Məhkəmə qərarları › İş №1(125)-165/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-165/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-165/2023 14.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, xüsusi ittihamçı X4 və onun nümayəndəsi Müdafiəçi1, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Gəncə Dövlət Universitetinin nəzdində X10 Hüquqi şəxsində müəllim işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-165/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə baxışı zamanı xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi1 çıxış edərək bildirdi ki, ittiham tərəfi müdafiə tərəfi ilə barışıq əldə etmişdir. Bu səbəbdən ittiham tərəfi xüsusi ittiham qaydasında verilmiş şikayətdən imtina edir. Odur ki, xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında xüsusi ittihamçı X7 ərizə təqdim edərək, X5 ilə barışdığı üçün onun barəsidə xüsusi ittiham qaydasında şikayətindən imtina etmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tqəsirləndiirlən şəxs X1 Əliyeva ilə barışdığını, aralarında birdaha hər hansı ədavətin olmayacağını, onun barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X6 çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs xüsusi ittihamçı ilə barışıq əldə edilmişdir. Odur ki, cinayət təqibinə xitam verilməsinə etiraz etmirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 39.1.8-ci maddəsinə görə zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə çıxarılır. Qeyd olunan cinayət prosessual hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğundan və bununla əlaqədar olaraq ittiham tərəfi xüsusi ittiham qaydasında başlanmış cinayət təqibindən imtina etdiyindən, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, məhkəmə xərci, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair cinayət təqibinə və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar