Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-185/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X3, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Türkmənistan Respublikası, Qarabakevil rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, 4-cü döngə, ev 1, mənzil 91-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Rafət Aslanov küçəsi ev 18 yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində anası X2 yaşadığı Gəncə şəhəri, Türklər qəsəbəsi, 4-cü küçə ev J1-də evə gedərək anası X6 ilə aralarında baş vermiş şəxsi mübahisə zamanı əl zərbələri ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən vuraraq ona-sol yanaq nahiyyəsinin yumuşaq toxumalarının əzilməsi, hematoması, sağ yanaq nahiyəsinin qançırı kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL dərəcəli xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs onun arvadı X4 ilə yola getmədiyindən o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində anası yaşadığı evə gedərək onunla mübahisə edərək nə üçün arvadı Reyhanın haqqında pis fikirdə olduğunu soruşmuş, həmin vaxt anası onun arvadı X1 ona gəlin ola bilməyəcəyini dedikdə o əsəbləşərək qəfildən Zərərçəkmiş şəxs sifətinə yumruq zərbələri vuraraq onu döymüşdür. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə aralarında barışıq olmuş və zərərçəkmiş şəxsin ona qarş hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs evlidir ailəsi ilə başqa ünvanda yaşayır. Oğlu evləndikdən sonra ona qarşı soyub davranır və hörmət etmir. Heç bir əsaslı səbb olmadan oğlu onunla mübahisə edir. xx.xx.2023-cii il tarixdə saat 17 radələrində oğlu onun yaşadığı evə gələrək orada onunla mübahisə etmiş və ona arvadı Reyhanın barəsində pis fikirdə olduğunu demiş, oğlu qəfildən əlləri ilə onun sifətinə yumruq zərbələri vuraraq onu döymüşdür.Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını,ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “МТЕ və PA” X12 şəxsin Gəncə şəhər şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 31 saylı « canlı şəxsin ekspertizası » rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət– sol yanaq nahiyəsinin yumuşaq toxumalarının əzilməsi, hematoması, sağ yanaq nahiyəsinin qançırı- bərk küt əşyanm (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə - müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərə vurmaya aid edilir. Azərbaycan Respublikası DİN-nin verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Psixonevroloji dispanserdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər narkaloji dispanserdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji dispanserdən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs Gəncə şəhəri Psixonevroloji dispanserdə qeydiyyatda durmur Gəncə şəhər narkaloji dispanserdən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs Gəncə şəhər Natəvan qəsəbəsi, küçə 4, ev j1-də qeydiyyatsız yaşayır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyinə qonşular və sakinlər tərəfindən heç bir şikayət daxil olmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər, Rafət Aslanov küçəsi, ev 18-də qeydiyyatsız yaşayır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyinə qonşular və sakinlər tərəfindən heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq.. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-185/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-185/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver