Məhkəmə qərarları › İş №1(125)-170/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-170/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-170/2023 10.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1982-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan barəsində “Polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 44,240 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlamaqla daşımış, barəsində qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə daxil olmuş məlumat əsasında 25 may 2022-ci il tarixdə, saat 20:00 radələrində Gəncə şəhər 2-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, A.Şaiq küçəsində saxlanılaraq Gəncə şəhəri H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər 2-ci polis şöbəsinə aparılmış, polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 44,240 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, maddi sübutlar,ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti ona aydındır və özünü həmin cinayət hadisəsini törətməkdə təqsirli bilmir. Belə ki, o, narkotik vasitə olan heroindən istifadə etsə də, tiryəkən heç vaxt istifadə etməmişdir. Barəsində olan məhkəmə narkolji ekpertizasının rəyi ilə də razı deyil. O, btidai istintaq zamanı ümumiyyətə narkolji ekspertizadan keçirilməmişdir. Məhkəmənin təyin etdiyi ekpertizada isə onun məcburi müalicəyə ehiyacı olmadığı müəyyən edilmişdir. Lakin rəydə nəyə görə tiyəkdən əvvəllər istfadə etməsi barədə qeyd olunmasını başa düşmür. Narkotik vasitə onun üzərinə polis əməkdaşları tərəfidən qoyulmuşdur. O qorxduğu üçün, həm ilkin dirndirmədə, həm də əlavə dindirmə zamanı narkotik vasitənin ona aid olmasını bildirmişdir. İbtidai istintaq zamanı ona fiziki xəsarət yetirilməmiş, sadəcə onu tanımadığı polis əməkdaşları qadın paltarı geyindirməklə qorxutmuşdur. Məhkəmə zamanı verdiyi ifadəni onun ifadəsi kimi qəbul olunmasını, istintaq zamanı verdiyi ifadələri təsdiq etmədiyini və üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən may ayında Gəncə şəhər BPİ- nin 2-ci polis şöbəsində gündəlik xidmətdə olan zaman Gəncə şəhər sakini Ruhlan adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması və hal-hazırda A.Şaiq küçəsində olması ilə bağlı məlumat daxil olmuşdur. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış və o, baş əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, A.Şaiq küçəsində saxlayaraq Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinə gətirmiş, polis idarəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cins şalvarın sağ yan cibindən sellofana bükülmüş tünd qara rəngli, kəskin spesifik iyli, ilkin baxışdan narkotik vasitə tiryəkə oxşar kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə tiryək olduğunu, həmin narkotik vasitəni haradansa tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay yaxud borc olaraq vermədiyini və üzərində şəxsi istifadə üçün saxladığını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmış və təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 26 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması” haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə MSY-dən azad olunmuş və barəsində “Başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-17/2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixli qərardan hesablanmışdır. 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzərəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs, qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, narkotik vasitəni əldə edib üzərində gəzdirməsi, istifadəsi, satması ilə məşğul olması barədə 2-ci PŞ-in CAB-nə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri A.Şaiq küçəsində saxlanılaraq 2ci PŞ-nə gətirilir və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il taixdə saat 20:20-də şübhəli şəxs qismində tutulur, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində "Panasonic" markalı video kamera vasitəsi ilə müdafiəçi X4 iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində hər hansı qanunsuz əşya olması ilə bağlı sual verilir və Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülüdə tünd qara rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “tiryəkə” oxşar kütləni təqdim edir. Təqdim olunmuş “tiryək”-ə oxşar kütlə elektron tərəzidə çəkilir, narkotik vasitəyə oxşar kütlələrin çəkisi 45,51 (qırx beş tam yüzdə əlli səkkiz) qram olmaqla aşkar olunduğu qara sellofan ilə zərfdə qablaşdırılır və ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndilən şəxsin dindirilməsi haqqında” 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və törətdiyi əməli könüllü etiraf etmişdir. “Təqsirləndilən şəxsin əlavə dindirilməsi haqqında” 20 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində əlavə ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və polis əməkdaşlarının ona hədə qorxu gələrək narkotik vasitəni üzərinə qoyduqlarını bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona hədə qorxu gələrək narkotik vasitəni üzərinə qoymaları barədə müraciəti əsasında Gəncə şəhər Prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı müraciətdə göstərilən xüsusatlar öz təsdiqi tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. “Üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, 19 yanvar 2023-cü il tarixdə Şahid1 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilən zamanı Şahid1 ifadəsinə göstərdiyi xüsusatları təqsirləndirilən Təqsirləndirilən şəxs üzün qarşı bir daha demiş, Təqsirləndirilən şəxs isə şahidə cavabında əlavə dindirmədə verdiyi ifadəsini məsuliyyətdən azad olunmaq üçün yalandan verdiyini və Şahid1 qeyd etdiyi halları təsdiq edərək, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və ifadəsi alınarkən polis tərəfindən ona qarşı hər hansı təziq göstərilmədiyini bildirmişdir. “Təqsirləndirilən şəxsin əlavə dindirilməsi” protokolundan görünür ki, 19 yanvar 2023-cü il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs əlavə dindirilmə zamanı özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək cinayət barədə ətraflı ifadə vemşdir. Məhkəmə-kimyəvi ekspertizasının 26 may 2022-ci il tarixli 16/611 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə..” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 44,240 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hzırlanmış narkotik vasitə-tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısına daxildir. -Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni həqiqətən hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində heç bir müsbət nəticə əldə edilməmiş, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evdə, yaxud digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 01 iyul 2022-ci il tarixli 1286 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən əvvəllər istifadə edib. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 1(125)-170/2023-nömrəli qərarına əsasən təyin edilmiş ekspertiza qərar əsasında aparılmış təkrar məhkəmənarkoloji ekspertizasının 01 may 2023-cü il tarixli 756 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən əvvəllər istifadə edib. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 44,040 qram narkotik vasitə tiryək, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk və Azərfon MMC-dən daxil olmuş 01 ədəd CD markalı disk maddi sübut kimi tanınmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ********* nömrəli cinayət işi baxılması üçmün məhkəməyə göndərilmişdir. Gəncə şəhər Məhkəməsinin 1(125)-99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhər X8 şəhər Məhkəməsinin sorğusuna cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının icrası ilə əlaqədar şöbədə qeydiyyata alınmış və cəza müddəti həmin tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində olan 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 10 may 2023-cü il tarixə qədər 06 ay 28 gün hissəsini çəkmiş və cəzasının 01 il 05 ay 02 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən ifadələrində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, A.Şaiq küçəsi ev 19-da qeydiyyatda olmaqla yaşayır. 25 may 2022ci il tarixdə təxminən saat 16 radələrində Gəncə şəhəri 2705-in dairəsi adlanan yerdə piyada hərəkət edən zaman, torpağın üzərində, şəffaf rəngli sellofana bükülmüş qara rəngli kütlə görmüşdür. O, yerdən əyilib həmin küləni əlinə götürüb ona baxış keçirmişdir. O, özü də əvvəllər narkotik vasitə qurudulmuş marixuana və tiryək istifadəçisi olduğu üçün həmin bükümdə olan kütlənin rəngindən və iyindən onun narkotik vasitə tiryək olduğuna əmin olmuş və gələcəkdə özü istifadə etmək üçün onu əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. 25 may 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı küçədə piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlamış, polis əməkdaşları xidməti vəsiqələrini ona nümayiş etdirməklə özlərini təqdim etmişər. Sonra polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib onu 2-ci polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və o, ərizə ilə müraciət edərək, hüquqlarının müqavilə bağladığı vəkil X7 tərəfindən müdafiə olunmasını xahiş etmişdir. Bundan sonra müqavilə bağladığı vəkil X10 dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra vəkilin iştirakı və vidoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuşdur. Həmin vaxt artıq polis əməkdaşlarının üzərində qanunsuz olaraq gəzdirdiyi narkotik vasitə tiryək olmasından xəbərləri olduğunu düşünmüş və bunun gizlədilməsinin lüzumsuz olduğunu başa düşmüşdür. O, 15 may 2022-ci il tarixdə tapdığı bir ədəd bükümü əynində olan şalvarın yan cibindən çıxarıb təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları narkotik vasitə tiryəki ondan götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına həmin kütləni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və onu tapdığını bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 45,51 qram olmuşdur. Bundan sonra həmin bükümdə olan narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, üzəri isə möhürlənmişdir. Bundan başqa üzərində şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün o da, protokola imza etmişdir. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş kütlənin təmiz çəkisi 44,240 qram olmaqla xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. Onun digər yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla dövriyyəsi qadağan edilmiş əşyası yoxdur. O, aşkar edilmiş kütləni, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə tiryəki satmaq niyyəti olmamışdır. İstifadəsində 070 849 41 41 mobil nömrəsi vardır. O, həmin mobil nömrəsini 1 ildən artıqdır ki, istifadə edir. İstifadəsində digər mobil nömrəsi yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını bildirdiyindən, məhkəmə həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Gəncə şəhər prokurorluğuna göndərmiş və alınmış cavabla müəyyən edilmişdir ki, Gəncə şəhər Prokurorluğunun müstəntiqi Rəşad Qasımov tərəfindən həmin xususat üzrə araşdırma aparılmış və qəbul edilmiş 13 avqust 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs qarşı qeyri-insani rəftar, təsir və ya təzyiq göstərilməsi, fiziki zorakılığa yol verilməsi faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, toplanmış sübutların məcmusu ilə yəni, təqsirləndirilən şəxsin məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, maddi sübutlar,ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə etməsi və üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs oğurluq cinayət əməlini törədərək barəsində məhkəmədə cinayət işinə baxıldığı dövrdə yenidən hazırki cinayət əməlini törətmişdir. Onun yenidən cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əvvəllər qəsdən cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və üzərindən aşkar edilmiş narkotik vasitənin külli miqdara yaxın olmasını nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin 1(125)-99/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)–99/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə, qismən toplanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)–99/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 06 ay 28 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 03 ay 14 gün müddət və hazırkı cinayət işi üzrə 25 may 2022-cii ildən 27 may 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 gün, 25 iyul 2022-ci ildən 08 sentyabr 2022-ci il tarixədək həbsdə qaldığı 02 ay müddət, ümumilikdə 05 ay 16 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbsə alınmalı, həmçinin Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 44,040 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)–99/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə, qismən toplanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)–99/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 06 ay 28 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 03 ay 14 gün müddət və hazırkı cinayət işi üzrə 25 may 2022-cii ildən 27 may 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 gün, 25 iyul 2022-ci ildən 08 sentyabr 2022-ci il tarixədək həbsdə qaldığı 02 ay müddət, ümumilikdə 05 ay 16 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 44,040 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X6 üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 96 (doxsan altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar