Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-173/2023 23.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə Şəhər Məhkəməsinin 1(125)- 252/2023 saylı 18 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrar yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 iyun 2021-ci il tarixdə saat 10 radələrində qohumu Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən mənzildə olan zaman Zərərçəkmiş şəxs1 məxsus çantanın içərisindən 1 ədəd 10 qram çəkidə 583 əyyarlı 700 manat dəyərində qızıldan olan boyunbağını gizli olaraq talayıb, ümumilikdə zərər çəkmiş şəxsə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,451 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən X5 yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofon bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,451 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 may 2022-ci il tarixdə, saat 15 radələrində qohumu Zərərçəkmiş şəxs1 məxsus ünvan 8 ünvanında yerləşən mənzilində olan zaman Zərərçəkmiş şəxs1 məxsus içərisində 1 ədəd 5 (beş) manat dəyərində ***-***-**-** saylı sim kart mobil nömrə olan 1 ədəd 600 (altı yüz) manat dəyərində “Redmi Mia 3” markalı mobil telefonu və 20 (iyirmi) manat nağd pulu gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxə 625 (altı yüz iyirmi beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 may 2022-ci il tarixdə, saat 19 radələrində qohumu Bayramova Nərminə Səyyaf qızına məxsus ünvan 8 ünvanında yerləşən mənzilində olan zaman Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 600 (altı yüz) manat dəyərində 6,5 qram çəkidə brilliant qaşlı qızıldan olan 583 əyyarlı üzüyü gizli olaraq talayıb, ümumilikdə zərərçəkmiş şəxsə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin iyun ayının əvvəllərində saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq, həyətə qanunsuz daxil olub oradan 1 ədəd 600 (altı yüz) manat dəyərində 12 kiloqram çəkidə 30 litr tutumlu mis materialdan olan su səhəngini və saxlanc yeri hesab edilən evin zirzəmisindən isə 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində 6 kiloqram çəkidə mis qazanın qapağını gizli olaraq talayıb, ümumilikdə zərər çəkmiş şəxsə 720 (yeddi yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs1 əvvəllər nişanlı olduğu Şahid4 anasıdır. Şahid4 ilə xx.xx.2022-ci il tarixdə nişanlanmışdır. 2021-ci ildən Şahid4 tanımış və aralarında sevgi münasibəti yaranmışdır. 2021-ci ilin yay aylarında Firuzə ilə telefonda danışan zaman pula ehtiyacı olduğunu bildirmişdir. Firuzə ona pul tapa biləcəyini demiş, səhərisi gün isə Firuzənin əvvəlki yaşadığı Gəncə şəhəri, Ruhulla Axundov küçəsində görüşmüş və Firuzə ona özünə məxsus 1 ədəd qızıl materialdan olan boyunbağını vermişdir. O, həmin boyunbağını 2021-ci ilin yay aylarında gününü dəqiq xatırlamadığı tarixdə Gəncə şəhəri, Vaqif küçəsində qızıl-zinət əşyaları alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə 230 manata satmış, əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 04 mart 2022-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən, X5 yanında olan avtobus dayanacağında olarkən orada yerdə olan 1 ədəd şəffaf rəngli sellofon torba diqqətini cəlb etmiş və həmin sellofon torbanı götürüb oradan bir qədər uzaqlaşaraq X5 yaxınlığında sellofon torbanın içərisinə baxanda içərisində 1 ədəd şəffaf rəngli sellofonda narkotik vasitə olan “kakos” kimi tanıdığı heroin olduğunu görmüşdür. Narkotik vasitə aludəçisi olduğu üçün həmin narkotik vasitə heroini götürüb cibinə qoyaraq istifadə etmək üçün üzərində saxlamışdır. Lakin həmin gün bir qədər keçmiş X6 yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşları olduqlarını bildirmiş və onun barəsində olan əməliyyataxtarış tədbirləri haqqında qərarla tanış edərək üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirirək onu Gəncə şəhər Baş Polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Baş Polis idarəsinin inzibati binasına aparmış, idarənin inzibati binasında xidməti iş otağında hüquqları izah olunmuş və hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaqdan ötrü müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin müdafiəçilərdən kimi istəyərsə seçə biləcəyini, əgər seçməkdə tərəddüd edərsə həmin gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyini ona izah etmişlər. O, təqdim olunmuş vəkillərin siyahısından X7 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Həmin müdafiəçi dəvət olunaraq ona təqdim edilmiş, müdafiəçisinə etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkilişlə müdafiəçisinin iştirakı ilə üzərinə axtarış keçirilməyə başlanmışdır. Axtarış zamanı üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməyini bildirmişlər. O, üzərində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən saxladığı 1 ədəd şəffaf rəngli sellofon torbada olan narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə axtarış keçirilsə də qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofon torbaya baxış keçirilən zaman içərisindən heroin aşkar edilmişdir. O, həmin narkotik vasitə olan heroini bir neçə dəqiqə əvvəl Gəncə şəhəri H.Əliyev prospektində yerləşən X5 yanında yerləşən avtobus dayanacağından tapdığını və həmin narkotik vasitəni istifadə etməkdən ötrü üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofon torbada olan narkotik vasitə olan heroin müdafiəçinin və digər iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və çəkisi sellofon torba ilə birlikdə 0,61 qram olmuşdur. Həmin içərisində narkotik vasitə olan heroin əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmış, sonra isə möhür ilə möhürlənərək üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Bundan başqa əvvəllər nişanlı olduğu Şahid4 ilə xx.xx.2022-ci il tarixdə nişanlandıqdan sonra o, tez-tez ünvan 7 ünvanına gedib gəlmişdir. Həmin evdə Firuzə anası Nərminə və qardaşı Hüseyn ilə birlikdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində nişanlısı Şahid4 anası Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadığı ünvan 7 ünvanına nişanlısı Firuzəni görmək üçün getmişdir. Evdə biraz nişanlısı Firuzə və anası Nərminə ilə oturub söhbət etdikdən sonra mənzildə eyvanın pəncərəsinin qarşısında olan nişanlısı Şahid4 anası Zərərçəkmiş şəxs1 məxsus ‘'Redmi MİA 3” markalı mobil telefon diqqətini cəlb etmiş və pula ehtiyacı olduğuna görə oğurlamağa qərar vermişdir. Heç kəsin onu görmədiyindən əmin olduqdan sonra həmin günü, yəni xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində nişanlısı Şahid4 anası Zərərçəkmiş şəxs1 məxsus olmaqla evin içərisindəki eyvanın yanındakı pəncərənin qarşısına qoyulmuş bir ədəd “Redmi MİA 3” mobil telefonu gizli şəkildə oğurlamışdır. Daha sonra oradan çıxaraq həmin günü oğurladığı mobil telefonu Gəncə şəhəri, Mərkəzi Univermağına aparıb orada telefon alqı-satqısı ilə məşğul olan əvvəlcədən tanıdığı Şahid5 aparıb yalandan özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını deyərək həmin şəxsə 140 manata satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində yenidən nişanlısı Şahid4 anası Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadığı ünvan 7 ünvanına nişanlısı Firuzəni görmək üçün getmişdir. Həmin vaxt evdə olan zaman kreslonun altında 1 ədəd qızıl üzük diqqətini cəlb etmişdir. Heç kəsin onu görmədiyindən əmin olduqdan sonra 1 ədəd qızıl üzüyü gizli şəkildə oğurlamış və daha sonra diqqət cəlb etməmək üçün nişanlısı Şahid4 anası Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadığı ünvan 8 ünvanında biraz oturduqdan sonra öz yaşadığı evə getmişdir. Oğurladıqdan iki-üç gün sonra həmin qızıl üzüyü Gəncə şəhəri, Vaqif küçəsində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə aparıb özünə məxsus qızıl olduğunu söyləyərək, 235 manata satmış və puluda öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa iş üzrə digər Zərərçəkmiş şəxs2 tanımaqla sonuncu ilə qonşudurlar. Belə ki, onların evinin həyəti ilə Zərərçəkmiş şəxs2 evinin həyəti arasında daşdan divar vardır. Zərərçəkmiş şəxs2 həyətində olan nar ağaclarının budaqları onların həyətə düşür. O, narın yetişməsini yoxlamaq üçün təxminən 2022-ci ilin iyun ayının əvvəllərində saat təxminən 20 radələrində yaşadığı evin həyətində olan tikilinin üzərinə çıxmış, həmin vaxt qonşuları Zərərçəkmiş şəxs2 evinin həyəti görünmüşdür. O, qonşuları Zərərçəkmiş şəxs2 evinin həyətinə baxan zaman həyətdə divara söykənmiş təkərlərin yanında bir ədəd su səhənginin olduğunu görmüş və həmin əşyanı oğurlamaq qərarına gəlmişdir.Həmin vaxt qonşuları Zərərçəkmiş şəxs2 həyətində heç kəs olmamışdır. O, hasardan aşıb qonşuları Zərərçəkmiş şəxs2 həyətinə düşmüş, həyətdə olan zaman 1 ədəd su səhəngini götürmüş, daha sonra evin zirzəməsinə düşmüş, həmin vaxt zirzəminin qapısının qarşısında kilidi açıq vəziyyətdə olmuş, qapının kilidinin açıq vəziyyətdə olmasından istifadə edərək zirzəmiyə daxil olmuş, oradan 1 ədəd qazan qapağını da oğurlamışdır. Daha sonra oğurladığı bir ədəd su səhəngini və bir ədəd qazan qapağını öz həyətlərinə atmışdır. Bundan sonra isə hasardan aşaraq öz həyətinə girmişdir. O, həyətlərinə keçdikdən sonra oğurladığı 1 ədəd su səhəngini və 1 ədəd qazan qapağını ailə üzvlərinin xəbəri olmamasından ötrü həyətlərində gizlətmiş və səhəri günü küçədə motosikletlə dəmir alan Fariz adlı şəxsi görüb ona özünə məxsus 1 ədəd su səhəngini və 1 ədəd qazan qapağını satmaq istədiyini bildirmiş, Fariz də onunla razılaşmışdır. O, Farizi yaşadığı evin yanına çağırmış və oğurladığı 1 ədəd su səhəngini və 1 ədəd qazan qapağını ümumilikdə 62 manata Farizə satmış və həmin pulu özünün ehtiyacı üçün xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və dəymiş zərəri ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və Gəncə şəhərində yerləşən “S buket" gül mağazasını icarə əsasında işlədərək ailəsini dolandırır. Əvvəllər qızı Şahid4 ilə Təqsirləndirilən şəxs arasında sevgi münasibəti olmuş və xx.xx.2022-ci il tarixdə qızı Şahid4 ilə Təqsirləndirilən şəxs nişanlanmışdır. Lakin Təqsirləndirilən şəxs həmin hadisədən təxminən 1 il əvvəldən tanımış və Elnur əvvəllər yaşadığı ünvan 10 ünvanına tez-tez gedib gəlmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhərinə toy məclisinə getmiş, həmin vaxt özünə məxsus olan 10 qram çəkidə boyunbağını boğazına asaraq özü ilə aparmışdır. xx.xx.2021-ci il tarixdə, saat 04 radələrində ünvan 12 ünvanında yerləşən evinə qayıtmışdır. Həmin vaxt özünə məxsus olan qızıllar çantasının içərisində olmuş və həmin gün içərisində qızıllar olan çantanı yataq otağına qoyub, işə getmişdir. xx.xx.2021-ci il tarixdə işdə olan zaman qızı Firuzəyə zəng edərək çantasının içərisində olan qızıllarını şkafa qoymasını bildirmişdir. Qızı ona 1 ədəd 10 qram çəkidə qızıldan olan boyunbağının çantanın içərisində olmadığını bildirmişdir. O, sonra yaşadığı evə gəlib baxan zaman həqiqətən çantasının içərisində digər qızıl-zinət əşyalarının yerində olduğunu, lakin 1 ədəd 10 qram çəkidə 690 manat dəyərində olan qızıl boyunbağının çantanın içərisində olmadığını müəyyən etmişdir. Həmin vaxt o, boyunbağını Bakı şəhərində itirdiyini zənn etmişdir. Sonradan evdə söhbət edən zaman qızı Firuzə ona xx.xx.2022-ci il tarixdə Elnurun onlara gəldiyini demişdir. Qızı Firuzə ilə Elnurun münasibəti olduğu üçün həmin vaxt şübhələnsə də, biruzə verməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə əvvəllər yaşadığı Gəncə şəhəri, Ruhulla Axundov küçəsi, 4cü dalan, ev 23 ünvanından ünvan 13lnur tez-tez onlara gəlib-getmişdir. Həmin vaxtlar özünə məxsus olan “Redmi Mia 3” markalı mobil telefonunu həmişə evdə qoyaraq işə getmiş, həmin telefon həmişə evdə olmuş və bundan əlavə də özünün başqa bir mobil telefonu olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında evə qayıdan zaman telefonunun evdə olmadığını görmüşdür. Bu zaman Elnur da onlarda olmuş, daha sonra o, gedib yatmış, səhər evi axtaran zaman telefonunu evdə tapmamışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə ona məxsus olan 1 ədəd qızıl üzüyünü rəfiqəsi Aytənə üzüyün qaşlarını saldırmaq üçün vermişdir. Bir neçə saat sonra rəfiqəsi Aytən üzüyün qaşını saldıraraq geri qayıtmışdır. Həmin vaxt işlədiyi Gəncə Otelin yanında yerləşən “S buket” mağazasında olmuş, Elnur da həmçinin yanında olmuşdur. X11 yanında həmin qızıl üzüyü ona vermiş və həmin üzüyü çantasına qoymuş, üzüyü çantasına qoyduğunu Elnur da görmüşdür. Bundan sonra Elnur ilə birlikdə yaşadığı ünvan 14 ünvanına qayıtmışdır. Evdə olan içərisində 1 ədəd qızıl üzük olan çantasını mətbəxdə olan soyuducunun üzərinə qoymuşdur. Hamama gedib çimib gəldikdən sonra Elnurun evdə olmadığını görmüş, qızı Firuzədən Elnurun haraya getməsini soruşmuş, qızı Elnurun işi olduğunu deyərək evdən getdiyini bildirmişdir. Bundan sonra dərhal baxanda çantasında olan qızıl üzüyün yerində olmadığını görüb həmin qızıl üzüyü də Elnurun oğurlamasından şübhələnmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin, 2-ci Polis Şöbəsinə gedib oğurluqlar barədə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyindən Elnurla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, ünvan 15 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2022-cı ilin təxminən iyun ayında yaşadığı M.F.Axundov küçəsi, ev 25V ünvanında yerləşən evinin zirzəməsinə baxan zaman ona məxsus olan bir ədəd 400 manat dəyərində 30 litr su tutumlu mis materiladan olan su səhənginin və bir ədəd 120 manat dəyərində 6 kiloqram çəkidə mis materialdan olan qazan qapağının olmadığını aşkar etmişdir. Həmin vaxt həmin əşyaların yerində olmamasına əhəmiyyət verməmiş və həmin əşyaları ailə üzvlərinin qonşulardan kiməsə işlətmək üçün verdiyini zənn etmişdir. Bundan sonra 03 iyul 2022-ci il tarixdə gəlinləri xəstələndiyi üçün onu Bakı şəhərinə müalicəyə aparmışlar. 09 iyul 2022-ci il tarixdə yaşadıqları ünvan 16 ünvanına qayıtmışlar. Evə qayıtdıqdan sonra evin zirzəməsinə baxan zaman ona məxsus olan bir ədəd 400 manat dəyərində 30 litr su tutumlu mis materiladan olan su səhənginin və bir ədəd 120 manat dəyərində 6 kiloqram çəkidə mis materialdan olan qazan qapağının olmadığını yenidən aşkar edib evin hər yerini bir neçə gün axtarmış, lakin həmin əşyaları tapa bilməmişdir. Bundan sonra ailə üzvlərinə bu barədə məlumat vermişdir. Həmin əşyaları heç kəsə vermədiyini demişlər. Daha sonra məlum olmuşdur ki, yaşadığı ünvan 16 ünvanında yerləşən evinin zirzəməsindən bir ədəd 400 manat dəyərində 30 litr su tutumlu mis materiladan olan su səhəngi və bir ədəd 120 manat dəyərində 6 kiloqram çəkidə mis materialdan olan qazan qapağı oğurlanmışdır. Buna görə də o, ərizə ilə polisə müraciət etmişdir. Məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Gəncə şəhəri, Mərkəzi Univermaqda təzə və işlənmiş telefonların alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır, belə ki, Elnuru əsgərlik yoldaşı Nihan vasitəsilə tanımışdır. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs işlədiyi Gəncə şəhərində yerləşən Mərkəzi Univermağa gələrək pula ehtiyacı olduğuna görə özünə məxsus “Redmi MİA 3” markalı mobil telefonunu satmaq istədiyini bildirmişdir. O, Elnurdan satmaq istədiyi “Redmi MİA 3” markalı mobil telefonun kimə məxsus olmasını soruşmuş, Elnur ona həmin telefonun ailə üzvlərinə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs ona həmin “Redmi Mia 3” markalı mobil telefonu 160 manata satdığını bildirmiş o, isə Elnura həmin telefonu 140 manat qiymətə satsa ala biləcəyini bildirmişdir. Elnur onunla razılaşmış və o, Elnura 140 manat pul verərək, telefonu almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini alaraq öz dəftərində qeyd etmişdir. Daha sonra həmin “Redmi MİA 3” markalı mobil telefonu işlədiyi Gəncə şəhərində Mərkəzi Univermaqda vitrinə qoyaraq satışa çıxarmış, lakin həmin telefonu satılmadığı üçün sonradan könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmə baxışı zamanı Şahid6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ildən Gəncə şəhəri, Nizami prospektində yerləşən icarə əsasında işlətdiyi ticarət obyektində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. 2021-ci ilin yay aylarında adı sonradan ona məlum olan Elnur adlı şəxs icarə əsasında işlətdiyi qızıl alqı-satqısı mağazasına gələrək 1 ədəd özünəməxsus boyunbağını satdığını bildirmişdir. O, Elnurdan satmaq istədiyi boyunbağının kimə məxsus olmasını soruşmuş, Elnur ona həmin boyunbağının ailə üzvlərinə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs ona təqdim etdiyi boyunbağını tərəzinin üzərinə qoymuş, üzərindən uzun müddət keçdiyinə görə həmin boyunbağının çəkisini xatırlamadığı üçün Təqsirləndirilən şəxs nə qədər pul verdiyini xatırlamamışdır. Daha sonra həmin boyunbağını vitrinə qoyaraq tanımadığı şəxsə satmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi qızıl alqı-satqısı mağazasına gələrək bir ədəd qızıl üzüyü satdığını ona bildirmişdir. O, həmin üzüyü tərəziyə qoyaraq həmin vaxt qızılın qramı neçəyədirsə, həmin pulu, yəni 235 manat pul verərək qızıl üzüyü ondan almışdır. Üzərindən iki-üç gün keçdikdən sonra həmin üzüyü də vitrinə qoyaraq tanımadığı şəxsə satmışdır. Məhkəmə baxışı zamanı Şahid1 Vaqif oğlu məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus "Muravey” markalı motosiklet ilə dəmir yığıb metal qəbul sexlərinə təhvil verir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təxminən 2022-ci ilin iyun ayının əvvəllərində idarə etdiyi motosikletlə Gəncə şəhəri, M.F.Axundov küçəsində sakinlərdən metal almağa getmişdir. Həmin vaxt küçədə özünü Elnur kimi təqdim edən şəxs ona satdıq metal olduğunu bildirmişdir. O da bundan sonra idarə etdiyi motosikleti Elnurun yaşadığı evin qarşısına sürmüşdür. Həmin vaxt Elnur həyətdə bir ədəd su səhəngini və bir ədəd mis qazan qapağını çıxardıb ona vermişdir. O, həmin su səhəngini və mis qazan qapağını tərəzidə çəkmiş və ona 62 manat pul vermişdir. O, Elnurdan həmin əşyaları haradan almasını soruşduqda Elnur ona özlərinə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Elnurdan aldığı mis qazan qapağını tanımadığı şəxsə satmış, lakin su səhəngi özündə olduğu üçün onu könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmə baxışı zamanı Şahid4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ildən artıq müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs ilə xx.xx.2022-ci il tarixdə nişanlanmışlar. Elnur əvvəllər yaşadığı ünvan 10 ünvanına tez-tez gedib gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində anası Zərərçəkmiş şəxs1 evdən çıxaraq işə getmiş, təxminən 10-15 dəqiqə sonra, yəni xx.xx.2021-ci il tarixdə saat 10:20 radələrində yaşadığı evdən çıxaraq zibil atmaq üçün küçəyə çıxmışdır. Bu zaman Elnur da küçədə olmuş, Elnur ilə aralarında problem olduğuna görə aldığı üzüyü özünə qaytaracağını bildirmişdir. Elnur həmin vaxt birlikdə yaşadığı ünvan 17 ünvanının qarşısında dayanmış, qonşuların görməməsi üçün Elnura evin içərisinə gəlməsini bildirmişdir. Bu zaman Elnur içəriyə daxil olaraq evdə oturmuş, o da öz yataq otağına keçərək şkafın başında Elnurun ona aldığı ətirləri və üzüyü götürmüş və Elnura vermişdir. O, üzüyü və ətirləri yataq otağından götürən zaman Elnur otaqda tək olmuş və evdə heç kəs olmamışdır. Daha sonra Elnur çıxıb getmişdir. Bundan təxminən 1 saat sonra anası Zərərçəkmiş şəxs1 zəng edərək çantasının içərisində olan qızıllarını şkafa qoymağını bildirmişdir. O, həmin vaxt anasına 1 ədəd 10 qram çəkidə qızıldan olan boyunbağının çantanın içərisində olmadığını bildirmişdir. Daha sonra anası “Whatsapp” sosial şəbəkəsi vasitəsilə görüntülü yığan zaman həqiqətən çantasının içərisində digər qızıl-zinət əşyalarının yerində olduğunu, lakin 1 ədəd 10 qram çəkidə qızıl boyunbağının çantanın içərisində olmadığını müəyyən etmişlər. Həmin vaxt o, boyunbağını anasının Bakı şəhərində itirdiyini zənn etmişdir. Lakin sonradan Elnurun həmin boyunbağını oğurladığı ona məlum olmuşdur. Təqsirləndirilən şəxs yalan danışdığını, onun həmin boyunbağını Elnura vermədiyini və Elnurun onu oğurladığını bildirmişdir. Bundan başqa nişanlı olduqları vaxtlar Elnur onların evinə gəlib-gedən zaman həmçinin onların evindən ayrı-ayrı vaxtlarda anasına məxsus bir ədəd “Redmi” markalı mobil telefon və 1 ədəd qızıl üzük də oğurlayıb aparmışdır. Əvvəllər anası münasibətləri pozulmasın deyə Elnurun oğurluqları barədə polisə şikayət etməmiş, lakin sonradan məcbur olub bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə işlədiyi polis bölməsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edib üzərində saxlamasında və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin X3 əməliyyat müvəkkili, Şahid3 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən X5 yaxınlığında olmasını müəyyən etmiş və o, tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları olduğunu deyərək qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu bildirib Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə getmiş, idarənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin müdafiəçilərdən kimi istəyərsə seçə biləcəyini, təqdim olunmuş vəkillərin siyahısından X7 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X9 dəvət olunaraq təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofon torbanı təqdim etmişdir. Həmin sellofon torbanın içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütləni həmin günü X5 yanından işıq dirəyinin yanından yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğunu və şəxsi istifasindən ötrü üzərində saxladığını və həmin kütləni heç kəsdən almadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngdə sellofon torbada olan ilk baxışdan heroinə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin sellofon torba ilə birlikdə ümumilikdə çəkisi 0,61 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə sellofon torba ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Şahid3 məhkəməyə Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7447 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, müvafiq aparılmış tədqiqat nəticəsində Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında, alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla və təqdim edilməyən, qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq qərarda göstərilən tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir. - 1 ədəd 64 GB daxili yaddaşlı, iki kartlı, “Redmi MİA 3” markalı mobil telefonun qiyməti -140 manat - 1 ədəd 30 litr tutumlu mis materialdan olan 12 kiloqram çəkidə su səhənginin qiyməti -600 manat - 1 ədəd 10 qram çəkidə 583 əyyarlı qızıl boyunbağının qiyməti -700 manat - 1 ədəd ***-***-**-** saylı mobil nömrənin qiyməti - 4,0 manat - 1 ədəd 6,5 qram çəkidə 583 əyyarlı brilliant qaşlı qızıl üzüyün qiyməti -520 manat - 1 ədəd mis materialdan olan 6 kiloqram çəkidə mis qazan qapağının qiyməti -100 manat Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin may-iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 740.00 manat müəyyən edilmişdir. Tədqiqata təqdim edilməyən, qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrliyinə uyğun olaraq qərarda göstərilən tarixlərə olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1324.00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 05 mart 2022-ci il tarixli, 16/268 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözlər və imzaları olan kağız paketdəki bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,451 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in 1-ci siyahısının İ bəndinə daxildir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 1272 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 1386 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 884 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şahid5 götürülmüş 1 ədəd “Redmi MİA 3” markalı mobil telefon və Şahid1 götürülmüş 1 ədəd mis materialdan olan su səhəngi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslərə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra ümumi təmiz çəkisi 0,431 qram təşkil edən heroin də maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-yə məsul saxlanca verilmişdir. xx.xx.2022-ci ıl tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin qeydə alındığı bir ədəd "DVD” diski də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 18 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5 və 7-ci bəndlərinə əsasən cəzasının çəkilməmiş qalan hissəsindən azad edilib və üzərindən məhkumluq götürülmüşdür. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 1(044)- 167/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ilə təqsirli bilinib və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilmiş və o, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Gəncə Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli, 1(125)-252/2023 saylı hökmündən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 79/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-252/2023 saylı, 18 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan azadlığın məhdudlaşdırılması cəzasını bugünə qədər ümumiyyətlə çəkməmişdir. xx.xx.2022-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi barədə” protokolundan görünür ki, Şahid5 istintaqa təqdim etdiyi 1 ədəd “Redmi Mia 3” markalı mobil telefon Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 həmin mobil telefonu tanımışdır. “Şübhəli şəxsin tutulması haqqında” protokollardan və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdən 06 mart 2022ci il tarixədək 02 (iki) gün, 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək 02 (iki) gün, 07 avqust 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixədək 02 (iki) gün olmaqla cəmi 06 (altı) gün müddətində hazırda bir icraatda birləşdirilmiş cinayət işləri üzrə şübhəli şəxs qismində tutulmuş və sonuncu dəfə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək, o, həbsdən azad edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2021-ci il tarixdə saat 10 radələrində keçmiş qohumu Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən mənzildən bir ədəd qızıl boyunbağını oğurlamadığını bildirsədə məhkəmə təqsirləndirilən şəxsin həmin hissədə ifadəsini toplanmış mötəbər sübutlarla təkzib edildiyindən özünü müdafiə xarekterli ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına görə narkotik vasitə olan heroinin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, özünü qismən təqsirli bilməsini və vurulmuş zərəri ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlğın məhdudlşadırılması cəzasına məhkum edilsə də, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi yaranmır. Həmçinin Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilmiş və o, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa müəyyən edilmişdir ki, hazırki iş üzrə cinayət əməlləri törədildikdən sonra təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)- 252/2023 saylı 18 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda həmin cəzasını çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)- 252/2023 saylı 18 may 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 (üç) il hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdən 06 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, 07 avqust 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün olmaqla, cəmi 06 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edillərək dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli, hazırki iş üzrə hökm çıxarılan vaxtdan, yəni 23 iyun 2023-cü il tarixdən hesablanmalı, ondan 82,40 (səksən iki manat qırx qəpik) ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroinin qalıq çəkisi 0,431 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübutlar Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut olan bir ədəd Redmi MİA 3 markalı mobil telefon və bir ədəd mis materialdan olan su səhənginin sahibləri – zərərçəkmiş şəxslərdə saxlanılması nəzərə alınmaldır. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 (otuz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-252/2023 saylı 18 may 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 (üç) il hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdən 06 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, 07 avqust 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün olmaqla cəmi 06 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroinin qalıq çəkisi 0,431 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd Redmi MİA 3 markalı mobil telefon və bir ədəd mis materialdan olan su səhənginin sahibləri – zərərçəkmiş şəxslərdə saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 82,40 (səksən iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (yüz səksən) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-173/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-173/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver