Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-179/2025 08.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun vəkili Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X14 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Xatirə Şəmil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. X14 şikayətini onunla əsaslandırmışdır ki, bildiyimiz kimi Azərbaycan Respublikası Konstitusiyasının 7.1-ci maddəsinə görə, Azərbaycan dövləti - demokratik, hüquqi, dünyəvi, unitar Respublikadır.Yəni dövlətdə bütün münasibətlər hüquqla və qanunla tənzimlənir. AR Konstitusiyasının əsas prinsiplərinə görə, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, BMT-nin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi şəxslər, onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan böhtan və təhqir xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. Azərbaycan Respublikası Konstitusiyasınin 60-cı maddəsinin 1-ci bəndinə əsasən: Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Yuxarıda qeyd olunan AR Konstitusiyasının, AR Cinayət Prossesual Məcəlləsinin və digər normativ hüquqi aktlarının normalarının tələblərini rəhbər tutaraq, halhazırda X4 AR CM-nin 147 və 148-ci maddələrində təsbit olunmuş əməlləri törətməkdə təqsirli bilinməsinə və cinayət məsuliyyətinə cəlb olunması üçün CPM-in tələblərinə riayət edərək xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə aidiyyatı məhkəməyə müraciət etmək hüququndan istifadə edir. Bildirir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. Daha sonra Xatirə Məmmədovanın öz doğma oğlu Tahir Hüseynov ilə münasibətləri korlanmış, o, oğlu ilə münasibətinin korlanmasında onu günahkar bilmişdir. Amma həmin qənaətə hardan gəlmiş, heç bir məlumatı yoxdur. Belə ki, barəsində şikayət verilmiş Xatirə Məmmədova dəfələrlə onun işlətdiyi “Qazi çörəyi” çörək evinə və yaşadığı Gəncə şəhəri, Papatya park binası ünvanına gəlmiş, orada onun ünvanına böhtan və təhqir xarakterli ifadələr işlətmişdir. xx.xx.2025-ci il tarixdə Xatirə Məmmədova onun iş yerinə gəlmiş, orada onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Beləki qeyd etdiyi tarixdə saat 18:07 radələrində o, ona “Tahir indi səni sikir, sonra da qızını sikəcək ay bədbax” deyib. Həmin görüntü və səs yazı çörək mağazasının müşahidə kameralarına düşmüşdür. “18:16 radələrində “bıçağı amcığından soxub, ağzından çıxaracam demişdir.“ “saat 14:38 radələrində ona dayan ay qəhbə sənin amcığına bıçaq soxacam dayan ay qəhbə” Daha sonra xx.xx.2025-ci il tarixdə “saat 14:38 radələrində müştəriyə pulsuz çörək verir deyir ehsandı onsuzda qəhbə puludu” “ saat 14:39 radələrində müştəriyə çörəyi pulsuz verir deyir ehsandı buranın yiyəsi qəhbədi, qəhbə oğlumu evinə salıb, qəhbədən nə götürsən halaldı.” “Onun amcığına bıçaq soxacam” O, onun iş yerində ona pul müqabilində kişilərlə görüşdüyünü, eyni zamanda onun oğlu Tahirlə də cinsi münasibətdə olduğunu, qarşılığında pul aldığını, əxlaqsızlıqla məşğul olduğunu, ona olmazın söyüş və təhqirlər demişdir. O, Xatirə Məmmədovanın təhqir və böhtanlarından mənəvi sarsıntı keçirmiş, onkoloji xəstəlikdən müalicə alan bir qadın olaraq onun səhhətinə Xatirənin təhqir və böhtanları ciddi problemlər yaratmışdır. Xatirə onu təhqir edib, ona böhtan atarkən təndirdə işləyən qadınlar çörək almaq üçün gələn müştərilər və digər şəxslər Xatirə Məmmədovanın onun ünvanına səsləndirdiyi təhqir və böhtanları eşitmiş və görmüşdür. Təndirdə işləyən təndirçi şahid kimi X9 məhkəmədə ifadə verəcəkdir. O, bütün bu keçirdiyi sarsıntıya görə mağazanı həmin gündən bağlamışdır. Ona mənəvi zərərlə yanaşı maddi zərər də dəymişdir. Mağazanın bağlandığını görən Xatirə Məmmədova onun yaşadığı binanın qarşısına gəlib, orada onun və azyaşlı qızının xx.xx.2016-cı il təvəllüdlü X3 ünvanına nəlayiq söyüşlər söymüşdür. Eyni zamanda bundan ürəyi soyumayaraq atası Əli Pənahovun iş yerinə və qardaşı Vüqar Pənahovun evinə gedərək orada onun ünvanına nəlayiq ifadələr demişdir. Həmin vaxt da binanın mühafizə kameralarına düşmüş. Binada yaşayan qonşular və binanın mühafizəçisi bütün olanları görmüş və eşitmişlər. Olan bu hadisələr ilə bağlı şər-böhtan və təhqir xarakterli ifadələrə görə təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılması üçün hal-hazırda məhkəməyə müraciət etmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən və qanunvericiliyin tələblərini rəhbər tutaraq X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 müdafiəçisi (vəkil) Nümayəndə şikayəti tam müdafiə edərək bildirmişdir ki, Məmmədova Xatirə dəfələrlə X8 işlədiyi təndirə gedərək onun ünvanına nalayiq ifadələr işlətmiş və onu təhqir etmişdir. İşçilərin yanında ona söyüşlər söymüşdür. Məmmədova X2 nalayiq ifadələr işlətdiyi zaman təndirdə işləyən təndirçi X9 bütün olanlara şahid olmuşdur. Sonda şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı X4 vəkili Müdafiəçi bildirmişdir ki, X1 Xatirə Şəmil qızının guya onun və azyaşlı qızının ünvanına nalayiq söyüşlər söyməyini, onun barəsində böhtan və təhqir dolu ifadələr işlətməyini əsas gətirməklə ona qarşı Gəncə Şəhər Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdir. Hesab edir ki, şikayət əsassızdır, o məhkəmənin icraatına qəbul edilə bilməz. Odur ki, X8 Məmmədova Xatirənin barəsində CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməyinə dair xüsusu ittiham qaydasında verdiyi şikayəti üzrə məhkəmə tərəfindən CPM-ın 300.1.3cü maddəsinə əsasən öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçinin bildirdikləri ilə razı olduğunu bildirərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini (vəkilini), barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun vəkilini dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin “Təhqir” adlanan 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2 və 293.3.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, əməl törədildiyi zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməmişdir. Şikayətə sadəcə filəş kart əlavə edilmişdir, lakin həmin filəş kartdakı səs yazılarından və videogörüntüdən pozuntunu aydın müəyyən etmək mümkün deyildir. Bundan başqa şikayət vermiş şəxs X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, X4 hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1-ci və hansına görə 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmiş, həmçinin dəqiq göstərməmişdir. Eyni zamanda bir şahid qeyd edib, digər şahid barədə məlumat yoxdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2 və 293.3.4-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən X6 məhkəmədə 3 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X14 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Təqsirləndirilən şəxs X6 göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 33 (otuz üç) manat məbləğində pul ödənilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №1(125)-179/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-179/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver