Məhkəmə qərarları › İş №1(125)-169/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-169/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-169/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdərə rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olan və Şəki rayonu, Cəfərabad kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə, saat 07 radələrində ictimai yer hesab edilməyən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Milli Süfrə” restoranının arxasındakı çöllük ərazidə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun əlində olan istintaqa məlum olmayan bıçağı alan zaman aralarında dartışma nəticəsində zərərçəkmiş şəxsin onun üzərinə gəlib badalaq verməklə onu yerə yıxan zaman sonuncunun özünün də üzü üstə Təqsirləndirilən şəxs üzərinə yıxılması nəticəsində həmin bıçaq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qarın nahiyəsinə təmas edərək sonuncuya dalağın və piyliyin yaralanması ilə müşaiyət olunan qarın nahiyəsinin bir ədəd daxilə keçən kəsilmiş-deşilmiş yarası kimi ağır xəsarət yetirməklə insan həyatı üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər ayrı-ayrı şəxlərdən o, cümlədən 33 sot torpaq sahəsi olan Saleh adlı şəxsdən həmin torpaq sahəsini illik 250-300 manata kirayə götürüb orda taxıl əkib yaşadığı rayonda əkin işləri ilə məşğul olmuşdur. Lakin o, son iki ildə Salehə məxsus torpaq sahəsində əkin işləri aparmadıqları üçün ödənişi də etməmişdir. Bu müddət ərzində torpaq sahəsinin sahibinin oğlu Elmar adlı şəxs dəfələrlə onlara ödəniş etməli olduqlarını demişdir. O da cavabında həmin torpaq sahəsini bir neçə ildir ki, əkmədiklərini və bu səbəbdən də ödəniş edə bilməyəcəklərini bildirmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmışdır. Bundan sonra qardaşı Şahid1 buna əsəbləşərək Elmarla telefon əlaqəsi yaratmışdır. 25 avqust 2022-ci il tarixdə qardaşı Sahil əmisi oğlu Pərvinə zəng edərək Elmarın onu Gəncə şəhərinə çağırdığını bildirmişdir. Bundan sonra o, əmisi oğlu Pərvin və qardaşı Aqil ilə birlikdə ona məxsus “Opel” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərinə gəlmişlər. Gəncə şəhərində Avtovağzalın yanında Sahil ilə görüşmüşlər. Sahil onlara bildirmişdir ki, Şəki rayonu Cəfərabad kəndində yaşayan Elmar onu görüşə çağırıb. Bundan sonra Sahil özünə məxsus “Vaz-2106” markalı avtomobilə əyləşib çıxıb getmişdir. Sahilin Elmar ilə dalaşmağından ehtiyatlandıqları üçün onlar da ona məxsus “Opel” markalı avtomobil ilə Sahilin arxasınca getmişlər. Sahil Gəncə şəhəri “Dəyirmanın dairəsi” deyilən yerdə avtomobili saxlayıb “Bizim süfrə” adlı kafenin yanına tərəf getmişdir. Orada Elmar adlı şəxslə salamlaşmışdır. Daha sonra Sahil ilə Elmar kafe tərəfə gedərək onların görüntü dairəsindən kənara çıxmışlar. Bundan sonra o, avtomobildən düşüb görmüşdür ki, qardaşı Sahil, Elmarla mübahisə edir. O, mübahisəni sonlandırıb qardaşı Sahili aparmaq üçün yanlarına yaxınlaşmaq istədikdə sonradan adı ona məlum olan Tərxan adlı şəxs onun Elmarla Sahilin yanına getməyinə mane olmaq üçün cib bıçağını çıxardıb, onun üzərinə tərəf qaçaraq qarşısını kəsmişdir. O, təkidlə Elmarla və Sahilin yanına gedib mübahisəni sonlandırıb Sahili götürüb aparmaq istədiyi üçün Tərxan ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Tərxan da onun Elmar ilə Sahilin yanına getməsinə mane olmaq üçün onunla dartışmışdır. Həmin vaxt o, Tərxan əlində olan bıçaqla ona xəsarət yetirməsindən ehtiyatlandığı üçün bıçaq olan əlindən tutmuşdur. Dartışan zaman Tərxan ona badalaq vermişdir. O, yıxılan zaman Tərxanı da özü ilə dartmışdır. Tərxan da onun üstünə yıxılan zaman ikisinin də əli ilə tutaraq dartışdığı bıçaq Tərxanın özünə batmışdır. Onlar yerə yıxıldıqdan sonra da Tərxanın hələdə ona xəsarət yetirməyindən ehtiyatlandığı üçün Tərxanın bıçaq olan əlindən bərk şəkildə tutmağa davam edərək Tərxanın bıçaq olan əlini buraxmamışdır. Onlar yerdə olarkən dartışmağa davam etmişlər. O, Tərxanın əlindən tutaraq bıçağı almağa çalışarkən o, ayağa qalxan zaman Tərxan da ayağa qalxmaq istədiyindən yenidən dartışmışlar. Bu zaman Tərxan ilə onun əli ilə tutaraq dartışdıqları həmin bıçaq Tərxanın sinəsini kəsmişdir. Bundan sonra o, bıçağı Tərxanın əlindən almışdır. Sonra Sahil və Elmar ağacların arxasından Tərxan ilə onun yanına tərəf gəlmişdir. Daha sonra isə Pərvin və Aqil də ora gəlmişdir. Bundan sonra Sahil, o, Aqil, Pərvin və Elmar Tərxana köməklik edərək xəstəxnaya aparmışlar. Baş vermiş dava-dalaş təxminən 5 dəqiqə davam etmişdir. Hadisə yerinə kənar şəxslər toplaşmamışdır. Hadisədən sonra Tərxanın əlindən aldığı bıçağı orada hara tulladığını xatırlamadığı üçün istintaqa təqdim edə bilməmişdir. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır,ona dəymiş ziyanı tam ödəmişdir və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, göstərdiklərini nəzərə alıb barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 25 avqust 2022-ci il tarixdə qohumu Elmar Allahverdiyev ona bildirmişdir ki, Şahid1 adlı şəxs ilə aralarında mübahisə yaranmış və həmin mübahisəni həll etmək üçün Sahilin işlədiyi Daşkəsən rayonu, Xoşbulaq kəndinə gedir. O, Elmar tək getməsin deyə onunla birlikdə yola çıxmışdır. Onlar Gəncə şəhərinə gələn zaman Elmar telefon ilə Sahil adlı şəxslə danışıb onu Gəncə şəhərinə dəvət etmişdir. Bundan sonra onlar bir müddət Gəncə şəhərində “Dəyirmanın dairəsi” deyilən yerdə gözləmişlər. Gəncə şəhərində yerləşən “Milli Süfrə” adlı restoranının yanında Sahil ilə görümüşlər. Əvvəlcə Sahil ilə Elmar restoranın qarşısında söhbət etmişdir. Daha sonra Elmar ilə Sahil həmin restoranın həyətinə doğru söhbət edə-edə getmişdir. O, isə kənarda gözləmişdir. Bu zaman kənardan tanımadığı bir nəfər şəxs yəni adını sonradan bildiyi Amil adlı şəxs ora gəlmiş və Elmar ilə Sahilin yanına tərəf getmək istəmişdir. O, həmin şəxsin, yəni Amilin Elmar ilə Sahilin yanına gedərək dava salacağını zənn etmiş və bu səbəbdən Elmar ilə Sahilin yanına getməməsi üçün Amili qorxutmaq məqsədi ilə hazırda xatırlamadığı yerdən aldığı bıçağı cibindən çıxarıb açmış və Amilin qarşısını kəsib, Elmar ilə Sahilin yanına getməməsi üçün həmin şəxsin üzərinə tərəf getmişdir. Bu zaman Amil israrla Sahil və Elmarın yanına gedəcəyini bildirdiyi üçün onunla Amil arasında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar bir-biri ilə dartışmışdır. Dartışma zamanı Amil onun bıçaq olan əlindən tutmuşdur. O, həmin vaxt Amilə badalaq vermişdir ki, ondan uzaqlaşsın. Yerə yıxılan zaman Amil kürəyi üstə yerə düşmüş və o, da müvazinətini itirib Amilin üzərinə tərəf yıxılmışdır. Amilin üzərinə tərəf yıxılan zaman hər ikisinin tutduğu bıçaq onun qarın nahiyəsinə batmış və xəsarət almışdır. Yerə yıxıldıqdan sonra da Amil onun bıçaq olan əlindən buraxmamışdır. Amil ilə o, yerdə olarkən dartışmağa davam etmişlər. Amil bıçağı almağa çalışdıqda ayağa qalxarkən o da ayağa qalxmaq istəyəndə dartışmaları davam etmişdir. Amil bıçağı almaq istəyərkən hər ikisinin əlində tutaraq dartışdıqları həmin bıçaq o, qalxmaq istəyən zaman sinə nahiyəsini kəsmişdir. O, xəsarət aldığı üçün gücü tükənmiş və Amil əlində olan bıçağı ondan almışdır. Bundan sonra orada olan şəxslər o, cümlədən qohumu Elmar, yanında olan Amil və digər şəxs onu götürüb avtomobilə qoyaraq Gəncə şəhər 3 nömrəli xəstəxanaya apamışdır. Baş vermiş hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə yerində o, Amil, Sahil, Elmar və sonradan gələn tanımadığı 2 nəfər şəxsdən başqa heç kəs olmamışdır. Hadisə zamanı əynində olmuş köynək əynində cırıldığı üçün o, həmin köynəyi atmışdır. Lakin hara atdığını da xatırlamır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxsin barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərdi ki, 25 avqust 2022-ci il tarixdə qardaşı Sahil əmisi oğlu Pərvinə zəng edərək Elmar adlı şəxsin onu Gəncə şəhərinə çağırdığını bildirmişdir. Bundan sonra o, əmisi oğlu Pərvin və qardaşı Amil ilə birlikdə Amilə məxsus Opel markal **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərinə gəlmişlər. Gəncə şəhərində Avtovağzalın yanında Sahil ilə görüşmüşlər. Sahil onlara bildirmişdir ki, Şəki rayonu Cəfərabad kəndində yaşayan Elmar onu görüşə çağırmışdır. Bundan sonra Sahil özünə məxsus Vaz 2106 markalı avtomobilə əyləşib çıxıb getmişdir. Sahilin Elmar ilə dalaşmağından ehtiyatlandığı üçün onlar da Amilə məxsus Opel markalı avtomobil ilə Sahilin arxasınca getmişlər. Sahil Gəncə şəhəri “Dəyirmanın dairəsi” deyilən yerdə avtomobili saxlayıb “Milli süfrə” adlı kafenin yanına tərəf getmişdir. Orada Elmar adlı şəxslə salamlaşmışlar. Daha sonra isə Elmar ilə Sahil kafenin həyətinə tərəf gedərək görüntü dairələrindən kənara çıxmışlar. Bundan sonra Amil avtomobildən düşərək Elmar və Sahilin yanına tərəf getmişdir. Amil getdikdən sonra o və əmisi oğlu Pərvin də həmin yerə tərəf getmək istəyəndə görmüşdür ki, bir qədər aralıda adı sonradan ona məlum olan Tərxan adlı şəxs xəsarət almışdır. Bundan sonra onlar Tərxana köməklik edərək onu avtomobilə mindirərək, xəstəxanaya aparmışlar. Sonradan qardaşı Amil ilə söhbət zamanı ona məlum olmuşdur ki, Sahil Elmar ilə mübahisə edən zaman Amil onların yanına getmək istəmiş, Amilin onların yanına getməsinə isə Tərxan mane olmuşdur. Həmin vaxt Tərxan üzərində olan cib bıçağını çıxardaraq Amilin üzərinə getmiş, Amil təkidlə Elmarla Sahilin yanına gedib mübahisəni sonlandırıb Sahili götürüb aparmaq istədiyi üçün Tərxan ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Tərxan da Amilin Elmar ilə Sahilin yanına getməsinə mane olmaq üçün Amil ilə dartışmışdır. Həmin vaxt Tərxan əlində olan bıçaqla ona xəsarət yetirməsindən ehtiyatlandığı üçün Tərxanın bıçaq olan əlindən tutmuşdur. Dartışan zaman Tərxan Amilə badalaq vermiş, Amildə yıxılan zaman Tərxanı da özü ilə dartmışdır. Tərxan da Amilin üstünə yıxılan zaman həmin bıçaq Tərxanın özünə batmışdır. Onlar yerə yıxıldıqdan sonra da Tərxanın xəsarət yetirməsindən ehtiyatlandığı üçün Tərxanın bıçaq olan əlindən bərk şəkildə tutmağa davam edərək Tərxanın bıçaq olan əlini buraxmamışdır. Onlar yerdə olarkən dartışmağa davam etmişlər. Amil Tərxanın əlindən tutaraq bıçağı almağa çalışarkən Amil ayağa qalxan zaman Tərxan da ayağa qalxmaq istədiyindən yenidən dartışmışlar. Bu zaman həmin bıçaq Tərxanın sinəsini kəsmişdir. Bundan sonra Amil bıçağı Tərxanın əlindən almışdır. O, Zərərçəkmiş şəxs xəsarət alması hadisəsinin birbaşa şahidi olmamışdır. Ona qardaşı Amil hadisədən sonra bu barədə məlumat vermişdir. O, hadisə yerinə çatanda artıq Zərərçəkmiş şəxs xəsarət almışdır. O, hadisə yerinə çatanda Amil, Tərxan, Elmar və Sahilin orada olduğunu görmüşdür. Məhkəmə baxışı zamanı Şahid3 digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı Şahid1 ibtidai istintaqa verdiyi və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli, 1741 nömrəli ekspert rəyindən görünür ki;

1. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-dalağın və piyliyin yaralanması ilə müşayiət olunan qarın nahiyəsinin bir ədəd daxilə keçən kəsilmiş deşilmiş yarası – deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilə tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir.

2. Zərərçəkmiş şəxs bədəni üzərində yuxarıda göstərilən daxilə keçən kəsilmiş-deşilmiş yaradan başqa döş qəfəsinin sol tərəfində bir ədəd kəsilmiş yara da müəyyən edildi. Bu xəsarət kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir.

3. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə də əmələ gələ bilər. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli **********118 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam şəkildə ödənmişdir. Ona qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 6044 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 7081 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-in 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddəsində göstərilir ki, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 8 (səkkiz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə maddi sübut, mülki iddia, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsaslanaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 40.2, 321, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 (qırx səkkiz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar