Məhkəmə qərarları › İş №1(125)-174/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-174/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-174/2023 05.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X10, zərərçəkmiş şəxsin hüquqi varisi X11, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs, 14 iyul 2022-ci il tarixdə saat 23 radələrində baş vermiş davadalaş zamanı hadisə yerində olan və xəsarət almış qayınanası Şahid1 xəstəxanaya aparmaq üçün ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi VAZ-2107 markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə yaxınlaşan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməklə, yaşayış sahəsində avtomobili idarə etmək qaydalarına riayət etməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirib onunla mübahisə edib dalaşan şəxslərin toplaşdığı yerə yüksək sürətlə avtomobili sürmüş, həmin vaxt yaşadığı evin darvazasının qarşısında dayanmış piyada X12 vuraraq ona başın yumşaq toxumalarına, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma, sağ təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, döş qəfəsinin sol tərəfində İİ-X qabırğaların körpücük xətt üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol bazu və hər iki baldır sümüklərinin sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın, burun, sağ baldır, sağ diz nahiyələrinin sıyrıqları, sol bud nahiyəsinin əzilmiş yarası, bel nahiyəsinin hematoması xəsarətləri ilə nəticələnən və həyati olmaqla sağlamlığa AĞİR zərər vuran xəsarətlər almasına, aldığı xəsarətlərdən qapalı küt kəlləbeyin travması nəticəsində baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınmasına görə ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin 4-cü bəndinin tələblərini pozaraq, yəni hadisə barəsində müvafiq orqanlara xəbər verməli və xəsarət alana yardım göstərməli olduğu halda bunları etməyərək hadisə yerində zərərçəkmiş şəxs X8 qayğısına qalmamış və zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etməyərək onu həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə qoyaraq hadisə yerindən yayınmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə Gəncə şəhər sakini Şahid2 ilə ailə qurmuş lakin onların rəsmi nikahı olmamışdır. Qaynanası Şahid1 ünvan 2 ünvanda yaşadığından o, həyat yoldaşı Şahid2 ilə əvvəllər ünvan 3 ünvanında son vaxtlar isə qaynanasına məxsus evdə yaşamışdır. Şahid1 qonşuluğunda Şahid10 adlı qonşusu yaşayır. Şahid10 kürəkəni Röyalın həyat yoldaşı Rəqsanə hadisədən iki-üç ay əvvəldən başlayaraq qaynanası Səlminazın yaşadığı evə gəlib getmişdir. Lakin onun əri Röyal arvadını çox qısqandığı üçün onun qaynanasının yaşadığı evə gəlməsini istəməmişdir. Buna görə də Röyal bir neçə dəfə onun arvadı İlhaməyə kobud formada onların yaxşı insanlar olmadığını və arvadı Rəqsanəyə bundan sonra onlar yaşadığı evə gəlməyi qadağan etdiyini bildirmişdir. Hadisədən təxminən bir ay əvvəl Röyal onun yaşadığı evin yanından keçdiyi zaman təkrarən bu məsələyə görə arvadını ağır söyüşlərlə təhqir etmişdir. Həmin günün axşamı İlhamə bu barədə ona dedikdə o buna çox əsəbləşmış və dərhal Röyalgilin yaşadığı evə getmişdir. Ona nəyə görə arvadını söyüb təhqir etməsini soruşduqda Röyal ona yaxşı etdiyini demiş və kənar yerdə söhbət etməyi bildirmişdir. Bundan sonra onlar ayrı-ayrılıqda Gəncə şəhəri Yeni Gəncə qəsəbəsinə yerləşən 2 nömrəli tam orta məktəbin yaxınlığına getmişlər. O orada təkrarən Röyala arvadını nəyə görə söyüb təhqir etməsinin səbəbini soruşduqda Röyal yenə də yaxşı etdiyini bildirmişdir. Həmin yerdə o Röyalın sifət nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra Röyal onunla bacara bilməyəcəyini qardaşını gətirib onunla təkrar söhbət edib məsələyə aydınlıq gətirəcəyini bildirmiş və idarə etdiyi “VAZ 2106” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobilə əyləşib getmişdir. Röyal getdikdən təxminən 20 dəqiqə sonra arvadı İlhamə ona zəng edərək “özünü çatdır evə Röyal bizim evə girib əlində bıçaqla məni söyüb təhqir edərək öldürəcəyini deyir” söyləmişdir. O, bu xəbəri eşitdikdən sonra dərhal yaşadığı evə yollanmış lakin evdə Röyalı tapa bilməmiş və Röyalgilin yaşadığı evə gedib qapını möhkəm döyüb Röyala “çıx çölə” demişdir. Lakin Röyal səsini çıxartmayaraq ona cavab verməmişdir. Bundan sonra əsəbi olduğu üçün həmin vaxt Röyalın yaşadıqları evin qabağında olan daşla Röyalın idarə etdiyi “VAZ 2106” markalı avtomobilin ön şüşələrini qırmışdır. Lakin buna baxmayaraq Röyal yaşadığı evdən çölə çıxmamışdır. Daha sonra o yaşadığı evə qayıdıb Röyalın evdən çölə çıxmasını gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra Röyal yaşadığı evdən qayınları Elçin və Tağı ilə birlikdə çıxaraq yanına gəlmişlər. Həmin vaxt Elçin və Tağının əlində bıçaq Röyalın əlində isə dəmir boru olmuşdur. Onlar Orxana yaxınlaşan zaman o yerdən daş götürmüş lakin onlara atmamışdır. Orxan onların çox olduğunu gördükdə daşı əlindən yerə tullayıb idarə etdiyi “VAZ 2107” markalı avtomobilə əyləşmiş və avtomobili idarə edərək bibisi Zenfiranın evinə getmişdir. Belə ki, əvvəlcədən Orxan Röyalın onun arvadına nəsə edəcəyindən ehtiyat etdiyi üçün onu bibisi Zemfiranın evinə aparmışdır. Həmin günün axşamı arvadı İlhamə ilə birlikdə yaşadığı evə gəlmişdir. Bundan qısa müddət sonra Gəncə 2 saylı Polis Şöbəsinin tanımadığı əməkdaşları yaşadığı evə gəlmiş və Röyalın arvadı Rəqsanənin Röyalın avtomobilin ön şüşələrini sındırdığı üçün barəsində şikayət etdiyini bildirmişlər. Bundan sonra onu Kəpəz rayon Polis İdarəsinə dəvət etmişlər və orada izahatını almışlar. Daha sonra Röyal şikayətini geri götürdüyü üçün onu bir daha Polis Şöbəsinə çağırmamışlar. Bundan sonra hadisədən təxminən 1-2 gün əvvələ kimi Röyalla aralarında ədavət, düşmənçilik və mübahisə olmamışdır. Həm də həmin vaxtlar Röyal Bakı şəhərində olmuşdur. Hadisə günü xx.xx.2022-ci il tarixdə günorta saatlarında Röyalla yaşadığı küçədə idarə etdiyi avtomobillərlə rastlaşmışlar. Röyal avtomobilini saxlamağına baxmayaraq o təkrarən mübahisə düşəcəyini bildiyi üçün avtomobili idarə edib yaşadığı evə gəlmişdir. Yaşadığı evə daxil olduqda arvadı İlhamənin üstünün toztorpaq olduğunu görmüşdür. Bunun səbəbini soruşduqda İlhamə ona həyətə çıxdığı zaman Röyalın ona daşla vurduğunu və onu ağır söyüşlərlə təhqir etdiyini bildirmişdir. Əlavə olaraq ona “sizi burada yaşatmayacağını dediyini” də söyləmişdir. İlhamə ona bu sözləri dedikdən təxminən 10 dəqiqə sonra polis əməkdaşları yaşadığıqları evə gəlmişdir. Belə ki, qaynanası mübahisə düşən zaman DİN-nin “102” zəng xidmətinə bu barədə bildirmişdir. Polis əməkdaşları şifahi olaraq onları dinlədikdən sonra getmişlər. Polis əməkdaşları getdikdən sonra avtomobilini yaşadığı evin yaxınlığında saxlayıb darvazanın yanında Röyalın gəlməsini gözləmişdir. Təxminən 1 saat sonra Röyal idarət etdiyi avtomobil ilə yaşadığı evə gəlmişdir. Həmin vaxt Röyalgillə birlikdə “VAZ 2106” markalı başqa bir avtomobil də Röyalgilin yaşadığı evin qabağında saxlamışdır. Avtomobili saxladıqda sonra Röyal onun yaşadığı evin darvazasının qabağında olduğunu görmüşdür. Röyal idarə etdiyi avtomobil ilə qardaşı adını bilmədiyi şəxslə birlikdə onun yanına yaxınlaşmışlar. Röyal həmin vaxt ona İmamzadə tərəfə getməyi və məsələyə orada aydınlıq gətirələcəyini demişdir. O, həmin vaxt Röyala öz işi məşğul olmasını bildirmişdir. Bundan sonra Röyal qardaşı ilə birlikdə avtomobillə yaşadığı evin qabağına qayıtmışlar. Röyal evin qabağına çatdıqdan sonra maşının yük hissəsindən balta götürərək yanındakı qaynatası Şahid10, qayınları Elçin və Tağı, qardaşı və tanımadığı 4-5 nəfərə dostları ilə birlikdə onun üzərinə doğru gəlmişlər. Şahid10 əlində bel, Elçinin əlində taxta, Tağının əlində dəmir boru, Röyalın qardaşının əlində də dəmir boru olmuşdur. Röyal onlarla birlikdə onun yanına yaxınlaşıb baltanın sap hissəsini onun qarın nahiyəsinə doğru atmış, baltanın sap hissəsi onun oma nahiyəsinə dəymişdir. Daha sonra Şahid10 əlindəki belin dəmir hissəsi ilə onun bədəninin müxtəlif nahiyələrini zərbələr vurmuşdur. Mübahisəni eşidən qayanası Səlminaz həmin vaxt həyətə çıxmışdır. O həyətə çıxdıqdan sonra Orxan Röyalın qardaşının üzərinə getmişdir. Həmin vaxt o, qaynanası Şahid1 yerdə qan içində görmüş, yoldaşı Şahid2 isə qışqıraraq "Orxan, tez maşını gətir anamı götürək" demişdir. Bu səbəbdən avtomobili evdən qapıdan biraz məsafəli saxlamış və düşünmüşdür ki, birdən avtomobili zədələyərlər, şüşəsini sındırarlar. Avtomobilə əyləşərək qayınanasını götürməyə gələn zaman görmüşdür ki, dalaşdığı 4-5 nəfər şəxslər üstünə gələrək maşını daşqalaq eləyib, maşının ön şüşəsini sındırdılar, şüşə qırıqları üzünə tökülməyə başladığı an o əlini üzünə tutduğuna görə, idarəetməni itirmiş, qorxduğu üçün, ayağını qaza basılı saxlamış və avtomobil gedib yol kənarındakı evin divarına dəyərək dayanmışdır. Maşından düşmüş, başı hərələndiyi üçün ətrafa baxmamış və həmin vaxt avtomobillə kimisə vurmaq ağlına belə gəlməmişdir. Bundan sonra hadisə yerindən qaçıb getmişdir. Ona görə özünü Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilmir. Çünki hadisə zamanı avtomobilin altında kiminsə olduğunu bilməmişdir. Həyatı təhlükə altında olduğu, beş nəfər hərəsinin əlində boru, bıçaq üstünə gəldikləri üçün qorxmuş düşünmüş ki, onu öldürəcəklər. Ona görə hadisə yerindən qaçıb gedərək bir qədər kənarda dayanıb atasına zəng edib hadisə barədə ona məlumat vermişdir. Atası oraya gələn vaxt isə artıq qayınanasınıı götürmüşlər və onu təcili tibbi yardım avtomobili ilə Mərkəzi Klinikaya aparmışlar. Polislər ora gəlib avtomobillə adam vurduğunu deyən an özünün qəza hadisəsindən xəbəri olmuşdur. Kimisə vurduğunu bilsəydi ən azından ona köməklik göstərərdi. Zərərçəkmiş şəxsin hüquqi varisinin hüznünü başa düşür, özünü təqsirli bilir və vicdan əzabı çəkir.Ona görə də məhkəmədən ifadəsində göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X24 ifadəsində bildirmişdir ki, X18 doğma atası olmuşdur. O, özü hadisə vaxtı Rusiya Federasiyasında olmuşdur. Daha əvvəl isə o Gəncə şəhərində olan zaman Təqsirləndirilən şəxslə digər qonşuları arasında baş verən münaqişələri eşitməmişdir. Orxanın qayınanası, qonşuları Səlminazgil ilə uşaqlıqdan münasibətləri yaxşı olmuş, hətta hadisədən bir neçə gün əvvəl Səlminazın qızı İlhamə əri Orxanla dalaşdığı üçün gəlib onların evində də qalmışdır. O, Orxanla İlhamənin münasibətinin hansı formada olduğunu bilmir. Hadisəni tam görən qonşuları Fərhad və Fərid adlı şəxslər olmuş lakin onlar məhkəmədə şahid qismində iştirak etmək istəməmişlər. Fərid ona hadisə vaxtı Orxanın yanında çox adam olduğunu demişdir. Deyilənə görə dava bir anda yox tədricən başlamış və dava edən tərəflər müəyyən vaxta oraya toplaşmışlar. Eşitdiyinə görə Orxanın yanına 4-5 avtomobil ilə gələn şəxslər olmuşdur. Onların evi Gəncə şəhəri, Səməd Vurğun küçəsi, ev 83-də yerləşir. Hadisədən sonra Təqsirləndirilən şəxslə barışıqları olmamış, onlar yas mərasiminə gəlməmiş lakin gəlmək istədikləri ilə bağlı söz göndərmişlər. Onların evindən aşağı tərəfdə saç ustası işləyən Mosu adlı şəxs vasitəsilə Orxangil ona pul təklif etmiş və qarşılığında şikayət ərizələrini geri götürməsini istəmişlər. Hadisədən sonra Orxanın atası yas mərasiminə gəlsəydi ona etirazını bildirər lakin həddini aşmazdı. Ona pis təsir edən Orxangilin ona söz göndərərək "20-30 min nə qədər pul lazımdır verək" demələri olmuşdur. Belə ata uşağını belə günə qoyur. Pulla hər şey həll olunmur. Yas mərasıminin bir həftəsinə kimi heç bir yerə gedib gəlməmiş, lakin Orxanın tutulduğunu, işində prokurorluqda olduğundan məlumatları olmuşdur. Mərasimi yola verdikdən sonra araşdırmanın hansı mərhələdə olduğunu bilmək üçün polis idarəsində, daha sonra prokurorluqda müstəntiq Yasin Məmmədlinin qəbulunda olmuşlar. Müstəntiq onlara işin Bakıya göndərildiyini və cavab gözlədiklərini bildirmişdir. Polis vaxtında bir tədbir görsəydi məsələ bu yerə gəlib çıxmazdı. Hadisə baş verən zaman Rusiyada olduğundan ona zəng edərək atasının rəhmətə getdiyini bildirmişlər. Təqsirləndirilən şəxslə barışıq o vaxt mümkün olardı ki, Orxan vurduğu ölümcül halda yerdə qalan atasını xəstəxanaya aparmağa cəhd edərdi. Lakin Orxan atasını deyil hadisə zamanı qeyri rəsmi qaynanasını öz atası ilə birlikdə xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə qəsdən onun atasını öldürmək istəmişdir. Ona görə də Təqsirləndirilən şəxslə barışmır və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, hadisədən bir ay əvvəl Türkiyədən Gəncə şəhərinə gəlmişdir. Bir ay ərzində qonşuları ilə arasında dava olmamışdır. Bildiyinə görə Rəqsanənin qaynanası onu evə buraxmadığına görə, o, anasıgildə yaşayır. X37 hamının evindən yığmışdır. Türkiyədən gələndə, Rəsmiyyə ona "xoş gəlibsən, Səlminaz" dedikdə o "utanın, atasız uşaq qoyub getmışəm, bu nə biryabırçılıqdır?" demişdir. Hadisə baş verən gün axşam vaxtı hardasa saat 22-23 radələrdində onlar evdə oturan zaman, qışqırıq səsləri, darvazaya daş atılması səslərini eşitmişlər. Həmin şəxslər qonşusu Tağı, onun atası Vaqif, qardaşı Elçin, kürəkəni Röyal və onun qardaşı Xəyal olmuşlar. Digər şəxsləri tanımamışdır. Kürəkəni Orxanda həmin vaxt onlarla birlikdə qalmışdır. İlk öncə Orxan evdən çölə çıxmış, o isə başını bağlayıb ardınca getmişdir. Qızı İlhamə də onun arxasınca çıxmışdır. O, küçəyə çıxdığı ilə başından vurulma anı baş vermişdir. Onun gördüyü Vaqifgilin Orxanı əhatəyə alıb döydüyü olmuşdur. Vaqifin kürəkəni Röyalın əlində balta olmuşdur. Röyal balta ilə onu vurduğuna görə həbs olunmuşdur. Onun vuranın əlində balta, qonşusu Vaqifin əlində isə bel olmuşdur. Bu hadisədən sonra unutqan olmuşdur. Onun digər qonşuları Rəsmiyyə ilə də, mərhum Alim ilə də münasibəti yaxşı olmuşdur. Onun vurulandan sonra vəziyyəti çox pis olmuşdur. Hadisədən 4-5 ay sonra o evə geri qayıtmışdır. Ona görə qonşusu Rəsmiyyəgilə gedib Alim kişinin vəfatına görə üzrxaqlıq edə bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Hadisədən 2-3 ay əvvəl qonşuları Röyalgil ilə onların arasında münaqişə olmuşdur. O vaxta qədər heç bir davaları olmamışdır. Qonşusu qızı Rəqsanəgil demək olar ki, onların evində böyümuşdür. Hadisədən əvvəl Rəqsanə onlara gələrək saç feni verməyi xahiş etmişdir.O, da qab yuduğundan ona sonra gətirib feni ona verəcəyini bildirmişdir. Bundan sonra işini qurtarıb saç fenini onlara aparanda Röyalın Rəqsanə ilə həyətlərində mübahisə etdiklərini və Röyalın onun ünvanına nəlayiq söyüşlər söydüyünü eşitmişdir. Röyal söyüşləri birbaşa üzünə deməmiş, amma Rəqsanəyə demişdir. O, içəri daxil olaraq "sən mənə deyirsən bu sözləri?" sualını vermişdir. Röyalın dediyinə görə o alkoqolik, çöldə yatan biri olmuşdur. Röyaldan elə biri olduğunu sübüt etməsini istəmiş o, da ona “sən get, Orxan gəlsin" demişdir . Evdə Röyalın sözlərini Orxana deyibdeməməyini çox düşünmüşdür. Sonra düşünmüşdür ki, Orxan qaraqabaq oğlandır, Röyal qarşısını kəsib deyər, Orxan da əsəbləşib onunla dalaşar və ona görə demək qərarına gəlmişdir. Bundan sonra hadisədən 1-2 saat əvvəl Röyal maşınla keçəndə, küçədə onun üvanına söz deyərək, ona tərəf daş atmış və daş ona dəymişdir.Buna görə ekspertizadan keçmiş lakin ekspertin cavabının harada olduğunu bilmir. O, Röyalın onu daşla vurmasına görə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, sonra oraya polis əməkdaşları gəlib baxış keçirib getmiş, hətta ona fikir verməməyi və narazılığı varsa ərizə yazmağı tövsiyə etmişlər. Həmin gün axşam həyətdə oturub anası və Orxanla çay içən zaman qapılarına daş atılaraq ünvanlarına pis söyüşlər deyildiyini eşitmişlər. Birinci Orxan sonra onun anası şalı başına örtərək çölə çıxmışdır. O çölə çıxanda qonşuları Xəyal ilə Tağını görmüşdür. Anası arxı keçəndə görmüşdür ki, Röyal qışqıraraq onun üstünə gedir, Röyalın arxasındada qonşuları Vaqif əlində də bel onun üstünə gəlmişdir. Röyal ayağını yerdən üzərək balta ilə onun anasının başına vurmuş həmin anda anası yerə yıxılmışdır. Anasını qanlar içində gördükdə "Orxan anam ölür, qoyma " deyib qışqıranda Orxan gəlib, avtomobili gətirməyə getmişdir. O görmüşdür ki, Orxan maşın ilə gələn zaman Vaqif Orxanın maşınını bel ilə vurur. Həmin vaxt Firuzənin səsini eşitmişdir. O, Firuzənin üstünə gedərək ona "dincəldin?" deyə sual etmiş, o, yenə də Alim kişinin vurulduğunu başa düşə bilməmişdir. Orxan qonşuları Alimi vurmamışdan əvvəl o, Firuzəni küçədə görmüşdür. Fərid, Fərhad,Turqay, Nazilə xala adlı şəxslər qəzadan sonra hadisə yerinə yığılmışlar. Nicat adlı şəxsi orada görməmişdir. Qaranlıq da olsa əminliklə kimin orada olub olmadığını xatırlayır. Vaqif, Elçin, Röyal həmin vaxt daş atmış və onlarda Orxana tərəf qaçmışlar. O, hadisədən əvvəl Orxanla telefonla danışanda "bu gəldi yenə Bakıdan gələndə maşını gizlət" demişdir. Orxan evə gələndə özüdə demişdir ki, Röyala görə maşını kənarda saxlayıb. Orxan iki ildir ki, onların evində yaşamış və 3 ay əvvəlki davaya qədər maşını onların qapısının yanında saxlamışdır. Davada qonşuları Vaqifin maşını təpiklədiyini görmüş, lakin sonrasına fikir verməmişdir. Anası vurulanda Firuzə xala ilə Alim dayıdan kömək istəmişdir. Qabaqdan kiminsə daş atdığını görməmişdir.Təcili tibbi yardım gələndə onlara anasının orada olduğunu demişdir, həmin vaxt orada kimsə “Başqa ağır xəstə var demiş” lakin ad çəkməmişlər. Anası ilə təcili tibbi yardımla Beynəlxalq xəstəxanaya getmişlər lakin orada onları qəbul etməmişlər, daha sonra Mərkəzi klinikaya getmiş orada da neyrocərrah olmamış, ancaq anasının MRT-sini çəkmişlər. Həmin vaxt polislər **-HD- *** nömrəli avtomobilin sahibini axtardığını demişlər. O an Orxan qabağa duraraq nə lazım olduğunu soruşanda onlar "Təqsirləndirilən şəxs, sən adam vurubsan, bizimlə şöbəyə getməlisən" demişdir. Onlar qəzanın yəni Orxanın avtomobillə Alim kişini vurduğunu orada öyrənmişlər. Dava zamanı Röyalın anasını vurmaqda məqsədinin nə olduğunu bilmir, lakin mesajlarda Röyal "gəlirəm sənidə, ananıda öldürməyə. Ya Allah sənə verəcək ya mənə" yazmışdır. Röyal anasını vurandan sonra anasına tərəf qaçmaq istəyəndə Elçin adlı şəxsin bıçaqla üstünə gəlldiyini görmüşdür. Həmin anda qorxub içəri girmişdir. Anası yerdə uzananda Vaqif ilə Elçin onu təpikləmişlər. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərmişdir ki, hadisə vaxtı orada olmamışdır. X2 qayınatası olmuşdur. Təqsirləndirilən şəxs qayınatasıgilin qonşusu Səlminazın qızı İlhamə ilə qeyri-rəsmi yaşayır. Onunla əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 14 iyul 2022-ci il tarixdə gecə vaxtı Gəncə şəhərində şəxsi işləri ilə məşğul olan zaman qohumu Elnur Məmmədov zəng edərək bildirmişdir ki, Alim dayını maşınla vurmuşlar, vəziyyəti ağırdır, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar və onun da həmin xəstəxanaya getməyini xahiş etmişdir. O da tez Abbas Səhhət adına xəstəxanaya getmiş və bir qədər sonra qayınatası Alim almış olduğu bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. Bu barədə Rusiya Federasiyasında olan qaynı Talehə demişlər. Taleh də səhəri günü bilet alıb gəlmiş və o gələn günün səhəri qayınatası Alimi dəfn etmişlər. Məhkəmə istintaqı zamanı Şahid9 ifadəsində bildirdi ki, hadisə baş verən zaman o evdə olmuşdur. Axşam saat 22-23 radələrində möhkəm səs gəldiyini eşidərək, qaçıb çölə çıxmış qapılarının ağzındakı mağazaya bir maşın girdiyini və həmin avtomobilin altında adam olduğunu görmüşdür. Bu zaman təcili tibbi yardım maşını gəlmişdir. Hadisə vaxtı Firuzə xanım mərhumun yanında olmuşdur, Firuzə xanım qışqıranda o Alim kişinin avtomobilin altında olduğunu bilməyib, avtomobilin altından Alim kişini çıxardanda onu görmüşdür. O qışqırdıqdan sonra ətrafdakı şəxslər gəlib Alim kişini maşının altından çıxarmışlar. Ona qədər avtomobilin altında adam olduğunu bilməmişlər. X18 xalası oğludur. Qonşulardan Tural-Qəhrəmanın oğlu, Orxan-Mahirə müəllimənin oğlu və onun oğlu Nicat orada olmuşdur. Qapını açdıqda görmüşdür ki, avtomobilin altında adam var və mərhumu avtomobilin altında ilk görən o olmuşdur. Sonra təcili tibbi yardım gəlmişdir. Firuzə xanım Alimin vurulduğunu bimiş və o özü qışqıraraq Alimin çıxarılması üçün camaatı çağırmışdır. Məhkəmə istintaqı zamanı şahid X3 ifadəsində bildirmişdir ki, qonşuları Səlminazın qızı İlhamə keçən il iyun ayında onlara gələrək yoldaşı Vaqifə onun evini suvamaq üçün iş təklifi etmişdir. Cavabında yoldaşı təklifi rədd etdiyini söyləsədə sonradan onun israrı ilə qəbul etmişdir. Bir neçə gün sonra İlhamə yoldaşının qısqanc olduğunu söyləyərək Rəqsanənində atası ilə onlara gəlməyini xahiş etmiş, onlar isə razılaşmışlar. Evi suvayıb bitirdikdən sonra İlhamə əmək haqqı olaraq ona qırıq telefon vermiş və onlar telefonu satıb pul ilə əvəz etmişlər. İlhaməgilin daha əvvəl evlərinə oğru girdiyi üçün məişət əşyaları oğurlanmışdır elə bu səbəbdən İlhamə onlara tez-tez gəlib soba, qab-qacaq və s. istəmişdir. Tarixini xatırlamır lakin bir gün İlhamə onlara gələrək bir gecəlik onlarda qalması üçün yoldaşı Vaqifdən icazə verməsini xahiş emişdir. Səbəbini isə əri Orxanın onu döyməsi ilə izah etmişdir. Həmin gün hava yağışlı olmuş, göy güruldayıb, şimşək çaxmış deyə onu evlərinə qəbul etmişlər. Həmin vaxt kürəkəni ilə qızı onlarda qalırmış. İlhamə onların evində qalan gecə kürəkəni Röyal gedib maşında yatmış, İlhamə isə Röyalın yerində yatmışdır. İlhamə anasına zəng vuraraq Orxanın onu döydüyünü və ondan boşanmaq istədiyini söyləmiş cavabında anası səbrli olmağını və gəlib onu aparacağını demişdir. Bir gün İlhamə Orxana zəng edərək Röyalı şikayət etmişdir, guya Röyal onu təhqir edib, o da İlhamənin əlindən telefonu alaraq onun söylədikərinə inanmamasını və dediklərinin yalan olduğunu söyləmişdir. Orxan darvazanın başından düşərək onu döymüş, daha sonra zirzəmiyə düşüb onun kürəkənini döymüşdür. Orxan həmin gün yanına 20 nəfər uşaq yığaraq X41 qəsəbəsinə aparmış, 2 nömrəli orta məktəbin yanına orada da döyərək kürəkəninin ağzını yaralamışdır. Orxan yanına 20 nəfəri yığıb Gəncə şəhər Nizami rayon hərbi komisarlığının yanına dalaşmağa getmişdir. Həmin vaxtda Röyalın qardaşı Xəyalın başını yaralamışlar. Hadisə günü o evdə olmuş, çöldən qışqırıq səsləri eşitmişdir. Oğlanları ona yığıb demişlər ki, Orxan başına 20 nəfər adam yığıb gəlib davaya. Qayıtdıqdan sonra Röyal əlinə dəmir alıb İlhaməgilin qapılarına vurmuş, Orxan çıxmış yenidən dava başlamışdır. Hadisə günü hərbi komisarlıq tərəfdə baş verən dava təxminən saat 17-18 aralığında olmuş və işdən evə yeni gəlmişdir. Oğlanları Elçin və Tağı bacısıgildə olanda yiğıb demişlər ki, Orxan Röyal ilə dalaşmağa gəlmişdir. Röyalın qardaşı Xəyalın başını da həmin gün yarmışlar. Daha sonra adı çəkilən şəxslər onların küçəsində yəni Gəncə şəhəri, Səməd Vurğun küçəsinə dava etməyə gəlmişlər. Röyal onun kürəkənidir, guya Səlminazın başını o yarıb, Röyal iş üzrə araşdırma getdiyi üçün hazırda təcridxanadadır. Dava gün Səlminaz iti zəncirdən açıb çölə buraxdıqdan sonra dava daha çox güclənmişdir. Səlminazda İlhamədə ona söyüş söymüşlər. Daha sonra özündən gedərək huşunu itirmiş, Əli adlı həkim gəlib ona iynə vurub, dərman verdikdən sonra o özünə gəlmişdir. X20 artıq vəfat etdiyini bilmişdir. Onların küçəsində dava olanda o çölə çıxıb qışqıraraq qonşulardan kömək istəmişdir. Dalaşanlar Orxan, yoldaşı, kürəkəni, qardaşı və iki oğlu olmuşdur. Röyal oraya sonradan gəlmiş və o gələndə dava artıq başlamışdır. Xəyalnan anası oraya birlikdə gəlmişdir. Onlar tərəfdən beş nəfər Orxan tərəfdən isə iyirmiyə yaxın uşaq 4-5 maşın gəlmişər. Ölüm olan kimi isə həmin şəxslərin hamısı arxa küçələrlə qaçıb getmişlər. Gördüyü maşınlardan biri göy rəng VAZ 2107 markalı avtomobil digəri də qara rəngdə olmuşdur. Ölüm hadisəsinin necə baş verdiyinin canlı şahididir, Orxan maşını irəli-geri sürərək Alim kişinin üstünə sürmüşdür. Onun qohumları Orxanı döydüyü üçün o qaçıb getməyə çalışmışdır. Qonşulardan dükançı Nicat, İlhamın oğlu Elnur hansıki hazırda narkotik aludəçisi olduğuna görə həbsdədir, Mahirə müəllimənin oğlu Orxan, İbrahimin oğlu Nemət mərhumun vurulma anını görmüşlər. Bir sözlə eşidən bilən hamı səsə gəlmişdir. Alim kişini vurduqdan sonra Orxan maşını mağazaya vurmuş , mərhum Alim isə avtomobilin altında qalmışdır. Rəsmiyənin uşaqları ilə qonşular təcili tibbi yardım çağıraraq onu xəstəxanaya aparmışlar. Polislər onları baş idarəyə aparmışlar. Mərhum Alim kişi ilə onun əri Vaqifin köynəyi oxşar idi, Dava zamanı Orxan Vaqifi vurmaq istəyirdi lakin səhvən Alim kişini vurmuşdur. Orxanın avtomobilinin şüşəsini Xəyal vurmuşdur. Rəsmiyənin yoldaşının əlində bel, oğlanlarının birinin əlində polsilən ağac, digərinin əlində ağac, Xəyalın əlində isə dəmir olmuşdur. Röyalın isə əlində nə olduğunu xatırlamır. Alim kişi vurulmazdan əvvəl yanında heç kəs olmamışdır. Hadisədən bir gün əvvəl mərhum Alim kişi qonşusu Səlminazı çağırıb tənbehləyib ki, bu davalara son qoysun. Məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində bildirmişdir ki, hadisədən bir müddət əvvəl qonşusu Səlminazın qızı İlhamə evinə gələrək evini təmir etməyini xahiş etmiş, o da təmir etmişdir. Aradan bir müddət keçdikdən sonra İlhamə onlarda gizlənmək istəmiş və səbəb kimi demişdir ki, əri Orxan onu təhqir edir. Cavan ailə olduqları üçün onlara müdaxilə etməmiş və evində qalmağına razılıq vermişdir. Həmin gün anası Səlminaz İlhaməyə zəng edərək "qızım ehtiyyatlı ol, gəlib bu işə son qoyacam, sənidə götürüb Türkiyəyə gedəcəm" demişdir. Təmir bitdikdən sonra İlhaməgilin kalonkası onlarda olduğu üçün qızına aparıb kalonkanı verməsini demişdir. Kürəkəni onun qızına "getmə onlara, cavan ailədilər, otur uşağına bax" demişdir. Bu zaman İlhamə darvazanı açaraq "sən məni necə biri tanıyırsan?" deyərək Röyal ilə mübahisə etməyə başlamış və telefonu götürüb Orxana zəng edərək "Orxan gəl, məni burada pis qələmə verirlər" deyib çağırmışdır. Orxanda işdə olduğundan heçnədən məlumatı olmamışdır. X42 tərəfindən təhqir olunmuş olsa idi, Röyal yatdığı yeri, qızı ilə qaldığı yeri ona verib özü gedib maşında yatmazdı. Həmin vaxtlar Orxan gəlib kürəkənini Yeni Gəncəyə davaya aparmışdır. Hadisə günü hamısı evdə olmuşdur. Orxan gedib Rəqsanəgilə evdə Xəyalnan ikisi olmuşdur. Xəyal, onun qızı və qayınanası ilə onlara gələrək Orxanın onların evinə basqın etdiklərini demişdir. Orxana geri çəkilməsini söyləsə də, o, eşitməmişdir. Davada kürəkəninin qardaşının başını partlatmışlar. Onu kimin vurduğunu görməmişdir. Onu heç kəs vurmamış, o da heçkəsi vurmamışdır. Orxanla qabaq-qabağa dalaşmış bir nəfər də ağ köynəkli oğlan olmuşdur yanlarında. Orxanın əlində dəmir olmuşdur. Dava zamanı Səlminazı görməmişdir, o çıxanda Səlminaz artıq yerdə olmuşdur. Küçədə su arxı ilə onun arasında az məsafə olmuş və Orxanın maşınla gəldiyini gördükdə o kənara çəkilmiş həmin anda avtomobil arxa düşmüşdür. Həmin gün göy rəng köynək geyinmişdir. Dava zamanı Xəyalı maşının vurduğunu görməmişdir. İbtidai istintaq zamanı o, ifadəsində maşının Xəyalı da vurmağını Xəyalın ona dediyinə əsaslanaraq söyləmişdir. Orxan geri çəkiləndə yanındakılarda qaçıb getmişlər. Qızının ora gəldiyini xatırlamır. Vəli Hüseynov adlı şəxsi tanımır. O əlindəki bel ilə Orxanın idarə etdiyi VAZ 2107 markalı maşının farasına vurmuşdur. Səlminaz yıxılanda “ay anam” deyə qışqırmışdır. Səlminaz vurulduğuna görə Orxan avtomobilə tərəf getmiş, avtomobilə minib avtomobili birbaşa camaatın üstünə sürmüşdür. Maşına kiminsə daş atmasını o şəxsən görməmişdir.O Orxanın maşın ilə Səlminazı vurduğunu görməmiş, sadəcə qaynının oğlu Şahid3 vurduğu üçün istintaq zamanı elə demişdir. Əvvəldən axıra kimi Rəsmiyyə yanında olmuşdur. Dava başlayanda yoldaşı huşunu itirmişdir. Əli həkimin gəldiyini xatırlamır, görməmişdir. Dava Səlminazın evinin yanında olmuşdur. Orxanın avtomobili divara vurduğunu görməmiş, lakin arxa düşdüyünü görmüşdür. Hadisədən sonra Orxanın küçə ilə yuxarı tərəfə qaçdığını görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində bildirmişdir ki, qonşuları İlhamə ilə davaları 3-4 il əvvəl başlamışdır. Səbəb onlardan sələm götürmələri olmuşdur.Beləki, həmin vaxt onlar sələm vermiş və onlar sələmin pulunu bir ay gecikdirdiklərinə görə söz söhbət olmuşdur. Sonradan qardaşı Elçinin kiçik toyundan sonra isə barışmışlar. Bir müddət sonra onlar Türkiyəyə getmişlər. Oradan qayıtdıqda İlhamə onlara tez-tez gəlməyə başlamışdır.Bir dəfə İlhamə gəlib onlardan çörək bişirmək üçün soba istəmişdir. Anasıgil işdə olduğuna görə sobanı o vermişdir. Daha sonra İlhamə bir gün gəlib atasından evlərini təmir eləməyini xahiş etmiş, o da razılaşmışdır. O əvəzində atasına telefon vermişdir. İlhamə onun atasına demişdir ki, “siz evdə gəlib işləyən zaman, Orxan qısqandığı üçüb Rəqsanə də gəlib yanımızda dursun”, o da razılaşıb onların evinə getmişdir. O anasının ad gününə görə İlhamədən kalonka istəmiş, o, da vermişdir. Yoldaşı bunu bildikdə onu danlamışdır. İlhaməni anasının ad gününə dəvət etmiş, İlhamə gəlmiş, lakin əri Orxan gəlməmişdir. Bir gün kolonkanı qaytarmağa getdikdə yoldaşı ilə yenə mübahisələri düşmüş, əri ona İlhaməgilə getməməyi, oturub evdə uşağa baxmağı demişdir. Həmin an İlhamə içəri girərək “nə olub ki, mənə? dediklərinə görə Orxana cavab verəcəksən” demiş, o,da İlhaməni sakitləşdirməyə çalışmışdır. Sonra isə Orxan onlara gəlib anasına “kürəkənin haradadır?” soruşmuş, anası onu sakitləşdirməyə çalışmış, lakin bacarmamışdır. Orxan X41yə davaya aparmışdır. Həmin vaxt iki qardaşı, yoldaşı və atası da getmişlər. Orxan orada onun yoldaşını döymüşdür. Bunagörə onlar DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişlər. Bir gün yoldaşı ilə “Nur marketə” getməyə hazırlaşarkən çıxanda görmüşdür ki, Orxanın maşını qapıdadır, Röyala getməyi söyləmiş, Röyal razılaşmamışdır. Marketdən çıxıb anasıgilə dreli verməyə getmişlər. Qardaşı isə həmin vaxt darvazanı boyamışdır. Həmin vaxt X32 küçədə dayanmış və İlhamə ilə Səlminaza içəri girmələrini, dava etməmələrini demişdir. Səlminaz isə ona “işimə qarışma, onlardan qorxmalıyam?”demişdir. Röyal toyuğa dən almağa getməyə hazırlaşmış, İlhamə isə Röyalın orada olduğunu xəbər etmişdir. Daha sonra Orxan da maşını Röyalın üstünə sürmüş və onlar kənara çəkilmişlər. Röyal Rəqsanənin atasına “görürsən Vaqif dayı, sonra da deyirsən dalaşmayım” demişdir. Qardaşı, o, qızı və yoldaşı evə gələrkən o anda İlhaməgil əllərindəki vedrənı ona ataraq “Allah sənə lənət eləsin, gör sənə nə edəciyik” demişdir. Axşam tərəfi VAZ 2107 markalı maşın gəlmişdir. Orxangil məhləyə girərək dava dalaş etməyə başlamışlar. Hadisə başlayandan sona qədər o orada olmuşdur. Dava hardasa yarim saat yaxud bir saat çəkmişdir. O, dava başlayanda qaynı ilə gəlmiş, yoldaşı oraya sonra gəlmişdir. Uşağı həyətlərinə qoymuş,özü isə dava yerinə getmişdir, uşaq evdə tək olmuş, anasıgil isə küçədə olmuşdur. Orxangilin əlində boru görmüşdür, orada bir saqqalı oğlanı və birdə VAZ 2107 markalı avtomobilli oğlanı görmüşdür, onları tanıyır. Davada təxminən 20-25 nəfər adam olmuşdur. Qardaşının belində bıçaq, atasının əlində bel, Tağının əlində isə pol ağacı olmuşdur. Röyalın əlində heçnə olmamışdır. Orxangil onlara gələndə onlar yatmışlar. Röyal əynini geyinirmiş deyə onlarla gəlməyə çatmamışdır. Orxangil söyüş söydükdən sonra hücüma keçmişlər. Orxanla Röyalda dalaşmışdır. Çox adam olduğu üçün kimin kiminlə dalaşdığını görməmişdir. Səlminaz Xəyalı dəmirlə vuranda görməmişdir. Səlminazı kimin vurdüğünü görməmişdir.davadan sonra qara lentli balta 1 ay tut ağacından asılı qalmışdır. Davadan sonra araşdırma zamanı müstəntiq Rəşad müəllim ona deyib ki, Səlminaz balta ilə vurulub. Sonra o balta yoxa çıxmış və onlar bilmişlər ki, baltanı İlhamə gizlədib. Amaliya xanım onun əmisi arvadıdır. Çöldə gördüklərinə əsasən küçədə dava vaxtı Aynur-Elnurun yoldaşı, qonşusu Coşqun-Azad dayının oğlu, Nicat olmuşdur. X26 yoldaşı səs küyə çıxmış, daha sonra onun özü çıxmışdır. Alim Məmmədovun avtomobillə vurulduğunu İlhamə qışqıranda anlamışdır. Orxan maşına tək minmişdir. Fırlanıb gələndə atasını vurmaq istəyəndə Orxan arxa düşmüş, sonra Alim Məmmədovuı onun atasına bənzədib vurmuşdur. Dava zamanı Orxanın maşınını heç kəs daşlamamışdır. Dava zamanı Orxan avtomobili Səlminazın yanından sürüb getmişdir. Orxanın ifadəsinə görə o, güya qayınanasını götürməyə gəlirmiş. Dava zamanı avtomobil dayandıqdan sonra atası Vaqif belnən avtomobilə vurmuşdur. Avtomobil çilikənəndə isə Səlminaz artıq vurulmuş olmuşdur. Dava zamanı Xəyalı avtomobil vurmamışdır və istintaq zamanı Xəyalı avtomobil vurub cümləsini deməmişdir. Dava zamanı qaynanası “Rəsmiyyə öldü” deyə qışqırmış, o anda isə qardaşı anasını içəri aparmışdır. Anasına yardım üçün həkim gəldiyini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, hadisə günü evdə olmuş və bacısı sobanı gətirib çörək bişirmək üçün İllhaməgilə getmişdir. Yeznəsi evə bacısından öncə gəlmiş və bacısından haradan gəldiyini soruşduqda, o, İlhaməgildən gəldiyini söyləmiş və söhbət eləməyə davam etmişlər, elə o an Tağı çölə çıxmışdır. Həmin vaxt İlhamə evin qapısına təpik vuraraq, içəri daxil olmuş və Röyala "mənim evim səndən ötəri nədir, mən pis adamam?, əxlaqsızam?" deyərək mübahisə etməyə başlamışdır. Sonra İlhamə əri Təqsirləndirilən şəxs çağırmışdır. Orxan, Tağı, onun atası, qardaşı və Röyal dava məqsədilə Yeni Gəncə adlanan yerə getmişlər. Orada Orxan, vurmayacağını söhbət edəcəklərini söz verərək Röyal ilə dərəyə düşmüşlər. Orxanın yanında heçkəsi görməmişdir. Onların dalaşdıqlarını görüb onları ayırmış və evlərinə gəlmişlər. Axşam üstü İlhamə onlara gələrək pəncərələrinin şüşəsini sındırmış və yenidən Orxanı çağırmışdır. Daha sonra mübahisə düşmüşdür. Gecə vaxtı anasının yerə yıxıldığını görmüş, təcili tibbi yardım çağırmışlar. Təcili yardım gəlib anasına iynə vurub getmişdir. Orxanın avtomobillə gəlib Alim Məmmədovu vurduğunu o, görməmişdir. Təkcə X29n avtomobilin altında olduğunu görmüş və gedib onu avtomobilin altından çıxarmaqlarına köməklik etmişdir. Verilmiş suallara cavab olaraq bildirir ki, dava zamanı həkimi oraya bacısıyla o çağırıb. Təcili tibbi yardıma 2 dəfə zəng edilmişdir. İlk dəfə bacısı, sonra isə o özü zəng etmişdir. Dava başlayanda o, bacısıgildə olmuş, telefonu da onlarda qalmış və qayıdanda küçədə davanı görmüş, həmin vaxt isə hava qaranlıq olmuşdur. Dava edənlər Orxan, atası, qardaşı, yeznəsi və yeznəsinin qardaşı olmuş, digər şəxsləri tanımamışdır. Dava zamanı halı pisləşdiyindən o, anasını həyətlərinə aparmışdır deyə həmin an davaya qarışmamışdır. Çölə çıxanda isə görmüşdür ki, qonşuları Səlminaz yerdədir qızı İlhamə isə onun yanındadır. Baxanda görmüşdür ki, Orxan avtomobilin içərisində donmuş halda oturmuş, sonra isə o, avtomobildən düşüb küçə ilə yuxarı istiqamətinə doğru qaçıb getmişdir. Hadisə vaxtı Alim Məmmədovu avtomobilin altından çıxarmağa kömək edənlərdən biri Nicat, Orxan adlı qonşular, həmçinin Nemət-İbrahimin oğlu adlı qonşu olmuşdur. Dava zamanı elə bilmişdir ki, avtomobillə vurulan atasıdır və buna görə qorxmuşdur. Dava zamanı Orxan tərəfdən kiminsə gəldiyini görməmişdir. Anasına tibbi yardım edən zaman evlərində bacısının qaynanası və qonşuluqdan 1-2 nəfər qadın, həmçinin əmisi oğlu İlkin olmuş, atası Vaqif isə çöldə olmuşdur. X29 hadisə baş verənə qədər həmin gün görməmişdir. Orxanın bacısıgilə gəldiyini bacısı ona demiş, bundan sonra onun bu barədə xəbəri olmuşdur. O, heç kəslə dalaşmamışdır. Davanın bir əvvəlini birdə axırını görmüşdür. Hadisədən sonra aralarında heç bir söhbət olmamışdır. Əvvəllər məhkəmə çağırışlarına Bakı şəhərində olduğu üçün gələ bilməmişdir. İş üzrə şahid qardaşı Şahid4 Vətən Müharibəsi iştirakçısı olmaqla müalicəsi ilə əlaqədar hazırda Bakı şəhərində Papanin xəstəxanasında müalicədədir və onun nə qədər orada qalacağı məlum deyildir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, dava baş verən vaxt o Səlminazı yıxıldıqdan sonra görmüşdür. Tərəflər arasında baş vermiş əvvəlki davalardan isə onun xəbəri olmamışdır. Sonuncu davaya məcbur olub müdaxilə etmişdir. Həmin sonuncu davada Rəsmiyyə də iştirak etmişdir. Dava baş verən günün 1-ci yarısında o işdə olmuşdur. Dava gün o Orxanla dalaşana kimi onun Orxan olduğunu bilməmişdir. Davadan sonra isə polis şöbəsində bilmişdir ki, dalaşdığı şəxs Təqsirləndirilən şəxsdir. Dava vaxtı Rəsmiyyənin özündən getməyini xatırlamır. Dava zamanı onu avtomobillə heç kim vurmamış və üstünə maşın sürən olmamışdır. İstintaq zamanı belə bir ifadə də verməmişdir. Dava zamanı Orxanın idarə etdiyi avtomobillə arxa düşdüyünü görmüşdür. Lakin sonradan baş verən hadisələri görməmişdir. İstintaq zamanı verdiyi ifadəsini oxumadan imza etmişdr. Məhkəmə zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, X13 yeznəsidr. Baş vermiş hadisə ilə bağlı bildirmək istəyir ki, təxminən 1 ay əvvəl ünvan 4 ünvanında olan zaman yeznəsi Röyal Quliyev bacısı X5 qonşuluqlarında yaşayan Şahid2 ilə qonşuluq etməməsini, onların yaşadığı ünvana getməməsini bildirmiş, həmin vaxt Şahid2 yaşadıqları evə daxil olub nəlayiq ifadələr işlədərək nə isə pis əməl gördüyünü soruşub həyat yoldaşı Təqsirləndirilən şəxs olanları danışacağını, daha sonra Təqsirləndirilən şəxs onlarla söhbət edəcəyini bildirib öz yaşadığı ünvana yollanmışdır. Həmin gün Təqsirləndirilən şəxs yaşadıqları ünvana gələrək yeznəsi Röyal Quliyevi səsləyərək çölə çıxmasını bildirmişdir. Bundan X38 çölə çıxan zaman Təqsirləndirilən şəxs Röyala 2 nömrəli məktəbin arxa hissəsinə gəlməyini söyləmiş, həmin vaxt Röyal Quliyev özünə məxsus “VAZ 2106” markalı dövlət qeydiyyat nişanını xatırlamdığı avtomobilə əyləşib 2 nömrəli məktəbin arxa hissəsinə yollanmışdır. O isə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşərək onunla birlikdə 2 nömrəli məktəbin arxa nissəsinə yollanmışdır. 2 nömrəli məktəbin arxa hissəsinə çatan zaman Təqsirləndirilən şəxs Röyal Quliyevə heç nə etməyəcəyini bildirib avtomobildən düşməsini söyləmişdir. Röyal Quliyev avtomobildən düşən zaman Təqsirləndirilən şəxs onu tutaraq çənə nahiyəsindən yumruq ilə zərbə endirmiş, daha X38in sudurqası tutaraq yerə yıxılmışdır. Həmin vaxt o, qardaşı Şahid5 və atası Şahid10 onların yanına qaçaraq onları aralayan zaman Təqsirləndirilən şəxs yanında olan adlarını bilmədiyi şəxslər üzərilərinə əllərində taxta ilə gəlməyə başlamışlar. Lakin onları araladıqlarını görüb onlara heç nə etməmişlər. X38 oradan uzaqlaşıb evə yollanmışdır. O və atası Şahid10 isə piyada evə yollanmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yenidən yaşadıqları evə gələrək Röyal Quliyevin idarə etdiyi avtomobilin şüşələrini, yaşadıqları evin pəncərələrini daşlayaraq qırmağa başlamışlar. Həmçinin Təqsirləndirilən şəxs həmin vaxt evdə olanların ünvanına nəlayiq ifadələr işlədərək Röyal Quliyevə çölə çıxmasını bildirmiş, Röyal Quliyevin çölə çıxmadığını görüb darvazanın üzərindən evə daxil olaraq anası Rəsmiyyə Əfəndiyevə əl zərbələri endirmişdir. Bundan sonra qonşular yaşadıqları ünvana gələrək mübahisəni sakitləşdirmişlər. xx.xx.2022-ci il tarixdə axsam saatlarında evə çörək alıb qayıdan zaman yolda Təqsirləndirilən şəxslə rastlaşmış, evə gəldikdən sonra bacısı Rəksanə Tağıyev polisə zəng edərək Təqsirləndirilən şəxs onların avtomobilə vurduğu ziyanı ödəmədiyini bildirib ödəməsini tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təxminən 30 nəfərlə birlikdə yaşadıqları ünvana gəlib yenidən avtomobilin şüşələrini, evlərinin pəncərələrini qıraraq ünvanlarına nəlayiq ifadələr işlətməyə başlamışlar. X14rdaşı Şahid3 evə gedən zaman yolda saxlayaq onu döyərək evə daxil olmaq istəsələr də, Şahid3 əlinə taxta götürərək onları evə buraxmamışdır. Bundan sonra yenidən Təqsirləndirilən şəxs və yanındakı dostları yaşadıqları ünvana gələrək nalayiq ifadələr işlədərək üzərilərinə gəlməyə başlamışlar. Daha sonra özlərini müdafiə məqsədilə onlara qarşılıq verərək əl və ayaq zərbələri endirməyə başlamışlar. Bundan sonra onlar avtomobilə əyləşərək oradan uzaqlaşan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə qayınanası Şahid1, qonşuluqda yaşayan adını xatırlamadığı bir nəfər kişi cinsli şəxsi və Röyal Quliyevin qardaşı Şahid3 xəsarətlər yetirmişdir. Atası Şahid10 özünü müdafiə məqsədilə əl və ayaq zərbələri endirsə də, Təqsirləndirilən şəxs qayınanası Şahid1 qarşı heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs yaşadıqları ünvandan uzaqlaşan zaman ehtiyyatsızlıqdan qayınanası Şahid1 özünün idarə etdiyi “VAZ 2107” markalı dövlət qeydiyyat nişanını xatırlamadığım avtomobillə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 yalan deyir, Səlminazın baş nahiyəsinə xəsarəti Orxan özü yetirmişdir. Belə ki, həqiqətdə o nə Röyalın, nə də ki, Orxanın Səlminazın baş nahiyəsinə vurub xəsarət yetirmələrini görməmişdir. Orxan maşını bərk sürüb sağa-sola hərəkət etdirərək qəza şəraiti yaratmışdır. Ona görə də ola bilsin Səlminazı o özü vurmuşdur. Hadisə zamanı qonşuluqda yaşayan şəxslər, Dünyamin, Nicat, Mahirə müəllimənin oğlu Orxan, Elnur, Səftər və adını xatırlamadığı şəxslər olmuşdur. Hadisə zamanı o heç kimi vurub xəsarət yetirməmiş, yalnız Orxanla mübahisə etmiş və onu nəlayiq küçə sözləri ilə təhqir etmişdir ki, küçədi, camaatın ana-bacısı var, qonşuluqda yaşayan İlhamənin yanına gəlib-getməsin. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 yalan deyirlər, həmin əşyaların heç biri onlarda olmamışdır. Özlərinin əlində olmuşdur. Səminazın baş nahiyəsinə xəsarəti Orxan özü yetirmişdir. Belə ki, həqiqətdə o nə Röyalın, nə də ki, Orxanın Səlminazın baş nahiyəsinə vurub xəsarət yetirmələrini görməmişdir. Orxan maşını bərk sürüb sağa-sola hərəkət etdirərək qəza şəraiti yaratmışdır. Ona görə də ola bilsin Səlminazı o özü vurmuşdur. Mübahisə zamanı Orxan və onun yanında gələnlər dəmir əşyanı Röyala tərəf atıb ona xəsarət yetirmək istəmişlər, lakin həmin əşya öz avtomobillərinə dəyərək xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin vəsatətinə əsasən əlavə şahid qismində ifadə vermiş X19 ifadəsində göstərmişdir ki, X2 onun dayısı olmuşdur. Təqsirləndirilən şəxs isə qonşusu Səminazın qızı İlhamə ilə qeyri-rəsmi yaşayır. Onunla əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 14 iyul 2022-ci il tarixdə gecə saat 23 radələrində yaşadığı küçədə yerləşən və işlədiyi dükünda olan zaman küçədə səs küy gəldiyi üçün mağazada olan qonşuları Orxan və Turalla birlikdə mağzanın çölünə tərəf çıxmış və görmüşdür ki, qonşuları Vaqifgilin və Səlminazgilin evlərinin qarşısında çoxlu sayda tanımadıqları şəxslər toplaşmış, həmin şəxslərin əllərində müxtəlif əşyalar var, bir-biriləri ilə mübahisə edirlər, bir-birilərinin ünvanına nəlayiq söyüşlər edirlər. Həmin şəxslərdən Orxanı, Səlminazı, Röyalı və Vaqifi, onun oğlanları Elçini və Tağını tanımışdır Həmin vaxt o Turalla Orxana xahiş edib demişdir ki,”Bunlar bir qədər sonra birbiriləri ilə dalaşacaqlar, bir-birilərini daşlayacaqlar ona görə mağazanın çölündə olan soyuducuları mağzanın içinə yığaq və mağazanı bağlayaq”. Həmin şəxslər mağazanı da daşlaya bilərlər. Bundan sonra onlar köməkli mağazanın çölündə olan soyuducuları mağzanın içinə yığmağa başlamışlar. Həmin vaxt Səlminazgillə Vaqifgilin evlərinin qarşısında yığılmış şəxslər çığırmağa başlamış və bu zaman görmüşdür ki, onlar tərəfdən gələn ağ rəngli VAZ2107 markalı avtomobil əvvəlcə dayısı Alimgilin evinin hasarına dəymişdir. Həmin vaxt demək olar ki, o donub yerində qalmışdır. Həmin avtomobil çox yüksək sürətlə gəlmişdir. Həmin avtomobil mağazanın çölündə olan daş hörgüyə dəyərək yerində dayanmışdır. Bu zaman anası İradə ona bildirmişdir ki, maşının altında adam var. O da orada olan şəxslərlə elə Vaqifin özü ilə həmin avtomobili qaldırıb altındakı adamı çıxaranda görmüşdür ki, həmin şəxs onun dayısı X15r. Bundan sonra həmin yerə təcili tibbi yarıdm maşını gəlmiş və həmin maşınla dayısı X40 adına xəstəxanaya aparmışlar. Lakin bir müddət sonra dayısı Alim hadisə zamanı almış olduğu bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki,Orxanla münasibətləri normal olmuş, o davanın gedişatını tam görməmiş və hər şey bir anda olmuşdur. Hadisə zamanı işlədiyi dükanı gec olduğuna və mağazaya zərər dəyməsin deyə bağlamışdır. Hadisə vaxtı hava qaranlıq olduğundan hadisəni tam görməmişdir. Dava zamanı orda Vaqif, oğlu Elçin, Tağı, kürəkəni Röyal, Röyalın qardaşı, qızı Rəqsanəni görmüşdür. Qarşı tərəfdən isə qaranlıq idi deyə heç kimi görməmişdir. Orxanın səsini eşitsə də üzünü görməmişdir. Səs küy düşəndə dayısı çölə çıxmışdır. O mağazanı bağlayanda maşın keçmişdir. Birdə görmüşdür ki, anası qışqırır ki, maşının altında adam var. Dostu Orxan da köməyə gəlmişdir. Dayısını avtomobillə konkret Orxanın vurduğunu və onun avtomobildən düşüb qaçdığını da görməmişdir. Maşını kimin sürdüyünə baxmamışdır. İstintaq zamanı Orxanın maşından düşərək qaçmasını deməsinə səbəb eşitdikləri olmuşdur. Özü görməmişdir. Səlminazın vurulduğu anı da o, görməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin vəsatətinə əsasən əlavə şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X18 həyat yoldaşıdır. Onların qonşuları hadisədən təxminən 1 aydan artıq bir müddətdə mübahisə etmişlər. Ona görə qonşularının evinə tez-tez polis gəlmiş, lakin bir nəticə olmamışdır. Sonunda isə olan olmuşdur. Hadisədən əvvəl bir dəfə qonşuları İlhamə onlara gəlib, əri Orxanla dalaşdığını, Orxanın onu döyəcəyindən qorxduğu üçün onlarda qalmaq istədiyini demişdir. İlhamə axşama kimi onlarda oturmuş və Orxan ona zəng edəndə Orxanı aldatmışdır ki, kənddədir. Orxan telefonda ona and içmişdir ki, döyməyəcək və evə gəlməyini xahiş etmişdir. Orxanının qaynanası Səlminaz iyunun 24-də Gəncəyə gəlmiş və onlara demişdir ki, Gəncəyə digər qonşuları Vaqifgilin axırına çıxmağa gəlmişdir. O da Vaqifin yox onların axırına çıxmışdır. İyulun 14-də gecə saat 23:10 radələrində görmüşdür ki, küçədə səs küy gəlir və səsə nəvələri ilə birlikdə çölə çıxmışdır. Yoldaşı Alim həmin vaxt namaz qılmışdır, evə qayıdanda mərhum yoldaşı ona qışqırmışdır ki, çölə çıxmasın, çöldə pis-pis sözlər danışırlar. Həmin vaxt Orxan əvvəlcə tək olmuş və Səlminazın qapısında aşağı-yuxarı getmişdir . Sonra Orxanın arxası ilə gələn maşınlardan dostları düşmüşdür. O zaman yoldaşı Alim də qapıya çıxmışdır, həmin vaxt aşağıdan-yuxarıya doğru maşın sürətlə gəlmiş sanki təyyarə uçmuşdur. O avtomobilin onlara tərəf gəldiyini görə bilməmişdir. Gözünün qabağında yoldaşını maşın vurmuş və yoldaşı da maşının qabağına düşmüşdür. O qışqıraraq qabağa qaçaraq Alimə kömək etmək istəmiş lakin baxmışdır ki, mərhum yoldaşı yerdə yoxdur. Sonra maşın divara dəyib dayanan zaman baxmışdır ki, yoldaşı maşının altında qalıb. Daha sonra Orxan düşüb qaçmış onlar da yoldaşını maşının altından çıxartmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin vəsatətinə əsasən əlavə şahid qismində ifadə vermiş X7 ifadəsində göstərmişdir ki, qonşuları Nicat ilə birlikdə küçədə Nicatın mağazasının qarşısında oturan zaman səs-küy gəldiyini eşitmişdir. O, qonşuları İradə arvadın qışqırdığını görüb oraya yaxınlaşmış və həmin vaxt Alim Məmmədovun maşının altında qaldığını görərək onu maşının altından çıxartmışdır. Davanın necə başladığını və davam etdiyini, Alim kişinin vurulma anını görməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İradə xala Nicatın anasıdır. X29 tanıyır, lakin Təqsirləndirilən şəxs əvvəllər görməmiş və tanımamışdır. Dava zamanı Alim Məmmədovu əvvəlcə orada görməmişdir. Alim kişini maşının altından çıxadanlardan biri o, dostu Orxan və Nicat olmuşdur. Dava zamanı hadisə yerinə təcili tibbi yardım gəlməsini görməmişdir. Alim Məmmədov vurulandan sonra o Alim kişini görmüşdür. Hadisə baş verən zaman mağazanın qarşısında oturub pivə içmişlər. Onlar söyüşməyə başlayan zaman, onlar oradan uzaqlaşmaq qərarına gəlmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin vəsatətinə əsasən əlavə şahid qismində ifadə vermiş X13 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdə Şahid7 ilə evlənmiş, həmin evlilikdən 2021-ci il təvəllüdlü X25 anadan olmuşdur. Evləndikdən sonra atasıgil ilə eyni həyətin daxilində bir otaqlı ev tikdirib orada yaşamağa başlamışlar. Əvvəllər də Orxanla aralarında bir neçə dəfə mübahisə olmuşdur. Qayınanası onlara məlumat verərək İlhamənin pəncərələrini daşla vurub qırdığını bildirmişdir. Hadisə baş verən gün saat 21 radələrində o yatmış və bir neçə saat sonra səsə oyanmışdır ki, qardaşı Xəyal maşını götürüb kiminsə arxasınca sürür. Dərhal piyada qaça-qaça onun arxasınca getmiş, onlardan 4 (dörd) küçə məsafədə yerləşən qayınatasıgilin evinin qarşısına çatdıqda evin yaxınlığından çoxsaylı adamların olduğunu görmüşdür. O dava başlayandan qurtarana kimi hadisə yerində olmamışdır. Sadəcə sonradan ona danışılanları,istintaq zamanı verdiyi ifadəsində göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Səməd Vurğun küçəsində hadisənin baş verdiyi yerə baxış keçirilərək foto şəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. “Meyitə baxış keçirilməsi haqqında” 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, X2nun meyitinə morqda baxış keçirilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” xx.xx.2022-ci il tarixli 1123/2022 nömrəli protokolundan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs ayıq olmuşdur. “Avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 07 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi və piyadanı vuraraq öldürdüyü VAZ-2107 markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək fotoşəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə yol nəqliyyat hadisənin baş verdiyi yerə baxış keçirilmiş, sxemi çəkilmiş və fotoşəkillər iş materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16-30-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o MSY-dən azad edilmişdir. Məhkəmə-tibb ekspertizasının 15 avqust 2022-ci il tarixli 58 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın yumşaq toxumalarına, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma, sağ təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, döş qəfəsinin sol tərəfində İİ-X qabırğaların körpücük xətt üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol bazu və hər iki baldır sümüklərinin sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın, burun, sağ baldır, sağ diz nahiyələrinin sıyrıqları, sol bud nahiyəsinin əzilmiş yarası, bel nahiyəsinin hematoması – qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb qapalı küt kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması olmuşdur. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 07 dekabr 2022-ci il tarixli 8/3263 nömrəli rəyindən görünür ki, VAZ-2107 markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü bəndinin tələblərinə uyğunsuzluq omuşdur. BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-3/2- 235/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AB 780438 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2013-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli xidməti sahəsindən alınmış xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Gəncə rayonlar arası Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 319 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə rayonlar arası Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 16 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. 07 yanvar 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən piyadanı vurmuş sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndində qeyd edilir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Həmin qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndində qeyd edilir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 dekabr 2022-ci il tarixli 8/3263 nömrəli rəyindən görünür ki,, VAZ-2107 markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü bəndinin tələblərinə uyğunsuzluq omuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisənigörmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; 5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin başverdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair 10 aprel 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, baş vermiş hadisə zamanı o, zərərçəkmiş şəxs Alim Məmmədovu vurduğunu bilməmiş, əgər bilsə idi, hadisə yerindən uzaqlaşmaz və qalıb zərərçəkmiş şəxs Alim Məmmədova köməklik göstərərdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş CM-nin 263.2 və 264-cü maddələri ilə ittihamlar üzrə tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, VAZ 2107 markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında ona məxsusdur və həmin avtomobili idarə etmək üçün sürücülük vəsqəsi vardır. Hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Röyalla yaşadığı küçədə idarə etdiyi avtomobillə rastlaşmışdır. Röyal avtomobilini saxlamağına baxmayaraq təkrarən mübahisə düşəcəyini bildiyi üçün avtomobili idarə edib yaşadığı evə gəlmişdir. Yaşadığı evə daxil olduqda arvadı İlhamənin üstünün toz-torpaq olduğunu görmüşdür. Səbəbini soruşduqda İlhamə həyətə çıxdığı zaman Röyalın ona daşla vurduğunu və onu ağır söyüşlərlə təhqir etdiyini bildirmişdir. Əlavə olaraq ona “bizi burda yaşatmayacağını” da demişdir. İlhamə ona bu sözləri dedikdən təxminən 10 dəqiqə sonra polis əməkdaşları yaşadığı evə gəlmişdir. Belə ki, qayınanası mübahisə düşən zaman Azərbaycan Respublikası DİN-nin “102” zəng xidmətinə bu barədə bildirmişdir. Polis əməkdaşları şifahi olaraq onları dinlədikdən sonra getmişlər. Polis əməkdaşları getdikdən sonra avtomobilini yaşadığı evin yaxınlığında saxlayıb darvazanın yanında Röyalın gəlməsini gözləmişdir. Təxminən 1 saat sonra Röyal idarə etdiyi avtomobillə yaşadığı evə gəlmişdir. Həmin vaxt Röyalgillə birlikdə “VAZ 2106” markalı başqa bir avtomobildə Röyalgilin yaşadığı evin qabağında saxlamışdır. Avtomobili saxladıqda sonra Röyal onun yaşadığı evin darvazasının qabağında olduğunu görmüş, idarə etdiyi avtomobildə olan və adını bilmədiyi qardaşı ilə ona yaxınlaşmışlar. Röyal həmin vaxt ona İmamzadə tərəfə getmələrini və məsələyə orada aydınlıq gətirələcəklərini demişdir. O, həmin vaxt Röyala öz işi məşğul olmasını bildirmişdir. Bundan sonra Röyal qardaşı ilə birlikdə avtomobillə yaşadığı evin qabağına qayıtmışlar. Röyal evin qabağına çatdıqdan sonra maşının yük hissəsindən balta götürərək yanındakı qaynatası Şahid10, qayınları Elçin və Tağı, qardaşı və tanımadığı 4-5 nəfər dostları ilə birlikdə onun üzərinə doğru gəlmişlər. Şahid10 əlində bel, Elçinin əlində taxta, Tağının əlində dəmir boru, Röyalın qardaşının əlində isə dəmir boru olmuşdur. Röyal onlarla birlikdə onun yanına yaxınlaşmış, baltanın sap hissəsini qarın nahiyəsinə doğru atmışdır. Baltanın sap hissəsi oma nahiyəsinə dəymişdir. Daha sonra Şahid10 əlindəki belin dəmir hissəsini bədəninin müxtəlif nahiyələrini vurmuşdur. Mübahisəni eşidən qayınanası Səlminaz həmin vaxt küçəyə çıxmışdır. O küçəyə çıxdıqdan sonra Röyalın qardaşının üzərinə getməyə başlamışdır. Həmin vaxt Vaqifin belin dəmir hissəsi ilə qayınanasının baş nahiyəsindən zərbə vurduğunu görmüşdür. Həmçinin həmin vaxt Röyalda əlindəki balta ilə qayınanası Səlminazın baş nahiyəsinə vurmuşdur. Vaqif və Röyal qayınanasına zərbə vurduqdan sonra qayınanası Səlminaz huşunu itirərək yerə yıxılmışdır. Vaqif və Röyal qayınanasını vuran zaman arvadı İlhamə bunu görmüşdür. Həmçinin hadisə zamanı Röyal və qardaşı əllərindəki əşyalarla onu vurub müxtəlif xəsarətlər yetirmişlər. O, bundan sonra dərhal evin yaxınlığında saxladığı avtomobilinin yanına getmişdirki, avtomobili tez idarə edib gəlib qayınanasını maşına qoyub oradan uzaqlaşsın, bu zaman isə idarə etməni itirərək hadisə yerinin yaxınlığında olan qonşuluqda yaşayan Alim Məmmədovu ehtiyyatsızlıqdan avtomobili ilə vurmuşdur. Həmin mübahisə etdiyi şəxslər maşınının ön hissəsinə çoxlu daş atdıqları üçün idarəetməni itirərək ehtiyyatsızlıqdan avtomobillə Alim Məmmədovu vurmuşdur. Hadisədən qabaq heç bir spirtli içki qəbul etməmiş, özü ümumiiyyətcə narkotik vasitə qəbul edən deyildir. Bundan başqa, istər ibtidai istintaq istərsədə məhkəmə istintaqı zamanı hadisənin bilavasitə şahidləri də ifadələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Alim Məmmədovu vurduğunu, daha sonra isə avtomobildən düşərək, başını tutub küçə ilə hadisə yerindən qaçıb getdiyini bildirmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Beləliklə, cinayət işinin istintaq sənədləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla, təqsirləndirilən şəxsin qismən etiraf edici ifadəsi ilə, şahidlərin ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, hadisə yerinə baxış protokolu və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28 və 145-ci maddələrinin tələblərinə görə məhkəmə cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara qərəzsiz və ədalətlə baxmalı, cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almalı, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalıdır. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına əsasən sübutları qiymətləndirməlidir. «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 may 2009-cu il tarixli Plenum qərarında isə qeyd edilir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli, həmçinin də həmin Məhkəmənin Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarlarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, həmin maddənin İİİ-cü hissəsində isə göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Van de Hurk Niderlanda qarşı» işi üzrə xx.xx.1994-cü il tarixli qərarında isə məhkəmə qeyd edir ki, təqdim edilmiş arqumentlər işin nəticəsi üçün önəmlidirsə məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər bir qərarında yəni, «Kondraşinanın Rusiya Federasiyasına qarşı işi üzrə» qərarında isə məhkəmə qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aililiyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidir ki, o mübahisə edilməsin. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarın 21-ci bəndinə əsasən müəyyən edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən toplanmalı, əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2) və cəza çəkmə müddətinin başlanğıcı 05 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilmiş əsas cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan Gəncə şəhər BPİ-nin DYP-nin cərimə meydançasında saxlanılan VAZ-2107 markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə geri qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM- 198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il, 05 (beş ay) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin X44 Şöbəsinin cərimə meydançasında saxlanılan VAZ 2107 markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 239 manat (iki yüz otuz doqquz) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar