Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-184/2023 10.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il Şəmkir rayonunda anadan olmuş, azərbaycanlı,Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəmkir rayonu, Qasım İsmayılov kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Aşıq Ələsgər küşəsi, 1-ci döngə, ünvansız evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvansız fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs burnundan, sol bazu və sağ bud nahiyyələrindən evdə olan tozsovuranın metal borusu və əl zərbələri ilə qəsdən vurmaqla burunun, sol bazu və sağ bud nahiyyələrinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül dərəcəli xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vermiş olduğu izahatda göstərmişdir ki, 2009-cu ildə rəsmi olaraq Zərərçəkmiş şəxs ilə evlənmişlər. Evliliklərindən 3 övladları olmuşdur. Evli olduqları müddətdə Gülmira ilə mehriban yaşamışlar. Son dövlərdə aralarında anlaşılmazlıqlar olmuşdur. Gülmira hər gün öz-özünə əsassız narazılıqlar etmişdir. xx.xx.2023-cü il tarixdə günorta radələrində Gülmira anasının evində təmir işləri getməsini, bununla bağlı həmin evə hansısa bir əşya almaq istəməsini ona bildirmişdir. İlkin olaraq Gülmiraya 10 manat pul vermiş, Gülmira narazılıq etdiyi üçün Gülmiraya 20 manat pul vermişdir. Gülmira pulu götürməmiş və narazı halda öz-özünə danışmışdır. Buna görə aralarında sözlə mübahisə yaranmışdır. Yaşadıqları evdən çıxıb getmiş, axşam yenə də yaşadıqları evdə sözlə mübahisələri olmuş və dəhlizdə olan divanda yatmışdır. xx.xx.2023-cü il tarixdə səhər radələrində yaşadıqları ünvanda olmuş, yataq otağında uzanıbmış, azyaşlı oğlu termometri sındırmış, həmin zaman Gülmiranın azyaşlı oğluna qışqırmasını eşitmiş, lakin əsəblərini cilovlayıb cavab verə bilməmişdir. Bundan sonra Gülmira yataq otağında tozsovuranı götürərək evin dəhlizini təmizləmiş, qızı Nuray isə oğlu Yusifi anasının yaşadığı evə aparıbmış. Gülmira dəhlizi tozsovuran ilə təmizlədikdən sonra tozsovuranı yataq otağına qoyub mətbəxə keçmiş, yataq otağındakı tozsovuranın metal borusunu çıxarıb mətbəxə keçmiş və Gülmiranın sağ baldır nahiyyəsinə qəsdən zərbə ilə vurmuş və yataq otağına qayıtmışdır. Bundan sonra Gülmirada yataq otağına qayıtmış, bir dəfə də yataq otağında Gülmiranın sol qol nahiyyəsinə dəmir boru ilə vurmuşdur. Gülmira əlində olan dəmir borunu alaraq yataq otağındakı şkafin arxasına atmış, sakitləşmədiyi üçün yumruq və əl zərbələri Gülmiranın bədənin müxtəlif yerlərinə zərbələr vurmuşdur. Bundan sonra Gülmira sol qolu ilə üzünü tutduğu üçün Gülmiranın sol qolundan hər iki əli ilə tutaraq sıxmışdır. Həmin zaman Gülmira yanından qaçaraq getmiş və özü də əsəblərini sakitləşdirmək üçün evdən çıxıb getmişdir. Hazırda Gülmira ilə barışmışlar. İş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadədə göstərmişdir ki, 2009-cu ildə rəsmi olaraq Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşlar, Azər ilə olan evliliyindən 3 övladları olmuşdur. Evli olduqları müddətdə Azər ilə mehriban yaşamışlar. Son dövlərdə mübahisələri olmuş, mübahisələrinə əsas səbəb maddiyat və Azərin spirtli içki qəbul etməsi olmuşdur. Buna görə də aralarında son 2-3 gündür ki, mübahisələr yaranırmış, belə ki, özü işləmir, əri Azər isə qazandığı puldan evə pul gətirmir. xx.xx.2023-cü il tarixdə günorta radələrində Azər yaşadıqları evə gəlmiş, cibindən ona 10 manat pul vermiş, “10 manat pulu hansı borca verim” deyə Azərə bildirmiş və 10 manat pul götürməmiş, narazı şəkildə öz-özünə danışmış və 10 manat pulu geri qaytarmışdır, Azər yenidən cibindən 20 manat pul vermiş, həmin 20 manat pulu da Azərin telefonun yanına qoymuşdur. Həmin zaman Azər əsəbi olmuş, aqresiv cavablar vermiş və evdən çıxıb getmişdir, özü də evdən getmişdir. Axşam radələrində yaşadıqları evə gələn zaman Azərin yaşadıqlarıevdə olmasını görmüş, yaşadığı evdə olan zaman Azər yenə də ona qarşı aqresiv olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadıqları ünvanda olmuşlar, lakin bir-birlərini danışdırmamışlar. Azər yenə də aqresiv şəkildə onun barəsində ifadələr işlədirmiş, lakin Azərə cavab verməmişdir. 2 yaşlı azyaşlı oğlu Yusif evdə olan termometri sındırdığı üçün 13 yaşlı qızı Nuraya Yusifi evdən çıxarmasını, Yusifin zəhərlənə biləcəyini bildirmişdir. Nuray Yusifi yaşadıqları ünvandan qonşu evdə yaşayan qayınanasının yaşadığı evə aparmışdır. Azər isə evdə uzanıbmış, tozvuranı işə salaraq termometrin sındığı yeri təmizləmiş, daha sonra tozsovuranı söndürmüş və yataq otağında yerinə qoymuşdur. Evdə divanda əyləşmiş, təxminən 5 dəqiqə sonra Azər əlində tozsovuranın dəmir borusu ilə onun üzərinə gəlmiş, tozsovuranın dəmir borusu ilə onun sağ ayağının bud nahiyyəsinə zərbə ilə vurmuş və yenidən yataq otağına getmişdir. Üzərində olan paltarı dəyişib yaxınlıqda yaşayan qayınanasını çağırmaq istəmiş, həmin zaman Azər tozsovuranın dəmir borusu ilə sol bazu nahiyyəsinə vurmuş, həmin borunu Azərin əlindən alaraq Azərin əlinin çatmaması üçün şkafın arxasına atmışdır. Azər daha da əsəbləşib yumruq və əl zərbələri ilə onun üz nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə qəsdən zərbələr vurmuşdur. Sol qolu ilə üzünü gizlətdiyi üçün Azər onun sol qolundan hər iki əli ilə bərkdən tutaraq sıxmışdır. Güclə Azərin əlindən çıxaraq otaqdan qaçmış və uşaqların yataq otağından qayınanasını çağırmışdır. Azər paltarlarını geyinərək evdən qaçıb getmişdir. Hazırdan Azərlə barışmışlar. Bu barədə notarial ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “MTE və PA” X1 şəxsin Gəncə şəhər şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 101 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — burun, sol bazu və sağ bud nahiyyələrinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilə tarixdə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilirlər. İş materiallarına əlavə edilmişxx.xx.2023-cü il tarixdə “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Aşıq Ələsgər küçəsi, 1-ci döngə, ünvansız fərdi yaşayış evində baş vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “Xasiyyətnamədən” görünür ki, Gəncə şəhər İcra hakimiyyəti Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat daxil olmayıb. Azərbaycan Respublikası DİN-in xx.xx.2023-cü il trixli arayışından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial ərizəsindən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və onu bağışlayır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödənildikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra zərərçəkmiş şəxslə barışıb ona dəyən ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin40.3, 43.2.1, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu və ya rəsmi qaydada verildiyi gündən 20 (iyrimi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə ApellyasiyaMəhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-184/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-184/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver