Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-167/2023 06.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Samux rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, d/g məhkum olunmamış, kuryer işləyən, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 19 radələrində Gəncə zəhəri, ünvan 2 ünvanının həyətyani sahəsində tanışı, azyaşlı Zərərçəkmiş şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə manı sifətindən baş zərbəsi ilə qəsdən vurmaqla burun sümüyünün yerdəyişməmiş sınığı, burun nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilmiş cinayət əməlini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, anası X3 ilə birlikdə yaşayır. Əvvəllər Gəncə şəhəri, Zərdabi küçəsində Nümayəndə ilə qonşu olmuşlar. Həmin dövrdə Nümayəndə X9nı və oğlu Zərərçəkmiş şəxs tanımışdır. Əvvəllər həmişə yaxşı münasibətləri olub. 2022-ci ilin noyabr ayında Günay Abbasova ilə whatsap mobil tətbiqində bir-birinə ismarıclar yazmağa başlamışlar. Həmin yazışmalarda Günay Abbasovaya eşq elan etmişdir. Günay Abbasovaya evlənməyi təklif etmiş və anası Nümayəndə narazı olacağı halda onu Bakı şəhərinə evlənmək məqsədilə qaçırdacağını söyləmişdir. Bunları öyrənən Nümayəndə xx.xx.2023-cü il tarixində baş verənlər barədə danışmaq üçün onu(Təqsirləndirilən şəxs) yaşadığı Gəncə şəhəri, ünvan 3 ünvanında yerləşən evinə çağırmışdır etiraz etmədən aralarında olan razılığa əsasən 19 radələrində Nümayəndə evinə gəlmişdir. Nümayəndə onu yaşadığı evin həyətində, giriş qapısının arşısında qarşılamışdır. Həmin zaman Nümayəndə X9, oğlu Zərərçəkmiş şəxs və qohumları, özünündə çoxdanki tanışı Şahid1 həyətdə di. Nümayəndə X9 ilə telefonda danışıbdanışmadığını, onu Bakı şəhərinə qaçırtmaq barədə ismarıc yazıb-yazmadığını soruşduqda etiraf edərək Günay Abbasovaya qarşı niyyətimin ciddi olduğunu söyləmişdir. Həmin zaman Zərərçəkmiş şəxs mübahisə edib kobud sözlər söyləyəndə əsəbləşərək baş zərbəsi ilə Zərərçəkmiş şəxs sifətindən bir dəfə vurmuşdur. Həmin zaman həyətin girişində olmuşdur və həmin hissə hündür olduğu üçün rahatlıqla özündən hündür olan Zərərçəkmiş şəxs baş zərbəsi ilə vura bilmişdir. Ruzi Abbbasovu sifətindən baş zərbəsi ilə vurduqdan sonra, orada olan Şahid1 müdaxilə edərək onu (Təqsirləndirilən şəxs) şillə ilə iki dəfə sifətindən vurduqdan sonra qaçaraq oradan uzaqlaşmışdır. Qaçan zaman yolda bir dəfə yerə yıxılaraq sol ayağını zədələmişdir. Yaşadığı evə gəlmişdir. Mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Evə gəldikdən bir qədər sonra Nümayəndə yaşadığı evə gələrək orada mübahisə edərək sillə ilə sifətindən bir dəfə vurmuşdur. Həmin mübahisəni bacısı Şahid2 görmüşdür. Nümayəndə onu (Təqsirləndirilən şəxs) X9nın adına söz çıxartmaqda günahlandırıraq vurmuşdur. Həmin mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir.Hazırda zərərçəkmiş şəxs Nümayəndə vurmuş olduğu ziyanı tamamilə ödəyib, onunla barışıq əldə etmişdir.Əməlindən səmimi peşimandır. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, xx.xx.2006-cı il təvəllüldlü X6 və xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Valideynləri ilə əvvəllər qonşusu olmuş Təqsirləndirilən şəxs təxminən 2009-cu ildən tanıyır. Hazırda Təqsirləndirilən şəxs anası və bacısı ilə başqa ünvanda kirayə yaşayır. Təxminən 2023-cü ilin əvvələrində Təqsirləndirilən şəxs azyaşlı qızı, Günay Abbasovanın başqa oğlanla Gəncə şəhəri ərazisində əl-ələ tutub gəzdiyini öyrənmişdir. X9 ilə baş verənlər barədə söhbət edən zaman Təqsirləndirilən şəxs yalan danışdığını öyrənmişdir. Günay Abbasovadan təxminən 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs ona (Günay Abbasova) yaxınlaşaraq vvhatsap mobil tətbiq nömrəsini öyrənib ona eşq elan etdiyini Təqsirləndirilən şəxs etiraz etdiyini öyrənmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs mobil nömrəsini qara siyahıya əlavə etmişdir. Baş verənlərə aydınlıq gətirmək məqsədilə xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs zəng edib görüşüb danışmaq üçün onu öz evinə dəvət etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində işinin çox olduğunu bəhanə edərək xx.xx.2023-cü il tarixində gələ biləcəyini söylədikdə onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixində saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişdir. Evin həyətinin giriş qapısının içəri tərəfdən qarşısında baş verənləri müzakirə etməyə başlamışlar. Həmin zaman ətrafda azyaşlı X9, azyaşlı oğlu Zərərçəkmiş şəxs və gözləmədiyi halda evinə qonaq gəlmiş qohumuŞahid1 olmuşdur. Təqsirləndirilən şəxs hansı səbəbdən 16 yaşlı X9ya ismaric yazıb eşq elan etdiyini və onu qaçırdacağını söylədiyini soruşduqda Təqsirləndirilən şəxs etdiyi hərəkətləri etiraf etmişdir. Həmin zaman azyaşlı Zərərçəkmiş şəxs müdaxilə edərək Təqsirləndirilən şəxs hansı səbəbdən bacısı Günay Abbasovaya qarşı qeyd olunan hərəkətləri etdiyini soruşduqda Təqsirləndirilən şəxs gözlənilmədən baş zərbəsi ilə Zərərçəkmiş şəxs sifətindən bir dəfə vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs burnu qanamışdır. Baş verənləri izləyən Şahid1 həmin zaman Təqsirləndirilən şəxs tutub saxlayaraq əl zərbəsi ilə başından bir dəfə vurmuşdur. Təqsirləndirilən şəxs isə evin həyətindən çıxıb yaxınlıqda yerləşən “Beynəlxalq Bank” istiqamətində qaçan zaman ayağı ilişdiyi üçün yerə yıxılmışdır. Lakin sonra yenidən ayağa qalxaraq qaçıb gözdən itmişdir. Baş verənlərdən sonra Təqsirləndirilən şəxs anası və bacısı ilə birlikdə kirayə yaşadığı Gəncə şəhəri Ə.Gəncəvi küçəsində yerləşən evə getmişdir. xx.xx.2023-cü il tarixində saat 21-22 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə mən Təqsirləndirilən şəxsla bacısı Şahid2 iştirakı ilə söhbət edən zaman sonuncu etdiyi hərəkətləri təsdiqlədiyi üçün əsəbləşərək əl zərbəsi ilə Təqsirləndirilən şəxs sifətindən bir dəfə vurmuşdur. Yaşadığı evin həyətində baş vermiş mübahisənin təxminən 4-5 dəqiqə, Təqsirləndirilən şəxs evində baş vermiş mübahisənin isə təxminən 3 dəqiqə davam etdiyini bildirmiş, mübahisə zamanı heçkimin ona xəsarət yetirmədiyini, Təqsirləndirilən şəxs 13 yaşlı oğlu, Zərərçəkmiş şəxs qəsdən baş zərbəsi ilə sifətindən vuraraq buruna xəsarət yetirdiyi üçün Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertiza müayinəsindən keçirtmişdir.Hadisədən sonra Təqsirləndirilən şəxsRuziyə dəymiş ziyanı tam ödəmiş, onunla barışıq əldə etmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Şahid2 məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir.Şahidlər X6,Şahid1 məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki,Nümayəndəifadəsi ilə eyni məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri ünvan 3 ünvanında baş vermişdir. Cinayət işində olan iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4”-nin 10 yanvar 2023-cü il tarixli 28 nömrəli rəyindən görünür ki, Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər burun sümüyünün yerdəyişməmiş sınığı, burun nahiyəsinin qançırı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətdə müsbət xarakterizə olunur. Gəncə “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli Daxili İşlər Nazirliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Nümayəndə notarial ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulan ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödənildikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra zərərçəkmiş şəxslə barışıb ona dəyən ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 73.2, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Qərardan 20(iyrimi) gün müddətinə Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti vermək olar. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-167/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-167/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver