Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-173/2025 14.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Umud oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə gecə saat 23 radələrində yaşayan Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, H.Əliyev prospekti 2-ci döngə ev 13-də arvadı Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruqla qəsdən vuraraq ona – sol qulaq arxası nahiyənin yarası, sol kürək üstü, boyun və sağ dirsək nahiyyələrinin qançırları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 2008-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi qaydada ailə həyatı qurmuş və birgə nikahdan bir övladları anadan olmuşdur. Sözügdən hadisə baş verən gün yəni -xx.xx.2025-ci il tarixdə yaşadığı evdə olarkən Ayşədən qızlarının harada olmasını soruşmuş və sonuncunun ona yüksək səslə cavab verməsindən əsəbiləşərək yataq otağında yumruqla Ayşənin sol qulaq nahiyyəsinə qəsdən vurmuş, ondan sonra Ayşə kənara çəkilmiş və DİN-nin 102 zəng xidmətinə bu barədə məlumat vermişdir. Hadisə zamanı evdə onlardan başqa yalnız atası olmuşdur və mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 2008-ci ildə Təqsirləndirilən şəxsla rəsmi qaydada ailə həyatı qurmuş və birgə nikahdan bir az yaşlı övladları var. Əvvəllər də məişət zəmnində aralarında narazılıq olmuşdur. xx.xx.2025-ci il tarixdə təxminən saat 22 radələrində Kamran ondan qızı Aynişanı soruşmuş, o, da Kamrana konsertdə olmasını bildirsə də, sonuncu qızlarının evə çağırmasını demişdir. Bundan sonra onun ünvanına nalayiq sözlər demiş, o, da yataq otağına getmişdir ki, Kamran sakitləşsin, bu zaman Kamran onun arxası ilə yataq otağına gəlmiş, yenə də onu nalayiq sözlərlə təhqir etmiş, yumruq zərbələri ilə qəsdən sol qulaq nahiyəsindən və bədəninin müxtəlif yerlərinə vuraraq onu döymüşdür. Buna görə də onunla eyni evdə yaşayan və həmin vaxt evdə olan qayınatasını səsləmiş, sonra qayınatasının otağına keçmiş, həmin vaxt qayınatası Nizami onları aralamışdır. Sonra o da DİN-nin 102 zəng xidmətinə zəng vurub döyülməsi barədə məlumat vermiş və Gəncə şəhər 1-ci polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Kamranla onun arasında mübahisə dava-dalaş yaşadığı evdə olmuş, həmin vaxt evdə onlardan başqa qayınatası Nizami olmuşdur. Hazırda bu iş üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid kimi ifadə verən Şahid ifadəsində bildirdi ki, oğlu Kamranla gəlini Ayşə arasında mübahisə yaşadıqları evdə xx.xx.2025-ci il tarixdə axşam saat 22 radələrində olmuşdur. Kamran Ayşədən qızlarının harada olmasını soruşmuş və bundan sonra onların arasında mübahisə baş vermişdir. Kamranın Ayşəni vurmasını bir başa görməsə də, Ayşə onun otağına gələrək Kamranın onu vurmasını demiş və hadisə barədə DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, oğlu Kamran və gəlini Ayşə arasında əvəllərdə belə mübahisə olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş zərər ödənilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş zərəri tam ödəmiş və barəsində olan cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 xx.xx.2025-ci il tarixli 457 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol qulaq arxası nahiyənin yarası, sol kürək üstü, boyun və sağ dirsək nahiyələrinin qançırları - KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1996-cı ildə Azərbaycan Respublikası CM-nin 94 mad 2, 15-94 mad 2.4, 207 mad 3; 38 maddələri ilə məhkum olunmuş, 13 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış sübutların məcmusu ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər azad edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(125)-173/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-173/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver