Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-166/2025 21.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1951-ci ildə Ermənistan SSR-nin Basarkeçər rayonunun Zod kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getmənək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:45 radələrındə ayıq vəziyyətdə sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus “Daewoo” markalı “Nexia” modelli, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ilə Gülüstan qəsəbəsi istiqamətində maksimum sürət həddinin 60 km/saat olduğu yolda 50-60 km/saat sürətlə, sağdan Rüstəm Allahverdi oğlu küçəsi, soldan isə Vaqif Qəmərli küçələrinin kəsişməsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət uçun təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və gorə biləcəyi halda onları görməyib cinayətkarcasına etinasızlıq göstərərək təhlükəsiz hərəkət uçun lazımı tədbirlər görməyib idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu soldan sağa keçmək istəyən piyada X7 yolun 12 mertlık hərəkət hissəsinin sağ tərəfinə 1.7 metr qalmış hissəsində ehtiyatsızlıqdan vurmuş, nəticədə Əzizə İsmayılova “baş beyinin yumşaq qişasına və beyin mədəciklərinə qansızma ilə müşayiət olunan alın nahiyyəsinin hematoması, döş sümüyünün sınması, ağciyərlərə ocaqlı qansızmalarla müşayiət olunan döş qəfəsinin qapalı travması, nazik bağırsağın deşılməsi, bağırsaq müsariqələrinə qansızma, boyrəkətrafı yumşaq toxumalara qansızma, sağ qalça-qasıq, oturaq sümüklərinin yerdəyişmiş sınıqları ilə müşayiət olunan qarının qapalı travması, alın, sağ sarğı nahiyyələrinin əzilmiş yaraları, hər iki gözətrafı, qarın, hər iki baldır, sağ qalça-sarğı, sağ bud, hər iki ayaq, hər iki diz, sol əl nahiyyələrinin qançırları, hər iki diz nahiyyələrinin və sol əl barmaqlarının sıyrıqları” kimi dərəcəsinə gorə insan həyatı üçün təhlükəli olan xəsarətlər alaraq ehtiyatsızlıqdan xx.xx.2024-cü il tarixdə zərərçəkmış şəxsin müalicə olunduğu Gəncə şəhər X14 prospekti 550A ünvanında yerləşən X10 ölümünə səbəb olmuşdur. İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “BC" dərəcəli sürücülük vəsiqəsi əsasında özünə məxsus, ağ rəngli, “Daevo Nexia” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobili ilə arabir taksi fəaliyyəti ilə məşğul olur. 02 iyul 2024-cü il tarixdə, saat 10:30 radələrində Göygöl avtovağzalından Gəncə şəhərinə gedən iki nəfər sərnişin götürmüş və onları saat 11 radələrində Gəncə şəhəri, Köhnə Yevlax avtovağzalı adlanan yerdə düşürmüşdür. Daha sonra Goygol rayonunda yaşadığı fərdi yaşayış evinə geri qayıtmağı qərara almış və idarə etdiyi avtomobili ilə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ilə uzü Göygöl rayonu istiqamətində hərəkət etməyə başlamışdır. O, həmin prospekt ilə avtomobilini təxminən 50-60 km/saat surətlə idarə etmişdir. Həmin günü güclü yağış yağdığına görə yolu tam olaraq görə bilməmiş və qəfildən avtomobilin sağ qabaq tərəfinə bır nəfər qadının dəydiyini görmüş və avtomobili 10-20 metr qabağa sürüb saxlamışdır. Qadının yanına gəldikdə o, yerdə uzanmış vəziyyətdə olmuşdur. Ətrafdakı adamlar təcili tibbi yardım çağırmış və TTY avtomobilə qoyub xəstəxanaya aparmışdırlar. Özü isə polis əməkdaşlarını gözləmişdir, onlar gəldikdən sonra ozunü və avtomobilini onlara təqdim etmişdir. Hadisənin baş verməsinə səbəb havanın yağışlı olması üçün piyadanı görməmişdir. Ona gorə də, həmin hadisənin qarşısını almaqdan ötrü heç bir tədbir görə bilməmişdir. İfadəsinin sonunda himayəsində l qrup əlil bacısının olmasını, özünün şəkər xəstəsi olmasını və yaşını cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 notarial qaydada ərizə təqdim edərək məhkəmə iclasında iştirak etmək istəmədiyini, iclasların onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını qeyd edərək təqsirləndirilən şəxsə cəza verilməməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. X8 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, mərhum X9 onun arvadı olmuşdur, arvadı Əzizə Kərimova 02 iyul 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərlə əlaqədar olaraq 11 iyul 2024-cü il tarixdə Gəncə şəhərində yerləşən Memorial Xəstəxanada vəfat etmişdir. Belə ki, 02 iyul 2024-cü il tarixdə səhər saat 10 radələrində arvadı Əzizə İsmayılova yaşadıqları ünvan 4 ünvanından saçını düzəltdirmək üçün çıxmış və gedərkən 1 saata və ya saat yarıma evə qayıdacağını ona bildirmişdir. O da həmin vaxtı evdə arvadı Əzizəni gözləmişdir. Təxminən 1 saatdan bir qədər keçmişdi ki, arvadının telefonundan ona zəng gəlmiş və tanımadığı şəxs arvadının yaşadıqları küçə ilə N.Nərimanov prospektinin kəsişməsində avtoqəza keçirməsi barəsində ona məlumat vermişdir. Hadisə yerinə gedərkən orada bir sıra tanımadığı insanlar, polis əməkdaşları və təcili tibbi yardım avtomobili olmuşdur. Oradakı adamların köməkliyi ilə arvadını TTY avtomobilinə yerləşdirmış və Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparmışdırlar. Xəstəxanada ilkin tibbi yardım göstərilmiş və iki gün həmin xəstəxanada qaldıqdan sonra arvadının vəziyyəti pisləşdiyi üçün Gəncə şəhəri Memorial Xəstəxanaya aparmışdırlar. Arvadı 7 gün həmin xəstəxanada müalicə olunmuş və 11 iyul 2024-cü ıl tarixdə axşam saat 21 radələrində müalicə olunduğu Gəncə şəhər Memorial xəstəxanada vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİnin X15 Şöbəsində inspektor vəzifəsində işləyir, 02 iyul 2024-cü il tarixdə ekipaj yoldaşı Şahid2 ilə birlikdə xidmət aparan zamanı saat 12 radələrində Gəncə şəhəri, N. Nərimanov prospektində yol nəqliyyat hadisəsi baş verməsi ilə bağlı Növbətçi Hissədən məlumat verilmiş və dərhal hadisə yerinə getmişdirlər, həmin yerə çatanda yolun hərəkət hissəsinin sağında Gəncə şəhəri Gülüstan qəsəbəsi istiqamtində ağ rəngli "Daevo Nexia' markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və yolun kənarında isə tanımadığı şəxslərin toplaşdıqlarını görmüşdür. Həmin vaxt adını sonradan bildiyi, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs onlara yaxınlaşıb "Daevo Nexia” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğunu və yol-nəqliyyat hadisəsi törətdiyini onlara bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, hava yağışlı olduğu uçün yolun sol tərəfindən yolun sağ tərəfinə keçmək istəyən piyadanı görməmiş və idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə həmin piyadanı vurub xəsarət yetirmiş, daha sonra isə hadisə yerinə çağırılan təcili yardım avtomobili ilə xəsarət alan şəxsi Xəstəxanaya yola salıb, özü isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlmələrini gözləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs işirakı ilə hadisə yeri müayinə olunmuş və müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə iclasında şahid qismində Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(i.v.1); - xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə yeri Gəncə şəhəri, N.Nərimanov prospektində baş vermişdir. Hadisə yerində “baş yol" və “50” yolda hərəkət sürətinin 50 km/saat olmasını göstərən yol nişanları vardır. Yol-nəqliyyat hadisəsinin baş vermiş avtomobil yolu asfaltbeton ortuklu olmaqla düz, yaş hava şəraiti yağışlıdır, yolun ümumi eni 12 metrdir. Avtomobil yolu 02 (iki) hərəkət zolağından ibraətdir. Hadisə yeri Gəncə şəhəri, N.Nərimanov prospektinin Gəncə şəhər Gülüstan qəsəbəsinə çatmamış hissəsindədir. Hadisə yerinə baxış zamanı vurulma yeri müəyyən edildi, belə ki, “Daevo Nexia" markalı avtomobil piyadanı Gəncə şəhəri, N.Nərimanov prospektinin Gülüstan qəsəbəsinə çatmamış hissəsində yolun hərəkət hissəsinin sağında vurmuş, “Daevo Nexıa” markalı avtomobil hadisə törətdikdən sonra yolun hərəkət hissəsinin sağında hadisə yerindən 15-20 metr aralıda dayanmışdır. Hadisə yerində “Daevo Nexia" markalı avtomobilə məxsus hər hansı təkər izi aşkar olunmadı. Nəqliyyat vasitəsinin sağ tərəf yan güzgüsü qırılmış, lakin avtomobilin üzərində qalmışdır ( i.v.6-13); - xx.xx.2024-cü il tarixli 2671/2024 nömrəli "sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə" protokolundan məlum olurki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq vəziyyətdə olmuşdur (i.v.14); - xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək verilmiş BC 140680 seriyalı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “BCD” kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir ( i.v.20-21); - “Meyitə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və fotoşəkillərdən görünür ki, təşrih masası üzərində paltarsız meyit arxası üstə uzadılmışdır. Meyit qadın cinsidir, boyunun uzunluğu 170 sm-dir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Dərisi ağımtıl rəngdədir, əllə yoxladıqda soyuqdur. Meyit ləkələri meyitin arxa səthlərində yerləşmişdir, göyümtül-bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi avazıyır və öz əvvəlki rənginə, 10 dəqiqədən sonra bərpa olur. Meyit qacıması adi yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit çürüməsi əlamətləri yoxdur. Kəllə-qapağı sümükləri əllə yoxladıqda tamdır. Göz qapaqları örtülüdür, gözlərin birləşdirici toxumalarına qansızma yoxdur. Bəbəklər dairəvi formalıdır, bərabər genəlmişlər, diametrləri 5 mm-dir, buynuz qişalar bulanıqdır. Burun və qulaq dəlikləri sərbəstdir, burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdır. Ağzı dodaqlarla örtülüdür, dodaqların daxili səthi solğun çəhrayı rəngdədir. Dişləri - üst çənədə solda dörd ədəd diş sarı rəngli metaldandır, qalan dişlər tamdır, təbiidir. Dili dişlərin arxasındadır. Boynu gövdəyə müvafiq inkişaf etmişdir, döş qəfəsi normastenikdir, simmetrikidir. Qabırğalar əllə yoxladıqda tamdır. Qarnı döş qəfəsi səviyəsindədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, ətrafi nəcislə bulaşmayıb. Sağ bud sümüyündən başqa digər yuxarı və aşağı ətraf sümükləri tamdır. Qarının ön səthində epiqastral nahiyədən başlayıb, qasıq nahiyəsinin ortasına qədər davam edən vertikal yerləşmiş 20 sm uzunluqda kənarları hamar, düz xətt formalı tikilmiş yara qeyd edilir (laporotomiya əməliyyatı). Hər iki qasıq nahiyələrində 1,0 sm diametrdə drenaj yaraları vardır. Alın nahiyəsində ortada və sağ sağrı nahiyəsində düz xətt formalı 2 sm uzunluqda tikilmiş yaralar qeyd edilir. Hər iki gözətrafı nahiyələrdə 4 x 4 sm ölçüdə, qarının ön səthində 15 x 15 sm ölçüdə, hər iki baldır nahiyələrin ön-yan səthlərində 8 x 6 sm ölçüdə, sağ qalça-sağrı nahiyəsində 12 x 10 sm ölçüdə, sağ bud nahiyəsinin arxa səthinin bayır səthində 12 x 12 sm ölçüdə, hər iki ayağın üst səthlərində 8 x 6 sm ölçüdə, hər iki diz nahiyələrində 4 x 4 sm ölçüdə, sol əlin üst səthində 5x4 sm ölçüdə sarıyaçalar göyümtül-bənövşəyi rəngli, qeyrimüəyyən formalı qançırlar vardır. Hər iki diz nahiyələrində 3 x 3 sm ölçüdə, sol əlin barmaqlarının orta falanqalarının arxa səthində 1,0 x 0,5 sm ölçüdə qırmızımtıl rəngli qartmaqla örtülü, qeyri-müəyyən formalı sıyrıqlar vardır. Meyitin xarici müayinəsində başqa xəsarətlər müəyyən edilməmişdir (i.v.27-33); - xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X4 ölümü ilə bağlı onun yaxın qohumu əri X8 hüquqi varisi kimi tanınmışdır (i.v.36); - AZ-İİ seriyalı, 438865 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə kəskin ağciyər ürəyi olması göstərilmədən ağciyər emboliyası səbəbindən vəfat etmişdir. (i.v. 47); - xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, onun cinayət məsuliyyətinə cəlb edilməməsini xahiş etmişdir (i.v. 49); - Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2024-cü il tarixli, 68 saylı rəyinə əsasən 1) mərhum Əzizə İsmayılovanın bədəni üzərində olan xəsarətlər - baş beyinin yumşaq qişasına və beyin mədəciklərinə qansızma ilə müşayiət olunan alın nahiyyəsinin hematoması. döş sümüyünün sınması, ağciyərlərə ocaqlı qansızmalarla müşayiət olunan döş qəfəsinin qapalı travması, nazik bağırsağın deşilməsi, bağırsaq müsarıqələrinə qansızma, böyrəkətrafı yumşaq toxumalara qansızma, sağ qalça-qasıq, oturaq sümüklərinin yerdəyişmiş sınıqları ilə müşayiət olunan qarının qapalı travması, alın, sağ sarğı nahiyyələrinin əzilmiş yaraları, hər iki gözətrafı, qarın, hər iki baldır, sağ qalça-sarğı. sağ bud. hər ıkı ayaq, hər ıkı dız. sol ə nahiyyələrinin qançırları, hər iki diz nahiyyələrinin və sol əl barmaqlarının sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir, bərk KÜT əşyanın (əşyaların) təsırı nəticəsində əməıə gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tauxə. yə xx.xx.2024cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat uçun təhlükəl, olar sağlamlığa AĞİR zərər vurmaya aiddir. 2) X1 ölümünə səbəb' baş beynin yumşac qişasına və beyin mədəciklərinə qansizma, alın nahiyyəsinin hematoması ilə müşayiət olunan qapalı küt kəllə beyin travması olmuşdur. 3) X1 bədəni üzərində müəyyən edıiən xəsarəiıə qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol nəqliyyat hadisə^ zar a əmələ gələ bilər. (i.v.52- 58); - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən dayandırılmışdır (i.v.61); - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-cı ıl tarixli, 8/2479 saylı rəyinə əsasən - İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən "Daewoo Nexia” markalı, **-UA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 50 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində "Yol hərəkəti haqqında' Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-cı hissəsinin “3.24 maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır (i.v.64-66); - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir (i.v.67); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.69); - Göygöl rayon İHB-nın Göygöl şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmamışdır (i.v.71); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2025-ci il tarixli 1244 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (i.v.74); - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2025-ci il tarixli 1151 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (i.v.75); - BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx.xx.2025-ci il tarixli, 3-13-16-3/2- 2867/2025 nömrəli məktubdan məlum olur kı, Təqsirləndirilən şəxs suruculuk vəsiqəsi vardır, həmin sürücülük vəsiqəsi 17.01 2024-cü il tarixdən 17 01 2026-cı ıl tarixədək verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır (i.v.84); - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.85); - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə özünü təqsirli bilmişdir (i.v.105); - “Video görüntüyə baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan və və məhkəmə baxışında maddi sübut DVD diskdə olan video görüntüyə baxış keçirtməklə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən fərdi yaşayış evlərindən birinə quraşdırılmış təhlükəsizlik kamerası vasitəsilə qeydə alınıb və 01 dəqiqə 26 saniyə davam edir. Həmin görüntüdə avtomobillərin hərəkəti müşahidə olunur, daha sonra isə Gəncə şəhəri, N.Nərimanov prospektində yolun sol tərəfindən bir nəfər qadın cinsinə mənsub şəxsin əlində çətir tutaraq yolun sağ tərəfinə keçmək istəməsi müşahidə olunur. Həmin qadın cinsinə mənsub şəxs yolun sağ tərəfinə keçməyə az qalmış videonun 14cü saniyəsində 01 (bir) ədəd ağ rəngli marka və nömrəsi görünməyən avtomobil həmin qadına dəyir, zərbədən qadın 5-10 metr kənarda yerə yıxılır. Bir neçə saniyə sonra həmin qadının yanına bir neçə şəxs gəlirlər və xanıma köməklik etməyə çalışırlar. Videonun 01 dəqiqə 26 saniyəsində video sona çatır (i.v 107); - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 108) - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərara əsasən, xx.xx.2024-cü il tarixli, 2671/2024 nömrəli sərxoşluq aktı, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 68 nömrəli, məhkəmə-avtotexnıkı ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2479 nömrəli rəyləri, BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx.xx.2025-ci il tarixli, 3-13-16-3/2-2867/2024 nömrəli məktubu, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntüsü olan 01 (bir) ədəd DVD disk işi üzrə sübut kimi tanınmışdır (i.v.128-134); Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və ona dəymiş zərəri ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getmənək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Daewoo” markalı “Nexia” modelli, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınmalı və hadisə görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getmənək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Daewoo” markalı “Nexia” modelli, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın və hadisə görüntülərini özündə əks etdirən “1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-166/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-166/2025
21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver