Məhkəmə qərarları › İş №1(125)-18/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-18/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-18/2025 03.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, müdafiəçi - Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,ailəli, orta təhsilli,işləməyən, məhkumluğu olmayan, Samux rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində qardaşı Şahid1 ilə aralarında olan mülki münasibətlərdən irəli gələn mübahisə zəminində qardaşının ünvan 1 ünvanında yerləşən tikilini Zərərçəkmiş şəxs2 satması səbəbindən sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən tikilini və orada olan əşyaları yandırmaqla qəsdən məhv etmə və zədələmə məqsədi ilə hasardan aşmaqla daxil olaraq həmin tikilinin taxta qapısını alışdırıb tikilini və içərisində olan 1 ədəd «dəmir döküm » markalı kombini, 5 ton buğdanı, 3 ton arpanı, 10 torba 50 kiloqramlıq unu, 7 torba 20 kiloqramlıq unu, 10 torba 10 kilqramlıq unu, 200 kiloqram Ağdaş istehsalı olan cücə yemini, 38 kiloqram kömürü, 1 ədəd « Summer » markalı kassa aparatını, 1 ədəd « Çarlak » markalı yem qırma avadanlığını və 1 ədəd « Flygman » markalı kisə ağzı tikən avadanlığı yandırmaqla zərərəçəkmiş Zərərçəkmiş şəxs2 məxsus tikilinin təmirinə 6572 (altı min beş yüz yetmiş iki) manat, həmçinin həmin tikilinin içərindəki Zərərçəkmiş şəxs1 məxsus yem məhsullarına və avadanlıqlara 6874 (altı min səkkiz yüz yetmiş dörd) manat dəyərində maddi ziyan vurmaqla özgənin xeyli miqdarda əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, atasından miras qalmış obyekt ona məxsus olmuş, lakin qardaşı Münasib ilə aralarında mülklə bağlı mübahisə olmuşdur. Belə ki, qardaşı Münasib ona məxsus obyekti özbaşına İlhama icarəyə vermiş, lakin sonuncu vergi ödəmədiyindən problem yaranacağını bildirmişdir. Obyekti İlhama qardaşı Münasib ondan xəbərsiz vermiş, bu səbəbdən də İlhamla görüşüb məsələni həll etməyi bildirmişdir. O, xəstə olduğundan obyektə dair etibarnaməni qardaşına vermiş, obyektin icarəsinə görə behi İlham qardaşına vermişdir. İlham orda heç bir təmir işləri aparmamış, nə zaman ehtiyac olsa özləri obyektə əl gəzdirmişlər. Atası təxminə 3 ildir ki, vəfat etmişdir. O, savadsız və xəstə olduğundan obyektə qardaşı Münasib nəzarət etmişdir. Lakin obyektin satılması və icarəyə verilməsi ilə bağlı qardaşına razılıq verməmişdir. Obyekt satılan zaman ona pul verilməmiş, yalnız yandırdıqdan sonra ona hissə-hissə pul vermişlər. İlham oranı bərbərxana kimi istifadə etmişdir. Onun özünün aliment borcu var. Qardaşından satılmış obyektə görə aliment borcunu ödəmək üçün pul istəmiş, qardaşı isə imtina etmişdir. Hazırda obyektə dair çıxarış almaq üçün aidiyyəti orqana müraciət etmişlər. O, yanğın törədərkən benzin və ya yanar maddədən istifadə etməmiş, sadədə obyektin qapısını yandırmış və əsəbləri sakitləşdikdən sonra qardaşına zəng edərək obyekti yandırdığını bildirmişdir. Yanğınsöndürənlər tez bir zamanda qapını sındırıb söndürmüşlər. Təqsirləndiriən şəxs sonda özünü təqsirli bildiyini, belə ki, yanğının baş verməsinə səbəb qardaşı Münasibin bais olduğunu, ondan xəbərsiz obyektin qeyri-rəsmi satıldığını və ona pul vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, o, Gəncə şəhəri Atabəylər prospekti 222 ünvanında yerləşən obyekti Zərərçəkmiş şəxs2 aylıq 150 manat ödəməklə icarəyə götürmüş, həmin obyekti şifahi razılıq əsasında icarəyə götürmüşdür. Yəni ki, Zərərçəkmiş şəxs2 obyekti sənədləşdirmədən icarəyə götürmüşdür. Həmin obyektin onun icarəsində olmasını hər ay vergi ödəməsi və obyektdə satışını etdiyi kənd təsərrüfatı mallarını aldığı qaimə və çeklər təsdiq edir. 25 mart 2023-cü il tarixdə o, obyektin yanına gedən zaman obyekt yanması ona məlum olmuşdur. Bundan sonra o, həmin obyektdə olan kənd təsarüffatı mallarına dəymiş ziyanı hesablamışdır. O, obyektdən cəmi 4 kisə buğda götürmüş, başqa heçnə götürməmişdir. Daha sonra suallara cavab olaraq bildirmişdir ki, obyekt bölünmüş, əsas onlara aid olan hissəyə və yanlarındakı bərbərxanaya ziyan dəydiyini, hadisə yerində DİN-nin əməkdaşlarını, Fövqaladə hallar Nazirliyinin əməkdaşlarını gördüyünü, amma ekspert görmədiyini, təxminən 1 tondan artıq Ağdaş yemi, 5-6 kisə İmişli yemi, 2 tondan artıq arpa, 1,3-1,4 ton buğda, 1 ədəd yem üyütmə aparatı 1100 manatlıq motor hissəsi, 480 manatlıq kassa aparatının yandığını, kisə tikən aparata nə qədər ziyan dəydiyini, arxa anbarda olan 3,7 ton buğda, çəkisi yadında qalmayan arpa və başqa yemlərin də yararsız hala düşdüyünü, obyektdə kombi aparatı olmadığını, ona lazım olduğundan cəmi 4 kisə buğda götürdüyünü, həmin obyektdə İlhamında özünə məxsus hissədə buğda, arpa və digər yemlər və əşyalar olduğunu, üyütmə aparatı təmir olunsa da işləmədiyini, obyektin sənədləri olmadığından icarə müqaviləsi bağlaya bilmədiklərini və ümumilikdə ona 5300 manat ziyan dəydiyini bildirmişdir. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini və ona cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, o, halhazırda Fövqalədə Hallar Nazirliyinin 25 nömrəli yanğından mühafizə hissəsində sürücü işləyir. Təxminən 1 il əvvəl Şahid1 ünvan 3 ünvanında yerləşən obyekti almış, sonuncu ilə razılaşmalarına əsasən ilkin olaraq obyekt üçün 25000 manat pul vermiş, qalan 25000 manatı isə obyekt mənim xüsusi mülkiyyətinə keçdikdən sonra verməli idi. Obyekti aldıqdan sonra bir hissəsində kənd təsərüffatı mallarının satışını etmiş, bir hissəsini isə təmir edib İlkin adlı şəxsə icarəyə vermişdir. Obyektin qalan hissəsi isə fəaliyyət göstərmir. Şahid1 qardaşı Əkbər isə obyektin pulunun tam şəkildə verilmədiyi üçün onunla pulun geri qalan hissəsini verməsi ilə bağlı mübahisə etmişdir. O da Əkbərə obyektin onun xüsusi mülkiyyətinə keçdikdən sonra pulun geri qalan hissəsini ödəyəcəyini və qardaşı Münasib ilə bu şəkildə razılaşdıqlarını bildirmişdir. 24 mart 2023-cü il tarixdə saat təxminən 22 radələrində Şahid1 ona zəng edərək obyektin yandığını bildirmiş, obyektin yanına çatan zaman Fövqalədə Hallar Nazirliyinin yanğınsöndürmə xidmətinin hadisə yerində olduğunu görmüşdür.Həminn vaxt Münasibdə orda olmuş və obyekti Əkbər yandırdığını bildirmişdir. Münasib isə yanğın zamanı hadisə yerinə gələndə Əkbərin hadisə yerində olduğunu görmüşdür. O, məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, baş vermiş yanğın nəticəsində dəymiş ziyanı aradan qaldırmaq üçün təmir işləri aparmış, təmir işlərinə xərclədiyi pulu öz dəftərinə yazmışdım. Sonda o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,Əkbər Qasımzadə onun doğma qardaşı, Zərərçəkmiş şəxs2 isə dostudur. Təxminən 1 il bundan əvvəl Zərərçəkmiş şəxs2 atasından miras qalan ünvan 1 ünvanında yerləşən obyekti 50000 (əlli min) manata satmağa razılaşmış, sonuncu həmin pulun 25000 manatını ona vermiş, lakin pulun geri qalanını, yəni 25000 manatını isə həmin obyekt İlhamın xüsusi mülkiyyətinə keçdikdən sonra verilməsi barədə razılaşmışlar. Obyekt atasını rəhmətə getməsindən sonra vərəsəlik qaydasında qardaşı Əkbər, o və bacısı atasına məxsus mülklərdən imtina etdikləri üçün anası Əfruz Qasımovanın adına keçmişdir. O, obyekti İlhama satdıqdan sonra 3000 manat qardaşı Əkbərə, 3000 manatını bacısına vermiş, təxminən sənədləşmə işinə 7000 manat pul xərcləmişdir. Həmin pulun 4000 manatını özünə götürmüş, pulun geri qalalnını isə anası Əfruzun müalicəsinə xərcləmişdir. Qardaşı Əkbər isə atasından qalan bütün əmlakın onun olmasını istədiyi üçün aralarında mülki mübahisə yaranmışdır. xx.xx.2023-cü il tarixdə Əkbər onu İlham ilə görüşdürməsini və İlhamdan 1000 manat almasını bildirmiş, o da görüşdürəcəyinii bildirmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Əkbər ona yenidən zəng edərək İlham ilə onu görüşdürüb görüşdürməməsini soruşmuş, o da yorğun olduğunu, bu gün görüşdürə bilməyəcəyini, ay sonunda İlhamdan 200 manat alıb ona verəcəyini bildirmişdir. O da əvəzində gedib obyekti yandıracağını bildirmişdir. O, dərhal həmin obyektin yanına getmiş və yanğınsöndürənlərin yanğını söndürmək üçün çalışdıqlarını görmüşdür. O, dərhal İlhama zəng edib bu barədə İlhama məlumat vermişdir. O, məhkənmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, yanğın zamanı qardaşı Əkbər orada olmuş, sonuncudan obyekti yandırmasının səbəbini soruşduqda bu barədə heç bir cavab verməmişdir. O, sadəcə avtomobili yanğın olan obyektin qarşısında saxlamamağı bildirmiş və yolun digər tərəfinə keçərək ara küçələrə girmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,atası İlham Əkbərin qardaşı Münasibin dostudur. İlqar ilə Etibar obyekti atasından icarəyə götürərək yem dükanı işlətmiş, daha sonra işlədə bilməmişlər. O, Etibara zəng edərək məhsullarını obyektdən götürməyi və özü işlədəcəyini bildirmişdir. Təxminən 3 il atası ilə obyekti işlətmişlər. Yanğından əvvəl obyekt normal vəziyyətdə olmuş, lakin obyekti alan zaman təmir etməmişlər. Belə ki, yalnız bərbərxana təmir olunmuş, içəridə avadanlıq olmamış, yanğından sonra obyekt təmir olunaraq içəri avadanlıq qoyulmuşdur. Yanğından sonra nə qədər xərc çəkildiyini bilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 10 may 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır.(i.v.1); -25 mart 2023-cü il tarixli“baxış aparılması”haqqında protokoldan görünür ki, ünvan 4 ünvanın yerləşdiyi kənd təsərrüfatı mallarının satış etdiyi obyektə baxış keçirilmiş və həmin yerin fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.5-11); - 11 may 2023-cü il tarixli 10/2051 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin “yanğın və texnoloji partlayışların ekspertizası”ndan məlum olur ki, ünvan 5 ünvanında yerləşən kənd təsərrüfatı mallarının satışı mağazasının konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə, baş vermiş yanğının mənbəyi, mağazanın arxa girişində olmuşdur. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitinin, iş materiallarındakı məlumatları nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 105 manat təşkil etmişdir (i.v. 48-50); - 28 aprel 2023-cü il tarixli 9/1112 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin “materialların məhkəmə ekspertizası”ndan məlum olur ki, tədqiqata yanğından sonrakı qalıqlar qismində təqdim olunmuş termiki təsir nəticəsindeə ərimiş və kömürləşmiş material qalığında tezalışan neft məhsullarına ( benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil etmişdir(i.v. 54-55); - 05 may 2023-cü il tarixli 6/1894 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin “məhkəməəmtəəşünaslıq ekspertizası”ndan məlum olur ki, ekspertiza təyini haqqında qərarda göstərilən 8 adda malların 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6874,00 manat müəyyən olunur.Digər 3 adda malları haqqında kifayət qədər məlumat (markası, modeli və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir(i.v. 57-59); - 30 may 2023-cü il tarixli 10/2059 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin “tikintitexniki obyektlərin tədqiqi ekspertizası”ndan məlum olur ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Gəncə şəhəri, Atabəylər küçəsi 22 ünvanında yerləşən kənd təsərrüfatı mallarının satışı mağazasına tikinti üzrə dəymiş maddi ziyan 6572 manat təşkil edir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 55 manat təşkil etmişdir (i.v. 63-65); - “Torpağa mülkiyyət, sahibik və daimi istifadə hüququna dair” Dövlət aktından görünür ki, Samux rayon Xalq deputatları Soveti tərəfindən 04 avqust 1992-ci il tarixli 9/2 nömrəli və 30 dekabr 1992-ci il tarixli 16/2 nömrəli qərarları ilə GƏNCƏ Üzümçülük və Şərabçılıq stansiyasının X1 və Zazalı kəndi Zazalı kolxozunun ərazisindən 5.50+6.11.5 ha kənd təsərrüfatı istehsalı üçün torpaq Samux rayonu, "xxxx" Xüsusi Sənaye İstehsal Müəssisəninin direktoru M.Qasımova verilmişdir (i.v.81-82); - xx.xx.2023-cü il tarixli DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixli Samux rayonu Xalq Məhkəməsinin hökmü ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1999-cu il tarixdə Təqsirləndirilən şəxs AR Milli Məclisinin xx.xx.1999-cu il tarixli Amnistya qərarı ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Samux rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir. (i.v.92); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 4463 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. ( i.v.95); - Gəncə şəhər Psixo-Nevroloji Dispanserinin 10 iyul 2023-cü il tarixli 371 nömreəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə PDN-nə müraciət edib “keçirilmiş ensefalopatiya” nəticəsində əmələ gələn dayanıqlı psixi pozulmalar, şəxsiyyət dəyişkənliyi” diaqnozu qoyulmuşdur ( i.v.96); - 10 iyul 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, təqsirlənndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır ( i.v.97); - Samux Rayon Məhkəməsinin 1( 058)-45/2010 nömrəli 11 oktyabr 2010-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 176.1-ci maddəsi ilə təqsirli bilinib 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir (104- 106); - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 12 aprel 2023-cü il tarixli məktubu ilə yanğınla bağlı toplanmış materildan məlum olur ki, yanğın nəticəsində mağazanın içərisində yığılmış 3-5 ton müxtəlif növ yemlərin 15 tonu yanmış, mağazanın və yemin qalan hissəsi mühafizə olunmuş, yanğının söndürülməsində 3 “B” lüləsi istifadə edilmişdir və 1QTHS manqası 15 dəqiqə işləmişdir ( i.v. 112-114); - 11 aprel 2023-cü il tarixli 106 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin protokolundan görünür ki, lövhə ultra bənövşəyi şüalarda tədqiq edilərkən tədqiq olunmuş nümunələrin kompensasiya zonaları uyğun sübut zonaları ilə üst-üstə düşməmişdir. Təqdiq edilmiş yanğından sonrakı nümunələrin tərkibində yüksək temperatur təsirindən ilkin şəklini dəyişmiş neft məhsullarının işləri aşkar edilməmişdir (i.v. 139); - 11 aprel 2023-cü il tarixli 107 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin protokolundan görünür ki, təqdim olunmuş elektrotexniki əşyaların yanından sonrakı qalıqları üzərində elektrotexniki qəza hallarını təsdiqləyən işlər aşkar edilməmişdir(i.v.141); - 18 sentyabr 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” protkoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 186.2.2.-ci maddəsi ilə ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v. 162); - 19 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 186.2.2.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona maddə ilə ittiham elan edilmişdir (i.v. 166); - 19 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilmişdir (i.v. 188-189); - 19 sentyabr 2023-cü il tarixli “ təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v.194); - 30 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 202); - 19 sentyabr 2023-cü il tarixli 605 saylı “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin rəyindən məlum olur ki, motivləşdirici hissə. Yuxanda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda keçirilmiş kəllə- i 3eyin travmasindan sonrakı davraniş pozuntulari XBT 10 (Psixi və İ davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.2 müəyyən edilir. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2023-cü il tarixli 371 saylı arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda emosinal davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, onda əsəbiliyə və konfliktə meyillilik nüşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa bir qədər güclü cavab reaksiyası verməsi, onda qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının aşkar edilməməsi, psixoproduktiv mptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müşahidə olunmaması, törətdiyi əmələ tənqidi münasibət bəsləyərək həmin əməldən peşman olduğunu söyləməsi və s.) sübut edir. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal- hazırda keçirilmiş kəlləbeyin travmasindan sonrakı davranış pozuntulari xbt 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) f07.2 xəstəliyindən əziyyət çəkir.Təqsirləndirilən şəxs keçirilmiş kəllə-beyin travmasindan sonraki davraniş pozuntulari xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olduğundan o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur.Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 207-209); - 08 may 2024 may tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 186.2.2.-ci maddəsi ilə ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v. 210); - 08 may 2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:10-da Gəncə şəhər Baş Polis İdrəsinin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir (i.v.214); - Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Natəvan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məlumatından görünür ki, keçmiş Samux rayonu, İnstitut qəsəbəsi, hal-hazırda Atabəylər 222 küçəsind yerləşən "xxxx" Xüsusi Sənaye Müəssisəsi Gəncə şəhər inzibati ərazisinə aiddir (i.v. 220); -xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə təqsirləndirilən, zərəçəkmiş və şahid ifadələri, baxış və götürmə protokolu, ifadənin yerində yoxlanılması protokolu, ekspertiza rəyləri və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmişdir. (i.v.230-237); - Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən və məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs X3 ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Odur ki, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizəsindən və məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs X3ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Odur ki, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs onun zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakı qəsdən məhv etmə cinayətini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə, digər cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əmələrinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakı qəsdən məhv etmə cinayətini törətməsi Azərbaycan Respublikasının CM-nin 186.2.2 maddəsiilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının CM-nin 186.2.2-cimaddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə-yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Ə.Q.Qasımova cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ailəli olmasını, himayəsində yetkinlik yaşına çatmayan qız övladının olmasını, yaşını, kəllə-beyin travmasından sonrak davranış pozuntuları xəstəliyindən əziyyət çəkdiyini, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslərlə barışıb onlara dəymiş maddi və mənəvi ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini, sonuncununailəli olmasını, yetkinlik yaşına çatmayan övladının olmasını, yaşını, kəlləbeyin travmasindan sonraki davraniş pozuntulari xəstəliyindən əziyyət çəkməsini, məhkumluğunun olmamasını,zərərçəkmiş şəxslərlə barışıb onlara dəymiş maddi və mənəvi ziyanı ödəməsini,eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də, məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-cimaddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxstəyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 235 (iki yüz otuz beş) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləsi əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 235 (iki yüz otuz beş manat) manat pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, Az.MEM, VÖEN **********, hesab №2088501, X2,KOD 210005, VÖEN **********, m/hAZ41NABZ********************, S.W.İ.F.T.BikCTREAZ22 ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar