Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-183/2022 30.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu, Sərkar kəndində qeydiyyatında olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi və etibarnaməsi olmadan ayıq vəziyyətdə X1 məxsus idarə etdiyi “VAZ 2107” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət edərək, yəni avtomobili yola bitişik ərazidən yolun hərəkət hissəsinə daxil etməzdən əvvəl həmin yol ilə piyadanın hərəkətdə olmasına əmin olmalı, yol ilə piyada hərəkətdə olduğu vəziyyətdə yola daxil olmadan ona yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq yola daxil olub hərəkət etdirməli olduğu halda, həmin tələblərə əməl etməyərək avtomobili bitişik ərazidən yolun hərəkət hissəsinə sürüb həmin küçəni soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən burun sümüyünün yerdəyişməmiş, sağ kürək, sağ bazu sümüklərinin, sağ İİ, İİİ, İV, V, Vİ qabırğaların yerdəyişmiş, sol İİİ, İV, V qabırğaların yerdəyişməmiş sınıqları, iki tərəfli hemotoraks, hər iki gözün alt qapaqlarının qançırları, hər iki diz oynağı nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, **-CV-*** dövlət qeydiyyat nişanlı VAZ 2107 minik markalı avtomobili Şahid2 qeyri-rəsmi şəkildə kreditlə almış və həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik qazanc əldə etmişdir. Onun həmin avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində o idarə etdiyi VAZ 2107 markalı avtomobili təmir etdirmək üçün Azərbaycan Əsgəri küçəsində yerləşən avtomobil təmiri sexinə aparmışdır. Saat təxminən 15 radələrində avtomobili təmir etdirdikdən sonra yaşadığı evə getmək üçün sexdən əsas yola Azərbaycan Əsgəri küçəsinə çıxmaq istəmişdir. O, sol tərəfdən avtomobil gəlmədiyinə əmin olmaq üçün sol tərəfə baxmış və avtomobil gəlmədiyinə əmin olduqdan sonra yola çıxmaq istədikdə ani məqamda avtomobilin nəyəsə dəydiyini hiss etmiş və avtomobili saxlamışdır. O, avtomobildən düşən zaman avtomobilin qarşısında bir nəfər təxminən qadının yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. O, dərhal oradan keçən avtomobillərin birini saxlayaraq həmin qadını xəstəxanaya aparmışdır. Daha sonra o hadisənin baş verdiyi yerə qayıtmış və polis əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə edilmiş və o hadisə barədə izahat vermişdir. Hadisədən sonra zərər çəkmiş şəxs ilə barışıq əldə etmiş, ona dəymiş zərəri tam şəkildə ödəmişdir. Odur ki, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 18 yanvar 2022-ci il tarixdə o, təxminən saat 13 radələrində “sərçə bazarı” adlanan bazara evə ərzaq almaq üçün getmişdir. O, lazım olan ərzaqları aldıqdan sonra yaşadığı ev həmin bazara yaxın olduğu üçün Azərbaycan Bayrağı küçəsi ilə yaşadığı evə piyada qayıdırdı. O, “Fama” marketdən çörək almaq üçün yolun sol hissəsindən sağ hissəsinə keçmək istəyən zaman gözlənilməz anda yolun sağ tərəfində yerləşən avtotəmir sexindən çıxan qara rəngli Vaz 2107 markalı avtomobil onu vurmuş və o, yerə yıxılmışdır. Daha sonra həmin avtomobilin ön təkəri onun sağ qolunun üzərindən keçmişdir. O, həmin zaman huşunu itirmişdir. Daha sonra həmin avtomobilin sürücüsü onu orda olan başqa avtomobillə Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş xəstəxanaya aparmış və ona ilkin tibbi yardım göstərmişlər. Hadisə nəticəsində o müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisə həmin Vaz 2107 markalı avtomobilin sürücüsünün ehtiyatsızlığı səbəbindən olmuş və hadisə zamanı ondan başqa xəsarət alan olmamışdır. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurduğu zərəri ödədiyini və onunla barışdığını, bu səbəbdən ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, 2013-cü ildən DİO-da, 2021-cı ildən hal-hazıra qədər isə Gəncə şəhər BPİ-nin DYPŞ-nin baş inspektoru vəzifəsində işləyir. 18 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində yol nəqliyyat hadisəsi baş verməsi və piyadanın xəsarət alması ilə nəticələnməsi barədə Gəncə şəhər BPİ-nin məsul növbətçisindən məlumat aldıqdan sonra Gəncə şəhəri TTY xəstəxanasına getmişdir. Həmin vaxt bir nəfər şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və yaxınlaşaraq yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Daha sonra o sürücü Təqsirləndirilən şəxs sərxoş olub-olmadığını müəyyən etmək üçün həkim müayinəsinə aparmışdır. Müayinədən keçdikdən sonra hadisə yerinə qayıtmışlar və hadisə yerinin muhafizəsini təmin etmişdir. Təhqiqatçı hadisə yerinə baxış keçirmiş və məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107markalı “**-CV-***” dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhər Azərbaycan Əsgəri küçəsində hərəkətdə olarkən həmin küçəni soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vurmuşdur. Daha sonra onların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmişdir. Bundan sonra sürücünü Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun kəndlisidir, onunla münasibəti normaldır. 2021-ci ilin avqust ayında Pərvin ona kreditə maşın götürmək istədiyini, lakin sürücülük vəsiqəsi olmadığı üçün ona maşın vermədiklərini bildirmişdir. Pərvin bir ay müddətinə sürücülük vəsiqəsi alacağını bildirmiş və ondan xahiş etmişdir ki, sürücülük vəsiqəsi alana kimi, kredit kimi almaq istədiyi VAZ 2107 minik markalı avtomobilə onun adına sadə etibarnamə alsın. Onun Pərvinlə münasibəti olduğu üçün ona etiraz etməmiş və onun adına kreditə götürdüyü VAZ 2107 minik markalı avtomobilə sadə etibarnamə almışdırlar. Lakin, o, həmin avtomobili idarə etməmişdir. Pərvin həmin avtomobillə taksi kimi işləyirmiş. xx.xx.2022-ci il tarixdə Pərvin onun mobil telefonuna zəng edərək qəza törətdiyini bildirmiş və hal-hazırda xəstəxanada olduğunu söyləmişdir, həmin vaxta kimi onun baş vermiş hadisə barədə heç bir məlumatı olmamışdır. Onun Pərvinin idarə etdiyi avtomobillə adam vuraraq qəza törətməsi barədə həmin gün Pərvin ona zəng edib deyən zaman məlumatı olmuşdur, həmin vaxta kimi onun hadisə barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, VAZ 2107 minik markalı **-CV-*** dövlət nömrə nişanlı avtomobil onun adına qeydiyyatdadır. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir düşmənçiliyi yoxdur. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ona məxsus VAZ 2107 minik markalı avtomobili almaq istədiyini bildirmişdir. O, onunla razılaşmışdır və VAZ 2107 minik markalı **-CV-*** dövlət nömrə nişanlı avtomobili ona satmışdır. Lakin Təqsirləndirilən şəxs avtomobilin ödənişini tam etmədiyi üçün o onunla razılaşmışdır ki avtomobilin ödənişini başa çatdırdıqdan sonra avtomobili Pərvinin adına qeydiyyata keçirəcək. Təqsirləndirilən şəxs onunla razılaşmış və avtomovtomobili almaq üçün ilkin olaraq 1000 manat ödəniş etmiş və sonrakı aylardada ödənişini davam etdirmişdir. Təqsirləndirilən şəxs avtomobili idarə etməsi üçün Şahid3 adına sadə etibarnamə verməyini istədiyi üçün o həmin şəxsə avtomobili idarə etməsi üçün sadə etibarnamə vermişdir. 2022-ci ilin yanvar ayının sonlarında o Pərvinə zəng edərək maşının ödənişini etməsini istəmişdir. Həmin zaman Pərvin ona avtomobillə qəza törətdiyini və avtomobilin Gəncə şəhər DYPŞ-nin duracağında olduğunu bildirmişdir. Pərvin ona artıq maddi imkanı olmadığı üçün artıq ödəniş edə bilməyəcəyini və avtomobili qaytarmaq istədiyini bildirmişdir. O, Pərvinlə razılaşmış və avtomobili idarə etmək üçün verdiyi etibarnaməni ləğv elətdirmişdir. O, həmin avtomobili Təqsirləndirilən şəxs satmışdır, lakin ödənişi tam etmədiyi üçün avtomobili onun adına rəsmi qeydiyyata keçirməmişdir, o həmin avtomobili onun iradəsinə zidd idarə etməmişdir. Onun hadisə barədə 2022-ci ilin yanvar ayının sonlarında ödənişi ödəməsi üçün Pərvinə zəng edən zaman hadisə barədə məlumatı olmuşdur, həmin vaxta qədər bu barədə məlumatı olmamışdır. Hadisə nəticəsində VAZ 2107 minik markalı **-CV-*** dövlət nömrə nişanlı avtomobilinə heç bir maddi ziyan dəyməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluğun müayinəsinə dair 103/2022 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri Azərbaycan Əsgəri küçəsi yaşayış məntəqəsidir. Yol asfaltbeton örtüklü, yol örtüyünün səthi isə qurudur. Yolun hərəkət hissəsi düzdür. Hər iki istiqamət üçün yol örtüyünün eni 10 metrdir. Hərəkət zolaqlarının sayı yoxdur, hərəkət hissəsinin evi 5 metrdir. Hərəkət hissədə qarşı qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xəsii, hərəkət hissəsinin hərəkət zolağına bölmə, hərəkət hissəsinin kənarlarına qeyd edilməsi, eninə nişan qoyma “dayan” xətti, üçbucaqlı xətlər, yazılar və hərəkət hissədə digər işarələr, piyada keçidlərinin olması, yol elementlərinin ölçüləri deyildir. Hərəkət hissəyə sağdan kübə daşları ilə örtülmüş səki, soldan kübə daşları ilə örtülmüş səki birləşir. Hərəkətin nizamlama üsulu nizamlanmayandır. Yol nişanlarının adı, onların təsir zonası və hadisə yeri ilə bağlanması mövcud deyildir. Yol şəhərelektrik işıqları ilə işıqlandırılır. Vurulan piyadanın sayı 1 nəfərdir. Piyadanın hadisədən əvvəlki hərəkət istiqaməti yolun sağ tərəfindən soluna olmuşdur. Hadisə yerində nəqliyyat vasitəsi “VAZ-2107” markalı, **-CV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolun sağ hissəsində dayanmışdır.Nəqliyyat vastəsinin hərəkət istiqaməti əlamətləri və digər izlər yoxdur. “Hadisə yerinə baxış gündüz vaxtı, süni işıqlandırma şəraitində aparılmış, baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli, 313-2922-1222 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi və VAZ 2107 minik markalı **-CV-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi üçün etibarnamə, baş etibarnamə qeydiyyata alınmamışdır. Həmçinin Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası DİN-in Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli, 122-18613-1222 saylı sorğuya cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq baş vermiş yol nəqliyyat hadisəsini görmüş şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə yol-nəqliyyat hadəsinin baş verdiyi yerdə Gəncə şəhər BPİ-nin “Təhlükəsizlik şəhər” kameralarının və digər obyektlərin müşahidə kameraları müəyyən olunmamışdır. Azərbaycan Respublikası “Avtomotoservis və Ticarət İstehsalat Birliyinin” Gəncə Avtomotoservis və ticarət müəssisəsi tərəfindən verilmiş rəydən görünür ki, VAZ 2107 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində heç bir maddi ziyan toxunulmamış və heç bir təmir olunası və dəyişdiriləsi detal aşkar edilməmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/473 saylı rəyindən görünür ki, VAZ-2107 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-2107 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 180 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün yerdəyişməmiş, sağ kürək, sağ bazu sümüklərinin, sağ İİ, İİİ, İV, V, Vİ qabırğaların yerdəyişmiş, sol İİİ, İV, V qabırğaların yerdəyişməmiş sınıqları, iki tərəfli hemotoraks, hər iki gözün alt qapaqlarının qançırları, hər iki diz oynağı nahiyələrinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələgəlmə müddətləri xx.xx.2022ci il tarixə uyğun gəlir və sağlamlığa ağır zərərvurmaya aid edilir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsində “Vaz 2107” markalı, **-CV-*** qeydiyyat nişanlı avtomobilin üzərində baş vermiş hadisənin izləri daşındığından həmin avtomobil maddi sübut kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut qismində tanınmış “Vaz 2107” markalı, **-CV-*** qeydiyyat nişanlı avtomobil qanuni sahibi Şahid2 qaytarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Samux RİHB Sərkar kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Samux RİHB Sərkar kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində X4 adlı 2022-ci il təvəllüdlü oğlu vardır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər tam şəkildə ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263-1.1-ci maddəsində bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 263-1.2-ci maddəsinə əsasən isə eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsində qeyd edilir ki, velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 42-ci maddəsinin 4-cü hissəsində qeyd edilir ki, sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə vaxtı sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 2107” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili yola bitişik ərazidən yolun hərəkət hissəsinə daxil etməzdən əvvəl həmin yol ilə piyadanın hərəkətdə olmasına əmin olmalı, yol ilə piyada hərəkətdə olduğu vəziyyətdə yola daxil olmadan ona yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq yola daxil olub hərəkət etdirməli olduğu halda, həmin tələblərə əməl etməyərək avtomobili bitişik ərazidən yolun hərəkət hissəsinə sürüb həmin küçəni soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurmaya aid olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Eyni zamanda hadisə vaxtı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyərək onunla barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşmançılıq çəkməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Vaz 2107” markalı, **-CV-*** qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-183/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-183/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver