Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-174/2025 16.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Göygöl rayonu Quşqara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sahib olduğu AA******* nömrəli şəxsiyyət vəsiqəsini itirməsi qənaətinə gələrək tapa bilmədiyindən, işləmək məqsədilə xx.xx.2025-ci il tarixdə 0327 nömrəli Gəncə-İstanbul aviareysi ilə Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Gəncə şəhərində yerləşən X9 Limanı dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək, həmin gün, saat 17:52-də özgəsinin, yəni yaxın qohumu olan əkiz qardaşı - Azərbaycan Respublikasının vətəndaşı Şahid3 sahib olduğu AA******* nömrəli şəxsiyyət vəsiqəsini istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə edib, bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə, həmin şəxsiyyət vəsiqəsindəki məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb, Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində keçməyə cəhd etmiş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Gəncə şəhərində yerləşən X9 Limanı dövlət sərhədindən buraxılış məntəqəsinin hərbi qulluqçuları tərəfindən onun təqdim etdiyi AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan fotoşəkildəki şəxsə oxşamadığı, yəni qeyd olunan şəxsiyyət vəsiqəsində əks edilmiş fotoşəkildəki şəxsin üz təsvirində olan xal piqmentinin onun üzündə olmaması, üz-çənə-burun quruluşunda və sol qaş hissələrində zahiri fərqliliklərin olması aşkar edilərək saxlanılmış, sonuncu bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində Türkiyə Respublikasında yaşayan əsgər yoldaşı ilə həmişə işlə bağlı əlaqə saxladığını, onun Türkiyə Respublikasında ofisiant işinin olduğunu, onunla razılaşdığını, bundan sonra iş təklifini qardaşınada bildirdiyini, qardaşı razılaşdığından onun adına bilet aldığını, özü isə şəxsiyyət vəsiqəsini tapa bilmədiyindən bilet ala bilmədiyini qeyd edirmişdir. Sonradan qardaşı Xəyal damar genişlənməsi xəstəliyindən əziyyət çəkdiyi üçün fikrini dəyişərək Türkiyə Respublikasına getməkdən imtina etmiş, bilet batmasın deyə özü getmək fikrinə düşmüş və qardaşına demədən onun sənədini götürüb X9 Limanına yaxınlaşmışdır. Orada olan Şahid2 sənədləri təqdim etdikdə üzündə olan xal piqmentinin təqdim etdiyi şəxsiyyət vəsiqəsində olan fotoşəkildə olmadığından onda şübhə yaratmış, sonra digər sərhədçi yaxınlaşaraq başqa otağa salmış, şəxsiyyət vəsiqəsi özünə məxsus olmadığına görə orada bir gecə qalmışdır. Sədrlik edənin sualına cavab olaraq etdiyi əməlin cinayət olduğunu bilmədiyini, əməlindən peşman olduğunu bildirmişdir. Müdafiəçinin sualına cavab olaraq əvvəllər xaricə getmədiyini, xaricdə heç bir öhdəliyinin olmadığını və deport olunmadığını bildirmişdir. İfadəsinin sonunda bağışlanmasını məhkəmədən iştəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Abbasov X5 Respublikasına işləməyə getməyi təklif etmiş və adına bilet almış, lakin qardaşı öz şəxsiyyət vəsiqəsini tapa bilmədiyinə görə özünə bilet ala bilməmişdir. Sonradan səhhətində yaranan problemə görə gedə bilməmişdir. Dövlət ittihamçısının sualına cavab olaraq qardaşının onun adına alınan biletlə getməy istədiyindən xəbəri olmadığını, qardaşının hava limanında olarkən xəbər tutduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 17:52 radələrində Türkiyə Respublikasına gedən şəxsin təqdim etdiyi Şahid3 adına olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin rəsmiləşdirilməsi zamanı həmin şəxsiyyət vəsiqəsində olan fotoşəkildəki şəxsə oxşamadığı şübhə doğurduğundan onu sorğu-sual etmiş və növbə rəisinə məruzə etmişdir. Sonra məlum oldu ki, başqa şəxsdir. Dövlət ittihamçısının suallarına cavab olaraq üzündə xal piqmentinin olmaması, üz-çənə-burun quruluşunda və sol qaş hissələrində zahiri fərqliliklərinə görə oxşatmadığını, təqdim etdiyi şəxsiyyət vəsiqəsinin qardaşına məxsus olmasını, vəsiqənin saxta olmadığını, əkiz qardaşına məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmışdır (i.v.1); - İAMAS-dan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:52 radələrində Şahid3 məxsus AA******* nömrəli sənədlə çıxış etməyə cəhd edən zaman üz təsvirinin fotoşəkili “X9 Limanı” dövlət sərhədindən buraxılış məntəqəsində quraşdırılmış müşahidə sistemi vasitəsilə çəkilmişdir (i.v.8); - Sərhəd Nəzarəti təhqiqat qrupunun baş zabiti mayor X3 tərtib etdiyi “inzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd etməsində şübhəli bilindiyi üçün həmin tarixdə saxlanılmışdır (i.v.16); - xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da Bakı şəhərində DSX-nin inzibati binasında Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.31); - xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında”protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşya və sənədləri könüllü surətdə verilməsi təklif edildikdən sonra istifadəsində olan “X13 11” markalı, tünd qara rəngli mobil telefonunu və adına rəsmiləşdirilmiş sərnişin talonunu könüllü olaraq təqdim etmişdir (i.v.38); - xx.xx.2025-ci il tarixli “şəxsiyyət vəsiqəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, AA******* nömrəli şəxsiyyət vəsiqəsi Şahid3 adına rəsmiləşdirilmişdir (i.v.45); - doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 xx.xx.2005-ci il tarixdə Xanlar rayonunda doğulmuşlar, atası X6, anası isə X1r (i.v.61); - xx.xx.2025-ci il tarixli “şəxsiyyət vəsiqəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına AA******* nömrəli şəxsiyyət vəsiqəsi rəsmiləşdirilmişdir (i.v.63); - xx.xx.2025-ci il tarixli “şübhəli şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərar və “şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Bakı şəhəri Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir (i.v.66-69); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir (i.v.71); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirmə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmiş və dindirilmənin əks olunduğu 01 ədəd DVD disk maddi sübut kimi iş materialına əlavə edilmişdir (i.v.79-83); - xx.xx.2025-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir (i.v.89-91); - xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v.104); - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.110); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nin xx.xx.2025-ci il tarixli 5374 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə qeydiyyatda durmur (i.v.130); - xx.xx.2025-ci il tarixli “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs Göygöl RİH başçısının Quşqara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (i.v.133); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nın xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır (i.v.134); - ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 146 (yüz qırx altı) manat müəyyən edilmişdir(i.v.137); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3/507 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 01 ədəd A4 formatlı vərəqdə əks olunmuş alt hissəsində AА3627217 nömrəli şəxsiyyət vəsiqəsindən istifadə edərək xx.xx.2025-ci il tarixdə, saat 17:52-də dövlət sərhədini keçən zaman Təqsirləndirilən şəxs “X9 Limanı” dövlət sərhədindən buraxılış məntəqəsində quraşdırılmış müşahidə sistemi vasitəsilə çəkilmiş fotoşəkil” yazı qeydləri olan fotoşəkildə, 01 ədəd Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan fotoşəkildə və müqayisəli material qismində təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şərti olaraq “1” rəqəmi ilə işarələnmiş eksperimental fotoşəkildə eyni bir kişi cinsli şəxs, 01 ədəd Şahid3 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan fotoşəkildə və müqayisəli material qismində təqdim edilmiş Şahid3 məxsus şərti olaraq “2” rəqəmi ilə işarələnmiş eksperimental fotoşəkildə isə digər eyni bir kişi cinsli şəxs əks olunmuşdur (i.v.138-147); - ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz) manat müəyyən edilmişdir(i.v.149); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/437 nömrəli rəyində göstərilmişdir ki, təqdim olunmuş Təqsirləndirilən şəxs adına olan AA ******* nömrəli və X4 adına olan AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqələrinin blankı mətbəə çapı vasitəsilə hazırlanmış və nümunə ilə eynilik təşkil edir. Həmin sənədlərdə hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmiş, tamlığı pozulmamışdır (i.v.150); - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinyət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, baxış protokolları, ekspert rəyləri və digər sənədlər Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut növü kimi qəbul edilmişdir (i. v.154-161); Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs dövlət sərhədini qanunla müəyyən edilmiş qaydada keçməyə hüquq verən hər hansı bir sənədi olmadığından Türkiyə Respublikasına getmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 17:52-də Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özgəsinin, yəni əkiz qardaşı - Azərbaycan Respublikasının vətəndaşı Şahid3 sahib olduğu AA******* nömrəli şəxsiyyət vəsiqəsini təqdim edərək vəsiqədəki məlumatların özünün məlumatları olduğunu bəyan edərkən X9 Limanının dövlət sərhədindən buraxılış məntəqəsinin hərbi qulluqçuları tərəfindən saxlanılmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əmlini başa çatdıra bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, idarəetmə qaydası əleyhinə olan və bilə-bilə saxta sənədlərdən istifadə etmədə ifadə olunan qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan, saxta sənəddən istifadə etməsini və dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən keçməyə cəhd etməsini, həmin əməli qəsdən törətməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələrinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlindən peşman olması və ilk dəfə məsuliyyətə cəlb olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə cəzanı yüngülləşdirən haldır, onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Həmin məcəllənin 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə növündə və iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Həmin məcəllənin 320.2-ci maddəsinə əsasən “Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə -min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkündür, təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər, ona görə də Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs məxsus “X13 11” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və Şahid3 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 246 (iki yüz qırx altı manat ) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 32 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 352 (üç yüz əlli iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 29, 318.1-ci maddəsi ilə 1500 manat, CM-nin 320.2-ci maddəsi ilə isə 1000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu Təqsirləndirilən şəxs qəti olaraq 1700 (min yeddi yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 16 aprel 2025-ci il tarixdən 17 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanma müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində 1200 (min iki yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Hökmün icrası Göygöl rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın və digər maddi sübutlar təqsirləndirilən şəxsə məxsus “X14 11” markalı mobil telefon, AA******* nömrəli şəxsiyyət vəsiqəsi və Şahid3 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 246 (iki yüz qırx altı manat ) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 32 saat hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 352 (üç yüz əlli iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-174/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-174/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver