Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-171/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Çay Depo qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, külli miqdarda, ümumilikdə təmiz çəkisi 20.637 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və 14.118 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini qanunsuz olaraq əldə edib 02 ədəd qara rəngli sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 14.218 qram və 6.419 qram heroini və 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 14,118 qram metamfetamini qanunsuz olaraq üzərində saxlayaraq daşımışdır. xx.xx.2022ci il tarixdə saat 16:00 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Xəmsə Park” ticarət mərkəzinin yaxınlığında Gəncə şəhər Nizami RPİ-nin əməkdaşarı tərəfindən saxlanılıb Gəncə şəhər Nizami rayon Polis idarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ayrı-ayrı bükümlərdə, 02 ədəd ağ rəngli sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 14.218 qram və 6.419 qram heroin, 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 14,118 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Eda adında qızı dostunun səbəbinə tanımış və 1 ay onunla sevgili kimi münasibətləri olmuşdur. Edanın əsl adının Şahid3 olmasını bilməmişdir. 21 mart 2022-ci il tarixdə o, Bakı şəhərinə qonaq gedəcəyini Edaya bildirmiş və Eda ilə birlikdə sonuncunun avtomobilində Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində 1 gün olduqdan sonra Eda ona zəng vurub Bakı şəhərində olub-olmamağını soruşmuş, o, isə cavabında Bakı şəhərində olduğunu bildirmiş, həmin vaxt Eda da Bakı şəhərində olduğunu, həmin gün Gəncə şəhərinə qayıdacağını demişdir. O, Edadan onunla birlikdə qayıda bilib-bilməyəcəyini soruşmuş, Eda cavabında onunla birlikdə qayıda biləcəyini demişdir. Onlar Biləcəridə görüşüb Edanın avtomobili ilə Gəncə şəhərinə yola düşmüşlər. Həmin zaman onun üzərində təxminən yarım qram “şüşə” olub və onu da Gəncə şəhərinə çatanadək çəkib qurtarmışdır. Gəncə şəhərinə çatdıqdan sonra təzə avtovağzalın yanından biraz irəlidə yanacaqdoldurma məntəqəsində avtomobli saxlayıb ayaq yoluna düşmək istəmiş, düşdükdən təxminən on saniyə sonra polis əməkdaşları gözləmədiyi anda ona yaxınlaşıb yerə yıxıb onu başqa avtomobilə mindirərək polis idarəsinə gətirmişlər. Polis idarəsində ona aid olmayan narkotik vasitəni stolun üzərinə qoyub ona təyziq göstərmişlər və onu boynuna alsa qızı buraxacaqlarını, onu isə iki-üç günə buraxacaqlarını demişlər. O, buna razılaşıb və boynuna almışdır. Amma həmin narkotik vasitədən onun heç bir xəbəri olmamış, ona məxsus olmamış, onu “Xəmsə park” ticarət mərkəzinin yanında saxlamamışlar. Sonda o, barəsində bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı ilk dəfə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifdəsində göstərmişdir ki, xx.xx.2022-ci il saat 16 radələrində o, “Eda” ləqəbli tanıdığı qadınla Gəncə şəhərində “Xəmsə Park” ticarət mərkəzinin yaxınlığında olmuşdur. Eda həmin yerə onu öz avtomobili ilə taksi sürücüsü olaraq gətirmiş, həmin yerə Goranboy rayonundan gəlmişlər. “Xəmsə Park” ticarət mərkəzinin yaxınlığında olan zaman 2 nəfər polis əməkdaşı onlara yaxınlaşmış, özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində sübhəli olduğunu deyərək onu və Edanı saxlayıb Nizami RPİ-yə gətirmişlər.İdarənin inzibati otaqlarından birində müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş,şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli sellofana bükülü olan və üzərində ağ kağızda “K-15 və P- 15” yazıları yazılan büküm və 1 ədəd içərisində narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 1 ədəd qara rəngli sellofana bükülü olan büküm açılmış və içərisindən 1 ədəd ağ rəngli sellofana bükülü narkotik vasitə heroin olan kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 15,23 qram gəlmişdir. Həmin qara rəngli sellofanın içərisində olan digər aşkar edilmiş 1 ədəd içərisində psixotrop maddə metamfetamin olan ağ rəngli sellofan bükülü elektron tərəzidə çəkilmiş və çəkisi 15,26 qram gəlmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd içərisində narkotik vasitə heroin olan bükümün çəkisi isə 8,14 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd qara rəngli sellofana bükülü olan və üzərində ağ kağızda “K-15 və P-15” yazıları yazılan büküm və 1 ədəd içərisində narkotik vasitə heroin olan büküm zərfdə qablaşdırılmış, ağzı möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Həmin vaxt video çəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş digər şəxsi əşyaları özünə qaytarılmışdır. Əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunan həmin kütlələri xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yerdən tapmışdır. Həmin kütlələr bükülmüş vəziyyətdə yerdə olmuş və o, əvvəllər narkotik vasitə istifadə etdiyi üçün həmin kütlələri tanımış və öz istifadəsi üçün götürmüşdür. O, saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilən zaman polis əməkdaşları tərəfindən ona heç bir formada təzyıq edilməmişdir. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə var, həmin mobil nömrə ona məxsusdur. O, həmin kütlədən heç kəsə verməmiş, satmamış və başqa yerdə saxlamamışdır. İbtidai istintaq zamanı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Eda” adında qızı dostunun səbəbinə tanmış və 1 ay sevgili kimi münasibətləri olmuşdur. 21 mart 2022-ci il tarixdə o, Bakıya qonaq gedəcəyini qıza bildirmiş və sonuncu da “mən apararam” demiş, onu Bakıya qoyub qaydacağını bildirmişdir. O, Bakıda bir gün qaldıqdan sonra Eda ona zəng vurub Bakıda olubolmamağını soruşmuş, o, isə cavabında Bakıda olduğunu bildirmişdir. Eda da Bakıda olduğunu ona demiş, o, isə sonuncudan nə vaxt gedəcəyini soruşmuş, Eda isə cavabında bu gün Gəncəyə qayıdacağını bildirmişdir. O, Edaya “Məndə sənlə qayıda bilərəmmi?” deyə sual vermiş, sonuncu razılaşmış, onlar Biləcəridə görüşb Gəncəyə yola düşmüşlər. Həmin zaman onun üzərində təxminən bir qram heroin və yarım qram “şüşə” olmuşdur. Gəncəyə çatdıqdan sonra təzə avtovağzalın yanından biraz irəlidə yanacaq doldurma məntəqəsində o, maşını saxlayıb ayaq yoluna düşmək istəmişdir. O, düşdükdən təxminən on saniyə sonra polis əməkdaşları gözləmədiyi anda ona yaxınlaşıb yerə yıxaraq onu maşına mindirib polis idarəsinə gətirmişlər. Polis idarəsində üzərində olan narkotik vasitəni və ona aid olmayan narkotik vasitəni stolun üstünə qoyub ona təzyiq göstərmiş və ona “onun hamsını boynuna al qızı buraxaq, sənidə iki-üç günə buraxacayıq” demişlər. O, da buna razılaşıb boynuna almış, üzərindən aşkar olunmuş narkotik vasitənin hamsı ona məxsus olmamışdır. Əlavə olaraq suala cavabında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Bakı şəhərindən Gəncə şəhərinə qayıdarkən özü ilə balaca it gətirmişdir. Həmin it o, polis əməkdaşları tərəfindən tutulana kimi Gülşənin avtomobilində olmuş, lakin sonra it barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhər 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 22 mart 2022-ci il tarixdə Gəncə şəhəri Z.Hacıyev küçəsi bina 29 mənzil 39-da qeydiyyatda olan Gəncə şəhəri DEPO qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra CAB-nin əməliyyat müvəkkili polis leytenantı Ramiz Qasımovla birlikdə əməliyyat-axtarış tədbirləri keçirmişlər. 22 mart 2022-ci il tarixdə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri “Xəmsə park” ticarət mərkəzinin yaxınlığında olmasını müəyyən edib həmin yerə getmişlər və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər. Daha sonra onun barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etişmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmişlər. Onu yanında olan Şahid3 ilə birlikdə Gəncə şəhər H.Əliyev prospekti 475 ünvanında yerləşən 1-ci Polis Şöbəsinə aparmışlar.Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi təyin etmişlər. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bükülü olan və üzərində ağ kağızda “K-15 və P-15” yazıları yazılan büküm və 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər toz şəkilli, qəhvəyi rəngli kütlə olan ağ rəngli sellofana bükülü büküm aşkaredilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 8,14 qram müəyyən edilmişdir. 1 ədəd qara rəngli sellofana bükülü olan büküm açılmış və içərisindən 1 ədəd ağ rəngli sellofan bükülü içərisində narkotik vasitə heroinə bənzər toz şəkilli, qəhvəyi rəngli kütlə olan büküm aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 15,23 qram müəyyən edilmişdir. Həmin qara rəngli sellofanın içərisindən aşkar edilmiş 1 ədəd ağ rəngli sellofan büküm açılmış və bükümün içərisində pisxotrop maddə “metamfetamin”ə bənzər kristal şəkilli kütlə aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 15,26 qram müəyyən edilmişdir. Daha sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərkibinin, çəkisinin dəqiq müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri xx.xx.2022-ci tarixdə Bakı şəhərində yerdən tapdığını və şəxsi istifadə üçün üzəində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs kimi tutulmuş Şahid3 üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edilib Şahid3 təyin edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Şahid3 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərindən narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilməmişdir. Bundan sonra Şahid3 idarə etdiyi “Mercedes Benz A” markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmiş və bu barədə ərizə ilə 1-ci PŞ-yə müraciət etmişdir. Baxış zamanı Şahid3 idarə etdiyi “Mercedes Benz A” markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışa ilə məşğul olması barədə məlumat olmuş, lakin təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsində heç bir təzyiq göstərilməmiş, üzərindən aşkar edilmiş bükümlər özünə məxsus olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X16 məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Elvin Abdurəhmonovu tanıyır. O, arabir özünə məxsus “Mercedes Benz A” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs əvvəllər onun müştərisi olmuş və sonuncu onu Eda kimi tanımış, tanışlıqları yaranmışdır. xx.xx.2022-ci il tarixində Elvin ona zəng edərək Bakı şəhərindən dostuna it alacağını söyləmiş və onu Bakı şəhərinə aparmağını xahiş etmiş, o, da etiraz etməmişdir. Aralarında olan razılıq əsasında xx.xx.2022-ci il tarixində saat 20 radələrində o, Elvini Bakı şəhərinə aparmış, yorğun olduları üçün onlar Bakı-Qazax magistral yolunda Qaradağ polis postunu keçdikdən bir neçə kilometr sonar avtomobilini yol kənarına saxlamış və avtomobildə yatmışlar. xx.xx.2022-ci il tarixində səhər saatlarında onlar oyandıqdan sonra yola davam etmişlər. Bakı şəhərində Elvin ona yolu izah etmiş və tanımadığı ərazidə tanımadığı tanışından bir ədəd balaca it götürmüş, iti götürdükdən sonra onlar Gəncə şəhərinə qayıtmışlar. xx.xx.2022-ci iltarixində saat 16-da Gəncə şəhərində “Xəmsə Park” ticarət mərkəzinin yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və Elvin Abdurahmanova narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsində və saxlamasında şübhəli olduğunu bildirmişlər. Elvin onunla birlikdə olduğu üçün onu da narkotik vasitələrin üzərində və avtomobilində daşınmasında şübhəli olduğunu bildirib Gəncə şəhər 1-ci PŞ-yə gətirmişlər. 1-ci PŞ-də müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Sonra avtomobilinə baxış keçirilməzdən əvvəl o, öz istəyi ilə avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmışdır. Çünkü o, narkotik vasitə istifadəçisi deyil və narkotik vasitələr ilə bağlı heç bir işlə məşğul olmamışdır. Müdafiəçinin iştirakı ilə onun idarə etdiyi “Mercedes Benz A” markalı 77BF985 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilindən də narkotik vasitə və ya qanunsuz hər hansı əşya, kütlə aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə heç bir məlumatı olmamış, Elvini sadəcə müştərisi kimi tanımışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 mart 2022-ci tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhəri Nizami RPİ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X6, Gəncə şəhəri Nizami RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Gəncə şəhəri Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili polis leytenantı X12, müdafiəçi X7, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli sellofana bükülü olan və üzərində ağ kağızda “K-15 və P-15” yazıları yazılan büküm və 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər toz şəkilli, qəhvəyi rəngli kütlə olan ağ rəngli sellofana bükülü büküm aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 8,14 qram gəlmişdir. 1 ədəd qara rəngli sellofana bükülü olan büküm açılmış və içərisində 1 ədəd ağ rəngli sellofana bükülü içərisində narkotik vasitə heroinə bənzər toz şəkili, qəhvəyi rəngli kütlə olan büküm aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 15,23 qram gəlmişdir. Həmin qara rəngli sellofanın içərisindən aşkar edilmiş 1 ədəd ağ rəngli sellofan büküm açılmış və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər kristal şəkilli kütlə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 15,26 qram gəlmiş və həmin kütlələr zərfdə qablaşdırılmış, və ağzı möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 16/331 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, tədqiqata təqdim edilmiş, üzərində, “Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazı və imzalar olan kağız paketdəki 2 ədəd ağ rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,218 qram və 6,419 qram, ümumi təmiz çəkisi 20,637 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, kimyəvi tərkiblərinə görə eynidirlər. Həmin kağız paketdəki 1 ədəd qara rəngli sellofan bükümdəki digər 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 14,118 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Heroin ümumi təmiz çəkiləri 20.637 tədqiqata sərf edilmiş-0.4 (hər birindən 0.2 qr) qalıq-20.237 qr. Metamfetamin təmiz çəkisi-14.118 qram, tədqiqata sərf edilmiş-1.1 qr. qalıq-13.018 qr). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs AR-nin CM-nin 331.2, 62-ci maddələri ilə təqsirli bilinərək Füzuli Hərbi Məhkəməsinin xx.xx.2015ci il l tarixli hökmü ilə 800 manat cərimə cəzası təyin edilmişdir və xx.xx.2016-cı ildə cərimə tam ödənildiyi üçün məhkumluğu ödənilmiş hesab olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli 2791 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Narkoloji Psixonevroloji dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 3826 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli 872 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Kəpəz RİH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Gəncə şəhər, Kəpəz rayon, Çay Depo qəsəbəsi ünvanında qeydiyyatda yaşayan Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Kəpəz RİH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Çay Depo ərazisində qeydiyyatda yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi atası X8, anası X3 və qardaşı X5r. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(044)-42/2022 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-80/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 22 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-30/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 1 ay, yəni 22 iyul 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-128/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 1 ay müddətinə uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-181/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 2 ay, yəni 22 oktyabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 4(104)-127/2022 nömrəli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 4(125)-181/2022 nömrəli qərarı ləğv edilmiş, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin müddəti 22 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-171/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 23 iyun 2023-cü il tarixli məktubdan, xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixdə həbs edilərək xx.xx.2023-cü il tarixdə məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram, külli miqdarın aşağı həddi 2 qram, İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram, külli miqdarın aşağı həddi 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində saxlanılarkən üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının təzyiqi ilə narkotik vasitənin ona aid olduğunu bildirsə də, ibtidai istintaqdakı ifadələrində və şəxsi axtarış zamanı video çəkilişdə üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu və tapdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsinə tənqidi yanaşır. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələrinin hamısını təkzib edir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bir neçə dəfə üzərindən aşkar edilmiş narkotik vasitəyə və psixotrop maddəyə münasibət bildirmiş, ilkin olaraq üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu etiraf etmiş, sonuncu ifadəsində üzərində narkotik vasitə və psixotrop maddə olduğunu etiraf etsə də, ona polis əməkdaşları tərəfindən təzyiq olunaraq miqdarlarının artırıldığını bildirmişdir. Təqsirləndirilən şəxs tutulduğu zaman qorxduğunu, ehtiyyat etdiyini bildirmişdir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Həmin videogörüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. O, xx.xx.2022-ci il tarixdə ilkin izahat verir, şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə ifadəsi alındıqdan sonra təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixdə ifadə verir. Hər iki ifadə və izahat bir-birləri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu etiraf edir, həmin narkotik vasitəni və psixotrop maddənişəxsi istifadəsi üçün saxladığını bildirir. xx.xx.2022-ci il tarixli ifadəsində Təqsirləndirilən şəxs üzərində yalnız yarım qram “şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu, polislərin təzyiqi ilə miqdarının artırıldığını və narkotik vasitə heroin əlavə edildiyini bildirir. Bundan sonra sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ifadə verərkən Təqsirləndirilən şəxs üzərində bir qram “heroin” və yarım qram “şüşə” olduğunu, polislərin təzyiqi ilə ona aid olmayan narkotik vasitə və psixotrop maddə əlavə edildiyini bildirir. xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir vəsatət və etiraz vermir. Həmçinin məhkəmə iclaslarında ifadə verərkən üzərində yarım qram “şüşə”, yəni psixotrop maddə metamfetmin olduğunu və onu yolda çəkib qutardığını, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin polislərin təzyiqi ilə üzərinə qoyulduğunu bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azad olunduqdan sonra bu günə qədər polis idarəsində ona qarşı təzyiq olunaraq narkotik vasitənin üzərinə qoyulması barədə heç bir orqana şikayət etməmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin tutulduğu zaman polis əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq üzərinə narkotik vasitə və psixotrop maddə qoyulması ilə bağlı məhkəmədəki ifadəsini həqiqətə uyğun olmayan və özünümüdafiə xarakterli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Vətən müharibsə iştirakçısı olmasını, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlaıldığı 09 ay müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 20,237 qram çəkidə narkotik vasitə olan heroin və 13.018 qram çəkidə olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 09 ay müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı cəmi qalığı – 20,237 qram çəkidə narkotik vasitə olan heroin və 13.018 qram çəkidə olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-171/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-171/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver