Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-185/2025 20.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Umud oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs X2 hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxx 2002-cı il tarixdə Rusiya Federasiyasının Podolsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 23-cü küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 14 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla idarə etdiyi “VAZ 2107” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, X21 prospekti 113 ünvanında yerləşən “Bazarstore” marketinin bərabərliyində Gəncə şəhəri, X21 prospekti ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları üçün yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalı olduğu halda, həmin tələblərə əməl etməməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyib cinayətkarcasına etinasızlıq göstərərək yol hərəkəti qaydalarını pozmaqla 18 metrdən ibarət yolun ortasında dayanmış piyada X3 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya “baş beyinin, beyinciyin yumşaq qışalarına, beyin toxumasına, beyin mədəciklərinə qansızma, subdural hematoma ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ qalça-qasıq, sağ diz, sol əl nahiyələrinin sıyrıqları və sol sarğı nahiyəsinin qançırı” ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə “baş beyinin, beyinciyin yumşaq qişalarına, beyin toxumasına, beyin mədəciklərinə qansızma və subdural hematoma” xəsarətləri nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Gülnaz Süleymanovanın 16 sentyabr 2024-cü il tarixdə müalicə aldığı X16 xəstəxanasında ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, sürücülük vəsiqəsi olmaqla “Vaz 2107” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 14 sentyabr 2024cü il tarixdə saat 21 radələrində Gəncə şəhəri, X21 prospekti 113 ünvanında yerləşən “Bazarstore” marketinin bərabərliyində Gəncə şəhəri, X21 prospekti ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsinin kəsişməsi istiqamətində hərəkət edən zaman “BazarStore” marketin yaxınlığında onun sağında olan avtomobil diqqətini çəkmiş və həmin vaxt diqqəti yayındığı üçün yolu digər tərəfə keçmək istəyən piyadanı görməmiş və onu vurmuşdur. Piyadanı vurduqdan sonra əyləci basaraq avtomobilini dayandırdmış və dərhal piyadanın yanına yaxınlaşmışdır. Qadın piyada yerdə uzanıqlı vəziyyətdə olmuşdur. O, piyadanı ətrafda olan tanımadığı şəxsin köməyi ilə avtomobilin arxa oturacağına yerləşdirmiş və onu Gəncə şəhər “Abbas Səhət” adına xəstəxnaya aparmışdır. Bundan sonra xəstəxanaya polis əməkdaşları gəlmiş və o, polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıdıb hadisənin baş verdiyi yeri göstərmişdir. Sonra isə Gəncə Şəhər Narkoloji Dispanserdə sərxoşluq və narkotik testindən keçmişdir. Hadisə zamanı avtomobildə tək olmuş və piyadanı əvvəlcədən görməmişdir. Hadisə yerindən 100 metr uzaqlıqda avtomobilinin sürət həddi təxminən 30-40 km/saat olmuşdur. Hadisənin baş verməsinə səbəb həmin vaxt diqqətinin sağ tərəfdə hərəkətdə olan avtomobilə yönəlməsi olmuşdur. Sonda baş vermiş hadisəyə görə çox peşman olduğunu, xəstəxana xərci olaraq əvvəlcə xəstəxanaya 3000 manat daha sonra mərhumun dəfn xərcləri kimi onu ailəsinə 9000 manat vəsait ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, mərhum X6 onun doğma qızıdır. X12 şəhəri, “Pasyolka” deyilən ərazidə mağazada işləmiş və hər gün axşam saat 21 radələrində işdən çıxaraq evə gəlmişdir. Hadisə baş verən gün, yəni 14 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində evdə olan zaman Gülnaz Süleymanovanın mobil telefonundan arvadı Xalidənin telefonuna zəng gəlmiş, və tanımadığı şəxs arvadı Xalidəyə bildirdirmişdir ki, qızını avtomobil vurub və onu “Abbas Səhət” adına xəstəxanaya aparmışlar. Bundan sonra onlar dərhal həmin xəstəxanaya getmiş və orada qızı Gülnazı avtomobil ilə vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Orada ilkin müayinə olunduqdan sonra qızı X13 xəstəxanasına, daha sonra isə Mərkəzi Klinik xəstəxanaya aparmışlar. Həmin vaxt Gülnazın əməliyyat olunması üçün Təqsirləndirilən şəxs valideynləri üç min manat məbləğində pul vermişlər. Hadisədən 2 gün sonra, yəni 16 sentyabr 2024-cü il tarixdə qızı Gülnaz Mərkəzi xəstəxanada vəfat etmişdir. O, hazırda Təqsirləndirilən şəxs ilə barışmış və dəymiş zərər yəni ümumilikdə 12000 manat ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alınmasını xahiş edir. Şahid X11 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, X11 onun atasıdır. “Vaz 2107” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil atasına məxsus olmuşdur. X19 16 may 2024-cü il tarixdə vəfat etdiyi üçün sonradan həmin avtomobil onun mülkiyyətinə keçmişdir. X19 həmin avtomobili Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olması üçün kirayəyə vermişdir. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətməsi barədə sonradan şifahi məlumatı olmuş və hadisənin birbaşa şahidi olmamışdır. Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Gəncə Şəhər BPİ-nin X22 Şöbəsində işləyir. xx.xx.2024-cü il tarixdə DYPŞ-nin inspektoru Şahid2 ilə xidmət aparan zaman axşam saatlarında növbətçi hissədən məlumat daxil olmuşdur ki, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. Ekipaj yoldaşı Şahid2 ilə birlikdə dərhal hadisə yerinə getmişlər. Bundan sonra hadisə yerinə müstəntiq və yol nəqliyyat hadisəsini törətmiş şəxs Təqsirləndirilən şəxs gəlmişdir. Həmin vaxt o, bilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra zərərçəkmiş şəxsi avtomobil ilə xəstəxanaya aparmış və sonradan hadisə yerinə baxış keçirilməsi üçün müstəntiq ilə birlikdə hadisə yerinə gəlmişdir. Daha sonra müstəntiq onların iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin şəkilləri çəkilmişdir. Məhkəmə iclasında Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Hadisənin baş vermə anının qeydə alındığı DVD-diskə məhkəmədə baxış keçirilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi təsdiq edilir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Gəncə Şəhər Baş Polis İdarəsinin İTİ-nin baş müstəntiqi, polis baş leytenantı Pərviz Qasımov tərəfindən hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “DVD-diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 1 dəqiqə 26 saniyəlik videogörüntü vardır. Həmin videogörüntüdən görünür ki, yolda qaşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti var. Videogörüntü başlanan andan piyada yolun tam ortasında qoşa xəttin üzərində dayanıqlı vəziyyətdədir. Həmin yol şəhər elektrik işığı ilə işıqlandırılır. Videogörnütünün 09 saniyəsində qeyd edilən yolda hərəkətdə olan “Vaz 2107” markalı avtomobil qoşa xəttin üzərində dayanmış piyadanı vurur. Bundan sonra görünür ki, hadisə baş verən yerə ətrafda olan şəxslər toplaşır. Həmin şəxslərin köməyi ilə piyada avtomobilə yerləşdirildikdən sonra “Vaz 2107” minik markalı avtomobil hadisə yerindən uzaqlaşır. Bununla da 1 dəqiqə 26 saniyədə videogörüntü başa çatır. Həmçinin videogörüntüdən görünür ki, piyadanı vuran avtomobilin sağ tərəfində hərəkətdə olan avtomobil olsa da, qarşısı boş olmuşdur. Yəni avtomobilin sürücüsü tərəfindən piyadanı görülməsini məhdudlaşdıran heç bir maneə olmamışdır. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 3637/2024 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə”si aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X20 16 sentyabr 2024-cü il tarixli, 79 nömrəli rəyində göstərilmişdir ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beyinin, beyinciyin yumşaq qişalarına, beyin toxumasına, beyin mədəciklərinə qansızma, subdural hematoma ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ qalça-qasıq, sağ diz sol əl nahiyyələrinin sıyrıqları, sol sarğı nahiyyəsinin qançırı- küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə , yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli, 5248 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 3380 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 25 dekabr 2024-cü il tarixli, 8/3070 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2170” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin madddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası BDYPİ-nin Gəncə RQİTBŞ-dən alınmış xx.xx.2025-ci il tarixli, 3-13-16-3/2-664/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE 134 996 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Gəncə Şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasına saxlanca verilmiş “VAZ 2107” minik markalı, **-CU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və Gəncə şəhəri, Ş.İ.Xətai prospektində cinayət hadisənin baş vermə anının qeydə alındığı 1 ( bir) ədəd DVD-disk sübut növü kimi tanımışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 notarial qaydada verilmiş xx.xx.2025-ci il tarixli **********992 nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Gənə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 4 Saylı Xidməti Sahəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə, saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, X21 prospekti 113 ünvanında yerləşən “Bazarstore” marketinin bərabərliyində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları üçün yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalı olduğu halda, həmin tələblərə əməl etməməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyib cinayətkarcasına etinasızlıq göstərərək yol hərəkəti qaydalarını pozmaqla 18 metrdən ibarət yolun ortasında dayanmış piyada X3 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya “baş beyinin, beyinciyin yumşaq qışalarına, beyin toxumasına, beyin mədəciklərinə qansızma, subdural hematoma ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ qalça-qasıq, sağ diz, sol əl nahiyələrinin sıyrıqları və sol sarğı nahiyəsinin qançırı” ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə “baş beyinin, beyinciyin yumşaq qişalarına, beyin toxumasına, beyin mədəciklərinə qansızma və subdural hematoma” xəsarətləri nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrumetmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hadisədən dərhal sonra köməklik göstərərək onu xəstəxanaya aparmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək, dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. CM-in 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdən 19 sentyabr 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumedilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrumetmə cəzasının çəkilib qurtarmasından sonra başlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış, Gəncə Şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasına saxlanca verilmiş “VAZ 2107” minik markalı, **-CU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılmalı və iş üzrə maddi sübut olan hadisənin baş vermə anının qeydə alındığı 01 (bir) ədəd DVD-disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 330 (üç yüz otuz) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Bütün göstərilənlərin yekunu olaraq məhkəmə gəldiyi nəticəni onunla əsaslandırır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hadisədən dərhal sonra köməklik göstərərək onu xəstəxanaya aparmış, bir müddət sonra onun müalicəsi üçün 3000 manat pul vermiş, sonradan zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş 9000 manat maddi ziyanı ödəyərək onunla barışıq əldə etmiş (cəmi 12000), əməlindən səmimi peşmandır, əvələr məhkum olunmamışdır və 23 yaşı vardır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdən 19 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumedilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrumetmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Gəncə Şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasına saxlanca verilmiş “VAZ 2107” minik markalı, **-CU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 330 (üç yüz otuz) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(125)-185/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-185/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver