Məhkəmə qərarları › İş №1(125)-170/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-170/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-170/2022 28.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Qəhrəman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X4 iştirakı ilə xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,4(043)-120/2022 nörməli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə xx.xx.2022-ci il tarixdən həbsdə olan və hal-hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dаir cinаyət işinə məhkəmənin inzibаti binаsındа açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan mənbədən və tarixdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib 2022-ci ilin aprel ayında həmin toxumları yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq torpaqda əkmiş və həmin toxumlardan əmələ gəlmiş xeyli miqdarda, yəni, ümumi sayı 9 ədəd olan çətənə (kannabis) bitkilərini ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq göstərməklə əkib yetişdirərək kultivatsiya etmiş, həmçinin istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 30,64 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib ayrı-ayrılıqda bükümlər halında üzərində və yaşağı evdə saxlamış, Baş narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsində regional şöbəsinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 24 may 2022-ci il tarixdə saat 17 radələrində onun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin pilləkəninin alt hissəsində yerləşən saxlanc yerindən 19 (on doqquz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,91 qram, 0,87 qram, 0,88 qram, 0,89 qram, 1,02 qram, 0,83 qram, 0,86 qram, 0,95 qram, 0,91 qram, 0,90 qram, 0,92 qram, 0,85 qram, 0,90 qram, 0,95 qram, 0,93 qram, 0,92 qram, 0,90 qram, 0,84 qram, 0,92 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin yerin qarşısında yerləşən zirzəminin içərisindəki rəfin ikinci gözündən 1 ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 12,46 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi ev 20 ünvanının həyətyanı torpaq sahəsindən 9 (doqquz) ədəd ümumi təmiz çəkisi 121,73 qram narkotik tərkibli çətənə kolları, həmin tədbirin davamı olaraq 24 may 2022-ci il tarixdə saat 19 radələrində BNMİ-nin QBRŞ-in inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 1,03 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə CMin 234.2-ci maddəsi ilə təqsirli bilməmiş, CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 30 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 24 may 2022-ci il tarixdə saat 17:10 radələrində o, yaşadığı ünvan 3 ünvanının həyətində olan küçə qapısının döyüldüyünü eşidib küçəyə çıxan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirmişlər. Onun barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək, narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və qanunsuz olaraq narkotik maddə olan bitkilərin kultivasiyasında şübhəli olduğunu deyərək, ünvanına baxış keçirilməsi zərurətinin olduğunu bildirmişlər. Sonra onun razılığı ilə yaşadığı evə və həyətyanı sahəsinə aqronomun iştirakı ilə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı o, evin pilləkəninin altında saxladığı bir ədəd selofan torbanı təqdim edərək içərisindəki bükümlərdəki kütlələrin narkotik vasitə - qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra isə həmin yerin qarşısındakı zirzəmiyə daxil olub qarşıdakı divarın yanında olan rəfin ikinci gözündən götürdüyü bir ədəd elektron tərəzini, bir ədəd şüşə bankanı açıb içərisində olan bir ədəd plastmas əşyanı və bir ədəd şəffaf rəngli selofan torbanı çıxarıb orada olan stolun üzərinə qoyub təqdim edərək elektron tərəzini narkotik vasitəni çəkmək üçün, həmin plastmas əşyanı qurudulmuş marixuananı xırdalamaq üçün istifadə etdiyini, selofan torbadakı kütlənin isə qurudulmuş marixuana olduğunu bildirmişdir. Onun ilkin olaraq təqdim etdiyi bir ədəd şəffaf rəngli selofan torbada olan sarımtıl və ağ rəngli kağız bükümlər stolun üzərinə qoyularaq ucadan sayılmaqla baxış keçirilmişdir. Baxış zamanı 19 ədəd kağız bükümlərdə və bir ədəd şəffaf rəngli selofan torbada yaşıl rəngli, kəskin iyli, ilk görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Həmin bükümlər olduğu torbaya yığılaraq digər qurudulmuş marixuanaya bənzər kütlənin olduğu bir ədəd selofan torba da həmin bükümlərin yığıldığı torbaya əlavə olunmuşdur. Torbanın ağzı bağlanıb elektron tərəzidə çəkilərək çəkisinin selofon torba ilə birlikdə 43,69 qram çəkisi olduğu müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərini təqdim etməyi bildirmişlər. Onlar həyətdən bağa enmişlər. Həmin bitkilərə baxış zamanı 9 ədəd olduğu və suvarıldığı üçün dibindəki torpaq örtüyünün rütubətli olduğu, alaq otlarından təmizlənərək aqrotexniki qaydada qulluq olunduğu aşkar olunmuşdur. Aqronom-mütəxəssis də həmin kollara aqrotexniki qaydada qulluq edildiyini və həmin kolların narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Şifahi sorğu zamanı o, həyətindən aşkar edilmiş narkotik tərkibli çətənə kollarını bu ilin aprel ayında özünün istifadəsi üçün əkib becərdiyini, həmin bitkilərin toxumlarını isə bir neçə il əvvəldən yığıb saxladığını, evindən aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin bükümləri özünün istifadəsi üçün hazırladığını, həmin narkotik vasitələri ötən ildə əkib becərdiyi üç ədəd narkotik tərkibli çətənə bitkisindən yığıb əldə edərək saxladığını bildirmişdir. O, BNMİ-nin QBRŞ-nin əməkdaşları ilə birlikdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən həmin orqanın inzibati binasına gəlmişdir. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlаrının müdаfiə оlunmаsı üçün ona müdаfiəçilərin siyаhısını təqdim edilmiş və o, vəkillərin siyаhısındаn X17 оğlunu sеçmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməyini bildirmişlər. O, əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibində saxladığı özünə məxsus olan 1 ədəd “Nokia” markalı mobil telefonu və 1 ədəd kağız bükümü içərində tünd yaşıl rəngdə, ilk görünüşdən narkotik vasitə olan marixuanaya oxşar kütlə ilə birlikdə təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kağız büküm ilə ümumi çəkisi 2,05 qram olmuşdur. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə olan marixuananı çoxlu bükümlərlə - 19 bükümdə saxlamasını onunla izah etmişdir ki, həmin marixuananı şəxsi istifadəsi üçün xırda bükümlərə bölmüş, ümumən bükümlərin sayı 22 ədəd olmuş, polis əməkdaşları tərəfindən saxlanılana qədər 3 bükümünü istifadə etmiş və axtarış aparılan günə 19 büküm qalmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özünü AR CM-in 234.1-ci və 237.1-ci maddələri ilə təqsirli bilir. Hazırda əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclаsındа şаhid Şahid1 göstərmişdir ki, DİN-in Baş narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsində Regional şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə şöbəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, istifadəsində və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar qəbul olunmuş və müvafiq əməkdaşlardan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmçinin aqronom X11 mütəxəssis təyin edilmişdir. Həmin gün saat təxminən 17 radələrində aqronom Nicat İsayev ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın qarşısına gedilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında onlar tərəfindən saxlanılmış, barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olmağını və qanunsuz olaraq narkotik maddə olan bitkilərin kultivasiyasında şübhəli olduğunu bildirərək, ünvanına baxış keçirilməsi zərurətinin olduğunu demişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına və evin həyətyanı sahəsinə mütəxəssisin və əməliyyat qrupu üzvlərinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahəsində qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin beton pilləkəni ilə aşağı enib pilləkənin altında olan saxlanc yerinin balaca, taxta qapısını açıb oradan bir ədəd selofan torbanı təqdim edərək içərisindəki bükümlərdəki kütlələrin qurudulmuş marixuana olduğunu bildirmiş, sonra isə həmin yerin qarşısındakı zirzəmiyə daxil olub qarşıdakı divarın yanında olan rəfin ikinci “göz”ündən götürdüyü bir ədəd elektron tərəzini, bir ədəd şüşə bankanı açıb içərisində olan bir ədəd plastmas əşyanı və bir ədəd şəffaf rəngli selofan torbanı çıxarıb orada olan stolun üzərinə qoyub təqdim edərək elektron tərəzini narkotik vasitəni çəkmək üçün, həmin plastmas əşyanı narkotik vasitə qurudulmuş marixuananı xırdalamaq üçün istifadə etdiyini, selofan torbadakı kütlənin isə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin əşyalar götürülüb qablaşdırılması üçün zirzəminin qarşısında olan stolun üzərinə qoyulmuş, baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi selofon torbanın içərisindən 19 ədəd kağız bükümlərdə və bir ədəd şəffaf rəngli selofan torbada yaşıl rəngli, kəskin iyli, ilk görünüşdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Həmin bükümlər olduğu torbaya yığılaraq digər qurudulmuş marixuanaya bənzər kütlənin olduğu bir ədəd selofan torba da həmin bükümlərin yığıldığı torbaya əlavə olunmuşdur. Həmin torbanın ağzı bağlanıb elektron tərəzidə çəkilərək çəkisinin selofon torba ilə birlikdə 43,69 qram çəkisi olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərini təqdim etməyi bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini göstərib təqdim edərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkiləri bu ilin aprel ayında özünün istifadə etmək üçün əkdiyini və aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Həmin bitkilərə baxış zamanı 9 ədəd olduğu və aqrotexniki qaydada qulluq olunduğu aşkar olunmuş, aqronom-mütəxəssis də həmin kollara aqrotexniki qaydada qulluq edildiyini və həmin kolların narkotik tərkibli çətənə kolları olduğunu bildirmiş, həmin kollar bir-bir kökündən çıxarılmaqla götürülmüşdür. Götürülmüş həmin çətənə bitkiləri ümumi çəkisinin 175 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs birlikdə DİN BNMİin QBRŞ-in inzibati binasına gətirilmiş, İdarənin inzibati binasında hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçilərin siyahısı təqdim olunmuş, M.X10 Əmir оğlunu vəkil kimi sеçmişdir. Həmin vəkilin yanında üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməyimi bildirilmişdir. Əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu və 1 ədəd kağız bükümü təqdim etmiş, bükümün içərisindən ilk görünüşdən narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kağız büküm ilə ümumi çəkisi 2,05 qram olmuşdur. Məhkəmədə Şahid1 həmçinin, bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Yalnız Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, istifadəsində və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Müstəntiqin verdiyi əməliyyat tapşırığına cavabda texniki səhv olaraq satış məqsədilə sözləri yazılmışdır. Əslində isə satış məqsədi olmadan yazılmalı idi. Verilmiş əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirilmiş, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini satış məqsədi olmadan yaşadığı evin həyətyanı sahəsində əkərək kultivasiya etmiş, narkotik vasitələri kiməsə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 bildirmişdir ki, o, təqsirləndirilən şəxsin oğludur. ünvan 4 ünvanında alləsi ilə birlikdə yaşayır. 24 05.2022-ci il tarixdə axşam saat 20:30 radələnində işdən evə qayıdan zaman anası X7 ona atası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, yaşadığı ünvan 5 ünvanında yerləşən evlərində narkotik vasitə olan marixuana və evin həyətyanı sahəsindən isə narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş və bundan sonra isə atasının məhkəmə tərəfindən həbs olunduğu ona məlum olmuşdur. Həmin evdə onun özündən başqa anası X7, qardaşı Şahid4 və atası Təqsirləndirilən şəxs yaşayırlar. O və digər ailə üzvləri atası Təqsirləndirilən şəxs yaşadıqları ünvan 3 ünvanında yerləşən evlərində narkotik vasitə olan marixuana və həyətyanı sahəsində əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə kollarını əkdiyindən xəbərləri olmamışdır. Ümumiyyətlə, çətənə bitkilərini görməyib və tanımır. Məhkəmə iclаsındа şаhid Şahid4 göstərmişdir ki, o, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində işdən evə qayıdan zaman anası X7 ona atası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, bir yerdə yaşadıqları Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi ev 20 ünvanında yerləşən evlərində narkotik vasitə olan marixuana və evin həyətyanı sahəsindən isə qanunla dövriyyəsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş və bundan sonra isə atası məhkəmə tərəfindən həbs olunmuşdur. Onun və digər ailə üzvlərinin atası Təqsirləndirilən şəxs yaşadıqları ünvan 3 ünvanında yerləşən evlərində narkotik vasitə olan marixuana və həyətyanı sahəsində əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə kollarını əkdiyindən xəbərləri olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, DİN-in BNMİ-nin QRBŞ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, DİN-in BNMİ-nin QRBŞ-nin polis nəfəri, polis baş serjantı Şahid2, DİN-in BNMİ-nin QRBŞ-nin polis nəfəri, polis baş serjantı X2, DİN-in BNMİ-nin QRBŞ-nin təhqiqatçısı, polis mayoru X5 və mütəxəssis X8 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında baxış keçirilir. Baxış keçirilməzdən qabaq şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olubolmaması soruşulur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Sonra Təqsirləndirilən şəxs baxış keçirilməzdən əvvəl yaşadığı evdə pul, qızıl-zinət əşyaları və digər qiymətli əşyaların olub-olmaması soruşulur, cavab olaraq Təqsirləndirilən şəxs pul, qızıl-zinət əşyaları və digər qiymətli əşyaların olmadığını bildirir. Sonra ondan yaşadığı ünvanda narkotik xassəli çətənə bitkiləri əkib-əkmədiyi soruşulur, Təqsirləndirilən şəxs buna cavab olaraq yaşadığı evin həyətyanı sahəsində 9 ədəd çətənə kollarını əkdiyini bildirir. Bundan başqa ondan yaşadığı evdə başqa narkotik vasitə olub-olmadığı soruşulur, Təqsirləndirilən şəxs buna cavab olaraq paketə bükülmüş selofon torbanın içərisində qurudulmuş marixuana saxladığını bildirir. Daha sonra onun yaşadığı ünvan 3 ünvanında baxış keçirilir. Təqsirləndirilən şəxs pilləkənlə aşağı düşür, pilləkənin altında olan saxlanc yerinin balaca taxta qapısını açıb oradan 1 ədəd selofon torbanı təqdim edərək içərisindəki bükümlərdəki kütlələrin qurudulmuş marixuana olduğunu bildirir. Sonra ondan yaşadığı ünvanda başqa narkotik vasitə olub-olmadığı soruşulur, buna cavab olaraq Təqsirləndirilən şəxs həmin yerin qarşısındakı zirzəmiyə daxil olub, orada rəfin ikinci gözündən bir ədəd şüşə bankanı götürür və qapağını açaraq bankanın içərisindən 1 ədəd plastmas əşya çıxararaq həmin əşyanı narkotik vasitəni doğramaqdan ötrü istifadə etdiyini və selofan torbada olan kütlənin isə qurudulmuş marixuana olduğunu bildirir. Daha sonra rəfin ikinci gözündən 1 ədəd elektron tərəzini təqdim edir. Narkotik vasitəni bükümləyərkən həmin tərəzidən istifadə etdiyini bildirir. Baxış zamanı 19 ədəd kağız bükümlərdən və bir ədəd şəffaf rəngli selofon torbadan yaşıl rəngli kəskin iyili, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunur. Həmin 19 ədəd bükümlər olan sellofon torbaya və 1 ədəd şəffaf rəngli sellofon torbada olan narkotik vasitə marixuanaya bənzər kütlə əlavə olunur. Həmin torbanın ağzı bağlanır və elektron tərəzidə çəkilir və həmin kütlənin sellofon torba ilə birgə ümumilikdə çəkisinin 43,9 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə və 1 ədəd elektron tərəzi və narkotik vasitəni xırdalamaq üçün istifadə edilən əşya müvafiq qaydada möhürlənərək qablaşdırılır və imzalarla təsdiq edilir. Sonra baxış davam etdirilir, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinə bənzər kolları təqdim edilməsi bildirilir. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə daxil olunur və həyətyanı torpaq sahəsinin çəpərinin yanında Təqsirləndirilən şəxs 9 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim edir. Aqronom-mütəxəssis həmin 9 ədəd kollara baxaraq onların narkotik tərkibli çətənə kolları olduğunu, həmin bitkilərin suvarıldığını, ətrafının alaqlardan təmizləndiyini, dibindəki torpaq örtüyünün rütubətli olduğunu aqrotexniki qaydada qulluq edildiyini bildirir. Sorğu zamanı Mazan Daşəmirov yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərini bu iilin aprel ayında əkdiyini və toxumların onda əvvəlcədən olduğunu bildirir. Həmin narkotik tərkibli bitkiləri şəxsi istifadəsindən ötrü əkdiyini və bükümlərdə olan ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri şəxsi istifadəsindən ötrü bükümlərdə saxladığını bildirir. Sonra həmin 9 ədəd kol beton döşəmənin üzərinə qoyularaq yenidən sayıldı və ən uzununun ölçüsü 65 sm, ən kiçiyinin ölçüsü isə 15 sm olması müəyyən edilir. Sonra həmin 9 ədəd kollar torbanın içərisinə qoyularaq çəkildi və torba ilə birlikdə ümumi çəkisi 175 qram olduğu müəyyən edilir. Sonra həmin bitkilər torbadan çıxarılıb qatlanaraq müvafiq qaydada qablaşdırılaraq möhürlənir və üzəri onun və iştirkaçılar tərəfindən imzalarla təsdiq edilir. İş materiallarında olan «şübhəli şəxsin tutulmаsı hаqqındа» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs DİN BNMİQ-in QBRŞin təhqiqatçısı, polis mayoru X9 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2022-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs CM-in 234.2 və 237.1ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-120/2022 nörməli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanamaqla 2 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regiоnаl Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/610 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,03 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bir ədəd selofon torbada olan 19 ədəd bükümdə və bir ədəd sellofon torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr bir ədəd elektron tərəzi və bir ədəd narkotik vasitənin hazırlanmasında istifadə etdiyi plastik əşya...” sözlər və imzalar olan kağız paketdəki; -1 (bir) ədəd şəffaf rəngli polietilen torbaya qoyulmuş 19 (on doqquz) ədəd kağız bükümlərdə və 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,91 qram, 0,87 qram, 0,88 qram, 0,89 qram, 1,02 qram, 0,83 qram, 0,86 qram, 0,95 qram, 0,91 qram, 0,90 qram, 0,92 qram, 0,85 qram, 0,90 qram, 0,95 qram, 0,93 qram, 0,92 qram, 0,90 qram, 0,84 qram, 0,92 qram, 12,46 qram, ümumi təmiz çəkisi 29,61 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır . - 1 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində və 1 (bir) ədəd narıncı rəngli plastik qabın içərisində narkotik vasitə marixuananın izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və müqayasəli tədqiqatını aparmaq mümkün deyil. - Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar olunmuş 9 (doqquz) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki kolları...” yazılar və imzalar olan kağız paketdəki, 9 (doqquz) ədəd, ümumi təmiz çəkisi 121,73 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli – çətənə (kannabis) bitkiləridir. -Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd kağız paketdə olan marixuanlar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın təmiz çəkiləri – 1,03 qram, (1№-li ob) 29,61 qram, (2-21№-li ob) tədqiqata cəmi istifadə olundu- 0,42 qram (hər ob. 0,02 qram) qalıq-1,01 qram, (1№-li ob) 29,21 qram,(2-21 №-li ob) Çətənə bitkisi 9 ədəd ümumi təmiz – 121,73 qram, tədqiqata istifadə olundu cəmi- 0,18 qram,(hər ob 0,02 qram) qalıq 121,55 qram təşkil edir. İş materiallarına əlavə olunmuş “Şübhəli şəxsin dindirilməsi haqqında” 25 may 2022-ci il tarixli protokoldan və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 26 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun yaşadığı ünvan 3 ünvanında saxlanc yerindən aşkar olunmuş 1 (bir) ədəd şəffaf rəngli polietilen torbaya qoyulmuş 19 (on doqquz) ədəd kağız bükümlərdə və 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada ayrıayrılıqda təmiz çəkiləri 0,91 qram, 0,87 qram, 0,88 qram, 0,89 qram, 1,02 qram, 0,83 qram, 0,86 qram, 0,95 qram, 0,91 qram, 0,90 qram, 0,92 qram, 0,85 qram, 0,90 qram, 0,95 qram, 0,93 qram, 0,92 qram, 0,90 qram, 0,84 qram, 0,92 qram, 12,46 qram, ümumi təmiz çəkisi 29,61 qram qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi, 1 ədəd plastmas əşya, yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar olunmuş 9 (doqquz) ədəd narkotik tərkibli çətənə bitkisinin kolları və öz üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə olan ümumi təmiz çəkisi 1,03 qram olan qurudulmuş marixuana ilə bağlı bildirmişdir ki, təxminən 5-6 il əvvəl Göygöl rayonu, Hacıkənd adlanan yerdə gəzən zaman selofan torbada dəqiq sayını xatırlamadığı çətənə bitkisinin toxumlarını tapmış, sonra təxminən 2022-ci ilin aprel ayında şəxsi istifadəsindən ötrü həmin toxumları yaşadığı evin həyətyanı sahəsində əkməyə başlamış, yaşadığı evin pilləkəni altındakı saxlanc yerindən, evin zirzəmisindən və öz üzərindən aşkar edilmiş qurudulmuş marixuananı şəxsi istifadəsindən ötrü çətənə kollarını qurudaraq əldə etmişdir. Tərəzini isə marixuananı qəbul edən zaman xeyli miqdarda qəbul etməmək və çəkisini ölçmək üçün saxlamış, yaşadığı evdə aşkar edilmiş 1 ədəd plastmas əşyanı isə narkotik vasitəni xırdalamaq məqsədilə saxlamışdır. O, heç kimə narkotik vasitə və çətənə kolları satmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş 23 iyun 2022-ci il tarixli 909 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikа Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası X1 X3 rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 4154 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikа Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Ruhi-əsəb Dispanseri tərəfindən verilmiş arayışından məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 3048 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikа Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən məlum olur ki, xx.xx.2022-ci il tarixli 16/610 saylı ekspert tədqiqatının dəyəri 32.50 (otu iki qırx əlli qəpik) təşkil edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında saxlanc yerindən aşkar olunmuş 1 (bir) ədəd şəffaf rəngli polietilen torbaya qoyulmuş 19 (on doqquz) ədəd kağız bükümlərdə və 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,91 qram, 0,87 qram, 0,88 qram, 0,89 qram, 1,02 qram, 0,83 qram, 0,86 qram, 0,95 qram, 0,91 qram, 0,90 qram, 0,92 qram, 0,85 qram, 0,90 qram, 0,95 qram, 0,93 qram, 0,92 qram, 0,90 qram, 0,84 qram, 0,92 qram, 12,46 qram, ümumi təmiz çəkisi 29,61 qram qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi, 1 ədəd plastmas əşya, yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar olunmuş 9 (doqquz) ədəd narkotik tərkibli çətənə bitkisinin kolları və öz üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə olan ümumi təmiz çəkisi 1,03 qram olan qurudulmuş marixuana, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişi əks etdirən iki ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 02 iyun 2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə edib evində saxlamış və üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar edilmiş narkotik vasitəni məhz “satış məqsədi ilə” əldə edib evində və üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun evindən və üzərindən aşkar edilmiş narkotik vasitəni özünün istifadəsi üçün saxladığını, heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində bildirmişlər ki, şöbəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması, istifadəsi və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar qəbul olunmuş və müvafiq əməkdaşlardan ibarət əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə Şahid1 həmçinin, bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Yalnız Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması, istifadəsi və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Müstəntiqin verdiyi əməliyyat tapşırığına cavabda texniki səhv olaraq “satış məqsədilə” sözləri yazılmışdır. Əslində isə satış məqsədi olmadan yazılmalı idi. Verilmiş əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyataxtarış tədbirləri keçirilmiş, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini satış məqsədi olmadan yaşadığı evin həyətyanı sahəsində əkərək kultivasiya etmiş, narkotik vasitələri kiməsə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan marixuananı satış məqsədi ilə əldə edib evində və üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş tərəzi və 1 ədəd plastmas əşya ilə bağlı bildirmişdir ki, tərəzini marixuananı qəbul edən zaman xeyli miqdarda qəbul etməmək və çəkisini ölçmək üçün saxlamış, yaşadığı evdə aşkar edilmiş 1 ədəd plastmas əşyanı isə narkotik vasitəni xırdalamaq məqsədilə saxlamışdır. O, heç kimə narkotik vasitə və çətənə kolları satmadığını bildirmişdir. İttiham tərəfi Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və üzərində daşıması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Bununla belə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı evindən aşkar edilmiş narkotik vasitə olan marixuananı 19 bükümdə saxlamasını onunla izah etmişdir ki, həmin marixuananı şəxsi istifadəsi üçün xırda bükümlərə bölmüş, ümumən bükümlərin sayı 22 ədəd olmuş, polis əməkdaşları tərəfindən saxlanılana qədər 3 bükümünü istifadə etmiş və axtarış aparılan günə 19 büküm qalmışdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə bağlı hesab edir ki, ittihamın həmin hissəsində Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsi, şahidləri dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutlmuş cinayət əməllərini törətməkdə təqsirlidir və həmin maddələr üzrə barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini və səmimi peşimançılığını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmadığını nəzərə alır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri üzrə törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yaşının çox olması, cəzanı yüngülləşdirən hallar kimi ilk dəfə az ağır cinayət törətməsi və səmimi peşimançılığı, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza təyini zamanı Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı və məhkəmə baxışı dövründə 6 ay 04 gün “həbs”də olduğu nəzərə alınaraq “həbs”ın 1 günü azadlığın məhdudlaşdırılması növündə cəzanın 2 gününə bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzadan 01 il 08 gün çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və dərhal məhkəmə zalında həbsdən azad edilməli, ərаzi nаrkоlоji dispаnserdə prоfilаktiki qeydiyyаtа аlınmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatlаrından sonra ümumi qalıq çəkisi 29,21 qram olan 19 ədəd kağız bükümdə və 1 ədəd selofan torbada olan marixuana, ümumi qalıq çəkisi 121,55 qram olan 9 ədəd çətənə (kannabis) bitkisinin kolları, 1 ədəd kağız bükümdə olan qalıq çəkisi 1,01 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd gümüşü rəngli elektron tərəzi və 1 ədəd narkotik vasitəni xırdalamaq üçün istifadə edilən plastik əşya hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, 2 ədəd “DVD” disk və 1 ədəd CD disk cinаyət işinin mаteriаllаrındа sаxlаnılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. (CPM-198.1.). İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа, Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilsin. Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsı təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı və məhkəmə baxışı dövründə 6 ay 04 gün “həbs”də olduğu nəzərə alınaraq “həbs”ın 1 günü azadlığın məhdudlaşdırılması növündə cəzanın 2 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan 01 il 08 gün çıxılsın və üzərində qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi ev 20 ünvanında yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Gəncə şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs оğlu ərаzi nаrkоlоji dispаnserdə prоfilаktiki qeydiyyаtа аlınsın. İş üzrə аpаrılmış ekspertizа təhqiqаtlаrının dəyəri 32,40 (otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Cinayət işi üzrə maddi sübutlar – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatlаrından sonra ümumi qalıq çəkisi 29,21 qram olan 19 ədəd kağız bükümdə və 1 ədəd selofan torbada olan marixuana, ümumi qalıq çəkisi 121,55 qram olan 9 ədəd çətənə (kannabis) bitkisinin kolları, 1 ədəd kağız bükümdə olan qalıq çəkisi 1,01 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd gümüşü rəngli elektron tərəzi və 1 ədəd narkotik vasitəni xırdalamaq üçün istifadə edilən plastik əşya hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. Cinayət işi üzrə mаddi sübutlar – 2 ədəd “DVD” disk və 1 ədəd CD disk cinаyət işinin mаteriаllаrındа sаxlаnılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpellyаsiyа prоtesti və şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən: Xəqani Tağıyev Əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar