Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-175/2025 26.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Elçin Umud oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 nümayəndəsi (vəkili) Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri Ə.Məmmədov küçəsi, ev 3a ünvanında yaşayan X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – (CM) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Günay Şahin qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verərək göstərmişdir ki, O, 2008-ci ilin may ayından sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 2021-ci ildən Bakı Musiqi Akademiyasının professoru vəzifəsində çalışır, 2024-cü ilin iyul ayından isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktorudur. Bir sıra elmi əsərlərin, 30-dan artıq elmi məqalənin, 2 metodik vəsaitin və 1 elmi saytın, Azərbaycan Ordusunun ermənilər üzərində qazandığı qələbələrə həsr edilmiş, söz və musiqisinin özünə məxsus olduğu vətənpərvərlik mövzusunda bir çox mahnıların müəllifidir. Səmərəli elmi-pedaqoji və yaradıcılıq fəaliyyətinə görə bir sıra diplomlara və mükafatlara, o cümlədən 22 çap vərəqi həcmində monoqrafiyanın müəllifi kimi 2007-ci ildə kitab nominasiyası üzrə “Humay” mükafatına layiq görülmüş, ölkə və beynəlxalq səviyyəli musiqi müsabiqələrinin və festivallarının qalibi və laueratı olmuş, çoxsaylı konsert proqramlarında, tədbirlərində və beynəlxalq konfranslarda uğurlu çıxışlar etmiş və 2021-ci ildə Ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.O, həm də şəhid ailəsinin üzvüdür, döyüş tapşırığının icrası zamanı həlak olmuş hərbçi-pilot, polkovnik-leytenant, şəhid Rəşad Atakişiyevin həyat yoldaşı və gələcəkdə atalarının yolunu davam etdirəcək iki oğul övladı böyüdən fədakar anadır. Gəncə şəhəri, F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi işləyən və əslində müəllimlikdən daha çox “Tiktokerlik” fəaliyyəti ilə məşğul olan X13 “TikTok” sosial şəbəkəsində yaratdığı “Xalqinhaqqsesi” adlı profilində bütün ölkə üzrə musiqi və incəsənət məktəblərində keçiriləcək attestasiya imtahanlarını ictimai müzakirəyə çıxararaq, 2025-ci ilin yanvar və fevral aylarında etdiyi canlı yayımlarda onun haqqında yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələməyə və nalayiq formada qəsdən alçaltmağa, onu cəmiyyətdə nüfuzdan salmağa yönəlik şərböhtan və təhqir xarakterli, iftira dolu məlumatları paylaşmışdır. Belə ki, Günay Məmmədova xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində etdiyi paylaşımlarda “Könül Hüseynovanın mərhum həyat yoldaşı Rəşad Atakişiyevdən ayrılması və şəhid olduqdan sonra onun adından daha çox sui-istifadə etməsi” (xx.xx.2025), “öz məktəbinin müəllimləri üçün planlı şəkildə qeyri-obyektiv imtahan təşkil etməsi” (xx.xx.2025) kimi həqiqətə uyğun olmayan fikirlər səsləndirməklə ona böhtan atmış, “Azərbaycan xalqına qarşı düşmən olması” (xx.xx.2025) kimi ifadə işlətməklə isə onu təhqir etmişdir. Günay Məmmədovanın bu hərəkətləri ictimaiyyət arasında onun barəsində mənfi rəyin formalaşmasına və onun işgüzar nüfuzuna ciddi zərbə vurulmasına hesablanmaqla yanaşı, özünə və ailə üzvlərinə çox pis təsir etmiş və onların dərin mənəvi sarsıntı keçirmələrinə səbəb olmuşdur. Çünki, yayılmış məlumatlar heç bir sübuta söykənməyərək açıq-aşkar böhtan və təhqir xarakterli olmaqla, Könül Hüseynovanın şəxsi və ictimai həyatına, işgüzar fəaliyyətinə kobud müdaxilədir. Bir şəhid xanımına böhtan atmaqla və onu təhqir etməklə, Günay Məmmədova həm də həmin şəhidin və onun timsalında bütün şəhidlərin müqəddəs ruhlarına böyük hörmətsizlik nümayiş etdirmişdir. Barəsində hazırkı şikayətin verildiyi Günay Məmmədova yalan olduğunu biləbilə onun şərəf və ləyaqətini ləkələmək, nalayiq formada qəsdən alçaltmaq və onu cəmiyyətdə nüfuzdan salmaq məqsədi güdən sözügedən həqiqətə uyğun olmayan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148.1-ci (təhqir) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini və X8 cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X7 nümayəndəsi (vəkili) Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə nitq söyləyərək, bildirdi ki, hazırki iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli olması iş üzrə sübutlar, şahid ifadələri və ekspert rəyi ilə tam subuta yetirilmişdir. Bu səbəbdən də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edir və xx.xx.2025-ci il tarixli “Amnistiya” aktının tətbiq edilməsinə dair X13 tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 məhkəmə baxışının ilkin mərhələsində özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, azad vətəndaş olaraq söz azadlığından istifadə etmişdir. X10 təhqir etməmiş və ona heç bir böhtan atmamışdır. X15 barəsində dedikləri yalnız mətbuatdan eşitdikləridir. Belə ki, o mətbu orqanlardan yazılan yazılara əsaslanaraq şəhid R.X4 şəhid olmamışdan da əvvəl boşanmasını eşitmişdir. Hesab edir ki, müəllimlər üçün təşkil olunan imtahanlar qərəzli keçirilmiş, Könül Hüseynovanın rəhbəri olduğu musiqi məktəbinin müəllimləri zəif cavablar versələr də onlar imtahandan məqbul almışlar. “Azərbaycan xalqının düşməni olması” ilə bağlı xüsusi ittihamçı tərəfindən söyləninlən sözlər isə K.Hüseynovanın özü tərəfindən təhrif olunmuşdur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında isə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi gəldikdən sonra) məhkəməyə Günay Məmmədova ərizə təqdim edərək özünü qeyd edilən xüsusi ittiham üzrə təqsirli bildiyini və barəsində xx.xx.2025-ci il tarixli “Amnistiya” aktının tətbiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X3 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 özünü təqsirli bilməsini qeyd edərək, onun barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, X14 onun gəlinidir. X2ək onlar birgə nikahda olmuşlar. Onlar hec vaxt ayrılmıyıblar və həmişə bir yerdə yaşayıblar. Sözügedən video ilə bağlı qohumları ona zəng vurmuş bunun nə məsələ olduğunu soruşmuşlar və həmin məsələ ona pis təsir etmişdir. Eyni zamanda X7 övladları da həmin məsələyə görə pis olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, şəhid Rəşad Atakişiyevin atasıdır. X14 isə onun gəlindir. Oğlu şəhid olan bir günədək gəlini X14 ilə rəsmi nikahda olmuş və birgə yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Günay Məmmədova tərəfindən paylaşılmış videonun aşağısında olan şərh bölməsinə o da şərh yazmışdır. Yazmışdır ki, bu imtahan çöx qərəzli imtahandır. Həmin imtahandan kəsilməsinin əsas səbəbkarı Könül xanımdır. Ona görə ki, imtahanda çaşdırıcı suallar verən Könül xanım idi. Digər imtahan komissiya üzvləri belə ondan icazə alıb suallar verirdilər. İmtahandan qeyri məqbul alanlardan biri də o özüdür. Onunla birlikdə həmin gün imtahan verənlərdən xeyli müəllim də imtahandan qeyri məqbul almışdır. Sözügedən videonun şərh bölməsində ondan başqa da çox insan imtahandan kəsildiklərinə görə şərh yazmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2025-ci il tarixli 4/1975 nömrəli ekspert rəyindən görünür ki; Ekspertizaya təqdim edilmiş 01 ədəd ağ rəngli diskdə qeydə alınmış “VİDEO-2025- 04-10-10-57-12 Günay Məmmədovanın 1-ci videosu” və “VİDEO-2025-04-10-10-57-20 Günay Məmmədovanın 2-ci videosu” adlı videogörüntülərdə işlədilmiş “Yoldaşınız sağ olsaydı və sizinlə birlikdə ailə nigahınız olsaydı o imkan verməzdi siz Azərbaycan xalqına qarşı bu gün düşmən olasınız.” kimi informasiyanın özündə əks etdirdiyi neqativ məna yükünü və kütləvi şəkildə yayıldığını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, linqvistik baxımdan yanaşdıqda həmin söz və ifadələr təhqir semantikalı məlumatlar hesab olunur. Ekspertizaya təqdim edilmiş 01 ədəd ağ rəngli diskdə qeydə alınmış “VİDEO-2025- 04-10-10-57-12 Günay Məmmədovanın 1-ci videosu” və “VİDEO-2025-04-10-10-57-20 Günay Məmmədovanın 2-ci videosu” adlı videogörüntülərdə işlədilmiş “Eşitdiyimə görə siz şəhidnən ayrılıbsız, yoldaşınız şəhid olannan sora onun yəni adınnan daha çox istifadə edirsiz. Olmaz belə.''; “Könül Hüseynova planlı şəkildə o müəllimlərinə sualları verəcək, hərəsi...mənim məllimlərimdi, yola verəcəklər. Çıxanda da kameranın qarşısına çox gözəl idi, məllimlər nədən qorxsun, çox rahatıydı. Sağolsunnar bunu təşkil eliyənnər. Biliyimi yenilədim, özgüvənim artdı. Hərəsi bir söz deyəcək. Hə, bilirsiz niyə? Planlı şəkildə." kimi məlumatlar xidməti fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında X14 barəsində mənfi rəy yaratdığından həqiqətə uyğun olmadığı təqdirdə onun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilir. Ekspertizaya təqdim olunan nitq materiallarında işlədilən ifadələrin böhtan olubolmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. Məhkəmədə xüsusi ittiham qaydasında şikayət verilən X13 ifadəsındə göstərmişdir ki, barəsində CM-nin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında olan cinayət işi üzrə özünü təqsirli bilir. Ona görə də Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə 19 dekabr 2025-ci il tarixli amnistiya aktının barəsində tətbiq edilməklə, onun cinayət məsuliyyətindən azad olunması və CM-nin 147.1 və 148 və maddələri ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət verilən şəxsi və onun müdafiəçisini, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 və onun nümayəndəsi (vəkili) Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, DVD-diskdə olan video görüntü əsasında verilmiş ekspert rəyi və işdə olan digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 və onun müdafiəçisi X11 təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək hesab edir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilsə də, “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə, X13 cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Belə ki, xüsusi icraat qaydasında olan şikayətdən və ona əlavə edilmiş materialından görünür ki, X13 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi altı ayadəkdir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən məhkəmələrin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları həmin Qərarın 1.1-1.16-cı bəndlərində göstərilmiş şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə, ittiham hökmü çıxarır. (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərədə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. İş materiallarından görünür ki, X13 “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qərarının təsiri altına düşmür. Həmçinin iş materiallarından görünür ki, X8 törətdiyi Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6- cı və 7-ci hissələrində göstərilmiş məhdudiyyətlərin təsiri altına düşmür. “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılğı olduqda, Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, X8 əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 5.1-ci hissəsinin təsiri altına düşür. Bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər iş üzrə mövcud deyil. Amnistiyanı tətbiq edərək təqsirləndirilən şəxs X13 barəsində cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı mövcuddur. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, X13 barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025- ci tarixli Qərarının 5.1-ci hissəsi tətbiq edilməli və iş üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan, məhkəmə məsrəfləri və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən təqsirləndirilən şəxs X13 “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12, 5.1 və 24-cü bəndlərinə əsasən cinayət məsuliyyətindən azad edilsin və X13 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(125)-175/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-175/2025
26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver