Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-166/2023 14.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2001-cı ildə Qazaxıstan Respublikasının, Aktau şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,386 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 01:30 radələrində Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 25 saylı X3 yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan sarı rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofon torbada içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,386 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 234.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2-3 aydır ki, psixotrop maddə metamfetamindən istifadə edir. Gəncə şəhəri, 2 saylı istintaq təcridxanasının yaxınlığından keçərkən yol kənarındakı ağacın dibindən ağ rəngli sellofon torba diqqətini çəkmiş və həmin sellofon torbanı yerdən götürərək içərisinə baxan zaman “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüş, həmin psixotrop maddə metamfetamini istifadə etmək üçün cibinə qoymuşdur. Bundan sonra həmin günü, Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 25 saylı X3 yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və narkotik vasitəni əldə etməkdə, istifadə edtməkdə və saxlamağında şübhəli olduğunu bildirmişlər.Bu zaman tanımadığı adı sonradan məlum olan Şahid3 yaxınlaşaraq nə baş verdiyini soruşmuş, bundan sonra polis əməkdaşları ona və tanımadığı adı sonradan məlum olan Şahid3 birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gedəcəklərini bildirmişlər. O və tanımadığı adı sonradan məlum olan Şahid3 bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişlər. Sonra polis əməkdaşları onları xidməti avtomobillərinə əyləşdirərək Gəncə şəhər BPİ-nin inzibati binasınına aparmışlar. Daha sonra psixotrop maddə metamfetamini polis əmədaşlarına təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 oğlu ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamnı verdiyi ifadəsini təsdiq edərək bildirir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz olaraq əldə edib üzərində saxlamasında və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Həsən Əliyev küçəsində 25 saylı X3 yaxınlığında olmasını müəyyən etmişlər və tərəflərindən saxlanılmışdır. Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs və Şahid3 üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Gəncə şəhər BPİ-nin CAİnin, polis nəfəri, polis baş serjantı Şahid2 məliyyat müvəkkili Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirir ki, Gəncə şəhəri, 2 saylı istintaq təcridxanasının yaxınlığında olan çayxanadan piyada çıxaraq yaşadığı evə gələn zaman, Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 25 saylı X3 yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxsin bir nəfər sarı paltar geyinən şəxsə yaxınlaşaraq avtomobilə əyləşdirdiklərini görmüş, bu zaman həmin şəxsə kömək etmək məqsədilə yaxınlaşaraq həmin iki nəfər şəxsdən nə baş verdiyini soruşmuşdur. Həmin iki nəfər şəxs xidməti vəsiqələrini nümayiş etdirərək polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra adı sonradan məlum olan Təqsirləndirilən şəxs və birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gedəcəklərini bildirmişlər. O və tanımadığı adı sonradan məlum olan Təqsirləndirilən şəxs bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişlər. Sonra polis əməkdaşları xidməti avtomobillərinə əyləşdirərək Gəncə şəhər BPİ-nin inzibati binasınına aparmışlar.İdarədə üzərlərinə baxış keçirilmiş, bu zaman Məhəmməd Məmədov özü üzərində olan sonradan metafetamin olduğun bildiyim maddəni polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxsj barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun tutulduğu 27 noyabr 2022-ci il tarixdən hesablanmışdır. - xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan, video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X4, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs və Şahid3 şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquqlarının aydın olduğunu bildirdilər. İlk öncə Şahid3 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Buna cavab olaraq Şahid3 üzərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirir, daha sonra Şahid3 üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmur.Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofon bükümü təqdim edir. Daha sonra şəffaf rəngli kağız bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər buz şəkilli kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni həmin günü Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 2 saylı İstintaq Təcridxanasının yanında tapdığını, həmin psixotrop maddə metamfetamindən heçkəsə satmadığı, vermədiyini və həmin psixotrop maddənin onun üzərində olduğundan heçkəsin xəbəri olmadığını və psixotrop maddədən əvvəllər istifadə etdiyi üçün həmin psixotrop maddəni şəxsi istifasindən ötrü üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Müdafiəçi ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi, fiziki təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını bildirir.Həmin psixotrop maddəni tapan zaman tanıdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofon torbada olan ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin sellofon torba ilə birlikdə ümumilikdə çəkisi 0,43 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. -Məhkəmə-kimyəvi ekspertizasının 27 noyabr 2022-ci il tarixli 16/1135 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə 0, 43 qram” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofon bükümdə təmiz çəkisi 0,386 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.(Qeyd: Metamfetaminin təmiz çəkisi- 0,386 qram, tədqiqata cəmi sərf edildi-0.02 qram qalıq-0,366 qram) Ekspertiza tədqiqatının dəyəri 30,40 manat təşkil edir. - Məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 66 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. -Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci i tarixli hökmü ilə məhkum olunmuşdur. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-80/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin olunmuş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 03 il sınaq müddəti təyin edilmişdir. -Azərbayca Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya Şöbəsinin 160441/2021 nömrəli xx.xx.2023 tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-80/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası 03 il müddətinə sinaq müddəti ərzində şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunmuş sınaq 03 il sınaq müddətinin 01 il 05 ay 05 gün hissəsi keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs oğlu tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs oğlunun Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-80/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsi, əməlindən peşman olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-80/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmənin müddəti başa çatmamışdır. Təqsirləndirilən şəxs şərti məhkum etmə ilə təyin olunmuş 3 il sınaq müddəti ərzində yenidən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilmiş şərti məhkum etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 66 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,366 qram olan psixotrop maddə metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 60 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-80/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilsin. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-80/2021 saylı,xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,366 qram olan psixotrop maddə metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-166/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-166/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver