektrik Adilə öz avtomobilinə kondisioner sistemi quraşdırmaq üçün Adilə məxsus İsaq Cəfərov küçəsində yerləşən avto-elektrik kimi işlədiyi sexdə 2000 manat pul vermişdir. O, Adilə 2000 manat pulu verəndə Adilin yanında işçi kimi işləyən Təqsirləndirilən şəxs olmuşdur. Adil 2000 manat pulu saydıqdan sonra özünə məxsus “Mersedes E211” markalı **-EC-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin saxlanc yerinə qoymuş və həmin saxlanc yerinin kilidini bağlamışdır. Bundan sonra Adil özünə məxsus “Mersedes E211” markalı **-EC-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilinə əyləşərək avtomobili işlədiyi sexin yan tərəfinə yerləşdirib avtomobilin qapılarını kilidini bağlayaraq işlədiyi sexə qayıtmışdır. O, bundan sonra Adilə məxsus sexdən uzaqlaşaraq yaşdığı evə getmişdir. Təxminən saat 18 radələrində Adil ona məxsus mobil telefona zəng edərək yanında işçi kimi işləyən Təqsirləndirilən şəxs avtomobilini qaçırdığını demişdir. Bir müddət sonra Adil ona yenidən zəng edərək özünə məxsus avtomobili tapdığını, lakin onun Adilə avtomobilinə kondisioner sistemi qurdurmaq üçün verdiyi 2000 manat pulun oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ona məxsus avtomobilə öz hesabına kondisioner sistemi qurlaşdıraraq ona dəymiş ziyanı ödəmişdir. Buna görədə onun heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmədə ifadəsi elan edilərək araşdırılmış şahid X4 ifadəsində bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 17 radələrində oğlu Təqsirləndirilən şəxs özünə məxsus ***- ***-**-** mobil nömrə ilə ona zəng vuraraq bildirmişdir ki, onun uşaqlarla işi var bəlkə evə gecə gəlmədi, o, isə Firuddin ilə razılaşmışdır. 1 saat sonra oğlunun yanında işçi kimi işlədiyi müdürü Zərərçəkmiş şəxs1 ona zəng vuraraq Firuddinin harda olması barədə ondan soruşduqda, o isə Adilə bildirmişdir ki, bildiyi qədər Firudin onun yanında olmalıdır. Adil isə ona bilidirmişdir ki, Firuddin ona məxsus maşını qaçırmışdır. O, əvvəlcə Adilə inanmamışdır. Sonradan Adil ona bildirmişdir ki, oğlu Firuddinin maşını qaçırtdığı video müşahidə kameralarında öz əksini tapmışdır. Adil ondan maşınının harda olmağını soruşduqda o Adilə bildirmişdir ki, bu barərdə heç bir məlumatı yoxdur. O, dərhal oğlu Firuddinə məxsus mobil nömrəyə nə baş verdiyi barədə məlumat almaq üçün zəng vurduqda Firuddinin mobil nömrəsinə zəng çatmadığı üçün Firuddin ilə əlaqə saxlaya bilməmişdir. Sonradan Adil ona zəng vuraraq bildirmişdir ki, özünə məxsus avtomobil Gəncə şəhəri Fikrət Əmirov küçəsində yerləşən binaların ararasında qapıları açıq vəziyyətdə polislər tərəfindən tapılmış, lakin maşının içərisində olan 2000 (iki min) manat pul yerində yoxdur. Səhəri gün Gəncə şəhər BPİ-dən ona məxsus mobil ***-***-**-** nömrəyə zəng vurularaq onu Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmədə ifadəsi elan edilərək araşdırılmış Şahid4 ifadəsində bildirmişdir ki, özünə məxsus qırmızı rəngli VAZ 2106 markalı **-EB-*** qeydiyyat nişanlı avtomobil ilə taksiçilik edərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs ilə onun hər hansısa bir yaxın münasibəti olmamışdır. Lakin bir neçə dəfə taksi kimi Firuddini müxtəlif ünvanlara aparmışdır. Təqsirləndirilən şəxs ilə tanışlığı oradan yaranmışdır. 28 avqust 2023-cü il tarixdə saat 12 radələrində Gəncə şəhərində taksi fəaliyyəti göstərən zaman tanımadığı nömrədən ona məxsus ***-***-**-** mobil nömrəyə zəng gəldiyini görmüşdür. O, həmin nömrəyə cavab verəndə Təqsirləndirilən şəxs ona tanışlıq verərək ondan yük maşın sürən tanışı olub olmamadığını soruşmuşdur. O, isə Firuddinə cavab olaraq bildirmişdir ki, onun yük maşını sürən tanışı yoxdur. Bundan sonra Firuddin onu olduğu yerdən götürməyini istəmişdir. O, Firuddini dediyi yerə gedəndə görmüşdür ki, Təqsirləndirilən şəxs ətrafında xeyli sayda xırda buynuzlu heyvanlar var. O, Firuddindən həmin heyvanların kimə məxsus olduğunu soruşanda Firuddin ona özünə məxsus olduğunu və pulunun olmadığını buna görə həmin heyvanlardan iki ədədini satmaq istədiyini bildirmişdir. O, isə Firuddinə inanaraq həmin heyvanları köməkli özunə məxsus qırmızı rəngli VAZ 2106 markalı **-EB- *** qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirmiş və Gəncə şəhəri, Müseyib Bağırov küçəsində yerləşən ət satılan mağazaya getmişlər. Təqsirləndirilən şəxs həmin yerdə maşında olan 2 ədəd xırda buynuzlu heyvanı tanımadığı şəxsə satmışdır. Firuddin, həmin xırda buynuzlu heyvanları satdıqdan sonra ona məxsus avtomobilə əyləşərək ondan avtovağzala sürməyini və Balakən rayonuna yola salmağını istəmişdir. Onlar Avtovağzala çatdıqda Firuddin fikrini dəyişərək ona yerdə qalan xırda buynuzlu heyvanlarıda satmaq istədiyini bildirmiş, bu zaman o həmin xırda buynuzlu heyvanların oğurluq olduğunu başa düşərək, Firuddinə nə üçün bu barədə öncədən məlumat verməməsinə görə öz iradını bildirmiş və onların aralarında mübahisə yaranmışdır. Buna görədə Firuddindən avtomobildən enməsini istəmişdir. Firuddin, maşından enəndən sonra o avtomobili hərəkət etdirərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs onu taksi kimi dəvət edəndə o Firuddini Kür çayı yolundan götürmüşdür. O, həmin ünvana gəlib çatanda Firuddinin yanında hər hansı bir şəxs olmamışdır. Onlar Avtovağzala çatdıqda Firuddin fikrini dəyişərək ona yerdə qalan xırda buynuzlu heyvanlarıda satmaq istədiyini bildirəndə o həmin xırda buynuzlu heyvanların oğurluq olduğunu başa düşərək, Firuddinə nə üçün bu barədə öncədən ona məlumat verməməsinə görə öz iradını bildirmiş və onların aralarında mübahisə yaranmışdır. Buna görədə Firuddindən avtomobildən enməsini istəmişdir. Firuddin, maşından enəndən sonra o avtomobili hərəkət etdirərək oradan uzaqlaşmışdır. Firuddin əldə etdiyi gəlirdən ona hər hansısa bir məbləğdə pul verməmişdir. Ancaq yol haqqı olaraq ona 10 manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış aparılması haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, fotoları çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli “avtomobilə baxış aparılması haqqında” protokoldan görünür ki, avtomobilə baxış keçirilmiş, fotoları çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından dayandırılmışdır. xx.xx.2023-cü il “Baxış aparılması haqqında” protokoldan görünür ki, Gəncə şəhəri Kərpic zavod qəsəbəsində yerləşən fermaya yəni, oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, AR CM-nin 185.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi həmin Məcəllənin 185.2.2, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilmiş və o, etdiyi cinayət əməllərini etiraf etmişdir. xx.xx.2023-cü il tarixli “Materialın cinayət işinə birləşdirilməsi haqqında” qərardan görünür ki, HK-1/3216 saylı material AR CM-nin 185.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 185.2.4, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələr ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilərkən elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və onun ifadəsində göstərdiyi yerlərin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və o, Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Gəncə şəhər 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisənin hansı səbəbdən və şəraitdə baş verməsinin, hadisənin mexanizminin, hadisənin əlavə iştirakçılarının olubolmamasının və şahidlərinin dairəsinin, hadisə yerinin yaxınlığında əlavə videomüşahidə kamerasının olub-olmamasını müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən rayon ərazisində başqa cinayətin törədilibtörədilməməsinin müəyyən edilməsi, istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, hər hansı müsbət nəticə əldə edilməmişdir. xx.xx.2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə saat 03 radələrində Gəncə şəhəri Kərpic zavod qəsəbəsində yerləşən fermadan Zərərçəkmiş şəxs2 məxsus 125 baş qoyun və 40 baş keçini gizli olaraq talamaqla oğurlayıb qabağına qataraq oradan uzaqlaşır. xx.xx.2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:04-də Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerleşən avtomobillərin təmiri servisinin qarşısından Zərərçəkmiş şəxs1 məxsus Mercedes Benz E200 CDİ markalı **- EC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin açarını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə təmir üçün həmin servizdə dayanıqlı vəziyyətdə saxlanılan eyni markalı avtomobilin açarını masanın üzərindən götürərək iz itirməkən ötrü sonuncuya məxsus avtomobilin açarı ilə yerlərini dəyişdirib oradan uzaqlaşır. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından dayandırılmışdır. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00-da Gəncə şəhər BPİ-nin inzibati binasına gələrək könüllü təslim olmuşdur. xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından dayandırılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00-da Gəncə şəhər BPİ-nin inzibati binasına gələrək könüllü təslim olmuşdur. xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji və dispanserindən və Narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 11652/2023 saylı məktuba əsasən, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli qeydiyyat sistemində məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Gəncə RQİ və TBŞ-dən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2- 8160/2023 saylı məktuba əsasən Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi yoxdur. Göy-göl rayonu Yeni Qızılca kəndi “Mal-Qara” bazarınından alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli 77 saylı məktuba əsasən 2023-cü ilin avqust ayının sonlarından 2023-cü ilin sentyabr ayının əvvələri ərzində 1 baş diri çəkisi 70-80 kq olan qoyunun bazarlar arası orta satış qiyməti 350 manat, 1 baş diri çəkisi 20-21 kq olan quzunun bazarlararası orta satış qiyməti 200 manat, 1 baş diri çəkisi 25-30 kq olan keçinin bazarlararası orta satış qiyməti 120 manat olmuşdur. xx.xx.2023-cü il tarixli Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Mercedes Benz E200 CDİ markalı **-EC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən götürülmüş əl izləindən 3 ədədi xx.xx.2000-ci il tarixdə Samux rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Mercedes Benz E 200 CDİ markalı **-EC-*** qeydiyyat nişanlı avtomobil və hadisənin videogörüntülərini özündə əks etdirən, iki ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü və 185.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq etmiş eləcədə xeyli miqdarda ziyan vurub təkrarən saxlanc yerinə qanunsuz daxil olub, özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində, talamaq məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirtmək məqsədi ilə Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi, 5-ci mikrorayon, bina 7, ev 30-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus Mercedes Benz E200 CDİ markalı **-EC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sonuncunun işlədiyi Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerleşən avtomobillərin təmiri servisinin qarşısından sahibinin iradəsinə zidd olaraq həmin servisdə olan avto-elektrik sexindən avtomobilin açarını götürərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş və avtomobildə olan 2000 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 avqust 2023-cü il tarixdə Samux royonu Hacallı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri Kərpic zavod qəsəbəsində yerləşən fermadan ümumi dəyəri 43750 (qırx üç min yeddi yüz əlli) manat olan 125 baş qoyun və ümumi dəyəri 5600 (beş min altı yüz) manat olan 40 baş keçi olmaqla cəmi dəyəri 49350 manat məbləğində olan xırda buynuzlu heyvanları saxlanc yerinə qanunsuz olaraq daxil olub xeyli miqdarda ziyan vurmaqla təkrarən gizli olaraq talamaqla oğurluq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli əsassız olara həm təkrarən talama, həm də zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurmaqla avtombili talama məqsədi olmadan qanunsuz ələ keçirmə kimi qiymət verilmişdir. Məhkəmə qeyd edir ki, avtomobilin qiymətindən asılı olmayaraq həmin avotomobilə heç bir ziyan vurmadan həmin avotombilin qaçırılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilməlidir. İş materiallarında olan Gəncə “AvtoMotoServis və Ticarət” müəsissəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz “ E200 CDİ minik markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir zərər dəyməmiş, avtomobil saz vəziyyətdə olmaqla ümumi dəyəri 23000 manat təşkil etmişdir. Həmin rəydən və zərərçəkmiş şəxsin ifadəsindən də görünür ki, Zərərçəkmiş şəxs1 məxsus avtomobilin talama məqsədi olmadan qaçırılması zamanı avtomobilə hər hansı bir ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz “ E200 CDİ minik markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobildən 2000 manat pulu gizli olaraq talaması oğurluq kimi, Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri Kərpic zavod qəsəbəsində yerləşən fermadan ümumi dəyəri 43750 (qırx üç min yeddi yüz əlli) manat olan 125 baş qoyun və ümumi dəyəri 5600 (beş min altı yüz) manat olan 40 baş keçi olmaqla cəmi dəyəri 49350 manat məbləğində olan xırda buynuzlu heyvanları saxlanc yerinə qanunsuz olaraq daxil olub xeyli miqdarda ziyan vurmaqla talaması isə saxlanca yerinə daxil olmaqla təkrarən gizli olaraq talama kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3, 177.2.4-cü və 185.1-ci maddəsi ilə nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3, 177.2.4-cü və 185.1-ci maddələri ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 177.2.2,177.2.3, 177.2.4-cü və 185.1-ci maddələri ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 177.2. Eyni əməllər: 177.2.2. təkrar törədildikdə; 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə(qaçırma)- min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, dəymiş zərərdən qismən ödəniş etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü və 185.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın isə olmamasını, dəymiş zərərin miqdarını və zərərin tam şəkildə ödənilməməsini nəzərə alaraq hesab edir ki, belə olan vəziyyətdə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə oğurluq cinayəti ilə bağlı təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şəxsin islah olunmasına, cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsaslarına uyğun olduğundan onun barəsində Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təyin edilmiş cəzasının əlavə olaraq toplanmasına zərurət yoxdur ona görə də onun barəsində az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində bu iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, CM-nin 69.3-cü maddəsinə şübhəli şəxs qismində tutuluduğu 02 gün müddət ona təyin edilən cəzadan çıxılmaqla, məhkəmə iclas zalından həbsə alınmalı, həbsetməni əvvəli 15 may 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınmış– Mercedes Benz E 200 CDİ markalı **-EC-*** qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, hadisənin videogörüntülərini özündə əks etdirən iki ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və başqa xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübutlar – Mercedes Benz E 200 CDİ markalı **-EC-*** qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın, hadisənin videogörüntülərini özündə əks etdirən, iki ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-160/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-160/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver