Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-167/2025 22.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Qəhrəman oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə1, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 89 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 325-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən, yaşayış sahəsinə və başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, özgənin xeyli miqdarda əmlakını gizli talayaraq oğurluq etmiş, eləcə də Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü il may ayının ortalarında istintaq zamanı dəqiq müəyyən edilməmiş gündə gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, həmin evdən 1780 manat dəyərində 01 ədəd Koreya istehsalı LG markalı 102 ekran televizor, 535 manat dəyərində 01 ədəd “Samsung” markalı çörək bişirən, 550 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “İtimat” markalı qaz piltəsi, 300 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “MODİ Elektroniks” markalı aspirator, 320 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “İtimat” markalı mikrovolnovka, 320 manat dəyərində 01 ədəd Almaniya istehsalı “Blumer Life” markalı toklu yemək bişirən, 215 manat dəyərində 01 ədəd Koreya istehsalı “Samsung” markalı şirə çəkən maşın, 275 manat dəyərində 01 ədəd Koreya istehsalı “Samsung” markalı ət çəkən, hər biri 220 manat olmaqla ümumilikdə 660 manat dəyərində 03 ədəd Türkiyə istehsalı “Karaca” markalı içərisində 04 ədəd qazan, hər biri 125 manat olmaqla ümumilikdə 250 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Karaca” markalı rəngli kofe fincanları, hər biri 57 manat 33 qəpik olmaqla ümumilikdə 344 manat dəyərində 24 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus yekə boşqab, hər biri 12 manat 40 qəpik olmaqla ümumilikdə 448 manat dəyərində 36 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus xörək qaşığı, hər biri 13 manat 11 qəpik olmaqla ümumilikdə 472 manat dəyərində 36 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus çay qaşığı, hər biri 11 manat 16 qəpik olmaqla ümumilikdə 402 manat dəyərində 36 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus balaca çəngəl, hər biri 20 manat 66 qəpik olmaqla ümumilikdə 248 manat dəyərində 12 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus bıçaq, hər biri 30 manat olmaqla ümumilikdə 120 manat dəyərində 04 ədəd Türkiyə istehsalı qutuda böyük bıçaq, hər biri 25 manat olmaqla ümumilikdə 100 manat dəyərində 04 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus tək böyük bıçaq, hər biri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus ət doğramaq üçün böyük balta, hər biri 12 manat 50 qəpik olmaqla ümumilikdə 100 manat dəyərində 08 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus çömçə, hər biri 12 manat 91 qəpik olmaqla ümumilikdə 155 manat dəyərində 12 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus böyük qaşıq, hər biri 40 manat olmaqla ümumilikdə 240 manat dəyərində 06 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus qənd qabı, hər biri 22 manat 83 qəpik olmaqla ümumilikdə 274 manat dəyərində 12 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus bulut, hər biri 144 manat olmalq ümumilikdə 288 manat dəyərində 02 ədəd Çin istehsalı elektirikli tefal markalı soğan doğrayan, hər biri 13 manat 33 qəpik olmaqla ümumilikdə 1600 manat dəyərində 120 ədəd Türkiyə istehsalı “Yataş” markalı dəsmal, hər biri 76 manat 66 qəpik olmaqla ümumilikdə 1840 manat dəyərində 24 ədəd Türkiyə istehsalı “Yataş” markalı böyük dəsmal, hər biri 52 manat 77 qəpik olmaqla ümumilikdə 1900 manat dəyərində 36 ədəd Türkiyə istehsalı Yataş markalı çay dəsmalı, hər biri 19 manat 16 qəpik olmaqla ümumilikdə 230 manat dəyərində 12 ədəd Türkiyə istehsalı “Siyahı İnci” markalı qadın gecə paltarı, hər biri 23 manat 30 qəpik manat olmaqla ümumilikdə 280 manat dəyərində 12 ədəd Türkiyə istehsalı “Tekstil” markalı iki nəfərlik yataq dəsti, hər biri 46 manat 25 qəpik olmaqla ümumilikdə 185 manat dəyərində 04 ədəd Türkiyə istehsalı “Tekstil” markalı stol örtüyü, hər biri 20 manat 30 qəpik olmaqla ümumilikdə 244 manat dəyərində 12 ədəd Türkiyə istehsalı “Tekstil” markalı 6 nəfərlik stol örtüyü, hər biri 90 manat olmaqla ümumilikdə 720 manat dəyərində 08 ədəd Türkiyə istehsalı “Tekstil” markalı yataq üçün pokrıval, hər biri 26 manat 25 qəpik olmaqla ümumilikdə 210 manat dəyərində 08 ədəd Türkiyə istehsalı “Tekstil” markalı divan-kreslo örtüyü, hər biri 33 manat 30 qəpik olmaqla ümumilikdə 800 manat dəyərində 24 ədəd Rusiya istehsalı hər biri 4 metrlik stol örtüyü, hər biri 8 manat 30 qəpik olmaqla ümumilikdə 300 manat dəyərində 36 ədəd Türkiyə istehsalı “Tekstil” markalı baş örtüyü, hər biri 30 manat olmaqla ümumilikdə 120 manat dəyərində 04 ədəd Türkiyə istehsalı “Tekstil” markalı günəşlik pərdə, 180 manat dəyərində 01 ədəd Koreya istehsalı “Samsung” markalı DVD oxudan, 150 manat dəyərində 01 ədəd Koreya istehsalı “Samsung” markalı kaset oxudan, hər biri 65 manat olmaqla ümumilikdə 130 manat dəyərində 02 ədəd Çin istehsalı “Sony” markalı ev telefonu, hər biri 145 manat olmaqla ümumilikdə 290 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Samsung” markalı ütü, hər biri 182 manat 50 qəpik olmaqla ümumilikdə 365 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Rovento” markalı buxar ütüsü, hər biri 10 manat 83 qəpik olmaqla ümumilikdə 260 manat dəyərində 24 ədəd Türkiyə istehsalı “Tekstil” markalı yastıq üzü, hər biri 75 manat olmaqla ümumilikdə 300 manat dəyərində 04 ədəd Türkiyə istehsalı “Karaca” markalı şirəli içərisində 03 ədəd qazan, hər biri 43 manat 30 qəpik olmaqla ümumilikdə 520 manat dəyərində 12 ədəd Rusiya istehsalı mürəbbə qabı, hər biri 26 manat 60 qəpik olmaqla ümumilikdə 160 manat dəyərində 06 ədəd Rusiya istehsalı dəmir padnos, 200 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Samsung” markalı su ilə işləyən tozsoran, 300 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Samsung” markalı sadə tozsoran, hər biri 9 manat 50 qəpik olmaqla ümumilikdə 228 manat dəyərində 24 ədəd Rusiya istehsalı limon qabı, hər biri 15 manat olmaqla ümumilikdə 180 manat dəyərində 12 ədəd Rusiya istehsalı ördək çəngəl qaşığı, hər biri 16 manat 60 qəpik olmaqla ümumilikdə 200 manat dəyərində 12 ədəd Türkiyə istehsalı “Tekstil” markalı balaca örtük, hər biri 45 manat 83 qəpik olmaqla ümumilikdə 550 manat dəyərində 12 ədəd Rusiya istehsalı uzun bokal, hər biri 12 manat 16 qəpik olmaqla ümumilikdə 292 manat dəyərində 24 ədəd Rusiya istehsalı çaşka, hər biri 100 manat olmaqla ümumilikdə 300 manat dəyərində 04 ədəd hər birində 12 ədəd Rusiya istehsalı boşqab, hər biri 30 manat olmaqla ümumilikdə 180 manat dəyərində 06 ədəd Türkiyə istehsalı “Terkstil” markalı jurnalini üçün skatert, hər biri 23 manat 30 qəpik olmaqla ümumilikdə 280 manat dəyərində 12 ədəd Türkiyə istehsalı “Tekstil” markalı stol üzlüyü, hər biri 10 manat 83 qəpik olmaqla ümumilikdə 130 manat dəyərində 12 ədəd Türkiyə istehsalı “Tekstil” markalı stol döşəkçə və 480 manat dəyərində bijuteriyanı ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 22.600 (iyirmi iki min altı yüz) manat dəyərində əmlakı gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2024-cü ilin sentyabr ayının əvvəllərində, istintaq zamanı dəqiq müəyyən edilməmiş gündə, təxminən gecə saat 05 radələrində Zərərçəkmiş şəxs4 məxsus Göygöl rayonu, Xaqani kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, ətrafda və evdə kimsənin olmamasına tam əmin olduqdan sonra ətrafı mişar daşları ilə hasara alınmış evin hasarı üzərindən keçməklə həyətinə qanunsuz daxil olaraq həyətdə yerləşən zirzəmiyə yaxınlaşmış, zirzəminin plastik materialdan olan qapısını itələyib açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan zirzəmiyə daxil olaraq, orada olan 40 manat dəyərində 01 ədəd Çin istehsalı “Sinbo” markalı saç ütüsü, 180 manat dəyərində 01 ədəd Çin istehsalı “İONİC CERAMİC” markalı saç feni, hər topu 80 manat olmaqla, ümumi dəyəri 160 manat olan 2x2.5 ölçüdə Türkiyə istehsalı 2 top mis naqil, 30 manat dəyərində 01 ədəd “Samsung J” markalı mobil telefon, 100 manat dəyərində 01 ədəd Çin istehsalı “Tefal” markalı paltar ütüsü, 60 manat dəyərində 01 ədəd Çin istehsalı “Roleks” markalı qol saatı, 85 manat dəyərində 01 ədəd Çin istehsalı “Tefal” markalı ət çəkən maşın, 65 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Karaca” markalı içərisində 3 ədəd qazan olan qazan dəsti, 75 manat dəyərində 01 ədəd Türkiyə istehsalı yataq örtüyü, 10 manat dəyərində Çin istehsalı 01 ədəd qoz çəkən maşın, 30 manat dəyərində 01 ədəd gödəkçəni, evin yataq otağında olan dolabın rəfindən 80 manat dəyərində qəpik pulları və müharibə veteranı medalını, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 915 (doqquz yüz on beş) manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmiş, həmçinin həmin tarixdə qeyd edilən mənzilin yataq otağındakı dolabın rəfindən sonuncuya məxsus Azərbaycan Respublikasının dövlət təltifləri olan "Vətən müharibəsi iştirakçısı" və "Kəlbəcərin azad olunmasına görə" medallarını qanunsuz yolla əldə etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 sentyabr 2024-cü il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq həmin evdən 1000 manat dəyərində 01 ədəd Koreya istehsalı “LG” markalı 109 ekran televizor, 235 manat dəyərində 01 ədəd “Samsung” markalı çörək bişirən, 570 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “FİVER” markalı qaz piltəsi, 430 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “MODİ Elektroniks” markalı asperator, 395 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Siilver” markalı mikrovolnovka, 330 manat dəyərində 01 ədəd Almaniya istehsalı “Blumer Life” markalı toklu yemək bişirən, 185 manat dəyərində 01 ədəd Koreya istehsalı “Samsung” markalı şirə çəkən maşın, 205 manat dəyərində 01 ədəd Koreya istehsalı “Samsung” markalı ət çəkən maşın, 40 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “GEEPAS” markalı kofe bişirən maşın, 320 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Karaca” markalı içərisində 4 ədəd qazan, 160 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Karaca” markalı gümüşü rəngli kofe fincanları, 117 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Tefal” markalı elektirik çaynik, 280 manat dəyərində 01 ədəd Çin istehsalı “Sven” markalı mikro kartla işləyən kolonka, hər biri 14 manat 33 qəpik olmaqla ümumilikdə 258 manat dəyərində 18 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı yeke boşqab, hər biri 6 manat 33 qəpik olmaqla ümumilikdə 228 manat dəyərində 36 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı çəngəl, hər biri 6 manat 33 qəpik olmaqla ümumilikdə 228 manat dəyərində 36 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı xörək qaşığı, hər biri 4 manat 77 qəpik olmaqla, ümumilikdə 172 manat dəyərində 36 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı çay qaşığı, hər biri 4 manat 50 qəpik olmaqla ümumilikdə 162 manat dəyərində 36 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı balaca çəngəl, hər biri 10 manat 25 qəpik olmaqla ümumilikdə 82 manat dəyərində 08 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı bıçaq, hər biri 31 manat 66 qəpik olmaqla ümumilikdə 95 manat dəyərində 03 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı böyük bıçaq, 30 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı tək böyük bıçaq, hər biri 28 manat olmaqla ümumilikdə 56 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı ət doğramaq üçün balaca balta, hər biri 10 manat olmaqla, ümumilikdə 50 manat dəyərində 05 ədəd Türkiyə istehsalı Yağmur şirkətinin çömçə, hər biri 12 manat 50 qəpik olmaqla ümumilikdə 100 manat dəyərində 08 ədəd Türkiyə istehsalı Yağmur şirkətinin istehsalı böyük qaşıq, hər biri 30 manat olmaqla ümumilikdə 120 manat dəyərində 04 ədəd Türkiyə istehsalı Yağmur şirkətinin istehsalı qənd qabı, hər biri 14 manat 50 qəpik olmaqla, ümumilikdə 116 manat dəyərində 08 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı bulut, 119 manat dəyərində 01 ədəd Çin istehsalı “Tefal” markalı soğan doğrayan, hər biri 21 manat 25 qəpik olmaqla, ümumilikdə 1700 manat dəyərində 80 ədəd Türkiyə istehsalı “Yataş” markalı dəsmal, hər biri 85 manat olmaqla ümumilikdə 1275 manat dəyərində 15 ədəd Türkiyə istehsalı “Yataş” markalı böyük dəsmal, hər biri 64 manat olmaqla ümumilikdə 1280 manat dəyərində 20 ədəd Türkiyə istehsalı “Yataş” markalı çay dəsmalı, hər biri 35 manat olmaqla ümumilikdə 280 manat dəyərində 08 ədəd Türkiyə istehsalı “Siyah İnci” markalı qadın gecə paltarı, hər biri 85 manat 71 qəpik olmaqla ümumilikdə 600 manat dəyərində 07 ədəd Türkiyə istehsalı “Runster” markalı qadın ayaqqabısı, hər biri 33 manat 66 qəpik olmaqla, ümumilikdə 505 manat dəyərində 15 ədəd Türkiyə istehsalı “Runster” markalı qadın ev çəkələti, hər biri 83 manat 75 qəpik olmaqla ümumilikdə 670 manat dəyərində 08 ədəd Türkiyə istehsalı “Tekstil” markalı iki nəfərlik yataq dəsti, hər biri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Tekstil” markalı stol örtüyü, hər biri 22 manat 25 qəpik olmaqla, ümumilikdə 89 manat dəyərində 04 ədəd Türkiyə istehsalı “Tekstil” markalı 6 nəfərlik stol örtüyü, hər biri 100 manat olmaqla ümumilikdə 500 manat dəyərində 05 ədəd Türkiyə istehsalı “Tekstil” markalı yataq üçün pakrıval, 40 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Tekstil” markalı divan kreslo üzlüyü, hər biri 18 manat 50 qəpik olmaqla ümumilikdə 74 manat dəyərində 04 ədəd Türkiyə istehsalı “Tekstil” markalı mətbəx üçün pərdə, hər biri 23 manat 50 qəpik olmaqla ümumilikdə 47 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Tekstil” markalı 4 metrlik pərdə,31 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Tekstil” markalı 6 metrlik pərdə, 45 manat dəyərində türkiyə istehsalı “Runster” markalı qadın alt paltarı, 50 manat dəyərində türkiyə istehsalı “Runster” markalı kişi alt paltarı, 90 manat dəyərində türkiyə istehsalı “Tekstil” markalı qadın corabı, 90 manat dəyərində türkiyə istehsalı “Tekstil” markalı kişi corabı, hər biri 75 manat olmaqla ümumilikdə 300 manat dəyərində 04 ədəd Türkiyə istehsalı “Tekstil” markalı ədyal, hər biri 57 manat olmaqla ümumilikdə 570 manat dəyərində 10 ədəd Rusiya istehsalı hər biri 4 metrlik stol örtüyü, hər biri 14 manat olmaqla ümumilikdə 420 manat dəyərində 30 ədəd Türkiyə istehsalı “Tekstil” markalı baş örtüyü, 75 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Runster” markalı zərli uşaq üçün kostyum, hər biri 20 manat 33 qəpik olmaqla ümumilikdə 61 manat dəyərində türkiyə istehsalı “Mavi” markalı qadın üçün köynək, hər biri 28 manat olmaqla ümumilikdə 56 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Mavi” markalı qadın üçün klassik şalvar, 160 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Tekstil“ markalı qadın üçün toy donu, hər biri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Mavi” markalı qadın cinsi, 60 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Leo” markalı paraşut şalvar, hər biri 90 manat olmaqla ümumilikdə 180 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Mavi” markalı qadın şalvarı, 45 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Leo” markalı qadın yubka kofta, hər biri 18 manat olmaqla ümumilikdə 36 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Tekstil” markalı günəşlik pərdə, 105 manat dəyərində 01 ədəd Korea istehsalı “Samsung” markalı DVD oxudan, 65 manat dəyərində 01 ədəd Koreya istehsalı “Samsung” markalı kaset oxudan, 50 manat dəyərində 01 ədəd Çin istehsalı “Panasonic” markalı ev telefonu, 90 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Samsung” markalı ütü, 105 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Rovento” markalı buxar ütüsü, hər biri 16 manat olmaqla ümumilikdə 160 manat dəyərində 10 ədəd Türkiyə istehsalı “Tekstil” markalı yastıq üzü, hər biri 8 manat 30 qəpik olmaqla ümumilikdə 41 manat 50 qəpik dəyərində 05 ədəd Türkiyə istehsalı “İpek” markalı şampun, 100 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Mavi” markalı qadın kurtkası, 130 manat dəyərində 01 ədəd Türkiyə istehsalı karaca markalı şirəli içərisində 3 ədəd qazan, hər biri 27 manat 50 qəpik olmaqla ümumilikdə 110 manat dəyərində 04 ədəd Rusiya istehsalı mürəbbə qabı, hər biri 28 manat 33 qəpik olmaqla ümumilikdə 85 manat dəyərində 03 ədəd Rusiya istehsalı dəmir padnos, 235 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Samsung” markalı su ilə işləyən tozsoran, 195 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Samsung” markalı sadə tozsoran, 105 manat dəyərində 01 ədəd “MAC” markalı hava feni, hər biri 14 manat olmaqla ümumilikdə 56 manat dəyərində 04 ədəd Türkiyə istehsalı “Yaşat” markalı hama üçün ayaqaltı, hər biri 6 manat olmaqla ümumilikdə 36 manat dəyərində 06 ədəd Rusiya istehsalı ördək çəngəl qaşıq dəsti, hər biri 7 manat olmaqla ümumilikdə 84 manat dəyərində 12 ədəd Rusiya istehsalı limon qabı, hər biri 7 manat olmaqla ümumilikdə 42 manat dəyərində 06 ədəd Türkiyə istehsalı “Tekstil” markalı balaca örtük, hər biri 55 manat olmaqla ümumilikdə 330 manat dəyərində 06 ədəd Rusiya istehsalı uzun bakal, hər biri 7 manat 16 qəpik olmaqla ümumilikdə 43 manat dəyərində 06 ədəd Rusiya istehsalı çaşka, hər biri 72 manat 50 qəpik olmaqla ümumilikdə 145 manat dəyərində 02 ədəd hər birində 6 ədəd boşqab olan Rusiya istehsalı boşqablar, 40 manat dəyərində türkiyə istehsalı “Leo” markalı 01 ədəd idman dəsti, hər biri 21 manat 33 qəpik olmaqla ümumilikdə 64 manat dəyərində 03 ədəd Türkiyə istehsalı “Tekstil” markalı jurnalini üçün skatert, hər biri 11 manat 66 qəpik olmaqla ümumilikdə 70 manat dəyərində 06 ədəd Türkiyə istehsalı “Tekstil” markalı stol üzlüyü, hər biri 9 manat olmaqla ümumilikdə 54 manat dəyərində 06 ədəd Türkiyə istehsalı “Tekstil” markalı stol döşəkcəsi, hər biri 17 manat 50 qəpik olmaqla ümumilikdə 35 manat dəyərində 02 ədəd Türkiyə istehsalı “Tekstil” markalı yastıq üzlüyü, qramı 141 manat 66 qəpik olmaqla ümumilikdə 425 manat dəyərində 01 ədəd 585 əyarlı rusiya istehsalı 03 qram qızıl boyun bağı, qramı 132 manat 50 qəpik olmaqla ümumilikdə 530 manat dəyərində 01 ədəd 585 əyarlı rusiya istehsalı 04 qram qızıl üzük, qramı 137 manat olmaqla ümumilikdə 685 manat dəyərində 01 ədəd 585 əyarlı rusiya istehsalı 05 qram qızıl qadın sırğası, 4 manat dəyərində 01 ədəd “Selpak” markalı nəmli salfet, 49 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Mavi” markalı qadın üçün şortik və 180 manat dəyərində bijuteriya ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 20.000 (iyirmi min) manat dəyərində əmlakı gizli olaraq talayıb, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 oktyabr 2024-cü il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi 2-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq, həyətdə olan əl damının qıfılını sındırma yolu ilə saxlanc yeri kimi istifadə edilən həmin əl danıma qanunsuz daxil olaraq ordan hər biri 200 manat olmaqla ümumilikdə 600 manat dəyərində 03 ədəd Çin istehsalı “ROYCE” markalı dreli, hər biri 250 manat olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd Almaniya istehsalı “STİLL” markalı elektrik mişarı, 400 manat dəyərində 01 ədəd Türkiyə istehsalı “Canadan” markalı təmir ütüsünü ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 1500 (min beş yüz) manat dəyərində əmlakı gizli olaraq talayıb, oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs1 ilə qapıbir qonşudur. O, həmin şəxsin evindən ifadəsində qeyd edilən qədər oğurluq etməmişdir. Oğurluq olan günü gecə vaxtlarında çöldən səs gəldiyini eşidib çölə çıxmışdır. Yaşadığı evə qayıdan zaman Zərərçəkmiş şəxs1 evinin üstündə adam olduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 evinə gəlib oğurluq olduğunu və əşyalar da çöldə bükülmüş vəziyyətdə olduğunu görmüşdür. O, da çöldə bükülmüş vəziyyətdə olan əşyaları götürüb aparmışdır. İçəridən başqa əşya götürməmişdir. Digər zərərçəkənlərdən oğurluqlar etmişdir. İttihamda göstərilən əşyaların hamısı qaytarılmamışdır. O, götürdüyü əşyaları hara satdığını demiş və həmin əşyalar da qaytarılmışdır. Ailə vəziyyətinin yaxşı olmaması, yaşlı anasının olması və maddi sıxıntılardan bu əməlləri törətməsini nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, o, Türkiyə Respulikasında ailəsi ilə yaşayır. Oğurluq olan evi hadisədən bir il əvvəl Gülşadın bacısından makler vasitəsi ilə almışdır. Evi aldıqdan sonra evin içini təmir etdirmiş və sonra atası evindən əşyalarını gətirib həmin evə yığmışdır. Azərbaycana gəlməzdən üç gün əvvəl Gülşadın bacısı ilə 30 manata məhləni təmizləməsi üçün danışmışdır. Sonradan qardaşı oğlu ilə danışmış və qardaşı oğlu ona iş yerində bağban olduğunu, məhləni təmizləməsi üçün bağbanı gətirəcəyini demişdir. O, da qardaşı oğlu ilə razılaşmış və Gülşadın bacısı Aygünə məhləni təmizləməyin lazım olmadığını demişdir. Bazar günü qardaşı oğlu həmin fəhləni həyəti təmizləməyə gətirmiş və evin internetinin kodunu bilmədiyindən onu yığıb internetinin kodu öyrənmişdir. O, Azərbaycana gələn günü hava limanında olanda bacısı oğlu ona yığaraq, evin dağıldığını videogörüntü ilə göstərmişdir. Bacısı oğlu ona oğurluq etdiklərini və hər şeyi aparıdıqlarını demişdir. O, da bacısı oğluna heç nəyə əllərini vurmamalarını tapşırmışdır. Həmin vaxt DİN 102 qaynar xəttinə yığmışlar. DİN 102 qaynar xəttinə yığdıqdan sonra polislər gəlib baxmışlar. Polislər oğurluq olan evin Gülşadgilin evi olduğunu soruşmuş, həmin vaxt evdə olan şəxslər evi Gülşadgildən aldıqlarını demişlər. O, Azərbaycana gəlib çatdıqdan sonra polislərə əl-barmaq izini götürmələri ilə bağlı dəfələrlə müraciət etmiş, lakin heç kim gəlməmiş və ona hər dəfə oğurluğu Gülşadın etdiyini bildirmişlər. Türkiyəyə qayıtmağına bir gün qalmış polisdən oğurluq edən şəxsi tutduqlarını zəng edib demişlər. O, polis şöbəsinə gedib evindən oğurlanan malların siyahısı yazıb vermişdir. Oğurlanan malların hamısı ittiham aktında göstərilmiş, amma yadından çıxanlar da olmuşdur. Oğurlanan mallardan yalnız televizor, tokla işləyən qazan və mikrodalğalı soba polis əməkdaşları tərəfindən qaytarılmışdır. Oğurlanmış əşyalarını yaxud da həmin əşyaların pulunu tələb edir. Qanunla nəzərdə tutulmuş cəza verilməsini istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 bildirdi ki, o, Göygöl rayonu Xaqani kəndində yaşayır. Gülşadın dayısı Ramiz qonşuluqda usta işləmiş və Gülşad da orada fəhlə işləmişdir. Onların evlərindən biri Daşkəsən rayonundadır. Onlar Daşkəsəndə olan zaman Göygöl rayonu Xaqani kəndində olan evlərində oğurluq baş vermişdir. İlk öncə navesin altına girmiş, sonra mətbəxin pəncərisini vurub açdıqdan sonra evə girmişlər. Evdə olan çox şeyləri, yəni oyuncağı və digər şeyləri dağıdıblar ki, elə bilinsin ki, uşaq oğurluq etmişdir. Ona 1000 manat məbləğində zərər vurulmuşdur. O, oğurlanan əşyaların qaytarılmadığını və onların müqabilində pul da verilmədiyini, əsas olaraq medalları tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 sonradan məhkəməyə ərizə təqdim edərək, onun medallarının qaytardığını, lakin Təqsirləndirilən şəxslə barışmadığını, oğurlanan qalan əşyaların müqabilində dəymiş ziyanı tələb etdiyini və Təqsirləndirilən şəxs veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 bildirdi ki, onlar ünvan 5 ünvandakı ev anası Zərərçəkmiş şəxs2 adınadır. Onlar Gülşadgillə qonşuluqda yaşayır və evləri Gülşadgilin evlərinin arxa tərəfindədir. Onlar uzun müddətdir Azərbaycanda yaşamırlar. İki il bundan qabaq evlərinə gələndə pəncərədə olan dəmir barmaqlığın kəsildiyini, pəncərənin qırıldığını, evin qan içində olduğunu və əşyalarının aparıldığını görmüşlər. Evdə olan qan ləkəsi Gülşada aid deyildir. O, evdə olan zaman xatırladığına görə iz itirilməsi üçün qəssabdan alınmış qan olmuşdur. Belə deyiləni xatırlayır. Oğurluq hadisəsi o burda olmadığı müddətdə, yəni burda olmadığı 6 ay ərzində baş vermişdir. Onların evinə çox vaxt xalası baxmışdır. Oğurluq olduğu müddətdə isə evin açarı heç kimdə olmamışdır, həmçinin xalasında da olmamışdır. Qızıl qolbaq və elektron avadanlıqlar, digər tekstil əşyaları oğurlanmışdır. Anası evlərində oğurluq olması ilə bağlı bir neçə dəfə şikayət etmiş və şikayətdə Gülşadın adını da vermişdir. Şikayətlərə uzun müddət baxılmamışdır. Sonradan şikayətlərə baxılmışdır. O, evdə olan vaxt polis işçiləri Gülşadı onların evlərinə gətirmiş, video çəkilişlə Gülşad evə haradan girərək oğurluq etdiyini demişdir. Evlərində oğurlanan əşyalarla bağlı ekspert tərəfindən verilən rəydə göstərilən məbləği dəqiq bilmir amma evlərindən təxmini olaraq 40000 manata yaxın oğurluq olduğunu bilir. Gülşadgildən heç kim onlarla əlaqə saxlamamış və oğurlanan əşyalardan heç biri qaytarılmamışdır. Gülşada veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Gülşadın anası yanında işləməsi üçün ona xahiş etmişdir. Xaqani kəndində evdə gedib işləmişlər. Həmin evin dam örtüyünü düzəltmişlər. Gülşad yanında işləyəndən bir müddət sonra ağrıdığı üçün geri qayıtmış və işləməmişdir. Sonradan işə gəlmiş, evdə otağın zamasqasını vuran vaxt qonşu gəlib evi yardıqlarını demişdir. Həmin vaxt o, Gülşada oğurluğu sən edibsən, deyə sual vermişdir. Gülşad da ona etmədiyini demişdir. Sonra Gülşad işə gəlməmişdir. O, işləyən vaxt evin sahibi gəlmiş, evin sahibi ilə oğurluq barəsində danışmış və evin sahibi də gedib polisə məlumat vermişdir. Gülşad onun 2 laqondasını, direllərini, gəlininin əşyalarını, 3 əl mişarını, 1 elektrik mişarını aparmışdır. İbtidai istintaqda verdiyi şikayəti ilə dəymiş ziyanın 1500 manat məbləğində olması ilə razıdır. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır və oğurlanan malları tələb edir. Zərərçəkmiş şəxs3 sonradan məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir tələbinin olmadığını, Təqsirləndirilən şəxs veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə Şahid3 bildirdi ki, o, icarə əsasında mağaza işlədir. O, mağazada qarışıq mallar, yəni dəsmal, uşaq oyuncaqları və qadın paltarları satır. Gülşad ona satmaq üçün bəzi əşyalar gətirmiş, o isə özündə olduğundan Gülşaddan nəsə almağa ehtiyacı olmadığını demişdir. Gülşad evlərinin malları olduğunu və buna görə satmaq istədiyini, həm də bu kimi malları səhv etmirsə yoldaşının yaxud uşağının xəstə olduğu üçün İrandan alıb gətirdiyini və burada satdığı kimi sözlər demişdir. Pula ehtiyacı olduğundan satdığını demiş və o, da buna görə Gülşaddan dəsmal almışdır. O, dəsmalların qiymətin soruşmuş, Gülşad da topdan necədisə, elə götürməsini demişdir. Oğurluq mal olub-olmaması barədə soruşanda yoldaşının çöldə olduğunu, lazımdırsa çağırıb gəlməsini dedikdən sonra inanmış və dəsmalları ondan almışdır. Həmçinin, yoldaşını tanımağını və lazım olduğu halda bu mallardan yoldaşından almağını ona demişdir. 2 manat 60 qəpik məbləğində dəsmallar üçün pul vermişdir. Gülşad ona yataq örtüyü satmamışdır. Ümumiyyətlə, o, Gülşadın əlində yataq örtüyü görməmişdir. Göygöl polisindən ona zəng edildikdən sonra Gülşadın oğurluq etdiyini bilmişdir. Məhkəmədə Şahid1 bildirdi ki, Gəncə şəhəri, Poçt qəsəbəsi adlanan ərazidə metal işinə baxır. Gülşadı tanıyır. Gülşad ona satmaq üçün 2,5 kq kabel mis gətirmişdir. Kabelin ümumi çəkisi 10 kq, təmiz çəkisi isə 2,5 kq idi. Kabel ərinməmiş, yəni doğranmış vəziyyətdə idi. Gülşad ona kabeli evdən gətirdiyini və satmaq istədiyini demişdir. O, kabelin oğurluq olub-olmadığını soruşmuş və Gülşad da ona oğurluq olmadığını demişdir. O, kabeli çəkdikdən sonra Gülşada 27 manat pul vermişdir. Gülşadın ona kabel satdığı birinci dəfədir. Məhkəmədə Şahid2 bildirdi ki, o, “Sərçə bazarı” adlanan ərazidə işləyir. Günorta saatları 1-2 radələri Gülşad gəlib salam verib keçmiş, sonra gəlib ondan nəsə lazıb olubolmadığını soruşmuşdur. Gülşad ona metallomda işlədiyini demişdir. O, da Gülşada heç nə lazım olmadığını bildirmişdir. 1 və ya 2 ay sonra Gülşad ona saç feni gətirib vermişdir. O, da bunların lazım olmadığını bildirmişdir. Gülşad ondan siqaret pulu istəmiş, o da Gülşada 2 manat siqaret pulu vermişdir. Bir müddət sonra polislər gəlmiş və Gülşadın ona nə satdığını soruşanda 2 fen verdiyini bildirmişdir. Göygöl polisi onu izahat verməyə çağırmış və o, da şöbəyə gedib izahat vermişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun xalasıdır. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xalası Zərərçəkmiş şəxs1 məxsusdur. Xalası Zərərçəkmiş şəxs1 Türkiyədə yaşadığını və ara bir Azərbaycana gəldiyini demişdir. O, xalasının Türkiyədə olan vaxtlar həmin evə onların nəzarət etdiklərini bildirmişdir. 2024-cü il sentyabr ayının 25-də xalası Sevda zəng edərək 2024-cü il sentyabr ayının 27-də gələcəyini demişdir. Bu səbəbdən o, 27 sentyabr 2024-cü il tarixdə xalası Zərərçəkmiş şəxs1 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini təmizlətdirmək üçün həmin ünvana getmişdir. O, evə daxil olan zaman evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə xalası Zərərçəkmiş şəxs1 zəng edib evdən oğurluq olması barədə məlumat vermişdir. Həmin vaxtı xalası demişdir ki, heç nəyə əlinizi vurmayın və DİN-nin 102 xidmətinə müraciət edib baş vermiş oğurluq barədə məlumat verin. O, da xalasının dediyi kimi etmişdir və DİN-nin 102 xidmətinə zəng edib xalasına məxsus evdən oğurluq olması barədə məlumat vermişdir. Bir müdət sonra polis əməkdaşları gəlmiş və evdə baxış keçirmişlər. Həmin günün axşamı xalası Sevdə Əsgərova Azərbaycana gəlmişdir. İbtidai istintaq zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, o xalası Zərərçəkmiş şəxs1 məxsus evdən nələrin oğurlandığını bilməmişdir. Sadəcə 27 sentyabr 2024-cü il tarixdə o, xalası Sevda məxsus evə gedib, evi təmizlətdirmək istəyən zaman evin dağınıq olduğunu görmüşdür. Bundan sonra “whatsapp”sosial şəbəkəsi vasitəsi ilə xalası Sevdaya məlumat vermişdir. Həmin günün axşamı xalası gəlmiş və xalası evdən oğurlanmış əşyaları müəyyən edib polisə ərizə yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 iyul 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri - Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi, ev 15 ünvanıdır. Fərdi yaşayış evi Zərərçəkmiş şəxs2 məxsusdur və həmin ünvana evin giriş hissəsində qapıya yaxın yerləşən pəncərənin dəmir barmaqlıqlarının çöl hissədən sındırılaraq girilməsi müəyyən edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 sentyabr 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri - Göygöl rayonu, Xaqani kəndində yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evi Zərərçəkmiş şəxs4 məxsusdur. Plastik pəncərə açılaraq evə daxil olunmuşdur. Otaqdakı əşyalar dağınıq vəziyyətdə aşkar edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri - ünvan 7 ünvanıdır. Fərdi yaşayış evi Zərərçəkmiş şəxs1 məxsusdur. Həmin ünvana mətbəxin pəncərəsinin dəmir barmaqlıqlarının çöl hissədən sındırılaraq girilməsi müəyyən edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri - Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 2-ci küçədə yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evi Zərərçəkmiş şəxs3 məxsusdur. Zərərçəkmiş şəxs3 fərdi yaşayış evinin həyatyanı sahəsində olan əl damına qapının qıfılının sındırılaraq girilməsi müəyyən edilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 31 oktyabr 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, şübhəli şəxs X2 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq edərək, oğurluq etdiyi ünvanlara necə daxil olduğunu, əşyaları necə oğurladığını hadisə yerində əyani olaraq istiqamətləndirici hərəkətləri ilə göstərmişdir. “İfadənin yerində yoxlanılması barədə” 13 dekabr 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq edərək oğurluq etdiyi ünvana necə daxil olduğunu, əşyaları necə oğurladığını hadisə yerində əyani olaraq istiqamətləndirici hərəkətləri ilə göstərmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. “Şübhəli şəxs qismində tutma haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 30 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli qərara müvafiq olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 14:30-da tutulmuşdur. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatda olan Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və birləşdirilmiş cinayət işinin nömrəsi ********* kimi saxlanılmaqla istintaqı aparılmışdır. “Materialın cinayət işinə birləşdirilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanılmış HK1/3908 nömrəli material icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, icraatda olan Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi ********* nömrəsi ilə istintaqı davam etdirilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 177.2.2, 177.2.3, 177.2.4 və 325-ci maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 325-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. “Əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd fen və 01 ədəd saç ütüsünə baxış keçirilərək götürülmüşdür. “Əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid3 təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd dəsmala baxış keçirilərək götürülmüşdür. “Əşyanın tanınmasının aparılması haqqında” 04 mart 2025-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən ona məxsus ünvan 7 ünvanından oğurlanmış 1 ədəd “LG” markalı 109 ekran televizorun, 1 ədəd “Samsung” markalı çörək bişirənin, 1 ədəd “Fiver” markalı qaz piltəsinin, 1 ədəd “Modi” markalı asperatorun, 1 ədəd “Blue House” markalı mikrodalğalı peçin, 1 ədəd “Geepas” markalı kofe maşının, 1 ədəd “Straight artifac” markalı hava darağının, 1 ədəd “Sinbo” markalı miksel və 1 ədəd “Blene Life” markalı şirə çəkən maşının tanınması aparılmış və Zərərçəkmiş şəxs1 həmin adları çəkilən əşyaların ona məxsus olduğunu öz ələmətlərinə görə tanımışdır. "xxxx" MMC-nin 03 aprel 2025-ci il tarixli 48 nömrəli rəyindən görünür ki, aşağıda sadalanan əşyaların orta bazar qiymətləri nəzəri qaydada aşağıdakı kimi müəyyən edilmişdir: Zərərçəkmiş şəxs2 – 8,787,00 manat Zərərçəkmiş şəxs1 – 7,975,80 manat, Zərərçəkmiş şəxs3 – 356 manat, Zərərçəkmiş şəxs4 – 483, 00 manat Ümumi olaraq 17,601,80 manat müəyyən edilir. Belə ki, Zərərçəkmiş şəxs2 məxsus - 01 ədəd Koreya istehsalı “LG” markalı 102 ekran televizor (2020) 280 manat, 01 ədəd “Samsung” markalı çörək bişirən (2019) 85 manat, 01 ədəd Türkiyə istehsalı “İtimat” markalı qaz piltəsi (2020) 150 manat, 01 ədəd Türkiyə istehsalı “MODİ Elektroniks” markalı aspirator (2020) 150 manat, 01 ədəd Türkiyə istehsalı “İtimat” markalı mikrovolnavka (2021) 70 manat, 01 ədəd Almaniya istehsalı “Blumer Life” markalı toklu yemək bişirən (2019) 90 manat, 01 ədəd Koreya istehsalı “Samsung” markalı şirə çəkən maşın (2020) 65 manat, 01 ədəd Koreya istehsalı “Samsung” markalı ət çəkən (2020) 75 manat, 03 ədəd Türkiyə istehsalı “Karaca” markalı içərisində 04 ədəd qazan (2021) hər biri 120 manat, ümumilikdə 360 manat, 02 ədəd Türkiyə istehsalı “Karaca” markalı rəngli kofe fincanları (2019) hər biri 50 manat, ümumilikdə 100 manat, 24 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus yekə boşqab hər biri 6 manat, ümumilikdə 144 manat, 36 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus xörək qaşığı hər biri 3 manat, ümumilikdə 108 manat, 36 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus çay qaşığı hər biri 2 manat, ümumilikdə 72 manat, 36 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus balaca çəngəl hər biri 2 manat, ümumilikdə 72 manat, 12 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus bıçaq hər biri 4 manat, ümumilikdə 48 manat, 04 ədəd Türkiyə istehsalı qutuda böyük bıçaq hər biri 5 manat, ümumilikdə 20 manat, 04 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus tək böyük bıçaq hər biri 6 manat, ümumilikdə 24 manat, 02 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus ət doğramaq üçün böyük balta hər biri 8 manat, ümumilikdə 16 manat, 08 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus çömçə hər biri 4 manat, ümumilikdə 32 manat, 12 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus böyük qaşıq hər biri 5 manat, ümumilikdə 60 manat, 06 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus qənd qabı hər biri 10 manat, ümumilikdə 60 manat, 12 ədəd Türkiyə istehsalı “Yagmur” şirkətinə məxsus bulut hər biri 7 manat, ümumilikdə 84 manat, 02 ədəd Çin istehsalı elektirikli tefal markalı soğan doğrayan (2020) hər biri 39 manat, ümumilikdə 78 manat, 120 ədəd Türkiyə istehsalı “Yataş” markalı dəsmal hər biri 10 manat, ümumilikdə 1200 manat, 24 ədəd Türkiyə istehsalı “Yataş” markalı böyük dəsmal hər biri 35 manat, ümumilikdə 840 manat, 36 ədəd Türkiyə istehsalı “Yataş” markalı çay dəsmalı hər biri 25 manat, ümumilikdə 900 manat, 12 ədəd Türkiyə istehsalı “Siyahı İnci” markalı qadın gecə paltarı hər biri 15 manat, ümumilikdə 180 manat, 12 ədəd Türkiyə istehsalı “Tekstil” markalı iki nəfərlik yataq dəsti hər biri 15 manat, ümumilikdə 180 manat, 04 ədəd Türkiyə istehsalı “Tekstil” markalı stol örtüyü hər biri 10 manat, ümumilikdə 40 manat, 12 ədəd Türkiyə istehsalı “Tekstil” markalı 6 nəfərlik stol örtüyü hər biri 12 manat, ümumilikdə 144 manat, 08 ədəd Türkiyə istehsalı “Tekstil” markalı yataq üçün pakrıval hər biri 8 manat, ümumilikdə 320 manat, 08 ədəd Türkiyə istehsalı “Tekstil” markalı divan-kreslo ötrtüyü hər biri 8 manat, ümumilikdə 64 manat, 24 ədəd Rusiya istehsalı hər biri 4 metrlik stol örtüyü hər biri 25 manat, ümumilikdə 600 manat, 36 ədəd Türkiyə istehsalı “Tekstil” markalı baş örtüyü hər biri 6 manat, ümumilikdə 216 manat, 04 ədəd Türkiyə istehsalı “Tekstil” markalı günəşlik pərdə hər biri 6 manat, ümumilikdə 24 manat, 01 ədəd Korea istehsalı “Samsung” markalı DVD oxudan (2019) 45 manat, 01 ədəd Korea istehsalı “Samsung” markalı kaset oxudan (2018) 25 manat, 02 ədəd Çin istehsalı “Sony” markalı ev telefonu hər biri 15 manat, ümumilikdə 30 manat, 02 ədəd Türkiyə istehsalı “Samsung” markalı ütü (2020) hər biri 35 manat, ümumilikdə 70 manat, 02 ədəd Türkiyə istehsalı “Rovento” markalı buxar ütüsü (2020) hər biri 40 manat, ümumilikdə 80 manat, 24 ədəd Türkiyə istehsalı “Tekstil” markalı yastıq üzü hər biri 5 manat, ümumilikdə 120 manat, 04 ədəd Türkiyə istehsalı “Karaca” markalı şirəli içərisində 03 ədəd qazan hər biri 50 manat, ümumilikdə 200 manat, 12 ədəd Rusiya istehsalı mürəbbə qabı hər biri 10 manat, ümumilikdə 120 manat, 06 ədəd Rusiya istehsalı dəmir padnos hər biri 10 manat, ümumilikdə 60 manat, 01 ədəd Türkiyə istehsalı “Samsung” markalı su ilə işləyən tozsoran (2020) 85 manat, 01 ədəd Türkiyə istehsalı “Samsung” markalı sadə tozsoran (2021) 85 manat, 24 ədəd Rusiya istehsalı limon qabı hər biri 2 manat, ümumilikdə 48 manat, 12 ədəd Rusiya istehsalı ördək çəngəl qaşığı hər biri 2 manat, ümumilikdə 24 manat, 12 ədəd Türkiyə istehsalı “Tekstil” markalı balaca örtük hər biri 3 manat, ümumilikdə 36 manat, 12 ədəd Rusiya istehsalı uzun bakal hər biri 25 manat, ümumilikdə 300 manat, 24 ədəd Rusiya istehsalı çaşka hər biri 3 manat, ümumilikdə 72 manat, 04 ədəd hər birində 12 ədəd Rusiya istehsalı boşqab hər biri 70 manat, ümumilikdə 280 manat, 06 ədəd Türkiyə istehsalı “Terkstil” markalı jurnalini üçün skatert hər biri 8 manat, ümumilikdə 48 manat, 12 ədəd Türkiyə istehsalı “Tekstil” markalı stol üzlüyü hər biri 5 manat, ümumilikdə 60 manat, 12 ədəd Türkiyə istehsalı “Tekstil” markalı stol döşəkçəsi hər biri 4 manat, ümumilikdə 48 manat, cəmi 8,787,00 manat Bundan başqa Zərərçəkmiş şəxs1 məxsus - 01 ədəd Koreya istehsalı “LG” markalı 109 ekran televizor (2023) 280 manat, 01 ədəd “Samsung” markalı çörək bişirən (2024) 85 manat, 01 ədəd Türkiyə istehsalı “FİVER” markalı qaz piltəsi (2023) 200 manat, 01 ədəd Türkiyə istehsalı “MODİ Elektroniks” markalı asperator (2023) 150 manat, 01 ədəd Türkiyə istehsalı “Siilver” markalı mikrovolnavka (2023) 120 manat, 01 ədəd Almaniya istehsalı “Blumer Life” markalı toklu yemək bişirən (2023) 90 manat, 01 ədəd Koreya istehsalı “Samsung” markalı şirə çəkən maşın (2023) 65 manat, 01 ədəd Korea istehsalı “Samsung” markalı ət çəkən maşın (2024) 75 manat, 01 ədəd Türkiyə istehsalı “GEEPAS” markalı kofe bişirən maşın (2023) 150 manat, 01 ədəd Türkiyə istehsalı “Karaca” markalı içərisində 4 ədəd qazan (2023) 120 manat, 01 ədəd Türkiyə istehsalı “Karaca” markalı gümüşü rəngli kofe fincanları 50 manat, 01 ədəd Türkiyə istehsalı “Tefal” markalı elektirik çaynik (2023) 27 manat, 01 ədəd Çin istehsalı “Sven” markalı mikro kartla işləyən kalonka (2022) 130 manat, 18 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı yeke boşqab hər biri 6 manat, ümumilikdə 108 manat, 36 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı çəngəl hər biri 3 manat, ümumilikdə 108 manat, 36 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı xörək qaşığı hər biri 3 manat, ümumilikdə 108 manat, 36 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı çay qaşığı hər biri 2 manat, ümumilikdə 72 manat, 36 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı balaca çəngəl hər biri 2 manat, ümumilikdə 72 manat, 08 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı bıçaq hər biri 4 manat, ümumilikdə 32 manat, 03 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı böyük bıçaq hər biri 5 manat, ümumilikdə 15 manat, 01 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı tək böyük bıçaq 6 manat, 02 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı ət doğramaq üçün balaca balta hər biri 8 manat, ümumilikdə 16 manat, 05 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin çömçə hər biri 4 manat, ümumilikdə 20 manat, 08 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı böyük qaşıq hər biri 5 manat, ümumilikdə 40 manat, 04 ədəd Türkiyə istehsalı Yağmur şirkətinin istehsalı qənd qabı hər biri 10 manat, ümumilikdə 40 manat, 08 ədəd Türkiyə istehsalı “Yağmur” şirkətinin istehsalı bulut hər biri 7 manat, ümumilikdə 56 manat, 01 ədəd Çin istehsalı “Tefal” markalı soğan doğrayan (2023) 39 manat, 80 ədəd Türkiyə istehsalı “Yataş” markalı dəsmal hər biri 10 manat, ümumilikdə 800 manat, 15 ədəd Türkiyə istehsalı “Yataş” markalı böyük dəsmal hər biri 35 manat, ümumilikdə 525 manat, 20 ədəd Türkiyə istehsalı “Yataş” markalı çay dəsmalı hər biri 25 manat, ümumilikdə 500 manat, 08 ədəd Türkiyə istehsalı “Siyah İnci” markalı qadın gecə paltarı hər biri 15 manat, ümumilikdə 120 manat, 07 ədəd Türkiyə istehsalı “Runster” markalı qadın ayaqqabısı hər biri 40 manat, ümumilikdə 280 manat, 15 ədəd Türkiyə istehsalı “Runster” markalı qadın ev çəkələti hər biri 15 manat, ümumilikdə 225 manat, 08 ədəd Türkiyə istehsalı “Tekstil” markalı iki nəfərlik yataq dəsti hər biri 40 manat, ümumilikdə 320 manat, 02 ədəd Türkiyə istehsalı “Tekstil” markalı stol örtüyü hər biri 10 manat, ümumilikdə 20 manat, 04 ədəd Türkiyə istehsalı “Tekstil” markalı 6 nəfərlik stol örtüyü hər biri 12 manat, ümumilikdə 48 manat, 05 ədəd Türkiyə istehsalı “Tekstil” markalı yataq üçün pakrıval hər biri 40 manat, ümumilikdə 200 manat, 01 ədəd Türkiyə istehsalı “Tekstil” markalı divan kreslo üzlüyü 15 manat, 04 ədəd Türkiyə istehsalı “Tekstil” markalı mətbəx üçün pərdə hər biri 6 manat, ümumilikdə 24 manat, 02 ədəd Türkiyə istehsalı “Tekstil” markalı 4 metrlik pərdə hər biri 6 manat, ümumilikdə 12 manat, 01 ədəd Türkiyə istehsalı “Tekstil” markalı 6 metrlik pərdə 6 manat, 04 ədəd Türkiyə istehsalı “Tekstil” markalı ədyal hər biri 30 manat, ümumilikdə 120 manat, 10 ədəd Rusiya istehsalı hər biri 4 metrlik stol örtüyü hər biri 25 manat, ümumilikdə 250 manat, 30 ədəd Türkiyə istehsalı “Tekstil” markalı baş örtüyü hər biri 6 manat, ümumilikdə 180 manat, 01 ədəd Türkiyə istehsalı “Runster” markalı zərli uşaq üçün kostyum 25 manat, 02 ədəd Türkiyə istehsalı “Mavi” markalı qadın üçün klassik şalvar hər biri 8 manat, ümumilikdə 16 manat, 01 ədəd Türkiyə istehsalı “Tekstil” markalı qadın üçün toy donu 70 manat, 02 ədəd Türkiyə istehsalı “Mavi” markalı qadın cinsi hər biri 20 manat, ümumilikdə 40 manat, 01 ədəd Türkiyə istehsalı “Leo” markalı paraşut şalvar 15 manat, 02 ədəd Türkiyə istehsalı “Mavi” markalı qadın şalvarı hər biri 30 manat, ümumilikdə 60 manat, 01 ədəd Türkiyə istehsalı “Leo” markalı qadın yubka kofta 20 manat, 02 ədəd Türkiyə istehsalı “Tekstil” markalı günəşlik pərdə hər biri 6 manat, ümumilikdə 12 manat, 01 ədəd Korea istehsalı “Samsung” markalı DVD oxudan (2023) 45 manat, 01 ədəd Korea istehsalı “Samsung” markalı kaset oxudan (2018) 25 manat, 01 ədəd Çin istehsalı “Panasonic” markalı ev telefonu (2022) 15 manat, 01 ədəd Türkiyə istehsalı “Samsung” markalı ütü (2023) 35 manat, 01 ədəd Türkiyə istehsalı “Rovento” markalı buxar ütüsü (2022) 40 manat, 10 ədəd Türkiyə istehsalı “Tekstil” markalı yastıq üzü hər biri 5 manat, ümumilikdə 50 manat, 05 ədəd Türkiyə istehsalı “İpek” markalı şampun hər biri 3.5 manat, ümumilikdə 17.5 manat, 01 ədəd Türkiyə istehsalı “Mavi” markalı qadın krtkası 40 manat, 01 ədəd Türkiyə istehsalı “Karaca” markalı şirəli içərisində 3 ədəd qazan 50 manat, 04 ədəd Rusiya istehsalı mürəbbə qabı hər biri 10manat, ümumilikdə 40 manat, 03 ədəd Rusiya istehsalı dəmir padnos hər biri 10 manat, ümumilikdə 30 manat, 01 ədəd Türkiyə istehsalı “Samsung” markalı su ilə işləyən tozsoran (2023) 85 manat, 01 ədəd Türkiyə istehsalı “Samsung” markalı sadə tozsoran (2022) 85 manat, 01 ədəd “MAC” markalı hava feni (2023) 45 manat, 04 ədəd Türkiyə istehsalı “Yaşat” markalı hama üçün ayaqaltı hər biri 4 manat, ümumilikdə 16 manat, 06 ədəd Rusiya istehsalı ördək çəngəl qaşıq dəsti hər biri 25 manat, ümumilikdə 12 manat, 12 ədəd Rusiya istehsalı limon qabı hər biri 2 manat, ümumilikdə 24 manat, 06 ədəd Türkiyə istehsalı “Tekstil” markalı balaca örtük hər biri 3 manat, ümumilikdə 18 manat, 06 ədəd Rusiya istehsalı uzun bakal hər biri 25 manat, ümumilikdə 150 manat, 06 ədəd Rusiya istehsalı çaşka hər biri 3 manat, ümumilikdə 18 manat, 02 ədəd hər birində 6 ədəd boşqab olan Rusiya istehsalı boşqablar hər biri 25 manat, ümumilikdə 50 manat, 03 ədəd Türkiyə istehsalı “Tekstil” markalı jurnalini üçün skatert hər biri 8 manat, ümumilikdə 24 manat, 06 ədəd Türkiyə istehsalı “Tekstil” markalı stol üzlüyü hər biri 5 manat, ümumilikdə 30 manat, 06 ədəd Türkiyə istehsalı “Tekstil” markalı stol döşəkcəsi hər biri 4 manat, ümumilikdə 24 manat, 02 ədəd Türkiyə istehsalı “Tekstil” markalı yastıq üzlüyü hər biri 5 manat, ümumilikdə 10 manat, 01 ədəd 585 əyarlı rusiya istehsalı 03 qram qızıl boyun bağı qramı 65 manat, ümumilikdə 195 manat, 01 ədəd 585 əyarlı rusiya istehsalı 04 qram qızıl üzük qramı 65 manat, ümumilikdə 260 manat, 01 ədəd 585 əyarlı rusiya istehsalı 05 qram qızıl qadın sırğası qramı 65 manat, ümumilikdə 325 manat, 01 ədəd “Selpak” markalı nəmli salfet 0,3 manat, 01 ədəd Türkiyə istehsalı “Mavi” markalı qadın üçün şortik 19 manat, Cəmi – 7,975,80 manat Bundan başqa Zərərçəkmiş şəxs3 məxsus - 03 ədəd Çin istehsalı “ROYCE” markalı drel hər biri 50 manat, ümumilikdə 150 manat, 02 ədəd Almaniya istehsalı “STİLL” markalı elektrik mişar hər biri 53 manat, ümumilikdə 106 manat, 01 ədəd Türkiyə istehsalı “Canadan” markalı təmir ütüsü 100 manat, Cəmi – 356 manat Bundan başqa Zərərçəkmiş şəxs4 məxsus - 01 ədəd Çin istehsalı “Sinbo” markalı saç ütüsü (2015) 18 manat, 01 ədəd Çin istehsalı “İONİC CERAMİC” markalı saç feni (2017) 120 manat, 01 ədəd Çin istehsalı “Tefal” markalı paltar ütüsü 55 manat, 01 ədəd Çin istehsalı “Roleks” markalı qol saatı 40 manat, 01 ədəd Çin istehsalı “Tefal” markalı ət çəkən maşın 90 manat, 01 ədəd Türkiyə istehsalı “Karaca” markalı içərisində 3 ədəd qazan olan qazan dəsti 65 manat, 01 ədəd Türkiyə istehsalı yataq örtüyü 65 manat, 01 ədəd gödəkçə 30 manat, Cəmi – 483,00 manat, Yekun – 17,601,80 manat Zərərçəkmiş şəxs3 03 sentyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir tələbi yoxdur. Təqsirləndirilən şəxs veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxmışdır. Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə2 29 sentyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxslə barışmamışdır. Dəymiş ziyanı tələb etmiş və Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs4 21 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxslə barışmamışdır. Medalları özünə qaytarılmışdır. Dəymiş ziyanı tələb etmiş və Təqsirləndirilən şəxs veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxmışdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”-dən Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə1 ölkə xaricində olması müəyyən olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, bundan əlavə CM-nin 180-ci maddəsilə də cinayət təqibinin başlanılması rədd edilmiş və hər iki material ayrı-ayrılıqda Gəncə şəhər Prokurorluğuna göndərilmişdir. Cinayət işi üzrə Şahid2 təqdim etdiyi və Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd “LG” markalı 109 ekran televizor, 1 ədəd “Samsung” markalı çörək bişirən, 1 ədəd “Fiver” markalı qaz piltəsi, 1 ədəd “Modi” markalı asperator, 1 ədəd “Blue House” markalı mikrodalğalı peç, 1 ədəd “Geepas” markalı kofe maşını, 1 ədəd “Straight artifac” markalı hava darağı, 1 ədəd “Sinbo” markalı miksel və 1 ədəd “Blene Life” markalı şirə çəkən maşın, 1 ədəd üzərində “Sinbo” sözü yazılmış qara rəngli saç ütüsü, 1 ədəd üzərində “İONİC CERAMİC Tourmaline Pulse” sözləri yazılmış qara rəngli fen və Şahid3 təqdim etdiyi 1 ədəd dördbucaq formalı, çəhrayı rəngli olmaqla üzərində ağ və qırmızı zolaqları olan hamam dəsmalı iş üçün mühum əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 23 yanvar 2025-ci il tarixli, 2 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1 və 288.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3cü maddəsi tətbiq edilərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 67.1-ci maddələri tətbiq edilərək 05 il 06 ay 16 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 24 gün hissəsini şərti olaraq vaxtında əvvəl azad edilmişdir. Bundan başqa, o, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 177.2.1, 177.2.4 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək cəza müddəti 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən 09 ay 22 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3- 2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunmaqla cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablanması qeyd edilmişdir. Gəncə şəhər Probasiya şöbəsinin 3-16-21-3/2-55095/2025 nömrəli 21 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)- 310/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmün icrası barədə hakimin göstərişi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və həmin tarixdə məhkum Təqsirləndirilən şəxs yaşadığı evdə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Gəncə Şəhər Məhkəməsinin 3(125)-3022/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə 01 (bir) ay müddətinə inzibati həbs olunmuşdur. Təqsirləndirilən şəxs həbs edildiyi xx.xx.2024-cü il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 02 ayını çəkmiş, çəkilməmiş 10 ay qalmışdır. Cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən, cəzanın sonu xx.xx.2025-cı il tarixədək hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə zərər çəkmiş şəxslərə məxsus mənzillərdən oğurluq edən zaman onun Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü üzrə cəzası tam çəkilməmişdir. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən həmin Məcəllənin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət az ağır cinayət hesab olunur və həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq residivin müəyyən olunması zamanı nəzərə alınmır. Qeyd olunan maddi hüquq normalarına istinadən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmamışdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli Plenum qərarı). Azərbaycan Respublikası İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 26 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN BDYP İdarəsinin 30 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış nəqliyyat vasitəsi yoxdur. 09 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Xaqani kəndində yaşayış evindən oğurluq etdiyini etiraf etmişdir. 20 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tanış olmuş və ifadələrin doğruluğunu təsdiq etmişdir. Hazırda əməlindən peşman olduğunu və sonda ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Gəncə şəhər Narkoloji dispanserin 5410 nömrəli 04 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji dispanserin 17735 nömrəli 04 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin 461 nömrəli 16 mart 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyinə heç bir mənfi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, həmçinin müxtəlif təşkilatlardan və birliklərdən arayış, xasiyyətnamə və digər sənədlər tələb etməyə haqlıdır. Şübhəli, təqsirləndirilən şəxs, müdafiəçi, ittihamçı, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, fiziki və hüquqi şəxslər sübut hesab oluna bilən əşya və sənədləri, habelə şifahi və ya yazılı məlumatları təqdim etməyə haqlıdırlar. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəçisinin təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini, Azərbaycan Respublikası CM-nin 325-ci maddəsinə nəzərən isə zərərçəkmiş şəxsə medalı qaytarması halını nəzərə alaraq həmin maddəyə aid hissədə isə bəraət verilməsini xahiş etməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin bu mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə onu da qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddəyə nəzərən bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Əksinə, təqsirləndirilən şəxsin etirafı, iş materiallarından və toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir, əməldə cinayət tərkibi vardır, cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahələrinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi və Azərbaycan Respublikası dövlət təltifini qanunsuz yolla ələ keçirməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 325-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmaqla ədalətli cəza təyin etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs Göygöl rayonu, Xaqani kəndində fərdi yaşayış ünvanından oğurluğu könüllü olaraq etiraf etdiyini, bu barədə ibtidai istintaq zamanı özü məlumat verdiyini, zərərçəkmiş şəxs X1 medallarının qaytarıldığını və digər Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etdiyini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə bir neçə dəfə məhkum olunması, buna baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Bununla yanaşı Azərbaycan Respublikası CM-nin 325-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 325-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən (ağırlaşdıran hallar müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4 və 325-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi daha məqsədə müvafiqdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə isə barəsində Gəncə Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Gəncə şəhər Probasiya şöbəsinin 3-16-21-3/2-55095/2025 nömrəli 21 iyul 2025-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının həbs edildiyi xx.xx.2024-cü il tarixədək 01 (bir) il 02 (iki) ayını çəkmiş, çəkilməmiş 10 (on) ay qalmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay 2 (iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü, azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla 5 (beş) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulmasa haqqında” 30 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.6-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Həmin maddənin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 325-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınan - Gəncə şəhəri Baş polis idarəsinin anbarında saxlanca verilmiş 1 ədəd “LG” markalı 109 ekran televizor, 1 ədəd “Samsung” markalı çörək bişirən, 1 ədəd “Fiver” markalı qaz piltəsi, 1 ədəd “Modi” markalı asperator, 1 ədəd “Blue House” markalı mikrodalğalı peç, 1 ədəd “Geepas” markalı kofe maşını, 1 ədəd “Straight artifac” markalı hava darağı, 1 ədəd “Sinbo” markalı miksel və 1 ədəd “Blene Life” markalı şirə çəkən maşın, 1 ədəd üzərində “Sinbo” sözü yazılmış qara rəngli saç ütüsü, 1 ədəd üzərində “İONİC CERAMİC Tourmaline Pulse” sözləri yazılmış qara rəngli fen və 1 ədəd dördbucaq formalı, çəhrayı rəngli olmaqla üzərində ağ və qırmızı zolaqları olan hamam dəsmalı hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul təqsirləndirilən şəxsdən tutulub "xxxx" MMC-nin hesabına keçirilməlidir (CPM-198.1.). Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməmiş qalan hissəsi ilə bağlı, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarla Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülməlidir. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləsi əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 325-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 325-ci maddəsi ilə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilən həmin cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Gəncə Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(125)-310/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay 2 (iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü, azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla 5 (beş) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza hökmlərin məcmusu əsası ilə qismən birləşdirməklə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutlar – Gəncə şəhəri Baş polis idarəsinin anbarında saxlanca verilmiş 1 ədəd “LG” markalı 109 ekran televizor, 1 ədəd “Samsung” markalı çörək bişirən, 1 ədəd “Fiver” markalı qaz piltəsi, 1 ədəd “Modi” markalı asperator, 1 ədəd “Blue House” markalı mikrodalğalı peç, 1 ədəd “Geepas” markalı kofe maşını, 1 ədəd “Straight artifac” markalı hava darağı, 1 ədəd “Sinbo” markalı miksel və 1 ədəd “Blene Life” markalı şirə çəkən maşın, 1 ədəd üzərində “Sinbo” sözü yazılmış qara rəngli saç ütüsü, 1 ədəd üzərində “İONİC CERAMİC Tourmaline Pulse” sözləri yazılmış qara rəngli fen və 1 ədəd dördbucaq formalı, çəhrayı rəngli olmaqla üzərində ağ və qırmızı zolaqları olan hamam dəsmalı hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 izah edilsin ki, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməmiş qalan hissəsi və digər zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq, "xxxx" MMC; VÖEN**********; AZ64AİİB400900C**********208, "xxxx" ASC Sahil filialı, KOD 201218, VÖEN ********** Müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2X hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə regional vəkil bürosunun hesabına 330 manat məbləğində pul köçürülsün. (Gəncə regional vəkil bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-167/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-167/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver