Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-183/2025 15.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, tərcüməçi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 228.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 1 ünvanında bacısı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sağ göz nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, sol qulaq pərdəsinin cırılması xəsarətləri yetirməklə qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, şəxsiyyəti istintaqa məlum olmayan “Sevil”, “Vasili” və “Əlisahib” adlı şəxslərlə, qabaqcadan əlbir olub bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 07 ədəd nömrələri silinmiş, 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı, hissə-mexanizmlərinin üzərində sonradan silahların təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik eldilməmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, AK-74 modelli avtomat olan yivli odlu silahları, 03 ədəd nömrələri silinmiş, 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı, hissə-mexanizmlərinin üzərində sonradan silahların təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik eldilməmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, AKS-74 modelli avtomat olan yivli odlu silahları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların hissəsi sayılan daraqları, 04 ədəd nömrələri silinmiş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı, hissə-mexanizmlərinin üzərində sonradan silahların təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik eldilməmiş, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, AK-103 modelli avtomat olan yivli odlu silahları, 04 ədəd nömrələri silinmiş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı, hissə-mexanizmlərinin üzərində sonradan silahların təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik eldilməmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, AKM modelli avtomat olan yivli odlu silahları, 10 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların hissəsi sayılan daraqları, 01 ədəd nömrəsi silinmiş, 9 mm kalibrli Makarov konstruksiyalı, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, Baykal-442 modelli tapança olan yivli odlu silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Makarov konstruksiyalı Baykal-442 modelli tapançaların komplekt hissəsi sayılan darağı, 01 ədəd nömrəsi silinmiş, 7,65 mm kalibrli, 1922-ci il modelli, Brauninq konstruksiyalı, zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş, texniki cəhətdən nasaz və atəşə yararsız, tapança olan yivli odlu silahı, əldə etməklə izərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər BPİ-nin NMBnə daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 04:51 dəqiqədə Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami prospekti 519-da yerləşən “Ramada Plaza” adlanan otelin qarşısında sərnişin kimi əyləşdiyi Şahid1 idarə etdiyi “Hyundai İ30” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmış və üzərində şəxsi axtarış keçirilən zaman onun üzərindən hər hansı bir odlu silah və ya dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sərnişin kimi əyləşdiyi “Hyundai İ30” narkalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində odlu silahların olmasını bildirmişdir. Həmin səbəbdən Təqsirləndirilən şəxs sərnişin kimi əyləşdiyi “Hyundai İ30” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə baxış keçirilmiş, baxış keçirilən zaman avtomobilin yük hissəsində olan 1 ədəd üzəri şəffaf rəngli sellofan ilə örtülmüş halda olan sarı rəngli kartonun içərisindən 07 ədəd nömrələri silinmiş, 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı, hissə-mexanizmlərinin üzərində sonradan silahların təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik eldilməmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, AK-74 modelli avtomat olan yivli odlu silahlar, 03 ədəd nömrələri silinmiş, 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı, hissə-mexanizmlərinin üzərində sonradan silahların təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik eldilməmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, AKS-74 modelli avtomat olan yivli odlu silahlar, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların hissəsi sayılan daraqlar, 04 ədəd nömrələri silinmiş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı, hissə-mexanizmlərinin üzərində sonradan silahların təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik eldilməmiş, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, AK-103 modelli avtomat olan yivli odlu silahlar, 04 ədəd nömrələri silinmiş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı, hissə-mexanizmlərinin üzərində sonradan silahların təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik eldilməmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, AKM modelli avtomat olan yivli odlu silahlar, 10 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların hissəsi sayılan daraqlar, 01 ədəd nömrəsi silinmiş, 9 mm kalibrli Makarov konstruksiyalı, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, Baykal-442 modelli tapança olan yivli odlu silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Makarov konstruksiyalı Baykal-442 modelli tapançaların komplekt hissəsi sayılan daraq, 01 ədəd nömrəsi silinmiş, 7,65 mm kalibrli, 1922-ci il modelli, Brauninq konstruksiyalı, zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş, texniki cəhətdən nasaz və atəşə yararsız, tapança olan yivli odlu silah aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci və 228.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısıdır, onunla arasında evi mübahisələri olmuş, belə ki, həmin günü aralarında yaranmış mübahisə zəmnində əsəbi olduğundan bacısını itələmiş və o, yıxılaraq başı şkafa dəymiş, sonradan nənəsi onları gəlib aralamışdır. Bir müddət keçdikdən sonra polis əməkdaşları gələrək şöbəyə aparmışlar və bir gün şöbədə qalmışdır. Digər cinayət ilə bağlı Əlisahib kimi özünü təqdim edən bir şəxslə tanış olduğunu, onunla bir neçə dəfə Gəncə şəhərinin ərazisində görüşüb bir yerdə spirtli içki qəbul etdiklərini bildirmişdir. Belə ki, bayram vaxtı həmin şəxs və bir xanımla kafedə oturub yemək yeyərkən söhbət əsnasında kuryerlik etmək təklif etmiş və yaxşı qazançının olacağını bildirmişdir. Ondan nə aparacağını soruşduqda pnevmatik tapança olduğunu və qarşılığında 2000 manat pul verəcəyini bildirdikdə onunla razılaşmışdır. Bundan sonra silahları avtomobilə yükləyən zaman polislər yaxınlaşmışdır. Sədrlik edənin sualına cavab olaraq özünü CM-nin 228.2.1-ci maddəsilə yox CM-nin 228.1-ci maddəsi ilə təqsirli bildiyini, dövlət ittihamçısının suallarına cavab olaraq Vasili Sergeyi nə tanıdığını, nə də ki, görmədiyini qeyd edərək Sevilin isə onlarla birgə bayram vaxtı kafedə oturan xanımın olduğunu, taksini Əlisahibin danışdığını, karobkaları Əlisahiblə birgə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yüklədiklərini bildirmişdir. Bildirir ki, Əlisahib arxasınca gələcəkdi amma sonradan onu görməmişdir. Müdafiəçinin sualına cavab olaraq o, taksinin pulunu Əlisahibin verdiyini bildirmişdir. İfadəsinin sonunda əməlindən peşman olduğunu və ailədə bacısı və nənəsi ilə birgə yaşdığını bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxsin qardaşı olduğunu, onun Rusiya Federasiyasında yaşadığını, 1 ildir ki, gəldiyini, nənəsi və qardaşı ilə birgə yaşadığını bildirmişdir. Qeyd edir ki, qardaşı ilə aralarında tez-tez mübahisə olurmuş, sonuncu dəfə mübahisə edərkən qardaşı onun sağlamlığına yüngül xəsarət yetirmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə şahid qismində çıxış edən Şahid1 ifadəsində bildirmişdir ki, taksi sürücüsü işləyir. O, müştərini düşürüb yoluna davam edən zaman “Ramada Plaza”nın yanında 1 nəfər xanım və 2 nəfər kişi əl eləyib saxlamış və fotoaparatın ayaqlarının olduğunu və onu qutuda aparacağını bildirərək 7 manata razılaşmışlar. Bir tək təqsirləndirilən şəxs avtomobilə əyləşmiş, getdikləri zaman arxadan gələn avtomobil onları saxlamış və avtomobilin önünə başqa avtomobil keçmiş, həmin şəxslər özlərini təqdim etdikdən sonra avtomobilin yük hissəsinə baxış keçirdikdə qutudan silahlar çıxmışdır. İş üzrə şahid qismində çıxış edən Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silahı gəzdirməsi və satması barədə Şahid2 daxil olmuş əməliyyat məlumatı əsasında onu taksi ilə hərəkət edən zaman müəyyən edib saxlamışlar. Avtomobildə bir neçə cür silah-sursat aşkar olunmuş və yerində sənədləşdirmişlər. Sədrlik edənin sualına cavab olaraq avtomobildə sürücünün və təqsirləndirilən şəxsin olduğunu, avtomobildən makarov, kalaşnikov və aks tipli silahların aşkar olunduğunu, təqsirləndirilən şəxsin silahları kiminsə vasitəsi ilə götürdüyünü və deyilən ünvana aparacağını bildirmişdir. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edərək təqsirləndirilən şəxsi “Ramamda Plaza”nın yanında səhər saat 4-5 radələrində saxladıqlarını, təqsirləndirilən şəxsin telefonunda yazışmaların olduğunu, yazışmalarda yalnız silah sözünün olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış HK-1/261 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır(i.v.1); - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Gəncə Şəhər BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, kiçik inspektoru, polis kiçik serjantı Şahid5, əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və Göygöl rayonu Üçtəpə kəndində yaşayan Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə, saat 04:50 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Ramada Plaza” otelinin yaxınlığında saxlanılmış, üstü yoxlanılmamışdan öncə ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri varsa təqdim etməsi təklif olunmuş, üzərinə baxış zamanı əynində olan göy rəngli cins şalvarın sol cibindən 1 ədəd Alcatel markalı telefon aşkar edilmiş, lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predimet aşkar edilməmişdir. Bundan sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Şahid1 məxsus **-EE-*** d.q.n.n-lı avtomobilin baqaj hissəsində odlu silahların olduğunu bildirdikdə avtomobilin baqaj hissəsinə baxış zamanı aşkar edilmiş bir ədəd sarı rəngli qutunun içərisindən 18 ədəd kalaşnikov markalı və 2 ədəd makarov markalı silahlar, 1 ədəd makarov sandıxca və 15 ədəd kalaşnikov markalı silahın sandıxçası aşkar edilərək 2(iki) ədəd ağ rəngli un kisəsində qablaşdırılıb üzəri AR 91 saylı möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür (i.v.9) - xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:51 radələrində tutulmuşdur (i.v.30) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025ci il tarixli 25/485 nömrəli rəyindən müəyyən edilir ki, 1) Tədqiqata təqdim edilmiş 07 ədəd nömrəsi silinmiş silahlar 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatlardır, yivli odlu silahlardır, texniki cəhətdən sazdırlar və atəş üçün yararlıdırlar. Silahların hissə-mexanizmlərinin üzərində sonradan silahların təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2) Tədqiqata təqdim edilmiş 03 ədəd nömrəsi silinmiş silahlar 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomatlardır, yivli odlu silahlardır, texniki cəhətdən sazdırlar və atəş üçün yararlıdırlar. Silahların hissə-mexanizimlərinin üzərində sonradan kustar üsulu ilə təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 3) Tədqiqata təqdim edilmiş 05 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş hər birinə 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağlarıdır, texniki cəhətdən sazdırlar və istifadə üçün yararlıdırlar. 4) Tədqiqata təqdim edilmiş 04 ədəd nömrəsi silinmiş silahlar, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AK-103 modelli avtomatlardır, odlu yivli silahlardır, texniki cəhətdən sazdırlar və atəş üçün yararlıdırlar. Silahların hissə-mexanizmlərinin üzərində sonradan silahların təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 5) Tədqiqata təqdim edilmiş 04 ədəd nömrəsi silinmiş silahlar, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatlardır, odlu yivli silahlardır, texniki cəhətdən sazdırlar və atəş üçün yararlıdırlar. Silahların hissəmexanizmlərinin üzərində sonradan silahların təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 6) Tədqiqata təqdim edilmiş 10 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş hər birinə 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağlarıdır, texniki cəhətdən sazdırlar və istifadə üçün yararlıdırlar. 7) Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı Baykal-442 modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. 8) Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı Baykal-442 modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. 9) Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş 7,65 mm kalibrli, 1922-ci il modelli, Brauninq konstruksiyalı tapançadır, yivli odlu silahdır. Yuxarıda göstərilən səbəbdən, silah hal-hazırda texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır. Təqdimata təqdim edilmiş avtomat silahların, daraqların və tapançaların fotoşəkilləri ekspert rəyinə əlavə edilmişdir (i.v. 51-61); - xx.xx.2025-ci il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin nömrəsi ********* kimi saxlanılmaqla istintaqı aparılmışdır (i.v. 73-75); - xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, icraatda olan HK-1/2873 və 2959 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.77); - xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında hadisənin baş verdiyi yeri əli ilə kənardan göstərərək ifadəsini təsdiq etmiş və istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir (i.v.85-87); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA birliyi”nin xx.xx.2024-cü il tarixli, 1060 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ göz nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, sol qulaq pərdəsinin cırılması - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (i.v.92); - xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00 radələrində tutulmuşdur (i.v.147) - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 158); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü təqsirli bilmişdir (i.v.166); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad olunması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuşdur (i.v.176); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (i.v. 189); - xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən 7 saylı MİS-nə şikayət daxil olmamışdır ( i.v.191); - xx.xx.2025-ci il tarixli, 584 saylı Gəncə şəhər rayonlararası Psixonevroloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. (i.v. 193); - xx.xx.2025-ci il tarixli, 681 saylı Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (i.v. 194); - xx.xx.2025-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi həmin məcəllənin 128 və 228.1-ci maddələrinə tövsif edilmişdir(i.v. 203-206); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 128 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 215-217); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yəni, Gəncə şəhəri, N.Gəncəvi prospektində yerləşən “Azpetrol” yanacaq doldrma məntəqəsinin arxasındakı işıq dirəyinin dibindəki içərisində silah olan qutunun olduğu yeri göstərmiş, daha sonra həmin prospektin 28 May küçəsi ilə kəsişdiyi dairənin yaxınlığındakı “Ramada plaza otel”inin qarşısında tanımadığı bir taksi sürücüsünün idarə etdiyi Hundai İ30 markalı **-EE-*** d.q.n.n. avtomobildə gedən zaman polis əməkdaşlarının saxladığı yeri əli ilə kənardan göstərmişdir. O, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş və istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir (i.v. 233-237); - Gəncə Şəhər Məhkəməsinin 4(125)-152/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 249-260); - Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 480 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur(i.v. 264); - Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli №3- 13-11/2-4002/2025-ci il tarixli məktubundan aydın olur ki, 07 ədəd nömrələri silinmiş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatlardan, 03 ədəd nömrələri silinmiş, 5,45 mm kalibrli Kalaşnikov, AKS-74 modelli avtomatlardan, 04 ədəd nömrələri silinmiş, 7,62 mm kalibrli Kalaşnikov, AK-103 modelli avtomatlardan və 01 ədəd nömrəsi silinmiş, 9 mm kalibrli nömrəsi silinmiş Baykal-442 modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (i.v. 278) - xx.xx.2025-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan və cinayət işinə əlavə edilmiş DVD diskin məhkəmə iclasında tədqiqi zamanı aydın olur ki, DİN-nin Gəncə şəhər BPİ-nin NMB-ın əməliyyat müvəkkili Şahid2, həmin bölmənin əməliyyat müvəkkilləri Şahid4, Şahid3, NMB-nin kiçik inspektoru Şahid5 və şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid1 Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Ramada Plaza” otelin yaxınlığında saxlamış, əməliyyat müvəkkilləri onlara özlərini təqdim etdikdən sonra odlu silahların satışında və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd Alcatel markalı telefon aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 məxsus **-EE-*** d.q.n.n-lı avtomobilin baqaj hissəsində odlu silahlar var, həmin avtomobilin yük hissəsinə baxış zamanı bir ədəd sarı rəngli qutu aşkar edilmiş, həmin qutunun içərisinə baxış zamanı 18 ədəd kalaşnikov markalı və 2 ədəd makarov markalı silahlar, ədəd makarov markalı silahın sandıxcası və 15 ədəd kalaşnikov markalı silahın sandıxcası aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahları pul müqabilində Gəncə şəhəri Kamsamol adlanan ərazidə yerləşən yanacaq doldurma mərkəzinin arxasında yerləşən əraziyə qoyacağını bildirmişdir (i.v.279) - Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi odlu silahları və onların ehtiyyat hissələrini kimdən, haradan əldə etməsini, silahın özünün hazırlayıb-hazırlamamasını, hər hansı bir cinayətin aləti kimi istifadə olunmasını, habelə həmin silahları əldə etməsində ona kiminsə kömək etməsi, belə ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi Qaqaş ləqəbli, Sevil və Vasili adlı şəxslərin şəxsiyyətlərini müəyyən etmək mümükün olmamışdır (i.v.286) - xx.xx.2025-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 128 və 228.1-ci maddələrindən həmin məcəllənin 128 və 228.2.1-ci maddələrinə tövsif edilmişdir(i.v. 293-296); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 228.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 298-301); - xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 07 ədəd nömrələri silinmiş, 5,45 mm kalibrli Kalaşnikov, AK-74 modelli avtomat, 03 ədəd nömrələri silinmiş, 5,45 mm kalibrli Kalaşnikov, AKS-74 modelli avtomat, 15 ədəd daraqlar, 04 ədəd nömrələri silinmiş, 7,62 mm kalibrli Kalaşnikov, AK-103 modelli avtomat, 04 ədəd nömrələri silinmiş, 7,62 mm kalibrli Kalaşnikov, AKM modelli avtomat, 01 ədəd nömrəsi silinmiş, 9 mm kalibrli Makarov konstruksiyalı avtomat, Baykal-442 modelli tapança, 01 ədəd Makarov konstruksiyalı Baykal-442 modelli tapançaların komplekt hissəsi sayılan daraq, 01 ədəd nömrəsi silinmiş, 7,65 mm kalibrli, Brauninq konstruksiyalı tapança, xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski, habelə iş üzrə təqsirləndirilən, şahid və zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış protokolu, məhkəmə-ballistik, tibbi və narkoloji ekspertiza rəyləri, həmçinin digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir (i.v.312-336) - Gəncə Şəhər Məhkəməsinin 4(125)-308/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixədək uzadılmışdır. - Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci və 228.2.1-ci maddələri ilə tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. İttihamda qeyd olunan Təqsirləndirilən şəxs CM-in 228.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və digər sənədlərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət məsuliyyətinin əsaslarına dair Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin, 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri cəzanın məqsədlərinə nail olunmayacağı nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Gəncə şəhəri Baş Polis İdarəsində iş üzrə maddi sübut kimi saxlanılan 07 ədəd nömrələri silinmiş, 5,45 mm kalibrli Kalaşnikov, AK-74 modelli avtomat, 03 ədəd nömrələri silinmiş, 5,45 mm kalibrli Kalaşnikov, AKS-74 modelli avtomat, 15 ədəd daraqlar, 04 ədəd nömrələri silinmiş, 7,62 mm kalibrli Kalaşnikov, AK-103 modelli avtomat, 04 ədəd nömrələri silinmiş, 7,62 mm kalibrli Kalaşnikov, AKM modelli avtomat, 01 ədəd nömrəsi silinmiş, 9 mm kalibrli Makarov konstruksiyalı avtomat, Baykal-442 modelli tapança, 01 ədəd Makarov konstruksiyalı Baykal-442 modelli tapançaların komplekt hissəsi sayılan daraq, 01 ədəd nömrəsi silinmiş, 7,65 mm kalibrli, Brauninq konstruksiyalı tapança müsadirə edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsə göstərilmiş 60 saat hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 660 manat məbləğində pul, habelə təqsirləndirilən şəxsə təyin edilmiş tərcüməçi X1 hesabına 660 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 321, 346- 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar: 07 ədəd nömrələri silinmiş, 5,45 mm kalibrli Kalaşnikov, AK-74 modelli avtomat, 03 ədəd nömrələri silinmiş, 5,45 mm kalibrli Kalaşnikov, AKS-74 modelli avtomat, 15 ədəd daraqlar, 04 ədəd nömrələri silinmiş, 7,62 mm kalibrli Kalaşnikov, AK-103 modelli avtomat, 04 ədəd nömrələri silinmiş, 7,62 mm kalibrli Kalaşnikov, AKM modelli avtomat, 01 ədəd nömrəsi silinmiş, 9 mm kalibrli Makarov konstruksiyalı avtomat, Baykal-442 modelli tapança, 01 ədəd Makarov konstruksiyalı Baykal-442 modelli tapançaların komplekt hissəsi sayılan daraq, 01 ədəd nömrəsi silinmiş, 7,65 mm kalibrli, Brauninq konstruksiyalı tapança hökm qanuni qüvvəyə mindikdən sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına təhvil verilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 660 (altı yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Təqsirləndirilən şəxs təyin edilmiş tərcüməçi X1 hesabına 660 (altı yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya qaydasında protest və şikayət verilməmişsə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-183/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-183/2025
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver