Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-166/2024 21.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı –Dövlət ittihamçısı, müdafiəçi –Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Gəncə şəhəri, H.Əliyev prospekti, ev 265-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (13 dekabr 2023cü il tarixədək olan redaksiyada) ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 13,71 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində yerləşən X11 Mərkəzinin yaxınlığında Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb ünvan 2 ünvanında yerləşən Gəncə şəhər, BPİ-in 3-cü Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli üst gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 13,71 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs çıxışında özünü təqsirli bilməyərək bildirmişdir ki, o, gecə saat 12 radələrində dostu Nicat ilə birgə Sevinc qəsəbəsində yerləşən çayxanada olarkən polis əməkdaşları ona yaxınlaşmış və üzərinə şəxsi axtarış aparmışlar. Lakin üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Daha sonra o, polis şöbəsinə gətirilmiş və orada da üzərinə şəxsi axtarış aparılmış, yenə heç bir şey aşkar edilməmişdir. Daha sonra orada sorğu edilən zaman o, narkotik vasitə istifadəçisi olduğunu, lakin üzərində narkotik vasitəni olmadığını bildirmişdir. Sonra isə polis əməkdaşı ona hədə-qorxu gələrək (fiziki və psixoloji təsirlərə məruz qalaraq) onun üzərinə narkotik vasitəni qoymuşdur. Dostu Nicat onunla birlikdə olmuş və hər ikisi şöbəyə aparılmış, onu şöbədə saxlamışlar, Nicatı isə sərbəst buraxılmışdır. Odur ki, təqsirsiz olduğu üşün ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxsibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə vermiş olduğu izahatında ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək, öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək göstərmişdir ki, o, narkotik maddə olan marixuanadan istifadə edir. Heç bir yerdə rəsmi olaraq işləmir, fərdi əmək kimi fəhləliklə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində olan X11 mərkəzinin yaxınlığında yolun kənarında o sellofan torba görmüş və həmin torba diqqətini cəlb etmişdir.Sellofan torbanı açıb içinə baxanda görmüşdür ki, içərisində narkotik vasitə olan nəşə kimi tanıdığı marixuanadır. Sonra həmin narkotik vasitəni əynində olan gödəkçəsinin cibinə qoymuşdur ki, özü istifadə edər. xx.xx.2023-cü il tarixdə saat 02-00 radələrində o Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən X11 Mərkəzinin yaxınlığında hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları olduğunu bildirmişlər. Sonra ona bildirmişlər ki, qanunsuz olaraq narkotik vasitə üzərində daşımaqda, saxlamaqda istifadə etməkdə şübhəli olduğuna görə Gəncə şəhər BPİ-nin 3cü Polis bölməsinə getməlisən. O, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nin 3-cü Polis bölməsinə getmişdir. 3-cü Polis bölməsinin inzibati binasında xidməti otaqda ona izah olunmuşdur ki, narkotik vasitə üzərində gəzdirməkdə şübhəlidir, hüquqlarını müdafiə etmək üçün ona dövlət hesabına vəkil təyin olunmuş, 3-cü polis bölməsində həmin gün saat 02:30-da o şübhəli şəxs qismində tutulmuş, müdafiəçisi X6 və digər iştirakçıların iştirakları ilə üzərinə şəxsi axtarış aparılmışdır. Ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və digər qanunsuz saxlanılan əşya varsa təqdim etsin. O da əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. O, bildirmişdir ki, üzərindən aşkar edilən kütlə nəşə kimi adlanan qurudulmuş marixuanadır, 21.10 2023-cü il tarixdə gündüz vaxtı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində xəstəxananın yaxınlığında yol kənarıdan tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar olunan həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 16,25 qram olması müəyyən edilmişdir. Onu polis əməkdaşları yaxalayarkən və barəsində rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Həmin narkotik vasitə olan marixuananın üzərindən aşkar edilməsini və özünə məxsus olmasını təsdiq etmiş və narkotik vasitəni heç kimə satmadığını,narkotik vasitələrdən arabir istifadə etdiyi üçün üzərdində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri,Heydər Əliyev prospekuti 265 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsi haqqında əməliyyat məlumatı daxil olmuşdur.Müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə 23.10. 2023-cü il tarixdə qərar qəbul olunmuşdur.Daha sonra xx.xx.2023-cü il tarixdə saat 02-00 radələrində bölmənin polis sahə rəisi polis mayoru Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri,Yeni Gəncə qəsəbəsi, 28 MAY küçəsində yerləşən X11 Mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə gətirilmiş və raportla məruzə olunmuşdur. Polis Bölməsində təhqiqatçı polis kapitanı Nicat Allahverdiyevin xidməti otağında Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir.Müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş,bu barədə bildiriş ona təqdim olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz olaraq əldə edilmiş narkotik vasitə,digər əşya və ya predmetlər varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli üst gödəkçəsinin sağ yan cibindən ağ rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Büküm açıldıqda içərisində ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunan kütlə narkotik vasitə olan nəşə kimi adlandırdığı marixuanadır,həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə gündüz vaxtı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində xəstəxananın yaxınlığında yolun kənarından tapmış,şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 16,25 qram olmuşdur.Həmin bükülü ekspertizaya göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılmış, imzalarla təsdiq edilmişdir və Azərbaycan Respublikası DİN-nin 182 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs ondan aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə etməsi barədə əməliyyat məlumatı əldə edilməmişdir. Şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin polis sahə rəisi polis mayoru Şahid1 da izahatında şahid X4 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki,toplanmış HK-1/988material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(i.v.1); - xx.xx.2023-cü il tarixli “şübhəlişəxsin tutulması haqqında” protokolundan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2023-cü il tarixdə saat 02:00 dəqiqədə tutulmuşdur (i.v.18); - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki,Gəncə şəhər BPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X1, Gəncəşəhər BPİ-nin 3-cü PB-nin CA üzrəəməliyyat müvəkkili, polis leytenantı Şahid2, Gəncə şəhər BPİ-nin 3-cü BP-nin polis sahə rəisi polis mayoru Şahid1, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X2 müdafiəçi X6 və şübhəli şəxsTəqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı şübhəliTəqsirləndirilən şəxs əynində olan boz rəngli üst gödəkçəsinin sağ yan cibindən ağ rəngli sellofan torbanın içərisindən yaşıl rəngli, qurudulmuş formada olan narkotik vasitə marixuana aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək 16.25 qram müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli kağız zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmış və ekspertiziya göndərilmişdir (i.v.30-31); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin23 oktyabr 2023-cü il tarixli 16/1104 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində“ Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş.........” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 13,71olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.(i.v.44) - 24 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 56-57); - 24 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir.(i.v. 64-65) - 24 oktyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi və onun MYS-dən azad edilməsi haqqında qərardan” görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİnin MSY-dən azad edilmişdir.(i.v. 75-76) - Gəncə şəhər Psixonevroloji Dispanserinin 14 noyabr 2023-cü il tarixli, 675 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ŞHXÇÜDX-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2012-ci il tarixli, 2/43 saylı göndərişinə əsasən xx.xx.2012-ci il tarixdə dispanserdə müayinə olunmuş, ruhi xəstəliyi yoxdur, ona anamnezində nevrotik reaksiya diaqnozu qoyularaq 361 saylı akt tərtib edilərək hərbi komissarlığa təqdim edilmişdir. Sonralar Təqsirləndirilən şəxs dispanserə müraciət etməmişdir. ( i.v. 86); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 5350 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərdən asıllıq diaqnozu ilə dispanserdə qeydiyyatdadır (i.v.87); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Hərbi Məhkəməsinin 23 dekabr 2013-cü il tarixli 1(093)310/13 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 23 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.2.1,150.2.5,332.2,66.3cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 may 2014-cü il tarixli qərarı ilə 23 dekabr 2013-cü il tarixli hökm dəyişdirilərək ona 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Xəzər rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 05 fevral 2019-cu il tarixdə cəza müddəti başa çatmışdır (i.v. 89-90); - Ambulator-məhkəmə-psixiatrik ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 802 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir ruhi (psixi) xəstəlik, müvəqqəti ruhi( psixi) pozğunluq və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. O, cinayət əməli törədən zaman öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni, ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v.118-120); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 18 dekabr 2023-cü il tarixli 2065 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.( i.v.121) - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya Şöbəsinin 06 yanvar 2024-cü il tarixli, 77080/18 nömrəli məktubundan görünür ki,Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon Məhkəməsinin 7(003)-735/2018 saylı, 16 mart 2018-ci il tarixli qərarı ilə 10 ay 19 gün müddətinə cəzadan şərti olaraq vaxıtndan əvvəl azad edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 7(003)-735/2018 saylı, 16 mart 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 10 ay 19 gün müddətinə cəza xx.xx.2019-cu il tarixdə başa çatmışdır. ( i.v.128) - Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 1994-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhər, Ç.M.Cuvarlı küçəsi ev 35 özünü sakit aparır.( i.v. 131); - Sübutların qiymətləndirilməsi haqqında 07yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 16/1104 nömrəli,məhkəmə-narkoloji ekpertizasının 18 dekabr 2023-cü il tarixli, 2065 nömrəli, ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 802 nömrəli rəyləri, xx.xx.2024-cü il tarixli, 3- 13-57-/2-683/24 saylı əməliyyat tapşırığına cavab məktubu, Gəncə şəhər BPİ-nin 3-cü PBnin TB-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, şahidlərin, təqsirləndirilən şəxsin ifadələri, şəxsi axtarış və götürmə protokolları, maddi sübutlar və cinayət işi üzrə toplanmış digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.132-140); - Azərbaycan Respublikası Baş prokurorluğunun xidməti araşdırmalar idarəsinin mətubuna əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə məruz qalması təsdiqini tapmamış və toplanmış material üzrə “cinayət işinin rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. - Bakcell MMC tərəfindən təqdim edilmiş BKC /LGL-5516/24 saylı xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixində daxil olmuş, 1(125)-166/2024 saylı xx.xx.2024-cü il tarixli sorğu ilə əlaqədar, qeyd olunmuş ********** saylı nömrə sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(13 dekabr 2023-cü il tarixli yeni redaksiya) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təsir göstərməsi və hədələməsi nəticəsində narkotik vasitə marixuananın ona məxsus olmasını bildirməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: - İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin video görüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə izahatı alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə verdiyi izahatdada heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində olan X11 mərkəzinin yaxınlığında yolun kənarında o sellofan torba görmüş və həmin torba diqqətini cəlb etmişdir. Sellofan torbanı açıb içinə baxanda görmüşdür ki, içərisində narkotik vasitə olan nəşə kimi tanıdığı marixuana olduğunu bildirmişdir. - Həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki və psixoloji təsir göstərilməsi ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlllənin 39.1.1-ci maddəsinə əsasən 17aprel 2024-cü il tarixli qərarla rədd edilmişdir. Sadalanan halları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin mütamadi olaraq narkotik vasitə qəbul etməsi, narkotik vasitəni üzərində saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 23 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.2.1,150.2.5,332.2.,66.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 may 2014-cü il tarixli qərarı ilə 23 dekabr 2013-cü il tarixli hökm dəyişdirilərək ona 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Xəzər rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 05 fevral 2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qutardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş şəxs hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Ona görədə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməklə, cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu (CM-nin 234.1-ci maddəsinə əsasən) 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətləri törətməsini və bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 21 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə barədə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə ediyi, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması müəyyən edilmiş, onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 13,67 qram qalan narkotik vasitə olan marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyidirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 13,67 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 manat məbləğində pulGəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökm elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan, andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-166/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-166/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver