Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-176/2022 10.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs – Musayev Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və hazırda azadlığın məhdudlaşdırılması cəzası çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Musayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Musayev Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 43,192 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki satış məqsədi olmaqdan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 23 aprel 2022-ci il tarixdə saat 18:30 radələrində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Z.Hacıyev küçəsində saxlanılıb Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş və orada şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 43,192 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisidir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri Z.Hacıyev küçəsində saxlanılıb 2-ci Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarının cibindən bir ədəd bükümdə narkotik vasitə tiryək aşkar edilmişdir. Lakin, həmin narkotik vasitə ona məxsus olmamışdır. Belə ki, şəxsi axtarış keçirilməzdən əvvəl 2-ci Polis Şöbəsinin əməkdaşları ona qarşı hədə qorxu gəldiklərindən, o, qorxmuş və narkotik vasitənin onun cibinə qoyulmasına etiraz etməmişdir. Yəni, o, döyülməkdən qorxaraq şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olduğunu deyib bunu qəbul etmişdir. Sonda təqsirləndirilən şəxs onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 23 aprel 2022-ci il tarixdə Musayev Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitə olan tiryək əldə edib üstündə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Şöbənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 23 aprel 2022-ci il tarixdə, saat 18 radələrində Musayev Təqsirləndirilən şəxs Gəncə şəhəri Z.Hacıyev küçəsində olmasını müəyyən edib həmin yerə getmişlər. Təqsirləndirilən şəxs Musayevi əməliyyat müşahidəsinə götürüb yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu 2-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsndə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs Musayevin üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən sellofan kəsiyinə bükülmüş narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs Musayev tiryəkdən istifadə etdiyini, üstündən aşkar olunaraq götürülmüş kütlənin tiryək olduğunu, həmin narkotik vasitəni yerdən tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Musayevin üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAŞ-nin əməliyyat müvvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Musayev Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxs axtarış keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ yan iç cibindən qara sellofan kəsiyinə bükülmüş bir ədəd kütlə aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində çəhrayı rəngli kristal halında narkotik vasitə olan tiryəkə oxşar kütlə müəyyən edilmişdir. Həmin kütlə şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və büküldüyü sellofanla birlikdə ümumi çəkisi 43,61 qram olmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs Musayev ona qarşı hər hansı formada zorakılıq tətbiq edilmədiyini, üzərindən aşkar edilən kütlənin tiryək olduğunu, həmin narkotik vasitəni Gəncə şəhəri Z.Hacıyev küçəsində yerdən tapdığını, özünün istifadə etməsi üçün üzərində saxladığını, satmaq fikrində olmadığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/475 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Musayev Təqsirləndirilən şəxs üzərinə şəxsi axatrış zamanı üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 43,192 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 19-cu bəndində tiryək adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 50 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Musayev Təqsirləndirilən şəxs narkotik vasitəni həqiqətən hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində heç bir müsbət nəticə əldə edilməmiş, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evdə, yaxud digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixli, 1967 nömrəli arayışdan məlum olur ki, Musayev Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 584 nömrəli rəyindən görünür ki, Musayev Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatriya ekspertizasının 30 iyul 2022-ci il tarixli 478 saylı rəyindən görünür ki, Musayev Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Musayev Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Musayev Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Musayev Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Musayev Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Musayev Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Musayev Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 42,992 qram olan narkotik vasitə tiryək, eləcə də Musayev Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından və məhkəmə hökmünün surətindən müəyyən olunur ki, Musayev Təqsirləndirilən şəxs bundan əvvəl Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 1(043)- 24/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, şübhəli şəxs kimi tutulduğu müddət nəzərə alınmaqla, ona qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 93/2022 saylı sorğuya cavab məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(043)-24/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Musayev Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Probasiya Şöbəsində qeydiyyata alınmış və həmin tarixdə ona elektron nəzarət vasitələri tətbiq edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Musayev Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Qətimkan tədbirinin şərtlərinə pozduğuna görə müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla həmin qətimkan tədbiri dəyişdirilərək Musayev Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən hədə qorxu gəlindiyinə və döyülməkdən qorxduğuna görə üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Musayev Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, 23 aprel 2022-ci il tarixdə saat 18:30 dəqiqədə Gəncə şəhəri Z.Hacıyev küçəsi ilə Dəmir yol vağzalı istiqamətində küçə ilə gedən zaman 2 nəfər tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu 2-ci Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində ona üzərində narkotik vasitə gəzidrməkdə və saxlamaqda şübhəli olduğunu demiş, onu hüquq və tutulmağı barədə qərarla tanış etmişlər. Daha sonra ona hüquqlarını müdafiə etməsi üçün müdafiəçisinin olub-olmamamsını soruşmuş, o, şəxsi müdafiəçisinin olmasını deyib hüquqlarının müdafiə edilməsi üçün X5 çağırılmasını istəmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra videoçəkiliş çəkilməyə başlamış, videoçəkliş zamanı ona hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmişdir. O, həmin vaxt üzərində olan 2 gün əvvəl Gəncə şəhəri Z.Hacıyev küçəsində gedən zaman yerdən taparaq götürüb əynində olan qara rəngli şalvarının sağ cibində saxladığı narkotik vasitə olan qara kimi tanıdığı tiryəki təqdim etmiş, sonradan onun üzərində axtarış keçirilsə də, başqa hər hansı əhəmiyyətli əşya aşkar edilməmişdir. Özünün təqdim etdiyi sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan narkotik vasitə olan tiryək bükülmüş sellofanı ilə birlikdə elektron tərəzidə onun iştirakı ilə çəkilmiş, həmin kütlənin bükülmüş sellofan parçası ilə birlikdə çəkisi 43,61 qram gəlmişdir. Həmin kütlə zərfdə qablaşdırılmış və zərfin üzəri DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri onun, müdafiəçisinin və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra edilmiş hərəkətlər barədə protokol tərtib edilmiş, protokol ona və digər iştirakçılara oxunmuş, o, protokolda yazılanlarla razı olduğu üçün protokolu imzalamış, həmin vaxt videoçəkiliş çəkilmişdir. Onun qara rıəngli şalvarının sağ yan cibində saxladığı və şəxsi axtarış zamanı üzərində olan, təqdim etdiyi tiryəki yaşadığım yerdə küçədən 2 gün əvvəl tapmış, tapan zaman qara yəni tiryək olduğunu bildiyi üçün istifadə etmək məqsədi ilə götürmüş, istifadə etmək lazım olanda axtarmamaq üçün isə özündə saxlamışdır. Təqsirləndirilən şəxs Musayev əlavə suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, çətənə və tiryəkdən istifadə etmiş, narkotik vasitəni daim tapdıqda istifadə etmiş, heç kəsdən alıb satmamış, narkotiki heç kəsdən almamışdır. O, tapdığı tiryəkdən istifadə etməmiş, küçədən tapdığı formada üzərində gəzdirmiş, özünü təqsirli bilmiş, əvvəllər də narktoik vasitə istifadə etdiyi üçün tutulmuşdur. Bundan başqa, Musayev Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı müdafiəçisi tərəfindən ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs Musayev ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Musayev Təqsirləndirilən şəxs məhz narkotik vasitə olan “tiryək”dən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş və bir-biri ilə uzlaşan digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki qanunsuz əldə etməsi və üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Musayev Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (külli miqdara yaxın miqdarda) narkotik vasitə əldə edib saxlaması, şəxsiyyəti, əvvəllər qəsdən analoji cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və yenidən qəsdən cinayət törətməsi, bununla da azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunması üçün yetərli olmadığı nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Musayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 2 ay 20 gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, müəyyən edilmiş 1 il 1 ay 10 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilək həbs qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 42,992 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Musayev Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Musayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(043)-24/2022 saylı hökmünə əsasən Musayev Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 2 ay 20 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, müəyyən edilmiş 1 il 1 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Musayev Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Musayev Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Musayev Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Musayev Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan çəkisi 42,992 qram narkotik vasitə tiryək məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Musayev Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-176/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-176/2022
10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver