Məhkəmə qərarları › İş №1(125)-172/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-172/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-172/2023 27.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" MMC-də mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Cavadxan qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 07 sentyabr 2022-ci il tarixdə saat təxminən 22:40 radələrində ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X17” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə edərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 28 May küçəsi ilə hərəkətdə olan zaman həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş, həmin vaxt əks istiqamətdən yüksək sürətlə gələrək onun hərəkət yoluna tərəf istiqamət almış sürücü X4 ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi VAZ-2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sürücüsünün baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarna ənsə-təpə nahiyələrində qansızma, ənsə nahiyəsinin yarası, təpə-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, alt dodağın səthi yarası, sağ qulaq seyvanın cırılmış yarası, sol said, sol bazu nahiyələrinin sıyrıqları xəsarətlərindən ibarət olmaqla həyat üçün təhlükəli olan AĞİR dərəcəli bədən xəsarətləri almasına, həmin xəsarətlərdən açıq küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınmasına görə ölməsinə, həmin avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs2 ənsə və sağ təpə sümüklərinin sınıqları və subdural hematoma və subarxnoidal qanama ilə müşahidə olunan qapalı kəllə-beyin travması, sağ kürək sümüyünün, sağdan İİ qabırğanın və İİ-İİİ bel fəqərələrinin sağ yan çıxıntılarının sınıqları, sağ qulaq seyvanının və sağ gözün bayır bucağı nahiyəsinin yaraları xəsarətləri ilə nəticələnən və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər almasına, yəni yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Gəncə şəhərində ailə üzvləri ilə birlikdə yaşamaqla, "xxxx" MMC-də mühafizəçi işləyir. Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili etibarnamə əsasında idarə edir. Hadisə ərəfəsində məzuniyyətdə olduğu üçün tez-tez tanışları ilə birlikdə futbol oynamağa getmişdir. 07 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində tanışları ilə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində Heydər Əliyev adına parkının içərsində yerləşən futbol meydançasında futbol oynmağa getmək istəmişdir.Bu məqsədlə tanışları Mobil, Orxan və Arzu adlı şəxsləri Gəncə şəhəri Nizami prospektində yerləşən 6 nömrəli tam orta məktəblə üzbəüz olan parkdan götürdükdən sonra Arzu adlı tanışının forması evdə qaldığı üçün maşını Gəncə şəhəri Şıxəli Qurbanov küçəsinə sürmüşdür ki, Arzu evdən formasını götürsün. Arzu formasını götürdükdən sonra Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda olan futbol meydançasına tərəf getmişlər. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 28 May küçəsi ilə Heydər Əliyev parkı istiqamətində hərəkətdə olan zaman tanışı Mobil idarə etdiyi avtomobildə qabaqda oturmuşdur. Bu zaman Mobil ona qarşıdan VAZ 2107 markalı avtomobilin üzərlərinə gəldiyini qışqırıb demiş, həmin vaxtı baxanda görmüşdür ki, qarşı tərəfdən əks yolla hərəkətdə olan Vaz 2107 markalı avtomobil həqiqətən üzərilərinə doğru gəlir. Həmin an istəmişdir ki, idarə etdiyi avtomobili sağa qaçırsın, ancaq hər şey anidən baş verdiyi üçün avtomobili kənara qaçıra bilməmiş və idarə etdiyi Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə qarşıdan gələn VAZ 2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsi dəymiş, toqquşmadan sonra avtomobilində olan hava şarı açılmış və avtomobil dayanmışdır. Hadisədən əvvəl avtomobili 50-60 km/saat sürətlə idarə etmiş və yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb VAZ 2107 markalı avtomobilin yüksək sürətlə idarə edib yoluna çıxması olmuşdur. Avtomobili idarə edən zaman sərxoş vəziyyətdə olmamışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman avtomobilin salonunda ondan başqa 3 nəfər tanışı Orxan, Arzu və Mobil adlı şəxslər olmuşlar. Yol nəqliyyat hadisəsi ani baş verdiyi üçün nə baş verdiyini anlamamış, istəmiş ki, idarə etdiyi avtomobili kənara çəksin, lakin çəkə bilməmiş və avtomobillər toqquşmuşdur. Hadisə vaxtı hərəkəti üçün təhlükə VAZ-2107 markalı avtomobilin üzərinə gəldiyini gördüyü andan yaranmışdır. Hadisə nəticəsində VAZ- 2107 markalı avtomobilin sürücüsü vəfat etmiş, onun yanında oturan sərnişin və o, özü xəsarət almışdır. Sonda baş vermiş hadisəyə görə peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində iki azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, X1 doğma oğlu olmuş və o, Daşkəsən rayonu Çovdar kəndində yerləşən qızıl mədənində anbardarın köməkçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Opel Vectra marklalı **-RA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 07 sentyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı evdə olan zaman bacanağı Nizami ona bildirmişdir ki, oğlu Bevdalı özünə məxsus VAZ 2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi zamanı qəzaya uğramış və hal hazırda xəsarət aldığı üçün Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparılmışdır. Bundan sonra bacanağı Nizami ilə birlikdə Gəncə şəhər 3 nömrəli xəstəxanaya getmiş və xəstəxanada məlum olmuşdur ki, oğlu Bevdalı idarə etdiyi özünə məxsus VAZ 2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində hərəkətdə olarkən əks istiqamətdən gələn Opel markalı avtomobillə toqquşmuş və Bevdalı almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Bundan sonra mərhum oğlu Bevdalının meyitini yaşadığı evə gətirib səhəri gün dəfn etmişlər. Oğlu Bevdalı qəza törətdiyi avtomobili öz xalası oğlundan yeni almış, lakin müvafiq sənədləşmə işləri aparılmamış və Bevdalı həmin avtomobili yalnız hərdən götürüb kənddə idarə etmişdir. Hadisədən sonra təqsirləndirilən şəxslə barışıq ədə olunmuş və onun təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gəncə Dövlət Universitetinin Xarici Dillər fakultəsinin 4-cü kurs tələbəsidir. X1 anasının əmisi oğludur. 07 sentyabr 2022-ci il tarixdə Daşkəsən rayonu Çovdar kəndində olan zaman Bevdalı təxminən saat 17 radələrində zəng edərək onunla Gəncə şəhərinə getməyi xahiş etmiş və o, da razılaşmışdır. Zəng etdikdən təxminən 2 saat sonra Bevdalı idarə etdiyi VAZ 2107 markalı **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu evdən götürmüş və onlar Gəncə şəhərinə gəlmişlər. Gəncə şəhərində Gülüstan qəsəbəsində AKTA-6 ərazisində yerləşən “Ehsan bulağı” adlanan bulağın yanında tanışları ilə görüşdükdən sonra o, və Bevdalı Gəncə şəhəri Cavadxan küçəsində yerləşən “Kalorit” restoranına getmişlər. Həmin restoranda Bevdalı ilə birlikdə şirniyatla çay içmişlər. Bundan sonra Bevdalının idarə etdiyi VAZ 2107 markalı **-EH- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Heydər Əliyev“ adına parkda Bevdalının Roman adlı qohumu ilə görüşmüş və təxminən 1 saata yaxın orada Romanla söhbət etdikdən sonra Bevdalının idarə etdiyi VAZ 2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Heydər Əliyev” adına parkdan çıxıb qərara gəlmişlər ki, şəhərdə bir az gəzsinlər. Həmin vaxt Bevdalı maşını Gəncə şəhəri 28 May küçəsində idarə edən zaman tanımadığı bir ağ rəngli VAZ 2107 markalı nömrəsini xatırlamadığı avtomobil yanlarından sürətli şəkildə gəlib keçən zaman bunu görən Bevdalı əsəbləşərək “mən bu maşının sürənini axtarıram” deyib idarə etdiyi maşının sürətini artırmışdır ki, həmin ağ rəngli VAZ 2107 markalı avtomobil onları gəlib ötüb keçə bilməsin, həmin vaxt o, avtomobildə qabaqda oturmaqla telefonla oynamış deyə yola baxmamışdır. Bu vaxt Bevdalı ona “Maşın qırıldı” deyə səslənmiş, o, isə baxanda avtomobilin sürətinin çox olduğunu görüb Bevdalıya “At ikinci sürət qutusuna və sürəti sal” demişdir. Bevdalı bu zaman əyləci basmış və onda avtomobil yolda axmışdır. Elə həmin vəziyyətdə də Bevdalı avtomobilə idarə etməni itirdiyi üçün olduqları avtomobil, qarşı yola çıxmış və təxminən 40-50 metr qabaqdan qarşı yolda hərəkətdə olan “Opel” markalı avtomobil ilə toqquşmuşdur. Həmin toqquşmadan sonra onların olduğu avtomobilin arxası yolun kənarında səkiyə və ağaca dəyərək dayanmış, həmin vaxtı başı maşının çərçivəsinə dəydiyindən huşunu itirmiş deyə sonradan nə baş verdiyini bilməmiş, ancaq sonradan xəstəxanadan çıxıb evə getdikdən sonra bilmişdir ki, Bevdalı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində rəhmətə getmişdir. Toqquşma nəticəsində başından və bədəninin müxtəlif yerlərindən xəsarət almışdır. Hadisə vaxtı Bevdalı avtomobili təxminən 120-130 km/saat sürətlə idarə etmiş, Opel markalı avtomobil öz yolu ilə getmiş, həmin avtomobil ilə toqquşmasaydılar belə həmin qəza baş verəcəkdi, çünki Bevdalı artıq avtomobilə idarə etməni itirmişdir. Hadisədən sonra təqsirləndirilən şəxslə barışıq ədə olunmuş və onun təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, fərdi əməklə, rəssamlıqla məşğul olur. Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışı Təqsirləndirilən şəxs məxsusdur. 07 sentyabr 2022-ci il tarixdə tanışları Mansır, Orxan və Arzu ilə axşam saat 23-də Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Heydər Əliyev adına parkda yerləşən futbol meydançasında futbol oynamağı planlaşdırmışlar. Təxminən saat 22:30 radələrində Mansır özünə məxsus Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu tanışı Orxanın işlədiyi kitab mağazasından götürmüşdür. Həmin vaxtı Arzu futbol formasının evdə qaldığını və Mansırdan formasını götürmək üçün onu yaşadığı evə aparmasını xahiş etmişdir. Bundan sonra Mansır idarə etdiyi avtomobili Arzunun yaşadığı Göygöl rayonu “Yarımstansiya” adlanan ərazisinə aparmış, Arzu evdən futbol formasını götürdükdən sonra Gəncə şəhəri Yeni Gəncə istiqamətində hərəkət etməyə başlamışlar. Mansır avtomobili Gəncə şəhəri 28 may küçəsində hərəkət etdirən zaman avtomobilin qabaq oturacağında o, özü, arxada digər tanışları Arzu və Orxan oturmuşdur. Onların qarşısında nömrəsini və rəngini xatırlamadığı VAZ 2107 markalı avtomobil hərəkət etmiş, ani anda həmin avtomobil kənara çəkilmiş və qarşıdan gələn nömrəsini və rəngini görmədiyi digər VAZ 2107 markalı avtomobil qarşı yoldan hərəkət etdikləri yola çıxaraq tanışı Mansırın idarə etdiyi Opel Vectra markalı avtomobilin qarşısına çıxmışdır. Bu zaman həmin avtomobil ilə toqquşacaqlarını görüb uca səslə qışqırmış və VAZ 2107 markalı avtomobil ilə onlar olan avtomobil toqquşmuşdur. Toqquşmanın təsirindən VAZ 2107 markalı avtomobil sürüşərək yolun kənarında olan ağaca dəymişdir. Yol nəqliyyat hadisəsi ani baş verdiyi üçün nə Mansır nədə onlar nə baş verdiyini anlamamış, Mansır əvvəlcə avtomobilə siqnal vermiş, sonra isə avtomobilə tormoz verib sükanı sola tərəf çəkmiş, lakin hadisədən yayına bilməmiş və avtomobillər toqquşmuşdur. Hadisə vaxtı sol ayağından və üz nahiyyəsindən xəsarət almışdır. Məhkəmə baxışı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, “Opel Vectra” markalı **- RA-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışı Təqsirləndirilən şəxs məxsusdur. 07 sentyabr 2022-ci il tarixdə tanışları Mansır, Orxan və Arzu ilə axşam saat 23-də Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Heydər Əliyev adına parkda yerləşən futbol meydançasında futbol oynamağı planlaşdırmışlar. Təxminən saat 22:30 radələrində Mansır özünə məxsus Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu işlədiyi kitab mağazasından götürmüş, həmin vaxt Arzu futbol formasının evdə qaldığını və Mansırdan formasını götürmək üçün onu yaşadığı evə aparmasını xahiş etmişdir. Bundan sonra Mansır idarə etdiyi avtomobili Arzunun yaşadığı Göygöl rayonu “Yarımstansiya” adlanan əraziyə aparmış və Arzu evdən futbol formasını götürdükdən sonra Gəncə şəhəri Yeni Gəncə istiqamətində hərəkət etməyə başlamışlar. Mansır avtomobili Gəncə şəhəri 28 may küçəsində hərəkət etdirən zaman avtomobilin arxa oturacağında o və digər tanışı Arzu, ön oturacaqda isə Mobil oturmuşdur. Onların qarşısında nömrəsini və rəngini xatırlamadığı bir VAZ 2107 markalı avtomobil hərəkət etmiş, ani anda həmin avtomobil kənara çəkilmiş və qarşıdan gələn nömrəsini və rəngini görmədiyi digər VAZ 2107 markalı avtomobil qarşı yoldan hərəkət etdikləri yola çıxaraq tanışı Mansırın idarə etdiyi Opel Vectra markalı avtomobilin qarşısına çıxmışdır. Bu zaman həmin avtomobil ilə toqquşacaqlarını birinci Mobil görüb uca səslə qışqırmışdır ki, “Girdik” və həmin vaxt VAZ 2107 markalı avtomobil ilə onların avtomobil toqquşmuşdur. Toqquşmadan VAZ 2107 markalı avtomobil sürüşərək yolun kənarında olan ağaca dəyib dayanmışdır. Hadisədən əvvəl Mansır avtomobili təxminən 40-60 km/saat arası surətlə idarə etmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb VAZ 2107 markalı avtomobilin yüksək sürətlə idarə edib idarəetməni itirərək onların yoluna çıxması olmuşdur. Yol nəqliyyat hadisəsi ani baş verdiyi üçün nə Mansır nə də onlar nə baş verdiyini anlamamışdır. Məhkəmə baxışında Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yerləşən “Milenium” şirkətində mövsümi olaraq sürücü işləyir. Özünə məxsus VAZ 2107 markalı **-CO- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 07 sentyabr 2022-ci il tarixdə təxminən saat 23 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 28 may küçəsində yerləşən “LUKOİL“ yanacaq doldurma məntəqəsində özünə məxsus avtomobilə yanacaq vurduqdan sonra Gəncə şəhəri 28 may küçəsi ilə Heydər Əliyev adına park istiqamətində hərəkət edən vaxt qarşısında nömrəsini xatırlamadığı Opel Vectra markalı avtomobil hərəkət etmişdir. 28 may küçəsində “Karizma“ restoranının qarşısında həmin Opel Vectra markalı avtomobili ötüb keçmiş və keçdikdən sonra qarşıdan iki avtomobilin gəldiyini görmüş, həmin avtomobillərdən biri VAZ 2107 markalı, digərinin markasını isə xatırlamasamda o, Cip formasında olmuşdur. Həmin vaxt cip öndə VAZ 2107 markalı avtomobil isə onun arxasınca gəlmişdir. Cip gəlib keçəndən sonra arxasından əks yolla gələn Vaz 2107 markalı avtomobilin sürətlə idarə olunduğu üçün tədricən öz yolundan çıxaraq onun hərəkət zolağına doğru istiqamətləndiyini görüb sürətini az idi deyə dərhal artırmışdır ki, tez keçib getsin, elədə etmiş və o avtomobil gəlib onun yanından keçib gedəndən sonra güzgüdən baxanda görmüşdür ki, arxada tozduman qalmış və qəza baş vermişdir. Həmin VAZ 2107 markalı avtomobillə arxadan gələn Opel Vectra markalı avtomobil toqquşmuşdur. Dərhal o, qarşıdan geri dönüş edib geri qayıtmış və idarə etdiyi avtomobili yolun kənarında saxlayıb tez toqquşmanın baş verdiyi yerə yaxınlaşmış və görmüşdür ki, Opel markalı avtomobildən 3-4 nəfər adam düşdü, onlardan birindən soruşmuşdur ki, vəziyyət necədir?, onlardan biri hər şeyin yaxşı olduğunu demişdir. Həmin vaxt Vaz 2107 markalı avtomobilin səkinin kənarında dayandığını və yerdə isə bir nəfər şəxsin uzandığını görmüş, həmin şəxs sağ olmuş və həmin vaxtı TTY maşını gəlmiş və həmin şəxsi aparmışdır. Sonradan görmüşdür ki, yolun kənarında daha bir nəfərdə uzanıb və həmin şəxs artıq rəhmətə getmişdir. Belə ki, TTY avtomobilində gələn həkimlərdən biri ona yaxınlaşıb nəbzini yoxlamış və rəhmətə getdiyini bildirmişdir. Polislər gəldikdən sonra hadisə yerindən insanları uzaqlaşdırdıqları üçün o, da evinə çıxıb getmişdir. Qəza törətmiş VAZ 2107 markalı avtomobil hadisə zamanı təxminən 80-90 km/saat sürətlə idarə olunmuşdur. Məhkəmə baxışı zamanı şahid Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X1 xalası oğludur. Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. VAZ-2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuş və hadisədən bir ay əvvəl həmin avtomobili xalası oğlu Bevdalı Allahverdiyevə nisyə satmış, lakin aralarında sənədləşdirmə olmamışdır. 07 sentyabr 2022-ci il tarixdə günortadan sonra o, xalası oğlu Bevdalıya zəng edən zaman o bildirmişdirki, Gəncə şəhərində H.Əliyev adına parkdadır və onu ora çay içməyə dəvət etmişdir. Bundan sonra o, da idarə etdiyi avtomobillə Bevdalıgilin olduğu Gəncə şəhər H.Əliyev adına parka getmişdir. Ora gedəndə Bevdalının yanında onun qohumu Rüstəm adlı oğlanın da olduğunu görmüşdür. Onlar birlikdə parkda oturub çay içmiş və orada bir qədər gəzdikdən sonra təxminən saat 21-22 radələrində evə getmək qərarına gəlmişdir. Həmin vaxt Bevdalı ona bildirmişdir ki, “Sən get mən isə Rüstəmi evlərinə düşürüb sənin arxanca kəndə gəlirəm”. Bundan sonra o, idarə etdiyi avtomobilə minib çıxıb kəndə öz evlərinə getmiş və evdə yatan zaman təxminən saat 23 radələrində dayısı İsax yaşadığı evə gəlib onu yuxudan oyatmış və bildirmişdir ki, Bevdalı özünə məxsus VAZ-2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hazırda 3 nömrəli xəstəxanadadır. Bundan sonra Gəncə şəhəri 3 nömrəli xəstəxanaya getmiş və xəstəxanada məlum olmuşdur ki, xalası oğlu Bevdalı idarə etdiyi VAZ 2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində hərəkətdə olarkən əks istiqamətdən gələn Opel markalı avtomobillə toqquşmuş və xalası oğlu Bevdalı hadisə nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Bundan sonra mərhum xalası oğlu Bevdalının meyitinii yaşadıqları evə gətirib, səhəri günü dəfn etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 07 sentyabr 2022-ci il tarixli protokola əsasən yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş vermiş avtomobil yolu asfalt olmaqla düz, quru vəziyyətdədir, yolun ümumi eni 18 metrdir, avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Yolun iki hərəkət hissəsi vardır ki, hər bir hərəkət hissənin eni 9 metrdir. Yolun hər iki tərəfindən piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilər vardır. Hadisə yerinə baxış zamanı avtomobillərin toqquşma yeri müəyyən edildi, belə ki, avtomobillər yolun sağ tərəfindən mərkəzə tərəf 2 metr məsafədə vurulmuşdur. Hadisə yerində qəzaya uğramış avtomobillərə məxsus heç bir tormoz izi müəyyən edilməmişdir. Hadisədən əvvəl qəzaya uğramış avtomobillər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən əvvəl qəzaya uğramış avtomobillərin sürücüsü ayıq vəziyyətdə olmuş və onların avtomobili idarə etmək üçün sürücülük vəsiqələri olmuşdur. "xxxx" Gəncə Müəssisəsi tərəfindən alınmış rəylərdə göstərilmişdir ki, VAZ-21074 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6480 manat, Opel Vektra **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 4620 manat zərər dəymişdir. “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının” 03 noyabr 2022-ci il tarixli 8/2780 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ- 2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü B.T.Allahverdiyev avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X17” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədiqi hissəsində göstərilən səbəblərinə görə Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün deyildir. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 30 dekabr 2022-ci il tarixli 8/3520 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “X17” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü B.T.Allahverdiyev avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X17” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X17” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “X17” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təkrar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 01 avqust 2023-cü il tarixli 8/1888 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən müəyyən edilən məlumat, yəni VAZ-2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol hərəkət zolağına çıxdığı andan toqquşma yerinə kimi 20 metr məsafə qət etməsi real hadisə mexaniziminə uyğun deyildir, həmin məsafənin real qiyməti 20 metrdən xeyli böyük olmuşdur və real hadisə mexaniziminə uyğun olmayan məlumat əsasında tədqiqat aparılmır. İstintaq tərəfindən müəyyən edildiyi kimi VAZ 2107 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxan anda avtomobillər arasında 170 metr məsafənin olması şəraitində Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü M.A.X18 markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibb ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 76 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma; başın yumşaq toxumalarna ənsə-təpə nahiyələrində qansızma, ənsə nahiyəsinin yarası, təpə-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, alt dodağın səthi yarası, sağ qulaq seyvanın cırılmış yarası, sol said, sol bazu nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X2 ölümünə səbəb açıq kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması olmuşdur. X2 bədənində müəyyən edilmiş xəarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi. “Məhkəmə-tibb ekspertizasının” 25 noyabr 2022-ci il tarixli 1926 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – ənsə və sağ təpə sümüklərinin sınıqları və subdural hematoma və subarxnoidal qanama ilə müşahidə olunan qapalı kəllə-beyin travması, sağ kürək sümüyünün, sağdan İİ qabırğanın və İİ-İİİ bel fəqərələrinin sağ yan çıxıntılarının sınıqları, sağ qulaq seyvanının və sağ gözün bayır bucağı nahiyəsinin yaraları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilirlər. “Məhkəmə-tibb ekspertizasının” 10 sentyabr 2022-ci il tarixli 1648 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində müəyyən edilmiş xəsarət – təpə nahiyyəsinin əzilmiş yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli, 2029/2022 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü X15 hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 258 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 320 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. 20 yanvar 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X2 idarə etdiyi VAZ-2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. “Cinayət təqibinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra öldüyündən onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış 25 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, X15 əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 21 saylı Evlər üçlüyündən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, X15 yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının AA0741837 nömrəli və AA2738548 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Gülay və xx.xx.2019-cu il təvəllüdlü Cahangir adlı iki azyaşlı uşağı var. Elektron Məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də mühafizəçi işləyir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda həmçinin qeyd edilir ki, “...VAZ-21074 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 6480 manat məbləğində maddi ziyan vurulmasına...” səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ittihamın həmin hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə iclası zamanı dövlət ittihamçısının vəsatəti əsasında Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs statusuna xitam verilmiş və o, şahid qismində dindirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263- 1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Belə olan halda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 17-ci bəndi nəzərə alınaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə verilən ittihamdan “...VAZ -21074 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 6480 manat məbləğində maddi ziyan vurulmasına...” hissəsi xaric olunmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 07 sentyabr 2022-ci il tarixdə saat təxminən 22:40 radələrində ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X17” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə edərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 28 May küçəsi ilə hərəkətdə olan zaman həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş, həmin vaxt əks istiqamətdən yüksək sürətlə gələrək onun hərəkət yoluna tərəf istiqamət almış sürücü X4 ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi VAZ-2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtopmobillə toqquşaraq həmin avtomobilin sürücüsünün baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına ənsə-təpə nahiyələrində qansızma, ənsə nahiyəsinin yarası, təpə-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, alt dodağın səthi yarası, sağ qulaq seyvanın cırılmış yarası, sol said, sol bazu nahiyələrinin sıyrıqları xəsarətlərindən ibarət olmaqla həyat üçün təhlükəli olan AĞİR dərəcəli bədən xəsarətləri almasına, həmin xəsarətlərdən açıq küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınmasına görə ölməsinə, həmin avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs2 ənsə və sağ təpə sümüklərinin sınıqları və subdural hematoma və subarxnoidal qanama ilə müşahidə olunan qapalı kəllə-beyin travması, sağ kürək sümüyünün, sağdan İİ qabırğanın və İİ-İİİ bel fəqərələrinin sağ yan çıxıntılarının sınıqları, sağ qulaq seyvanının və sağ gözün bayır bucağı nahiyəsinin yaraları xəsarətləri ilə nəticələnən və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər almasına, yəni yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını və ailədə daimi iş yeri olmaqla yeganə qazanc gətirən şəxs olmasını, həmçinin özünün də hadisə zamanı xəsarət almasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “X17” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “X17” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X17” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, ailədə daimi iş yeri olmaqla yeganə qazanc gətirən şəxs olmasını, davranışını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, habelə işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də məhkəmə qeyd olunanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, onu cəmiyyətdən təcrid etmədən, yəni onun cəza çəkmədən islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini daha məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalı, habelə davranışı üzərində nəzarət yaşadığı yer üzrə icra və probasiya qurumuna tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini də lazım bilir və təqsirləndirilən şəxsə təyin olunan əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma və məhkəmə zamanı keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.4, 198.1 və 198.3cü maddələrinə əsasən məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 384 (üç yüz səksən dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub X9, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan VAZ-2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 384 (üç yüz səksən dörd) manat pul Təqsirləndirilən şəxs tutulub X9, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut olan VAZ-2107 markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil və Opel Vectra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar