Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-177/2023 06.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,184 qram təşkil edən psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 13 dekabr 2022-ci il tarixdə saat 18:00 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən Gəncə şəhəri, Vaqif küçəsin yolun kənarında saxlanılaraq Gəncə ŞBPİ-nin 4-cü polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,184 qram, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, bir neçə müddət “patı” kimi tanıdığı psixotrop maddə olan metanfetamindən istifadə etmişdir. O, saxlanılmamışdan 3 gün əvvəl Gəncə şəhəri, İ.Məmmədov küçəsi ilə gedən zaman küçənin aşağı hissəsində ağacın dibində göy rəngli falqa görmüş və həmin falqanı götürüb baxdıqda istifadə etdiyi psixotrop maddə olan “patı” kimi tanıdığı metamfetamin olduğunu bilmiş və öz şəxsi istifadəsi üçün cibinə qoyub üzərində saxlamışdır. O, həmin maddəni götürdükdən sonra şərait olmadığı üçün istifadə edə bilməmiş və cibində gəzdirmişdir. 13 dekabr 2022-ci il tarixində saat 18 radələrində Gəncə şəhəri Vaqif küçəsi ilə piyada gedərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirib Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Gəncə şəhər BPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O,da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları onun qolunu burub xidməti avtomobilə otuzduraraq Gəncə şəhər BPİ-nin 4-cü PB-nin inzibati binasınına aparmışlar. O, avtomobilə əyləşdikdə ona 2 dəfə zərbə vurmuşlar. Sonra ona falqada kütlə göstərərək ona məxsus olduğunu, haradan aldığını bildirmişlər. Video çəkiliş zamanı görsənən maddənin yarısı onun deyil, polis bölməsində onun üzərindən çıxan narkotik vasitə dəyişdirilmişdir. Polis bölməsində ona Şahid1 təzyiq göstərmiş, ona görə də o, video çəkiliş zamanı üzərindən çıxan maddənin hamısının ona məxsus olduğunu bildirmiş, qorxduğu üçün bu barədə müdafiəçiyə heç nə deməmişdir. Lakin o, üzərindən çıxan “patı”nın yarısını qəbul edir, o, həmin metamfetamini 3 gün idi şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ona polis bölməsinin inzibati binasında xidməti iş otağında hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd içərisində metamfetamin olan göy rəngli falqa bükümünü təqdim etmişdir. Üzərində şəxsi axtarış aparılmış və bundan başqa üzərində başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir.Həmin içərisində psixotrop maddə metamfetamin olan bükülü müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0,26 qram olmuşdur. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və imzalarla təsdiq etmişdir. Sonda o, etdiyi əməlindən peşman olduğunu, hazırda heç bir narkotik vasitə və psixotrop maddə istifadə etmədiyini, bir daha belə əməl törətməyəcəyinə söz verdiyini nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun Təqsirləndirilən şəxslə heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Ona Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə və psixotrop maddələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də əməliyyat-axtarış qrupu yaradılmış,qrupun tərkibinə ounla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da daxil olmuşdur. 13 dekabr 2022-ci il tarixdə onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan X6 Gəncə şəhəri, Vaqif küçəsində yeri müəyyən edilmişdir. Həmin günü saat 18:00 radələrində Gəncə şəhəri, Vaqif küçəsində yolun kənarında olarkən onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, sonuncunu Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə dəvət etmişlər. X2 hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd göy rəngli siqaret falqasına bükülmüş kütləni təqdim edərək “patı” adlandırdığı psixotrop vasitə olan metamfetamin olduğunu, bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, üzərindən götürərək istifadə etmədiyini, heç kimə satmadığını, bu barədə heç kəsin məlumatının olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd göy rəngli siqaret falqası bükümdəki kütləyə baxış keçirilərək şəffaf rəngli, kristal şəkilli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzədiyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusu və bir ədəd qırmızı rəngli alışqan, bir ədəd cib yaylığı təqdim etmiş, bunlardan başqa üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş kütlə aptek tərəzisində çəkilmiş, zərfdə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Müdafiəçi X1 Ələddin Ceyhun oğlundan üzərində aşkar olunmuş kütlənin özünə məxsus olub-olmadığını, ona qarşı hər hansı təzyiq, hədə qorxu olub-olmadığını soruşmuş və Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, ona qarşı heç bir təzyiq və hədə-qorxu olmadığını, aşkar olunmuş kütləni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş patı adlandırdığı kütləni tutulmazdan bir neçə gün əvvəl yaşadığı küçənin aşağı hissəsindən yerdən ağacın altından tapdığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimdən almadığını, heç kimə satmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs psixotrop maddələri satması ilə bağlı əməliyyat məlumatı olmadığını, saxlanılarkən və ya polis bölməsində Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixoloji təzyiq göstərmədiyini, bu barədə müdafiəçinin də Ələddinə sual verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhər BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - 13 dekabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 15 dekabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə X12 azad edilmişdir. - xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Gəncə şəhər BPİnin 4-cü PB-nin baş təhqiqtçısı polis kapitanı X11, həmin idarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd göy rəngli siqaret falqasına bükülü çıxarıb bükülünün psixotrop maddə kimi tanıdığı patı deyilən maddə olduğunu, özünə məxsus olduğunu, bir nüçə gün əvvəl yaşadığı evin yaxınlığında ağacın dibindən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, heç kəsə satmadığını, başqa hər hansı bir yerdə psixotrop maddə saxlamadığını bildirmişdir. Həmin kütləyə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir.Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin 0,26 qram olması müəyyən edilmişdir. Müdafiəçinin sorğusu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olduğunu, saxlanılarkən və daha sonrasında hər hansı bir təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin kütləsi müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli 16/1386 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,26 qram çəkidə psixotrop maddə olan metamfetaminə oxşar kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 ədəd göy rəngli kağız bükümdə, təmiz çəkisi 0, 184 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(Heroinin təmiz çəkisi – 0,184 qr, tədqiqata sərf edildi – 0,02 qr, qalıq – 0,164 qr.). - DİN BƏSİİ-dən daxil olmuş 30.12.222-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Conayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3,70-ci maddələrinə əsasən təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 il şərti sınaq müddəti ilə cəzasını çəkmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 221.2.1, 177.2.1, 177.2.2, 177.2.3, 67.1-ci maddəsinə əsasən təqsirli bilinib 04 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilib, onun cəzası 03 il 07 ay 29 gün müddətinə endirilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə AR CM dəyişikliklər edilməsi haqqında xx.xx.2020-ci il tarixli qanunun tətbiq edilməsinə əsasən cəzası 03 il 06 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, onun məhkumluğu ödənilmişdir. - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 24 saylı arayışdan görünür ki, Əliyev X3 Dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Gəncə şəhər Nevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 42 saylı arayışdan görünür ki, Əliyev X3 Dispanserdə qeydiyyatda durmur. - Məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 69 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmənin müraciətinə cavab olaraq Gəncə şəhər prokurorluğu tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, X10 polis əməkdaşı tərəfindən qanunsuz hərəkətlərə məruz qalmağını bildirməyi ilə bağlı araşdırma aparılmış, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində hazırki cinayəti qismən etiraf etməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Beləki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan psixotrop maddəni cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. xx.xx.2022-ci il tarixdəilk olaraq izahatı alınarkən, şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə tutularkən, xx.xx.2022-ci il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə ifadəsi alınarkən, təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması, onun üzərinə əlavə psixotrop maddə qoyulması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs həmin ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir etirazı və vəsatəti olmamışdır. Əgər Təqsirləndirilən şəxs polis bölməsində hər hansı təzyiq olmuşdursa, onun tutulduqdan 2 gün sonra azadlığa çıxarkən müvafiq orqanlara və məhkəməyə şikayət etmək üçün kifayət qədər aylarla vaxtı və imkanı olmuş, lakin o, heç bir müraciət etməmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yenicinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün, cəmi dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,164 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 84 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,164 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-177/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-177/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver