Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-162/2023 19.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – X6, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 05 fevral 1962-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Dövlət Aqrar Universitetində mexanik işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs özünün yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı işçisi Şahid2 qohumu Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası FHN-nə yanğın söndürən kimi işə düzəltməsinə köməklik göstərməsini ondan xahiş etməsindən istifadə edib Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs2 həmin işi 10000 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2021-ci il iyul ayının sonlarında işlədiyi Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən «Gəncə Asan» xidmətin qarşısında 500 manat, bir neçə gün sonra isə Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan X2rşısında 2000 manat, təxminən 20 gün sonra isə yenə Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan X2rşısında 500 manat, cəmi 3000 manat pulunu aldatma yolu ilə vahid niyyətlə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, yaxın münasibətdə olduğu, özünün yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı qonşusu Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş bu məqsədlə sonuncunun oğlu Ramil Məmmədovu Azərbaycan Respublikası FHN-də zabit kimi işə düzəltməyi 13000 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 17 avqust 2021-ci il tarixdə onun yaşadığı ünvan 2 ünvanında əvvəlcə 6500 manat, 20 gün sonra isə yenə həmin ünvanda 700 manat pulunu cəmi 7200 manat pulunu aldatma yolu ilə vahid niyyətlə alıb xeyli miqdarda pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, yaxın münasibətdə olduğu X9 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Yasin Babayevə işlədiyi Azərbaycan Dövlət Aqrar Univerisitetinə məxsus kombaynı və traktoru icarəyə vermək barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 07 aprel 2022-ci il tarixdə Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan X2rşısında 3800 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamdaqismən təqsirli bilərək ifadəsində göstərdi ki,o, Gəncəşəhəri, 20 Yanvarküçəsiev 28 ünvanında ailəsi ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs1 qonşusudur, Zərərçəkmiş şəxs1 ilə qonşu kimi yaxşı münasibəti olmuş, o, 1990-cı ildən 2015-ci ilədək AzərbaycanRespublikası DİN-nin YPX-də inspektor vəzifəsində xidmət etmiş, 2015-ci il tarixdə X12 təqaüdə çıxmış, 2018-ci ilin sonlarından isə Azərbaycan Dövlət Aqrar Universitetində baş mexanik işləmiş, 2021-ci ilin avqust ayında Müqabil ona yaxınlaşaraq oğlu Ramili FHN-nə zabit kimi işə düzəltmək istədiyinibildirərək tanışı varsa köməklik göstərməsini xahiş etmiş, o və həyat yoldaşı xəstə olduğu üçün mütəmadi olaraq Bakı şəhərində müalicə olunmuş, buna görə də onun pula ehtiyacı yaranmış, o da qonşusu Müqabilin təklifindən sonra pulunu götürüb ehtiyacları üçün xərcləmək qərarına gəlmiş, bundan sonra o Müqabili işyerinə çağırmış, Müqabil onun iş yerinə gəlmiş, o Müqabilə oğlu Ramili 13000 manata zabit kimi işə düzəldəcəyini, ilkin olaraq 6500 manat verməli olduğunu, iş düzəldikdən sonra isə yerdə qalan 6500 manat pulu verməsini demiş, Müqabildə ona fikirləşərək cavab verəcəyini demiş, sonradan Müqabil ona razılaşdığını bildirmiş və bir yerdə görüşmüşlər, həmin gün Müqabil ona 2500 manat pulu gətirmiş, o da həmin 2500 manat pulu götürüb onların yanında guya Mehman adlı işi düzəldən şəxslə telefonla danışmış, ancaq o həmin vaxt heç kimlə telefonla danışmamış, o Müqabildən 2500 manat pulu aldıqdan bir neçə gün sonra yenə pul lazım olduğu üçün onu yığaraq 4000 manat da pul vermək lazım olduğunu demiş,Müqabil də ona həmin pulu yaşadığı evin yanında küçədə verə biləcəyini demiş, bundan sonra o, Müqabilin yaşadığı Gəncə şəhəri, 20 Yanvar küçəsində yerləşən evinə getmiş, o, Müqabilin evinin qabağında ondan 4000 manat pul almışdır. Bundan təxminən 15-20 gün sonra yenə pula ehtiyacı yarandığı üçün Müqabilə zəng vuraraq əlavə 700 manat da pul lazım olduğunu bildirmiş, Müqabil də ona həmin pulu gedib evdən götürməsini bildirmişdir. O, da Müqabilin evinə gedərək həmin 700 manat pulu götürmüşdür. O, Müqabildən götürdüyü pulu öz ehtiyacları üçün xərcləmişdir. Müqabil bir neçə dəfə iş yerinə gəldiyi üçün almış olduğu 7200 manat puldan 1300 manatını Müqabilə qaytarmışdır. O, Zərərçəkmiş şəxs2 2021-ci ilin yay aylarında tanışı Nobelin vasitəsi ilə tanımış, Nobel onunla görüşən vaxt qohumu Elvin adlı şəxsin FHN-nin yanğın söndürmə işinə düzəltməyi ondan xahiş etmişdir. Onun da pula ehtiyacı olduğu üçün Elvinlə görüşmək istədiyini bildirmişdir. Bundan sonra Elvini Nobel dəvət etmiş və onlar Gəncə şəhəri, Ozan küçəsində görüşmüşlər. Həmin vaxt o, Elvinlə danışmış və Elvinə 10000 manata işə düzəldəcəyini bildirmiş, həmçinin o, Elvinə həmin pulun 3000 manatını əvvəl, 7000 manatını isə iş düzəldikdən sonra verməsini bildirmişdir. O, Elvinlə görüşdükdən təxminən 10-15 gün sonra, yəni 2021-ci ilin iyul ayının sonlarında pula ehtiyacı yaranmış, buna görə də Elvinlə görüşüb ondan pul istəmək qərarına gəlmiş və Elvinlə görüşüb ilkin verməli olduğu 3000 manat pulu istəmiş, Elvində onun sözünə görə 2021-ci ilin iyul ayının sonlarında iş yerinin yanına gəlib ona 3000 manat pul vermiş, o da Elvinə həmin pulu guya işinin düzəlməsi üçün kiməsə verəcəyini bildirmiş, lakin həmin pulu öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa Sahib o, X10 2020-ci ildən tanımış, həmin vaxt Yasin Babayev onun işlədiyi Aqrar Univerisitetə gələrək icarəyə traktor götürmüş, buna görə də həmin vaxtdan münasibətləri yaranmış, 2022-ci ilin yanvar ayında arvadı və özü xəstə olduğu üçün müalicəsinə pul lazım olmuş, o, heç yerdən pul tapa bilmir, buna görə də 2022-ci ilin mart ayında Yasinə zəng vuraraq ona icarəyə kombayn və traktor verə biləcəyini bildirərək görüşmək istəmiş, Yasin də onun iş yerinə gələrək bir yerdə oturub söhbət edərkən Yasinə kombaynı iki ay müddətinə 5000 manata, traktoru isə bir ayını 600 manata icarəyə verə biləcəyini demiş, Yasin də onunla razılaşaraq getmiş, 2022-ci ilin aprel ayında Yasin üç nəfərlə birlikdə onun yanına gəlmiş, Yasin onların yanında ona 3800 manat pul vermişdir. O, Yasindən götürdüyü pulu öz ehtiyacları üçün istifadə etmiş, həmçinin Yasinə də Kombaynın təmirdə olduğunu, qısa müddət ərzində təmirdən çıxacağını, kombaynı və traktoru ona verəcəyini bildirmişdir. O, cinayət işində zərərçəkmiş qismində adı keçən Zərərçəkmiş şəxs4 Rafiq qızına münasibətdə özünü təqsirli bilmir. Belə ki, həmin zərərçəkmiş şəxslə onun arasında borc müqaviləsi olmuş və bununla bağlı Gəncə Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(125)-905/2023 saylı qətnamə çıxarılmışdır. Hazırda əməlindən peşman olmaqla zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmiş, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki,o, Təqsirləndirilən şəxs Sahil oğlu qonşusudur, əvvəllər YPX-də işləmiş, sonradan təqaüdəçıxmış, hal-hazırda isə Aqrar Universitetdə zavqar vəzifəsində işləyir, 2021-ci ilin avqust ayında oğlu X4 FHN-nin Gəncə Regional İdarəsinə zabit kimi işə düzəltmək istəmiş, qonşusu Sahib bu işdən xəbər tutan zaman işə düzəltməyə çalışmış, Sahib ona FHN-nin Gəncə Regional İdarəsində tanışı işlədiyini, həminşəxsin vasitəsi ilə oğlunu zabit kimi FHN-nə işə düzəldə bilər. O təxminən 3 dəfə X8 görüşmüş və xx.xx.2022-ci il tarixdə Sahiblə Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən İzmir restoranın qarşısındakı çayxanada görüşmüşdür. Sahiblə söhbət zamanı oğlunun 13000 manata FHN-nə zabit kimi işə düzəltməyə, ilkin olaraq 7200 manat, iş düzəldikdən sonra isə 5800 manat verməyə razılaşmışdır. Sonra Sahib yaşadığı evə gəlmiş, yaşadığı evdə həyat yoldaşı Şahid3 yanında 6500 manat pulu Sahibə vermiş, Sahib işin 1 aya düzələcəyini demişdir. Təxminən 20 gün sonra isə Sahib yaşadığı evə gələrək arvadı Nicahətdən yenidən 700 manatda almışdır. Bundan sonra dediyi müddət keçsə də iş düzəlməmiş, o da Sahibə iş düzəlmədiyini deyərək 7200 manat pulunu qaytarmasını dedikdə, Sahib pulu alan şəxsi işdən çıxartdıqlarını, işləri məhkəmədə olduğunu demişdir. O, Sahibə 7200 manat pulu ona verdiyi üçün ondan istədiyini bildirdikdə Sahib isə pulu qaytarmaq üçün vaxt istəmiş, lakin xeyli vaxt keçsədə Sahib pulu qaytarmadığı üçün o da arvadı ilə bigə Sahibin iş yerinə getmişdir. Bundan sonra Sahib 800 manat pulu yaşadığı evdə qaytarmış, daha sonra isə 200 manat pulu tanımadığı işçisi ilə evinə göndərmiş, lakin həmin vaxtdan sonra Sahib müxtəlif bəhanələr deyərək yerdə qalan 6200 manat pulu qaytarmamışdır. Həmçinin Təqsirləndirilən şəxs Sahil oğlu özünün oğlu X4 FHN-nə zabit rütbəsində işə düzəldəciyini vəd edərək xx.xx.2021-ci il tarixdə yaşadığı evdə ondan 7200 manat pul almış, sonradan 1000 manat pulu geri qaytarmış yerdə qalan 6200 manat pulu geri qaytarmayaraq dələduzluq yolu ilə mənimsəmişdir. Hazırda Sahib ona dəymiş zərəri tam ödəmiş, Sahibə qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs X11 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Şahid2 2017-ci ildən tanımış, Şahid2 arvadının qohumudur, onun Şahid2 ilə heç bir düşmənçiliyi və ədavəti olmamış, Təqsirləndirilən şəxs isə Şahid2 vasitəsi ilə 2021-ci ilin iyun ayından tanımışdır. Həmin vaxt Sahib ona Azərbaycan Respublikası FHN-nin yanğın söndürmə işinə düzəldə biləcəyini demiş, o Sahibə işinin kimin vasitəsi ilə necə düzəldəcəyini soruşduqda Sahib ona hər şeyi özünün nəzarəti altında həll ediləcəyini bildirmiş, o Sahibə heç kimi tanımadığını bildirdikdə isə Sahib ona «sən məni tanıyırsan» deyərək özünə inandırmışdır. O, Sahiblə Azərbaycan Aqrar Univerisitetinin yanında görüşmüş, həmin vaxt Sahib ona işinin düzəlməsi üçün 10000 manat pul verməli olduğunu, həmin pulun 2000 manatını indi, qalan hissəsini isə iş düzəldikdən sonra verəcəyini demiş, o da Sahiblə onlarla razılaşmışdır. Bir gün sonra yenidən Sahiblə görüşmüş, həmin vaxt Sahib ondan kadrlar şöbəsinə vermək üçün 500 manat pul istədikdə həmin pulu Gəncə Asan Xidmətin yaxınlığında Sahibə vermişdir. Bundan bir neçə gün sonra Sahib ona zəng vuraraq Azərbaycan Dövlət Aqrar Univerisitetinə çağırmış, o həmin yerdə Sahiblə görüşmüş və görüş vaxtı Sahib ona 2000 manat yox 5000 manat pul verməli olduğunu demiş, həmin pulu düzəldə bilməyəcəyini dedikdə Sahib 3000 manat verməsi barədə onunla razılaşmışdır. O, evdə olan arvadına məxsus qızılları dəyərindən ucuz qiymətə satıb 2000 manat pulu X16 Univerisitetinin yanında Sahiblə görüşüb vermiş, Sahib ona 1000 manat pulu isə özünün verəcəyini, həmin pulu isə sonra ona verməsini bildirmişdir. Bir neçə gün sonra Sahib onunla yenidən telefon əlaqəsi saxlayaraq 1000 manatı özünün verdiyini bildirərək həmin pulu qaytarmasını istəmiş, oda Sahibə pulu olmadığını demişdir. Təxminən 20 gün sonra Sahib yenə ona zəng vuraraq Bakı şəhərində FHN-nin tibb komissiyasından keçmək üçün əlavə 500 manat pul verməsini bildirdikdə, o, Sahibə inanıb 500 manatpulvermişdir. Bundan sonra o, Sahiblə hər dəfə danışanvaxt Sahib ona işlərə özünün nəzarət etdiyini deyərək qısa müddətə həll olunacağını bildirmiş, lakin sonradan Sahibin onu aldatdığını fikirləşərək pulunu tələb etmişdir. həmin vaxt Sahib ona pulu verdiyi adamı həbs etdirdiyini demiş, o sonradan Sahibin onu aldatdığını başa düşərək polisə şikayət etmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs cəmi 3000 manat pul vermiş, Təqsirləndirilən şəxs 3000 manat pulu onu Azərbaycan Respublikası FHN-in X13 Hissəsinə yanğın söndürən kimi işə düzəltməsi üçün vermiş, lakin Sahib onu aldadaraq heç bir iş görməmiş, Təqsirləndirilən şəxs 3000 manat pulu verən vaxt yanında heç kim olmamış və Sahibə pul verməsini heç kim görməmişdir. Hazırda Sahib ondan götürdüyü pulu tam ödəmiş, ondan heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, Göygöl rayonu, Yeni Zod kəndində yaşayır və əkinçiliklə məşğul olur, kənddə yaşadığı üçün traktordan və kombayndan istifadə edir. 2020-ci il tarixdə öz torpaq sahələrini əkibbecərmək üçün Azərbaycan Dövlət Aqrar Univerisitetindən traktor icarəyə götürmüş, o, həmin traktoru 15 gün müddətinə icarəyə götürmüş, həmin vaxtdan da Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs Aqrar Univerisitetin baş mexaniki işləyir, o traktoru icarəyə götürən vaxt kombaynla da maraqlanmışdır. 2022-ci ilin mart ayında Sahib istifadə etdiyi ***-***-**-** nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vuraraq icarəyə kombaynları olduğunu bildirmiş, o bundan sonra görüşmək üçün Gəncə şəhərinə Təqsirləndirilən şəxs yanına gəlmişdir. O, Sahiblə görüşən vaxt ona kombaynın Yevlax rayonunda təmirdə olduğunu, həmçinin bir ədəd «Belarus 892» markalı traktor və ot bağlamaq üçün texnikanı ona icarəyə verəbiləcəyini demişdir. Həmin vaxt Sahib ona kombaynı iki ay müddətinə 5000 manata, traktor və ot bağlayan texnikanı isə bir aylıq müddətinə 600 manata verə biləcəyini dedikdə, o Sahiblə razılaşmışdır. Həmçinin Sahib ona rektorun qonaqları olduğu üçün pul lazım olduğunu bildirərək pul verməsini istəmiş, o, «Bank Respublika» bankından 7000 manat pul götürüb 07 aprel 2022-ci il tarixdə 3800 manatını qaynı Şahid1, yeznəsi Akif Səfərovun və qardaşı oğlu Amin Babayevin yanında Sahibə Azərbaycan X2rajında vermişdir. Sahib pulu ondan götürən vaxt qısa müddətdə kombaynın təmir edilib ona veriləcəyini bildirmişdir. O, Sahibə inanıb gözləmiş, lakin Sahib ona nə kombayn, nə traktor vermiş, nə də almış olduğu pulu qaytarmamışdır. O hər dəfə Aqrar Univerisitetə gedən vaxt bir bəhanə gətirərək onu aldatdığı üçün polisə şikayət etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də bu iş üzrə olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək, ifadəsində göstərdi ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Çünki o, hazırki iş üzrə zərərçəkmiş şəxs deyil, belə ki, o, təqsirləndirilən şəxsə ittiham aktında qeyd edilən pulu borc olaraq vermişdir. O, həmin pulun alınması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmiş və bununla bağlı məhkəmə qətnaməsi çıxarılmışdır. Məhkəmə baxışı zamanı Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Yasin Göygöl rayonu, Yeni Zod kəndində yaşayır və əkinçiliklə məşğul olur, o, kənddə yaşadığı üçün traktordan və kombayndan istifadə edir. Yasin Babayev 2020-ci il tarixdə torpaq sahələrini əkib-becərmək üçün Azərbaycan Dövlət Aqrar Univerisitetindən traktoru 15 gün müddətinə icarəyə götürmüş, həmin vaxtdan da Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2022-ci ilin mart ayında Sahib Yasinə zəng vuraraq icarəyə kombaynları olduğunu bildirmiş, Yasin də bu barədə ona demiş və bir yerdə Təqsirləndirilən şəxsla görüşmüşlər. Sahiblə görüşən vaxt kombaynın Yevlax rayonunda təmirdə olduğunu, həmçinin bir ədəd «Belarus 892» markalı traktor və ot bağlamaq üçün texnikanı icarəyə verə biləcəyini demişdir. Sahib kombaynı iki ay müddətinə 5000 manata, traktor və ot bağlayan texnikanı isə bir aylıq müddətinə 600 manata verə biləcəyini dedikdə, Yasin Sahiblə razılaşmışdır. X17 rektorun qonaqları olduğu üçün pul lazım olduğunu bildirərək pulu istəmiş, Yasində «Bank Respublika» bankından 7000 manat pul götürüb 07 aprel 2022-ci il tarixdə 3800 manatını onun, qaynı Şahid1 və qardaşı oğlu Amin Babayevin yanında Sahibə vermiş, Sahib pulu götürən vaxt qısa müddətdə kombaynın təmir edilib veriləcəyini bildirmişdir. Onlarda Sahibə inanıb gözləmişlər, lakin bu günə qədər Sahib nə kombayn və traktor vermiş, nə də almış olduğu pulu qaytarmış, onlar hər dəfə Aqrar Univerisitetə gedən vaxt Sahib bir bəhanə gətirərək aldatmışdır. Məhkəmə baxışında Şahid4 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, X14 onun qaynıdır, Yasin Göygöl rayonu, Yeni Zod kəndində yaşayır və əkinçiliklə məşqul olur, o, kənddə yaşadığı üçün traktordan və kombayndan istifadə edir. Yasin Babayev 2020-ci il tarixdə torpaq sahələrini əkib-becərmək üçün Azərbaycan Dövlət Aqrar Univerisitetindən traktoru 15 gün müddətinə icarəyə götürmüşdür. Həmin vaxtdanda Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2022-ci ilin mart ayında Sahib Yasinə zəng vuraraq icarəyə kombaynları olduğunu bildirmiş, Yasin də bu barədə ona demiş və bir yerdə Təqsirləndirilən şəxsla görüşmüşlər. Sahiblə görüşən vaxt kombaynın Yevlax rayonunda təmirdə olduğunu, həmçinin bir ədəd «Belarus 892» markalı traktor və ot bağlamaq üçün texnikanı icarəyə verə biləcəyini demişdir. Sahib kombaynı iki ay müddətinə 5000 manata, traktor və ot bağlayan texnikanı isə bir aylıq müddətinə 600 manata verə biləcəyini dedikdə, Yasin Sahiblə razılaşmışdır. X17 rektorun qonaqları olduğu üçün pul lazım olduğunu bildirərək pulu istəmiş, Yasində «Bank Respublika» bankından 7000 manat pul götürüb 07 aprel 2022-ci il tarixdə 3800 manatını onun, qaynı Şahid1 və qardaşı oğlu Amin Babayevin yanında Sahibə vermiş, Sahib pulu götürən vaxt qısa müddətdə kombaynın təmir edilib veriləcəyini bildirmişdir. Onlarda Sahibə inanıb gözləmişlər, lakin bu günə qədər Sahib nə kombayn və traktor vermiş, nə də almış olduğu pulu qaytarmış, onlar hər dəfə Aqrar Univerisitetə gedən vaxt Sahib bir bəhanə gətirərək aldatmışdır. Məhkəmə baxışında Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Sahil oğlu qonşusudur, əvvəllər YPX-də işləmiş, sonradan təqaüdə çıxmış, Sahib hal-hazırda isə Aqrar Universitetdə zavqar vəzifəsində işləyir. 2021-ci ilin avqust ayında oğlu X4 FHN-nin Gəncə Regional İdarəsinə zabit kimi işə düzəltmək istəmişlər. Qonşuları Sahib bu işdən xəbər tutan zaman FHN-nin Gəncə Regional İdarəsində tanışı işlədiyini, həmin tanışın vasitəsi ilə oğulları Ramili zabit kimi FHN-nə işə düzəldə biləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə evdə olan zaman Müqabil qonşuları Sahib ilə birgə yaşadığı evə gəlmiş, söhbət zamanı Sahib oğlu Ramili 13000 manata FHN-nə zabit kimi işə düzəldəcəyini, ilkin olaraq 7200 manat alacağını, iş düzəldikdən sonra isə 5800 manat alacağını dedikdə, onlarda razılaşmışlar. Müqabil onun yanında 6500 manat pulu Sahibə vermiş, Sahib işin 1 aya düzələcəyini demiş, təxminən 20 gün sonra isə Sahib yaşadığı evə gələrək ondan 700 manatda almış, sonra Sahibindediyimüddətigözldəmişlər. Lakin Sahibin dediyi müddət keçsədə iş düzəlməmiş, onlar Sahibdən iş düzəlmədiyi üçün 7200 manat pullarını qaytarmasını istədikdə, Sahib isə işi düzəldən adamı işdən çıxartdıqlarını, işin məhkəmədə olduğunu demişdir. Onlar isə Sahibə 7200 manat pulu ona verdikləri üçün ondan da istədiklərini demişlər, Sahib isə pulu qaytarmaq üçün vaxt istəmişdir. Lakin xeyli vaxt keçsədə Sahib pulu qaytarmadığı üçün Sahibin iş yerinə getmiş, bundan sonra Sahib 800 manat pulu yaşadığı evdə qaytarmış, daha sonra 200 manat pulu isə tanımadığı işçisi ilə evlərinə göndərmişdir. İşdə olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan zərərçəkmiş şəxs X7 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş və onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmiş, onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmiş, onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın sonuncu epizodunda qeyd edilir ki, “o, yaxın münasibətdə olduğu tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək ondan 2020-ci ildə ümumilikdə borc olaraq 11000 manat, 2021-ci ilin dekabr ayında isə 14630 manat dəyərində qızıl-zinət əşyalarını qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə cəmi 25630 manat pulunu aldatma yolu ilə vahid niyyətlə alıb xeyli miqdarda pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə elan olunan ittihamın həmin hissəsi ilə razılaşmır və hesab edir ki, həmin epizod təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamdan xaric olunmalıdır. Belə ki, ibtidai istintaq orqanının özünün də gəldiyi qənaətə görə Qasımov X3 Kübrə Raqif qızından borc almışdır. Bunu hətta elan olunan ittihamda da qeyd etmişdir. Məhkəmə istintaqında isə Sahib X5rşı hər hansı formada dələduzluq etməsi təsdiqini tapmamışdır. Əksinə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında borc münasibətinin yaranması mülki hüquq münasibətini təşkil etdiyindən, həmin epizodun dələduzluq kimi qiymətləndirilməsi düzgün deyildir. Həmçinin məhkəmə iclasında Zərərçəkmiş şəxs4 məhkəməyə verdiyi ifadəsində və təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Çünki o, hazırki iş üzrə zərərçəkmiş şəxs deyil, belə ki, o, təqsirləndirilən şəxsə ittiham aktında qeyd edilən pulu borc olaraq vermişdir. Hətta bununla bağlı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmış, iddiasının hüquqi əsası kimi mülki hüquq münasibəti olan borc müqaviləsinə istinad etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-905/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdeh Təqsirləndirilən şəxs 12300 (on iki min üç yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (yüz iyirmi altı) manat 90 (doxsan) qəpik pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edilən qətnamədə tərəflər arasında olan münasibəti delikt (mülki hüquq pozuntusu) və yaxud əsassız varlanma kimi deyil, məhz borc münasibətinin olması kimi müəyyən etmişdir (qiymətləndirmişdir). Həmin qətnamə isə 19 may 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında olan münasibətlər qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə artıq müəyyən olunduğundan və birincinin sonuncuya dələduzluq etməsi faktı məhkəmə istintaqında öz təsdiqini tapmadığından təqsirləndirilən şəxs həmin epizoda görə təqsirli sayılmamalı və Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs kimi statusuna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 142.1 və 142.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların cəminə hüquqi qıymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onun ərizəsində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin barışması və ziyanın tamamilə ödənilməsi əsası ilə cinayət işinin icraatına xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, az ağır cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışmış və onlara vurduğu zərəri tamamilə ödəmiş, eləcə də Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Başqa sözlə, işdə olan xx.xx.2023-cü il tarixli 30975 nömrəli bank qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə ümumilikdə vurmuş olduğu 14000 manat ziyanın 25 faizi, yəni 3500 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasənbu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və digər üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə müsadirə edilməli əmlak və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 234.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-162/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-162/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver