Məhkəmə qərarları › İş №1(125)-169/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-169/2022

19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-169/2022 19.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində sonuncu ilə qısqanclıq münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı stolun üzərindəki şüşə materialdan olan meyvə qabını qəsdən Zərərçəkmiş şəxs başının sağ gicgah nahiyəsindən vuraraq alın nahiyyəsinin yarası ilə müşayiət olunan xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs bir ildir ki tanıyır. Onun Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibəti olmuşdur. Zərərçəkmiş şəxs ilə onun münasibəti əvvəllər normal olmuş, son vaxtlar Ruhiyyə ilə aralarında qısqanclıq zəminində mübahisələri olmuşdur. Ruhiyyə onun ayrıayrı qadınlarla münasibət saxladığını eşitdiyi üçün onunla mübahisə etməyə başlamışdır. 30 may 2022-ci il tarixdə Ruhiyyə onun münasibətdə olduğu qadına sms vasitəsilə səs göndərərək onu cəmiyyət içərisində nüfuzdan salmağa çalışmışdır. Bunu bildikdən sonra o, Ruhiyyənin anası və bacısına zəng vuraraq bildirmişdir ki, Ruhiyyəyə başa salsınlar ki, sonuncu onun barəsində cəmiyyət içində nüfuzdan salacaq nalayiq sözlər danışmasın, lakin heç bir fayda verməmişdir. Buna görə də o, 30 may 2022-ci il tarixdə saat 14 radələrində Ruhiyyənin yaşadığı evə gedib nə üçün belə etdiyini, onun barəsində başqaları ilə danışdığını, onu cəmiyyət içində nüfuzdan salmağa çalışdığını soruşanda Ruhiyyə onunla mübahisə etmiş və “yaxşı elədiyini” eyni zamanda “hərəkətlərini davam etdirəcəyini” bildirmişdir. Həmin vaxt o, əsəbi olduğu üçün stolun üzərində olan meyvə qabını Ruhiyyənin baş nahiyyəsindən vuraraq sonuncuya xəsarət yetirmişdir. Onların arasında mübahisə təxminən 3-5 dəqiqə çəkmiş, o, Ruhiyyənin baş nahiyyəsindən xəsarət yetirərkən həmin vaxt onların yanında olan Ruhiyyənin anası Rahilə də hadisənin şahidi olmuşdur. O, Ruhiyyəni vurduqdan sonra oradan çıxıb getmişdir. Mübahisə zamanı o, Ruhiyyənin ibtidai araşdırma zamanı verdiyi ifadələrində bildirdiyi kimi, Ruhiyyəyə saçını kəsəcəyini deməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Sonuncu ilə əvvəllər münasibəti normal olmuş, ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, Təqsirləndirilən şəxsla qeyri-rəsmi olaraq bir yerdə ona məxsus evdə bir ilə yaxın yaşamışlar. Təxminən 2022-ci ilin aprel ayında Çingizlə onun arasında qısqanclıq zəminində mübahisələr baş vermişdir. Belə ki, Çingiz öz dostunun adından ondan 20 saylı orta məktəbdə idman müəlliməsi işləyən Yeganə müəllimənin telefon nömrəsini istəmiş, bundan sonra Çingiz ondan xəbərsiz Yeganə ilə qeyri-rəsmi olaraq yaşamağa başlamış, daha sonra o, Yeganə tərəfdən eşidib bilmişdir ki, Yeganə Çingizdən öz nömrəsini hardan tapdığını soruşanda Çingiz həmin nömrəni dostunun yaşadığı qızdan, yəni ondan aldığını söyləmişdir. O, bunu bildikdən sonra Çingizlə aralarında narazılıqlar yaranmışdır. 30 may 2022-ci il tarixdə saat 14 radələrində o, anası Şahid1 yaşadığı evdə olan vaxt Çingiz həmin ünvana gəlmiş, Çingiz evə daxil olan vaxt heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Çingiz ona “sənin saçını qırxaram” kimi kəlmə işlədib anası Rahiləni kənara itələmiş və masanın üzərində olan şüşə meyvə qabını götürüb onun baş nahiyəsinə vurmuş, həmin meyvə qabı onun başının sağ gicgah nahiyyəsinə dəyib qırılmışdır. Həmin vaxt o, baş nahiyəsindən xəsarət almış, Çingiz isə meyvə qabını onun baş nahiyəsinə vurduqdan sonra dayanmışdır. Hadisə nəticəsində onun baş nahiyəsindən qan gəldiyi üçün Çingiz anası Rahiləyə «apar bunun başına tikiş qoydur» demişdir. Həmin vaxt o, özünü çox pis hiss etdiyi üçün ətrafda nə baş verdiyini başa düşə bilməmiş, bir qədər sonra özünə gələndə görmüşdür ki, evə X5 həkimləri gəlib ona tibbi yardım göstərirlər. Bundan sonra həmin ünvana bacısı Şahid2 gəlmiş, lakin bacısı evə gələnə kimi Çingiz artıq çıxıb getmişdir. Şahid2 məsələni bildikdən sonra DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə anasının yaşadığı həmin ünvana gəlib getmişdir. Hadisənin baş verməsini anası Şahid1 görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır, Ruhiyyənin öz evi olsa da sonuncu müvəqqəti olaraq onunla yaşayır. Təqsirləndirilən şəxs təxminən bir ilə yaxındır ki tanıyır, Təqsirləndirilən şəxs onun qızı Ruhiyyə ilə birlikdə qeyri-rəsmi yaşamış və Çingiz yaşadığı vaxtlarda bir neçə dəfə onun yaşadığı evə gəlib getmişdir. 30 may 2022-ci il tarixdə saat 14 radələrində Çingiz onun yaşadığı ünvana gəlmiş, evə daxil olan vaxt heç bir səbəb olmadan qızı Ruhiyyə ilə mübahisə etməyə başlamışdır. Çingiz onun qızına “sənin saçını qırxaram” kimi kəlmə işlədib onu itələmiş və masanın üzərində olan şüşə meyvə qabını götürüb qızı Ruhiyyənin baş nahiyyəsinə vurmuş, həmin meyvə qabı qızının başının sağ gicgah nahiyyəsinə dəyib qırılmışdır. Çingiz meyvə qabını Ruhiyyənin baş nahiyyəsinə vurduqdan sonra dayanmış, qızının baş nahiyyəsindən qan gəldiyi üçün Çingiz ona «apar bunun başına tikiş qoydur» demişdir. Daha sonra onun yaşadığı evə digər qızı Şahid2 gəlmiş, sonuncu evə həkim çağırmış və DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə onun yaşadığı evə gəlib getmişdir. Hadisə onun yaşadığı evdə baş verdiyindən hadisəni ondan başqa heç kəs görməmişdir. Hadisə zamanı o, hər hansı bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır, Ruhiyyənin öz evi var, lakin müvəqqəti olaraq anası Şahid1 ilə yaşayır. Təqsirləndirilən şəxs təxminən bir ilə yaxındır ki tanıyır. Sonuncu Ruhiyyə ilə birlikdə qeyri-rəsmi yaşamışdır. 30 may 2022-ci il tarixdə saat 14 radələrində Ruhiyyə ona zəng edib Çingiz tərəfindən döyüldüyünü, hazırda anası Rahilənin yaşadığı evdə olduğunu demişdir. O, buna görə anası Rahilənin yaşadığı evə getmiş, anasının yaşadığı evə çatanda artıq Çingiz oradan çıxıb getmişdir. Ona məlum olmuşdur ki, Çingiz şüşə meyvə qabı ilə bacısı Ruhiyyənin baş nahiyyəsindən vurub xəsarət yetirmiş və buna görə də o, həmin ünvana X5 həkimləri çağırmışdır. O, hadisənin şahidi olmamışdır. Təqsirləndirilən şəxsla bacısı Zərərçəkmiş şəxs arasında əvvəllər bu cür hadisə baş verməmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, o, Gəncə şəhəri 23 saylı orta məktəbdə idman müəlliməsi işləyir. Təqsirləndirilən şəxs təxminən üç ay olar ki tanıyır, münasibətləri normaldır, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxsla təsadüfən tanış olmuş, sonuncu onun istifadəsində olan mobil telefona zəng edib onunla tanış olmuş, sonradan aralarında münasibətlər yaranmış və hazırda da qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində yaşayırlar. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti, o cümlədən ədavəti və ya düşmənçiliyi olmamışdır. Təxminən 28 may 2022-ci il tarixdə adını sonradan bildiyi Zərərçəkmiş şəxs zəng edib onu yaşadığı evin yaxınlığındakı qadın gözəllik salonuna çağırdığı üçün o, həmin gözəllik salonuna getmiş, Zərərçəkmiş şəxs orada Çingizlə bağlı səs yazılarını ona qulaq asdırmışdır ki, bəlkə aralarını vura bilsin. Belə ki, həmin səslər Çingizlə Ruhiyyənin münasibətləri olan vaxt Çingizin Ruhiyyəyə atmış olduğu səslər olmuşdur. O isə məhəl qoymayıb salondan çıxıb öz yaşadığı evə getmiş, daha sonra isə Ruhiyyə ilə görüşməmişdir. Sonradan eşidib bilmişdir ki, Çingiz Ruhiyyəni vurub xəsarət yetirdiyi üçün sonuncu Çingiz barəsində şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 iyun 2022-ci il tarixli “məhkəməyədək sadələşdirilmiş icraatın materialları əsasında cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraatın aparılmasının nəticələrinə dair tərtib olunmuş yekun protokolu təsdiq edilmədən məhkəməyədək sadələşdirilmiş icraatın materialları əsasında Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. 12 iyul 2022-ci il tarixli “təqdim edilmiş əşyanın maddi sübut kimi götürülməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd qırılmış vəziyyətdə olan meyvə qabı iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülmüşdür. 14 iyul 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyət aydınlaşdırılmışdır. Məhkəmə-tibb ekspertizasının 30 may 2022-ci il tarixli 843 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-alın nahiyəsinin yarasıbərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30 may 2022-ci il tarixdə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibb ekspertizasının 12 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-alın nahiyəsinin yarası-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, həmin xəsarətin ekspertizaya təqdim edilmiş meyvə qabı ilə yetirilməsi istisna edilmir. 12 avqust 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, cinayət işi üzrə götürülmüş bir ədəd qırılmış vəziyyətdə olan şüşə materialdan hazırlanmış meyvə qabının iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması, təqsirləndirilən şəxs və müdafiəçisi, o cümlədən zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra həmin adda əşyanın saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 843 nömrəli, xx.xx.2022-ci il tarixli 1166 saylı rəylərinin, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunun iş üzrə sübut növləri kimi tanınması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Gəncə “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş 03 iyun 2022-ci il tarixli Daxili İşlər Nazirliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli 3571 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli 2504 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhəri Evlər Üçlüyü tərəfindən verilmiş 04 iyun 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs bu ünvanda yaşadığı müddətdə qonşularla münasibəti yaxşı olmuş, onun barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların (zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsidə nəzərdə tutulmuş əməli törətməsini təsdiq etməsi qənaətinə gəlir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Azərbaycan Respublikası Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb etsə də, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, onun törətdiyi cinayətə münasibətini, ilk dəfə cinayət törətməsini nəzərə alıb Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən аzadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs daimi yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə bir ədəd qırılmış vəziyyətdə olan şüşə materialdan hazırlanmış meyvə qabının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Bir ədəd qırılmış vəziyyətdə olan şüşə materialdan hazırlanmış meyvə qabının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar