Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-160/2025 17.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə Regional vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə qohumu Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış etibarlı münasibətdən sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunda yaxın əlaqələrinin olmasına inandırıb etibarını qazanaraq əlilliyə görə əmək pensiyası düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs1 bilə-bilə yalan, həqiqətə uyğun olmayan yalan məlumatlar verib inandıraraq sonuncu tərəfindən 02 mart 2022-ci il tarixdə saat 17:09-da Samux rayonu, Tatlı kəndində yerləşən, “Tatlı” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından özünə məxsus "xxxx" ASC-dəki **********500034 nömrəli bank hesabına 360 manat, 17 may 2022-ci il tarixdə saat 22 55-də eyni yerdəki eManat elektron ödəmə terminalından eyni hesaba 151 manat, 23 may 2022-ci il tarixdə saat 11:48-də eyni yerdəki eManat elektron ödəmə terminalından eyni hesaba 131 manat, 31 may 2022-ci il tarixdə 13:40-da eyni yerdəki eManat elektron ödəmə terminalından eyni hesaba 820 manat, 31 may 2022-ci il tarixdə saat 13:43-də eyni yerdəki eManat elektron ödəmə terminalından eyni hesaba 80 manat, 30 iyun 2022-ci il tarixdə saat 17:26-da eyni yerdəki eManat elektron ödəmə terminalından eyni hesaba 80 manat, 05 iyul 2022-ci il tarixdə saat 11:23-də eyni yerdəki eManat elektron ödəmə terminalından eyni hesaba 301 manat, 15 iyul 2022-ci il tarixdə saat 11:51-də eyni yerdəki eManat elektron ödəmə terminalından eyni hesaba 201 manat, 18 iyul 2022-ci il tarixdə saat 16:47-də eyni yerdəki eManat elektron ödəmə terminalından eyni hesaba 51 manat, bundan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-dəki **********381622 nömrəli bank hesabına eyni məqsədlə 23 sentyabr 2022-ci il tarixdə saat 20:49-da Samux rayonu, İnsititut qəsəbəsində yerləşən “Şans” adlı marketdə quraşdırılmış Million elektron ödəmə terminalından 800 manat, 10 oktyabr 2022-ci il tarixdə saat 11:28-də Samux rayonu Tatlı kəndində yerləşən, “Tatlı” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından 650 manat,. 11 oktyabr 2022-ci il tarixdə saat 17:45-də eyni yerdəki marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından həmin hesaba 1500 manat, 20 oktyabr 2022-ci il tarixdə saat 12:46-da Samux rayonu insititut qəsəbəsində yerləşən “Şans” adlı marketdə quraşdırılmış Million elektron ödəmə terminalından eyni hesaba 1210 manat, 09 fevral 2023-cü il tarixdə saat 14:55-də Gəncə şəhəri, Atabəylər prospekti 159 ünvanında yerləşən “Şahzadə” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından 157 manat pul vəsaitinin köçürülməsini təmin edib ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə Zərərçəkmiş şəxs1 6492 (altı min dörd yüz doxsan iki) manat məbləğində xeyli miqdarda pulunu vahid niyyətlə törədilən qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə cinayətkar niyyətindən xəbəri olmayan qohumu Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış etibarlı münasibətdən sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə sonuncunu Dövlət Sosial Müdafiə Fondunda yaxın əlaqələrinin olmasına inandıraraq etibarını qazanmış, Zərərçəkmiş şəxs1 arvadı Şahid əlilliyə görə əmək pensiyası düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs1 bilə-bilə yalan, həqiqətə uyğun olmayan yalan məlumatlar verib inandıraraq sonuncu tərəfindən 31 may 2022-ci il tarixdə saat 21:22-də Samux rayonu Tatlı kəndində yerləşən, “Tatlı" adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından özünə məxsus "xxxx" ASC-dəki **********500034 nömrəli bank hesabına 51 manat, 25 iyul 2022-ci il tarixdə saat 12:02-də həmin yerdəki eManat elektron ödəmə terminalından 101 manat, bundan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-dəki **********381622 nömrəli bank hesabına eyni məqsədlə 29 oktyabr 2022-ci il tarixdə saat 15:20-də Gəncə şəhəri, Heydər Əliyev prospekti 44 ünvanında yerləşən, “Maxi” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından 211 manat, 20 dekabr 2022-ci il tarixdə saat 12:28-də Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 29A ünvanında yerləşən “Geologiya İnsititu”nun girişində quraşdırılmış eManat elektron ödəmə terminalından 3000 manat, 28 dekabr 2022-ci il tarixdə saat 10:45də Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 106 ünvanında yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının əsas girişində quraşdırılmış eManat elektron ödəmə terminalından 1414 manat, 01 fevral 2023-cü il tarixdə saat 14:43-də Samux rayonu, İnsititut qəsəbəsində yerləşən “Şans” adlı marketdə quraşdırılmış Million elektron ödəmə terminalından 360 manat, 14 fevral 2023-cü il tarixdə saat 17:35-də Gəncə şəhəri, Heydər Əliyev prospekti, 44 ünvanında yerləşən, “Maxi” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından 364 manat pul vəsaitinin köçürülməsini təmin edib ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə Zərərçəkmiş şəxs1 5501 (beş min beş yüz bir) manat məbləğində xeyli miqdarda pulunu vahid niyyətlə törədilən qəsdlə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə cinayətkar niyyətindən xəbəri olmayan qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduğu tanışı Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış etibarlı münasibətdən sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunda yaxın əlaqələrinin olmasına inandıraraq sonuncunun etibarını qazanaraq ona əlilliyə görə əmək pensiyası düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs2 bilə-bilə yalan, həqiqətə uyğun olmayan yalan məlumatlar verib inandıraraq Zərərçəkmiş şəxs1 tərəfindən 01 avqust 2022ci il tarixdə saat 13:22-də Samux rayonu, Tatlı kəndində yerləşən, “Tatlı” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından özünə məxsus "xxxx" ASC-dəki **********500034 nömrəli bank hesabına 1100 manat, 01 avqust 2022-ci il tarixdə saat 17:20-də həmin yerdəki eManat elektron ödəmə terminalından eyni hesaba 200 manat, 06 avqust 2022-ci il tarixdə saat 09:54-də eyni yerdəki eManat elektron ödəmə terminalından eyni hesaba 506 manat, 14 avqust 2022-ci il tarixdə saat 18:06-da Samux rayonu, İnsititut qəsəbəsində yerləşən “Şans” adlı marketdə quraşdırılmış Million elektron ödəmə terminalından 360 manat, 17 avqust 2022-ci il tarixdə saat 19:34-də Samux rayonu Tatlı kəndində yerləşən, “Tatlı” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından 48 manat, 2022-ci ilin sentyabr ayının əvvəllərində tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 3-cü kilometr ünvanında yerləşən Beynəlxalq Avtovağzalın əsas girişində Zərərçəkmiş şəxs2 nağd 661 manat, bundan sonra onun cinayətkar niyyətindən məlumatı olmayan Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-dəki **********381622 nömrəli bank hesabına eyni məqsədlə 08 sentyabr 2022-ci il tarixdə saat 12:15-də Samux rayonu, Tatlı kəndində yerləşən, “Tatlı” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından 660 manat, 03 oktyabr 2022-ci il tarixdə saat 14:49-da eyni yerdəki eManat elektron ödəmə terminalından eyni hesaba 505 manat, 20 oktyabr 2022-ci il tarixdə saat 11:31-də eyni yerdəki eManat elektron ödəmə terminalından eyni hesaba 300 manat, 21 noyabr 2022-ci il tarixdə saat 14:42-də eyni yerdəki eManat elektron ödəmə terminalından 160 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitinin köçürülməsini təmin edib ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə Zərərçəkmiş şəxs2 4500 (dörd min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə törədilən qəsdlə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qohumu Zərərçəkmiş şəxs3 ilə aralarında yaranmış etibarlı münasibətdən sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunda yaxın əlaqələrinin olmasına inandıraraq sonuncunun etibarını qazanaraq ona əlilliyə görə əmək pensiyası düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs3 bilə-bilə yalan, həqiqətə uyğun olmayan yalan məlumatlar verib inandıraraq 08 sentyabr 2022-ci il tarixdə Samux rayonu, Tatlı kəndində yerləşən onun cinayətkar niyyətindən məlumatı olmayan Zərərçəkmiş şəxs1 məxsus evdə sonuncudan Zərərçəkmiş şəxs3 məxsus 800 manat, bundan sonra Zərərçəkmiş şəxs1 tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 21:39-da Samux rayonu, Tatlı kəndində yerləşən, “Tatlı” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından özünə məxsus "xxxx" ASC-dəki **********381622 nömrəli bank hesabına 580 manat, 16 sentyabr 2022-ci il tarixdə saat 10:01-də eyni yerdəki eManat elektron ödəmə terminalından 370 manat, 19 sentyabr 2022-ci il tarixdə saat 12:27-də Samux rayonu, İnsititut qəsəbəsində yerləşən, “Lyuks oil" yanacaq doldurma məntəqəsində quraşdırılmış eManat elektron ödəmə terminalından 420 manat, 26 sentyabr 2022-ci il tarixdə saat 14:02də Gəncə şəhəri, Atabəylər prospekti 15 ünvanında yerləşən “Şahzadə” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından 2520 manat, 05 yanvar 2023-cü il tarixdə saat 23:19 radələrində ünvan 8 ünvanında yerləşən “Araz” marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından 1313 manat, 10 yanvar 2023-cü il tarixdə saat 15:04də Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 29A ünvanında yerləşən “Geologiya İnsititu”nun girişində quraşdırılmış eManat elektron ödəmə terminalından 1010 manat, 25 yanvar 2023-cü il tarixdə saat 16:47-də Gəncə şəhəri, Atabəylər prospekti, 159 ünvanında yerləşən “Şahzadə” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından 370 manat, 27 yanvar 2023-cü il tarixdə saat 11:00-da Samux rayonu Tatlı kəndində yerləşən, “Tatlı” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından 303 manat, 29 yanvar 2023-cü il tarixdə saat 11:34-də eyni yerdəki eManat elektron ödəmə terminalından 808 manat, 07 fevral 2023-cü il tarixdə saat 12:08-də Gəncə şəhəri, Atabəylər prospekti 159 ünvanında yerləşən “Şahzadə” adlı marketdə quraşdırılmış eManat elektron ödəmə terminalından 290 manat pul vəsaitinin köçürülməsini təmin edib ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə Zərərçəkmiş şəxs3 8784 (səkkiz min yeddi yüz səksən dörd) manat məbləğində xeyli miqdarda pulunu vahid niyyətlə törədilən qəsdlə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahid ifadələri, digər istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş və ibtidai isitintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Odur ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin fevral ayında bacısının Gəncə şəhəri İmamzadə kompleksində yerləşən qəbrini ziyarət etmək üçün Gəncəyə gəlmiş, Samux rayonu Tatlı kəndində kirvəsi Hamletin oğlu Vüsalın yaşadığı evə getmiş və onu orada çox yaxşı qarşılamışlar. Həmin gün onlar ehsan bişirmişlər, 2-3 saat onlarda olduqdan sonra Bakı şəhərinə yollanmışdır. O, Vüsal və ailəsi ilə tez-tez əlaqə saxlamış, Vüsala söhbətlərin s yaxşı olmadığını nəzərə alaraq ona pensiya düzəldə biləcəyini bildirmişdir. Vüsal bu işin necə olacağını soruşduqda ona Dövlət Sosial Müdafiə fondunda tanışları olduğunu və bunun müqabilində Vüsalın 6-7 min manat xərcinin çıxa biləcəyini söyləmişdir. Vüsal o qədər pulun olmadığını bildirdikdə o, Vüsala pulu hissə-hissə vura biləcəyini bildirmiş və özünə məxsus Kapital bank kartını Vüsala atdımışdır. Vüsal təxminən 2022-ci ilin iyun ayından 2022-ci ilin oktyabr ayının sonlarına kimi ona məxsus kartlara ayrı-ayrı vaxtlarda təxminən 6-7 min manat arası pul göndərmişdir. O, Vüsalın pul göndərdiyini görüb yay aylarında ona bildirmişdir ki, “istəyirsənsə yoldaşın Səfa bacıya da pensiya düzəldim. Səfanın pensiyası səndən biraz ucuz başa gələ bilər” O, 5-6 min manat civarında bu məsələni həll edə biləcəyini bildirdikdə Vüsal da razılaşmışdır. Vüsal yenə də təxminən 2022-ci ilin avqust ayının ortalarından 2022-ci ilin oktyabr ayının ortalarına kimi Səfanın təqüdü üçün onun kartına ayrı-ayrı vaxtlarda təxminən 5-6 min manat arası pul göndərmişdir. Bir müddət sonra Vüsal və yoldaşı ondan təqüdü nə vaxt ala biləcəklərini soruşduqda o, hər dəfə yaxın zamanda təqaüd alacaqlarını bildirmişdir. Lakin onların təqüdü düzəlməmişdir. O, kirvə olduğuna görə etdiyi əməldən utanır. Onların pulunu hissə-hissə qaytara bilər, lakin hazırda bu pulun hamısını ödəməyə gücüm çatmır. Bundan əlavə olaraq Vüsalın bacısı Zərərçəkmiş şəxs3 və qonşusu Zərərçəkmiş şəxs2 təqaüd düzəldə biləcəyini söz verərək Vüsalın vasitəsilə onlardan da pul almışdır. Ziyadın 4500 manat, Məhəbbətin isə 8000 manatdan biraz çox pulunu ələ keçirmişdir. Onlara təqaüd düzəltmək iqtidarında olmadığı halda yalan vəd verib aldatmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını və atası Hamlet onun kirvəsi olduğunu, onun əvvəllər ailəsi ilə birlikdə Gəncə şəhərində yaşadığını, hal-hazırda Bakı şəhərində yaşadığını və xeyli vaxt idi ki, onlarla əlaqələrinin olmadığını bildirmişdir. 2022-ci ilin fevral ayında qardaşı Zərərçəkmiş şəxs1 ona zəng edərək kirvələri Təqsirləndirilən şəxs Bakı şəhərindən onlara qonaq gəldiyini bildirmişdir. Bundan sonra Vəli qardaşı Vüsalın evinə gedib-gəlməyə başlamışdır. Bir müddət sonra qardaşı Vüsal ona Təqsirləndirilən şəxs təqaüd düzəltdiyini bildirmişdir. O, 16 il Samux rayonu Zazalı icra nümayəndəliyində baş məsləhətçi işləmiş və iş stajı olduğu üçün təqaüd düzəltdirmək qərarına gəlmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ümumilikdə 8784 manat verdiyini, şikayətçi olduğunu, həmin məbləğdən heç bir ödəniş olunmadığını bildirərək onun həbs olunmasını istəmədiyini, pullarının geri qaytarılmasını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs onun Samux rayonu Tatlı kəndində yerləşən evinə gəlmiş, bundan sonra onunla münasibətləri yaxşılaşmış və Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhərindən tez-tez onların evinə gedib-gəlməyə başlamışdır. Bir gün Təqsirləndirilən şəxs ona təqaüt düzəldə biləcəyini demiş və neçəyə düzəltdirə biləcəyini soruşduqda Vəli işi 6500 manata həll edə biləcəyini bildirmişdir. Bundan sonra hissə-hissə ödənişə dair Təqsirləndirilən şəxsla razılaşmışdır. Bir gün o, gecə saatlarında Bakı şəhərində dalaşmış və təcili zəng vuraraq 1500 manat pulun lazım olduğunu bildirdikdə onda bu qədər pulun olmadığını bildirmiş və həmin gecə 2-3 nəfərə zəng edərək 500 manat borc tapıb onun kartına vurmuşdur. 3 gün sonra Unibankdan 1500 manat kreditə pul götürmüş və həmin puldan 500 manat götürdüyü borcu qaytarmış qalan pulu isə Vəliyə göndərmişdir. O, hər ay 100 manat olmaqla cəmi 3 ay banka pul ödəmişdir. Bundan sonra bildirdi ki, təqaüdlə bağlı sənədlərin şəklini Samir adlı şəxsə göndərdiyini, bu işin içində Vəfa və Ceyhun adlı şəxslərin olduğunu, bir gün Ceyhunla telefonla danışdıqda pulu vurmasını və ayın 30-u sənədlərinin gəlməsini bildirdikdə “sələm”-ə pul götürüb vermişdir. İfadəsinin sonunda şikayətçi olduğunu və ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində l Qarabağ müharibəsində 4 il müddətinə iştirak etdiyini, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduğunu, Vəlinin 4500 manat qarşılığında pensiya düzəldəcəyini bildirdikdə onunla razılaşmış və hissə-hissə ödənişləri Zərərçəkmiş şəxs1 vermiş, Vüsal isə onun yanında kart vasitəsi ilə Vəliy Cəfərova atmışdır. Bir dəfə Vüsal ilə birgə Bakıya xəstxanada imza etmək üçün getmiş və ilk dəfə olaraq Vəlini orada görmüşdür. Ona dəymiş ziyan Zərərçəkmiş şəxs1 tərəfindən ödənilmiş və 1800 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, mərhum qaynatası Vəlinin kirvəsi olmuşdur. Təqsirləndirilən şəxs bir gün yoldaşı Vüsala pensiya düzəldə biləcəyini bildirmişdir. Ona inandıqlarına görə razılaşmış və hissə-hissə ödənişlər etmişdirlər. Toplam olaraq məbləği xatırlamır. Vəli yoldaşı Vüsalın pulunu geri qaytarmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (l cild - i.v. 1) - xx.xx.2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Şahid müraciəti əsasında toplanmış material üzrə CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (l cild - i.v. 29) - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (l cild - i.v. 35) - xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsi xaric olunmuş, 178.2.2-ci maddəsi ilə 03 il 09 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 04 ay 27 gün vaxtından əvvəl şərti azad edilmiş və cəza müddəti xx.xx.2018-ci tarixdə cəza müddəti qurtardığından qeydiyyatdan çıxarılmışdır (l cild - i.v. 62); - xx.xx.2024-cü il tarixli şübhəli şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulduqda Gəncə şəhər BPİ-nin İTİ-nə təhvil verilməsi barədə qərar verilmişdir (l cild - i.v. 77); - xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:35 radələrində Gəncə şəhər BPİ-nin İTİ-yə təhvil verilmişdir (l cild - i.v. 84); - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli olduğu üçün həmin gün saat 14:00 radələrində müdafiəçi X1 iştirakı ilə tutulmuşdur (l cild - i.v. 89, 102); - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (l cild - i.v 111); - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. (l cild - i.v. 113) - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmişdir (l cild - i.v. 122-124) - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (l cild - i.v. 139-140) - ödəniş qəbzlərinin ksero surətlərindən görünür ki, 416974******1622 hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə 420 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 2520 manat, xx.xx.2022-ci il tarixdə 650 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 211 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 1414 manat, xx.xx.2023-cü il tarixdə 1313 manat və xx.xx.2023-cü il tarixdə 1010 manat məbləğində pul köçürülmüşdür (l cild - 172-175); - xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilməsi barədə qərar verilmişdir (l cild - i.v. 176) - xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10 radələrində Gəncə şəhər 2-ci PŞ-nə gətirilmiş və 21:30 radələrində Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir (l cild - i.v. 188); - Gəncə şəhər Məhkəməsinin 4(125)-377/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 noyabr 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 226-231); - Gəncə şəhər Məhkəməsinin 4(125)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (ll cild - i.v. 13-15); - Gəncə şəhər Məhkəməsinin 5(125)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs maliyyə əməliyyatlarının vəziyyəti barədə məlumatların ələ keçirilməsi barədə vəsatət təmin edilmişdir (ll cild - i.v. 22); - Gəncə şəhər Məhkəməsinin 4(125)-130/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (ll cild - i.v. 51-56); - cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 57/2-3269/2025 nömrəli Kapital Bank ASC-nin məlumatından görünür ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixdə vəsaitlərin köçürüldüyü 416974******1622 və 416974** ****0034 nömrəli kartların Təqsirləndirilən şəxs adına müəyyən edilmişdir. Həmin kartlara aid hesabatlar üzrə əməliyyatlar cinayət işinin materiallarına əlavə edilmişdir. (ll cild - i.v. 62-69); - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər Məhkəməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 6(125)-42/2025 saylı qərarına əsasən "xxxx" MMC-dən 17 fevral 2025-ci il tarixli 2782 saylı məktubla xaric olmuş, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin telefon danışıqlarını, sms mətnlərini və anten məlumatlarını özündə əks etdirən 01 ədəd “CD” disk, Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 5(125)-40/2025 nömrəli qərarına əsasən "xxxx" ASCdən daxil olmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi iş üzrə Təqsirləndirilən şəxs məxsus olan 4169 74****** 1622 və 416974******0034 nömrəli bank hesablarından çıxarışları, təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi, qəbzlərdən köçürülmüş, əlyazma şəklində olan qəbz və özündə 11 ədəd ödəmə qəbzin ksero surətlərini əks etdirən vərəq cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (ll cild - i.v. 74-96); - Gəncə şəhər Məhkəməsinin 4(125)-259/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 20 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin pulunu ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, cəzanı ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 17 avqust 2024-cü il tarixdən 19 avqust 2024-cü il tarixədək 2 gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – 22 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardıma görə 110 ( yüz on) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli həbsə alındığı 22 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-160/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-160/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver