Məhkəmə qərarları › İş №1(125)-179/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-179/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-179/2024 03.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Yevlax rayon, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-497/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 02 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin X5» ilə qadağan edilmiş əşya sayılan bir ədəd işlək vəziyyətdə, daxilində “Azercell” danışıq kartı olan, “Hope” markalı, «V8» modelli, «**********81311 və **********81329» İMEİ kodlu mobil telefon aparatı və bir ədəd ağ rəngli elektrik qidalandırıcısını istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, istifadə etmiş və daxil olmuş əməliyyat məlumatlarının yoxlanması məqsədi ilə 25 yanvar 2023- cü il tarixdə, saat 12:20-də, Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının 4-cü rejim korpusunun 71 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və kameraya qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman düz bağırsağında gizlətdiyi bir ədəd işlək vəziyyətdə, daxilində “Azercell” danışıq kartı olan, “Hope” markalı, «V8» modelli, mobil telefon aparatı və bir ədəd ağ rəngli elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolları, götürülmüş maddi sübutlar və digər istintaq hərəkəti protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona ittiham elan edilmiş cinayəti törətməkdə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən 25 yanvar 2023-cü il tarixdə, Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının 4-cü rejim korpusunun 71 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və kameraya qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman ona məxsuz olan və düz bağırsağında gizlətdiyi qadağan olunmuş, daxilində “Azercell” danışıq kartı olan, “Mini Phone B” markalı mobil telefon aparatı və bir ədəd ağ rəngli elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. O, həmin “Mini Phone B” markalı mobil telefonu ibtidai istintaq zamanı Şəmkir rayon polis şöbəsində olarkən orada müvəqqəti saxlama yerindən tapmış və düz bağırsağında gizlədərək 2 saylı İstintaq təcridxanasına keçirtmişdir. Lakin mobil telefonun üzərindəki danışıq kartı işləmədiyindən istifadə edə bilməmişdir. Ona həbsdə saxlandığı 2 saylı İT-nin əməkdaşları tərəfindən “Cəzaçəkmə Müəssisəsində və istintaq təcridxanalarında saxlanılan şəxslər və ya məhkumlar tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi” -nə görə cinayət məsuliyyəti yaratması barədə xəbərdarlıq olunmuşdur. Əməlindən peşmandır.Məhkəmədən səmimi ifadə verməsini nəzərə almağı xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs istintaq təcridxanasında saxlanılan şəxs kimi tanımış və onunla heç bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. 25 yanvar 2023-cü il tarixdə, saat 12:20-də, Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının 4-cü rejim korpusunun 71 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və kameraya qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada həbsdə saxlanılan AR CM-nın 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs düz bağırsağında gizlətdiyi “İstintaq cridxanalarında saxlanılan şəxslərə və ya məhkumlara hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi” qadağan olunmuş bir ədəd işlək vəziyyətdə, daxilində “Azercell” danışıq kartı olan, “Mini Phone B” markalı mobil telefon aparatı və bir ədəd ağ rəngli elektirik qidalandırıcısı əməkdaşlar tərəflərindən aşkar edilərək götürülmüşdür. Bundan sonra əməkdaşlar tərəfindən aşkar olunaraq götürülmüş daxilində “Azercell” danışıq kartı olan, “Mini Phone B” markalı mobil telefon aparatı və bir ədəd ağ rəngli elektrik qidalandırıcısı hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkum Təqsirləndirilən şəxs ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatını təcridxanaya Şəmkir rayon Polis şöbəsində olarkən tapdığını və yoğun bağırsağında gizlədərək istintaq təcridxanasına keçirtdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək araşdırılmış Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İstintaq Təcridxanasında saxlanılan şəxs kimi tanımış, onunla heç bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. 25 yanvar 2023-cü il tarixdə, saat 12:20-də, ona və 2 saylı istintaq təcridxanasında yeməkxana müdiri işləyən Şahid5 hal şahidi olmaqları təklif edilmiş, razılıq alındıqdan sonra onların hüquq və vəzifələri izah edilərək, onların iştirakları Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının 4-cü rejim korpusunun 71 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və kameraya qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs düz bağırsağında gizlətdiyi bir ədəd işlək vəziyyətdə, daxilində “Azercell” danışıq kartı olan, “Mini Phone B” markalı mobil telefon aparatı və bir ədəd ağ rəngli elektrik qidalandırıcısı İstintaq təcridxanasının əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar olunaraq götürülmüş daxilində “Azercell” danışıq kartı olan, “Mini Phone B” markalı mobil telefon aparatı və bir ədəd ağ rəngli elektrik qıdalandırıcısı onların iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş mobil telefon aparatını Şəmkir rayon şöbəsində olarkən tapdığını və yoğun bağırsağında gizlədərək İstintaq təcridxanasına keçirtdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsində göstərilən xüsusatları eynilə təsdiq etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: -18 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. -29 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, 23295004 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona AR CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının xx.xx.2023-cü il tarixli axtarış və götürmə protokolundan görünür ki, 25 yanvar 2023-cü il tarixdə 2023-cü il tarixdə saat 12:20-də, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 4-cü rejim korpusunun 71 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və kameraya qəfləti axtarış-baxış ədbirləri keçirilən zaman həmin kamerada həbsdə saxlanılan AR CM-nın 177.2.2, 177.2.3-1 -ci naddələri ilə təqsirli bilinərək 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs düz bağırsağında gizlətdiyi bir ədəd işlək vəziyyətdə, daxilində “Azercell” danışıq kartı olan, “Hope” markalı, «V8» modelli, «**********81311 və **********81329» İMEİ kodlu mobil telefon aparatı və bir ədəd ağ rəngli elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Məhkəmə kompyuter-texniki ekspertizasının 17 mart 2023-cü il tarixli, 5/287 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “Hope” markalı, «V8» modelli, **********81311 və **********81329» İMEİ kodlu mobil telefon işlək vəziyyətdədir və istifadə üçün yararlıdır. Həmçinin təqdim olunan bir ədəd “Hope” markalı, «V8» modelli mobil telefonun kitabçası bölməsində 06 ədəd kontaktlar, zəng mərkəzi bölməsində 01 ədəd zəng qeydi, gedən zənglər bölməsində 07 ədəd zəng qeydi, bütün zənglər bölməsində 08 ədəd zəng qeydi müəyyən olunmuşdur. bir ədəd “Hope” markalı, «V8» modelli, «**********81311 və »**********1329» İMEİ kodlu mobil telefon aparatına 16 fevral 2023-cü il tarixdə baxış keçirilən zaman zənglər bölməsində müxtəlif vaxt və tarixlərdə qeyd edilən nömrələrə zənglərin edilməsini və həmin nömrələrdən zənglərin gəlməsini, yəni “050 577- 02-29, 051 442-27-58, 050 371-91-96, 050 521-35-38, 051 422-57-58” "xxxx" MMC-ə aid nömələr; "xxxx" "xxxx" MMC-ə aid nömrə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istintaq verdiyi ifadədə “050 577- 02-29, 055 250-88-18” nömrəli telefonlara zənglər etdiyini, həmin nömrələrin qardaşı X4 aid olduğunu bildirmişdir. -"xxxx" MMC-dən alınmış 24 fevral 2023-cü il tarixli, 4316 nömrəli məktubunda “050 577-02-29” nömrəli danışıq kartının X4, "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli “BKC/LGL-3232/23” nömrəli məktubla isə "xxxx" nömrəli danışıq kartının Avtopark Baku MMC-yə məxsus olduğu öz təsdiqini tapmışdır. -Bakı şəhəri 1 saylı Asan Xidmətin Qeydiyyat şöbəsinə verilmiş sorğuya cavabda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı RTəqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmiş, bu barədə Şəmkir rayon Qeydiyyat şöbəsində 123 saylı xx.xx.2024-cü ildə qeydiyyat aparılmış və buna görə ifadəsinin alınması mümkün olmamışdır. -“Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü tarixli qərardan görünür ki, “Azercell” danışıq kartı olan, “Hope” markalı, «V8» modelli, “**********81311 və **********81329” İMEİ kodlu mobil telefon aparatı və bir ədəd ağ rəngli elektrik qidalandırıcısı iş üzrə maddi sübut kimi tanınması qərara alınmış və həmin mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM- nin 178.2.2-ci maddəsi təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu tarixli ilə hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 66.5-ci maddələri ilə təqsirli bilinib 04 il, 11 ay, 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 178.2.2-ci maddəsi təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 177.2.3-1,67.1-ci maddələri ilə təqsirli bilinib 02 il, 09 ay, 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərar ilə 05 ay 24 gün müddətinə vaxtından əvvəl azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 497/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkir. -Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-497/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X5”na 11-ci əlavədən görünür ki, mobil telefon aparatının məhkumlara saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyadır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər dəfələrlə məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər dəfələrlə məhkum olunması, buna baxmayaraq yenidən qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir, həmçinin həbsdə saxlanıldığı yer üzrə mənfi xarakterizə olunur və bu hallar cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi, onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 497/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzas yeni hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmiş, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-497/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş 16 oktyabr 2023-cü il tarixdən hesablanmalı və cəzasını isə həmin hökmlə müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəməyədək icraat və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilmədiyindən, hazırda da həmin hal nəzərə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Hope” markalı, «V8» modelli, **********81311 və **********81329» İMEİ kodlu mobil telefon və bir ədəd ağ rəngli elektrik qidalandırıcısı hökm qanuni qüvvəyə mindikdən sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-497/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il 04(dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-497/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş 16 oktyabr 2023-cü il tarixdən hesablansın və onun azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1(bir) ədəd “Hope” markalı, «V8» rıodelli, «**********81311 və **********81329» İMEİ kodlu mobil telefon və bir ədəd ağ rəngli elektrik qidalandırıcısı hökm qanuni qüvvəyə mindikdən sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar