Məhkəmə qərarları › İş №1(125)-174/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-174/2022

31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-174/2022 31.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə xx.xx.2021-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda xx.xx.2021-ci il tarixdə saat 00:00 radələrindən 21:00 radələrinədək yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 küçəsi 30, ünvan 2i küçəsi 1, Gəncə şəhəri Rüfət mebel, Gəncə şəhəri Zülfü Hacıyev küçəsi, X14 Stansiyası, Gəncə şəhəri Üzəyir Hacıbəyov küçəsi 64 ünvanlarında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 00 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 06 radələrindən 21 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 06 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12, Gəncə şəhəri Zülfü Hacıyev küçəsi ünvanlarında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 02 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 07 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 04 radələrindən 22 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12, Sərkar kəndi Tbilisi küçəsi 1 ünvanlarında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 03 radələrindən 00 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 04 radələrindən 21 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan aşqa xx.xx.2021-ci il tarixdə saat 02 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrindək olan müddət ərzində yaşadığı ünvan 13 ünvanını tərk edib Gəncə şəhəri X13 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 04 radələrindən 22 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 00 radələrindən 00 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 05 radələrindən 21 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 08 radələrindən 18 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanlarında olmaqla, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 19 ünvanında anası X7 ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 2021-cı ilin noyabr ayının 29-30 tarixlərində özündə bir az narahatçılıq hiss etmiş, “Covid-19” pandemiyasına yoluxmağından şübhələndiyi üçün 03 dekabr 2021-ci il tarixdə özü Gəncə şəhər A.Səhhət adına xəstəxanaya getmiş, orada burunundan yaxma götürülməklə analiz vermişdir. O, analizi verəndən sonra xx.xx.2021-ci il tarixdə istifadə etdiyi ***-***-**-** mobil nömrəyə “Covid 19” virusuna yoluxması ilə bağlı SMS gəlmişdir. Həmçinin həmin mesajda 14 gün müddətinə yaşadığı evi tərk etməməyi barədə bildiriş də gəlmişdir. Orada bildirilmişdir ki, yaşadığınız evi həmin müddət ərzində tərk etsəz, sizə cinayət işi qaldırılacaqdır. Bundan sonra ona 2-3 dəfə Poliklinikadan, yəni, Gəncə şəhəri Dəmiyol Vağzalının alt hisəsində yerləşən Poliklinikadan ona adını unutduğu qadın həkimi zəng vuraraq onun stasionar şəraitdə müalicəyə ehtiyacı olmadığını bildirmişdir. Poliklinikada ona paketdə bir neçə dərman və vitaminlər göndərilmişdir. Ona ümumi hamının xəstə olan zaman istifadə etdikləri müəyyən sistem qoyulmuş, özü müəyyən dərmanlar alıb içmişdir. Həkim onunla bir neçə dəfə əlaqə saxlayıb vəziyyətini öyrənmiş, həmçinin ev şəraitində qapalı vəziyyətdə müalicə almağını, yaşadığı evi tərk etməməyini demişdir. O, 10 gün ərzində yaşadığı evi tərk etməmişdir. Daha sonra ona dərman, spirt, maska və əlcək lazım olduğu aptekə getmək qərarına gəlmişdir. Evdə tək yaşlı anası yaşadığıüçün o həmin dərman ləvazimatlarını almaq üçün 16.12 2021-ci il tarixdə saat 17 radələrində piyada yaşadığı evdən təxminən bir kilometr aralıda Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində Savxoz Nizami adlanan dairənin yaxınlığında yerləşən “Zeytun” aptekə gemiş, burun dərmanı, əlcək, maska alaraq yaşadığı evə qayıtmışdır. O, Azərbaycan küçəsi ilə yaşadığı evə gələn zaman Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin CAŞ-nın 2 nəfər əməkdaşının onların yaşadığı evin yaxınlığında, təxminən 5- 10 metrlik məsafəsində onu gözləmişdirlər. O polis əməkdaşlarına özü yaxınlaşmış, həmin polis əməkdaşları ağ rəngli izolyasiya olunmuş formada ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. O. həmin vaxt polis əməkdaşlarına dərman, maska, və əlcək almaq üçün məcburiyyət qarşısında qalıb yaşadığı evdən çıxıb apktekə getməli olduğunu bildirmişdir. Polis əməkdaşları onu sorğu-sual edib bir daha evi tərk etməməyini bildirərək, ona yaşadığı evi tərk etməyi ilə digər şəxsləri də yoluxdura biləcəyi barədə xəbərdarlıq etmişdirlər. Daha sonra o, yaşadığı evə getmişdir. xx.xx.2021-ci il tarixinə kimi yaşadığı evi tərk etməmişdir. xx.xx.2021-ci il tarixdə onun istifadəsində olan mobil nömrəyəsağalmağı, yaşadığı evi tərk etməyinin mümkünlüyü barədə mesaj gəlmişdir. O da həmin günü yaşadığı evi tərk etmişdir. O, xx.xx.2021-ci il tarixdən “Covid-19” virusuna yoluxduğunu öyrənmiş, xəstə olan zaman işləyə bilməmiş və müalicəsi üçün pul lazım olduğundan xx.xx.2021-ci il tarixdə yaşadığı evi tərk edərək borc pul tapmaq üçün bir neçə tanışına müraciət etmək üçün yaşadığı evi tərk etmiş, bundan başqa anası Nərgiz yaşlı olduğundan dərman ehtiyaclarını qarşılamaq üçün aptekə özü getmiş, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində dərman preparatları qurtardığı o yaşadığı evin yaxınlığında yerləşən Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən aptekə dərman almaq üçün yaşadığı evi tərk edərək getmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkədə yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə nəzarət həyata keçirir. Bununla bağlı X8 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmışşəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Bundan əlavə Gəncə şəhər Gigiyena və X1 şəhəri ərazisində “Covid-19” virusuna yoluxmuşşəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünütəcrid qaydalarına əməl etmələrinə nəzarət etmək məqsədilə həmin şəxslərin siyahısı Gəncə şəhər Baş Polis İdarəsinə, oradan da ərazi aidiyyəti üzrə rayon polis idarələrinə göndərilir. Bundan əlavə qeyd olunan qaydaların təmini məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarının” siyahısı göndərilir. Həmin siyahıya uyğun olaraq müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən barəsində karantin rejimi tətbiq edilərək evdə özünütəcrid qaydalarına əməl etməli olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq yaşadığı evi tərk edərək, Gəncə şəhəri ərazisində hərəkətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində o Gəncə şəhər Kəpəz RPİnin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana getmişlər. Onlar həmin evin qarşısında olan zaman Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına doğru gəldiyini görmüşlər. Həmin vaxt onlar izaolyasiya geyim formasında Təqsirləndirilən şəxs yaxınlaşaraq, yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olmasını, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılmasıüçün real təhlükə yaratdığını bildirərək, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq etmişlər. Bundan sonra həmin şəxsin yaşadığı mənzilə qayıtması təmin edilmişdir. Daha sonra həmin faktla bağlı raportla məruzə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, o, ünvan 20 ünvanında yaşayır. ünvan 21asca terapevtdir. Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bundan əlavə TƏBİB tərəfindən ev şəraitində müalicə olunmalı olan koronavirus xəstələri üçün dərman paketi verilmişdir. Həmin dərman paketinin içərisində “Vitamin C”, “Maqnezium”, “Sink”, “L-selenometionin”, “Vitamin D3” və “Parasetamol” dəman preparatları yerləşir. Həmin xəstəliyin yayılma dövrü 14 gündür. Əldə etdiyimiz tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən bizə daxil olmuş məlumata əsasən poliklinikanın ərazısındə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. xx.xx.2021-ci il tarixdə həmin şəxsin adına ambulator xəstənin tibbi kartası açılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə onun istifadəsində olan "***-***-**-**” saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstənin ilkin olaraq səhhəti ilə maraqlanmışdır. Daha sonra 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün Təqsirləndirilən şəxs səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar.Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “Covid-19” virusu aşkar edilmiş, həmin tarixdən onun karantin müddəti başlamış və karantin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Koronavirus xəstəsi 14 gün ərzində yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Hal-hazırkı hadisə üzrə də Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməməli və müalicə almalı idi. Onun xx.xx.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməsi koronavirus xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 27 dekabr 2021-ci il tarixli 10304 nömrəli məktubundan görünür ki, COVİD-19 Milli Məlumat bazasında ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs Covid 19 infeksiyasına görə müayinəsinin nəticəsinin xx.xx.2021-ci il tarixdə pozitiv olduğu müəyyən edilmiş, müşahidənin başlanma tarixi xx.xx.2021-ci il, müşahidənin bitmə tarixi xx.xx.2021-ci ildir. Məhkəmə iclasında video-görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanını dərman almaq üçün tərk etmiş və yaşadığı həmin ünvana qayıdan zaman Kəpəz RPİ-nin CAŞ-in əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra xüsusi geyimdə olan bir nəfər polis əməkdaşı onunla məsafə saxlayaraq COVİD-19 xəstəsi olmasına baxmayaraq yaşadığı evi tərk etdiyinə görə onu saxladıqlarını və onun törətdiyi əməlin qanunsuz olduğunu izah etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək COVİD-19 infeksiyasının yayılması təhlükəsini yaratdığını xatırladaraq onu xəbərdar edirlər. Sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə yaşadığı ünvana yola salınır. Təqsirləndirilən şəxs hər hansı şəxslə ünsiyyətdə olması müəyyən edilmədi. Məhkəmə iclasında bir ədəd CD diskə qeyd olunmuş telefon anten məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 00 radələrindən 21 radələrinədək yaşadığı ünvan 23 ünvanını tərk edib Gəncə şəhəri X12 küçəsi 30, ünvan 24si küçəsi 1, Gəncə şəhəri Rüfət mebel, Gəncə şəhəri Zülfü Hacıyev küçəsi, X14 Stansiyası, Gəncə şəhəri Üzəyir Hacıbəyov küçəsi 64 ünvanlarında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 00 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 25 ünvanını tərk edib Gəncə şəhəri, X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 06 radələrindən 21 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 06 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 27 ünvanını tərk edib Gəncə şəhəri X12, Gəncə şəhəriZülfü Hacıyev küçəsi ünvanlarında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 02 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 07 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 19 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 04 radələrindən 22 radələrindək olan müddət əzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12, Sərkar kəndi, Tbilisi küçəsi 1 ünvanlarında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 03 radələrindən 00 radələrindək oan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 04 radələrindən 21 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 02 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 04 radələrindən 22 iüdələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 00 radələrindən 00 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 05 radələrindən 21 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 08radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri X12 ünvanında olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 iyun 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, baxış zamanı Şahid3 təqdim etdiyi 1 ədəd “Ambulator tibbi kitabça”nın 1-ci vərəqindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərində görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Covd-19” test nəticəsi pozitiv olduğundan xəstə müşahidəyə götürülərək müalicə təyin olunmuşdur. Təqsirləndirilən şəxs ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ilk günlər özünü halsız hiss etmiş, iybilmə və dadbilməsi itmiş, növbəti günlərdə isə deməsinə görə özünü yaxşı hiss etmiş, müalicəsi davam etmiş, xx.xx.2021-ci il tarixdə isə karantin müddəti bitdiyi üçün sərbəst hərəkət edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 28/9 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli 3944 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Kəpəz rayon İHB Şıxzamanlı qəsəbəsi İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində bugünə kimi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının Şıxzamanlı QİƏD üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs atası X4 “Milli Ordu-100” medalı, “Böyük Zəfər” xatirə medalı, “Müharibə veteranı” medalları ilə təltif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş anten məlumatlarının olduğu bir ədəd “DVD” disk və Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş cinayət hadisələrinin görüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir və onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və atası X3 İ Qarabağ müharibəsinin veteranı olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın icrası ilk növbədə onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırmış olar. Çünki, himayəsində yaşlı anası vardır. Evin tək dolanacaq mənbəyi də odur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi cəzanın məqsədlərini təmin edə bilər və o, cəzasını şərti çəkərək islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19- cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş anten məlumatlarının olduğu bir ədəd “DVD” disk və Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş cinayət hadisələrinin görüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 09 (doqquz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş anten məlumatlarının olduğu bir ədəd “DVD” disk və Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş cinayət hadisələrinin görüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 54 (əlli dörd) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar