Məhkəmə qərarları › İş №1(125)-186/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-186/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-186/2022 06.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1962-ci il tarixdə Xanlar rayonunun (indiki Göygöl rayonu), Tülallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs İbrahim-zadə Ruslan Asif oğlunun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 26 may 2022-ci il tarixdə saat 15 radələrində etibarnamə əsasında idarə etdiyi Otoyol markalı, M5012 modelli, vaqon tipli, **-XD-*** dövlət qeydiyyat nömrə nişanlı texniki cəhətdən saz vəziyyətdə olan sərnişin avtobusu ilə Gəncə şəhəri, Atatürk prospekti ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla, yolu sağdan sola keçən piyada 24 iyul 1972-ci il təvəllüdlü İbrahim-zadə Ruslan Asif oğlunu vuraraq ehtiyatsızlıqdan sonuncuya ənsə sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına, sol gicgah, təpə və ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, sol İ qabırğanın sınığı, sınıq ətrafı yumşaq toxumalarına qansızma, sol ağciyərdə paylararası sahələrdə ocaqlı qansızmalar, başın ənsə nahiyəsinin əzilmiş yarası, alt dodağın selikli qişasının səthi yarası, burun nahiyəsinin sıyrığı ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərin sınığı, baş beyinə və beyinciyə qansızma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs İbrahim-zadə Ruslan Asif oğlunun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində göstərdi ki, hal-hazırda heç bir yerdə işləmir, əvvəllər isə Gəncə şəhərində 15 saylı şəhərdaxili avtobus xəttində sürücü işləmişdir. O, həmin marşrut xəttində X3 adlı şəxsə məxsus “Otoyol” markalı, M5012 modelli, vaqon tipli, **-XD-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusu etibarnamə əsasında idarə etmişdir. 15 saylı şəhərdaxili avtobus xətti Gəncə şəhəri, Totanlı adlı ərazidən başlayaraq Gəncə şəhərində İsmət Qayıbov küçəsindən keçməklə, dairəvi hərəkət etdikdən sonra Atatürk prospektindən keçərək Xan Bağının ətrafındakı yol ilə hərəkət edib yenidən Totanlı adlanan əraziyə gedir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində yenə də həmin marşrut xətti üzrə avtobusu idarə etmişdir. Həmin vaxt H.Əliyev prospektindən Atatürk prospektinə keçmiş, Atatürk prospektində sola, yəni Xan Bağının ətrafı ilə yenidən İsmət Qayıbov küçəsinə gedərək oradan Totanlıya qayıtmaq istəmişdir. O, Atatürk prospekti ilə düzünə hərəkət edib, Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasının bərabərliyindən sola dönmək istəmiş, bu zaman bir nəfər şəxsin yolun hərəkət hissəsinin sağından soluna doğru qaçaraq keçmək istədiyini görmüşdür. O, dərhal avtobusu biraz sola çəkmiş, lakin həmin şəxsin avtobusun ön sağ hissəsinə dəydiyini görmüşdür. Belə olan halda o, dərhal avtobusu saxlamış və avtobusdan yerə düşmüş və həmin şəxsin başının yerə düzülmüş yol örtüyündə olan daşlara dəydiyini görmüşdür. Həmin vaxt avtobusda təxminən 10-15 nəfər sərnişin olmuş, lakin o, avtobusda olan sərnişinləri tanımamışdır. O, zərərçəkmiş şəxsi xəstəxanaya aparmaq istəmiş, lakin ətrafda olan şəxslər ona olduğu yerdən tərpənməyinin təhlükəli olduğunu dediyi üçün məcbur olub hadisə yerində qalaraq oradan X10 Xəstəxanasına zəng edib oraya həkim çağırmışdır. Bundan sonra həmin əraziyə X10 Xidmətinin həkimləri gəlmiş və xəsarət almış piyadanı Gəncə şəhər 3 saylı şəhər xəstəxanasına aparmışlar. Bundan sonra əraziyə polis əməkdaşları da gəlmiş və hadisə yerini müayinə etməyə başlamışlar. Hadisə yerinin baxışından sonra o, hadisə yerində olan polis əməkdaşları ilə birlikdə yaxınlıqda yerləşən polis idarəsinə getmişdir. Hadisədən əvvəl avtobusu təxminən saatda 15-20 kilometr sürətlə Atatürk prospektindən düzünə idarə etmiş, ADAU-nun əsas korpusunun bərabərliyində sola dönərək Xan Bağının ətrafı ilə yenidən İsmət Qayıbov küçəsinə qayıtmaq istəmişdir. O, Gəncə şəhəri, Atatürk prospekti ilə düzünə hərəkət etdikdən sonra ADAU-nun əsas binasının bərabərliyindən sola dönmə hərəkətini yerinə yetirmək istəmiş, piyadanı vurma yerinə təxminən 1-2 metr qalmış yolun sağ hissəsindən bir nəfər kişi cinsindən olan şəxsin sola doğru qaçdığını görmüş, avtobusu nə qədər sola çəksə də həmin şəxsi avtobusun ön hissəsi ilə vurmuşdur. O, piyadanı təxminən 1-2 metr məsafədən gördüyü üçün hadisənin qarşısını almaq üçün çox hərəkət edə bilməmişdir. Sonda baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, dəymiş ziyanı ödədiyini və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs İbrahim-zadə Ruslan Asif oğlu onun əri olmuşdur. Onların birgə nikahından iki oğlan övladı vardır. Ruslan rəsmi olaraq işləməmiş, amma ailəsini dolandırmaq üçün çay evində çaypaylayan işləmişdir. Əri Ruslan arabir spirtli içki qəbul edirdi. 26 may 2022-ci il tarixdə saat 14-30 radələrində Ruslan dişi ağrıdığı üçün müalicə etdirmək məqsədilə evdən çıxıb diş həkiminə getmiş və aradan xeyli vaxt keçməsinə baxmayaraq evə gəlmədiyi üçün narahat olmuş və həmin gün saat 23 radələrində Gəncə şəhəri 1-ci Polis şöbəsinə müraciət etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Ruslanı günorta vaxtı saat 15 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasının bərabərliyində avtobus sürücüsü ehtiyatsızlıqdan vurmuş və Ruslan hadisə nəticəsində aldığı bədən xəsarətlərindən ölmüşdür. Bundan sonra Gəncə şəhər Məhkəmə-Tibb Ekspertizasında əri Ruslanın meyiti daxili müayinə olunduqdan sonra onlara təhvil verilmişdir. Onun ailəsi avtobusun sürücüsü, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ədavətləri və ya düşmənçilikləri olmamışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmışlar. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin X11 X9 Xidməti inspektoru vəzifəsində xidmət edir. 26 may 2022-ci il tarixdə saat 16-45 radələrində Gəncə şəhər BPİ-nin məsul növbətçisi efir vasitəsilə məlumat vermişdir ki, Gəncə şəhəri Atatürk prospektində Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasının qarşısında avtobus hərəkətdə olarkən bir nəfər piyadanı vurmuşdur. O, həmin ərazidə xidmət etdiyindən dərhal həmin əraziyə yaxınlaşmışdır. Hadisə yerinə gələn zaman adı sonradan ona məlum olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Otoyol” markalı, M5012 modelli, vaqon tipli, **-XD-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusla piyadanı vurduğunu, piyadanın xəstəxayana aparıldığını, sürücü Təqsirləndirilən şəxs isə hadisə yerində olduğunu görmüşdür. Sonra hadisə yerinə müstəntiq Şahin Şıxəliyev gəlmiş, müstəntiq hadisə yerinə sürücü Təqsirləndirilən şəxs, onun və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirmişdir. Sürücü hansı istiqamətdən hərəkət etdiyini, hansı istiqamətdən piyadanın gəldiyini və piyadanı necə avtobusla vurduğunu göstərmişdir. Belə ki, sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində marşrut xətti üzrə H.Əliyev prospektindən Atatürk prospektinə keçmiş, Atatürk prospektində sola, yəni Xan Bağının ətrafı ilə yenidən İsmət Qayıbov küçəsinə gedərək oradan Totanlıya qayıtmaq istəmişdir. Həmin vaxt Atatürk prospekti ilə düzünə hərəkət edib ADAU əsas binasının bərabərliyindən sola dönmək istəmiş, bu vaxt bir nəfər şəxsin yolun hərəkət hissəsinin sağından soluna doğru qaçaraq keçmək istədiyini bir anlıq görmüş, dərhal avtobusu biraz sola çəkmiş, lakin həmin şəxsin avtobusun ön sağ hissəsinə dəydiyini görmüşdür. O, dərhal avtobusu saxlamış, avtobusdan yerə düşmüş, həmin şəxsin başının yerə düzülmüş yol örtüyündə olan daşlara dəydiyini görmüşdür. Sürücü Təqsirləndirilən şəxs dərhal X10 Xidmətinə müraciət etmiş, həmin əraziyə TTYXnin əməkdaşları gəlmiş və zərərçəkmiş şəxsi Gəncə 3 saylı şəhər xəstəxanasına aparmışlar. Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 26 may 2022-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri Atatürk prospektində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasının qarşısından keçəndə görmüşdür ki, orada sərnişin avtobusu dayanıb, polislər hadisə yerinə gəlib və ona məlum olmuşdur ki, sərnişin avtobusu hərəkətdə olarkən bir nəfər piyadanı vurmuşdur. Hadisə yerinə müstəntiq tərəfindən baxış keçirilmiş, onu da hal şahidi qismində dəvət etmişlər, o da etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Həmin ərazidə sonradan adı ona məlum olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Otoyol M5012” markalı, **-XD- *** dövlət qeydiyyat nömrə nişanlı avtobus piyadanı vurmuş, piyadanı xəstəxayana aparmışlar, sürücü Təqsirləndirilən şəxs isə hadisə yerində olmuşdur. Hadisə yerinə sürücü Təqsirləndirilən şəxs, onun və dəvət olunmuş digər hal şahidinin iştirakı ilə baxış keçirilmişdir. Sürücü hansı istiqamətdən hərəkət etdiyini və hansı istiqamətdən piyadanın gəldiyini və piyadanı necə avtobusla vurduğunu göstərmişdir. Bu barədə protokol tərtib olunmuş, o da imza etmişdir. Sonra ona məlum olmuşdur ki, piyada aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkillərdən görünür ki, 26 may 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verdiyi yerə sürücü Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə Gəncə şəhəri, Atatürk prospekti və həmin prospektdə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasının bərabərliyidir. Yol örtüyünün eni 13,4 metr olmuşdur. 2 hərəkət zolağı olmuşdur. Sürücünün hərəkət etdiyi zolaqla kabinadan sahəni gözlə qavramaq qabiliyyəti sağa tərəf 3 metr sola tərəf 5 metrdir. Hadisə yerində tormoz izi aşkar olunmamışdır. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli 1166/2022 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli 1172/2022 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs THC aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 45 saylı rəyində göstərilmişdir ki, mərhum İbrahim-zadə Ruslan Arif oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər ənsə sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına sol gicgah, təpə və ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, sol İ qabırğanın sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol ağciyərdə paylararası sahələrdə ocaqlı qansızmalar, başın ənsə nahiyəsinin əzilmiş yarası, alt dodağın selikli qişasının səthi yarası, burun nahiyəsinin sıyrığı, qeyd olunan xəsarətlər həyatidır - bərk KÜT əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Mərhum İbrahim-zadə Ruslan Asif oğlunun ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edir ki, ölümün müddəti müayinə olunan vaxta nəzərən 1-3 saatdır (meyitin müayinəsi xx.xx.2022-ci il tarixdə saat 16-50-də aparılmışdır). Mərhum İbrahim-zadə Ruslan Asif oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Mərhum İbrahim-zadə Ruslan Arif oğlunun meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı 2% qatılığında etil spirti aşkar edilmişdir, etil spirtinin bu miqdarı qəbul edilmiş müvafiq cədvələ əsasən orta dərəcəli sərxoşluq vəziyyətinə uyğun gəlir. xx.xx.2022-ci il tarixli, 121-21774-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində baş vermiş yol-nəqliyyat hadisəsini görən şəxsləri və ərazidə videomüşahidə kameralarını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1979 nömrəli rəyində göstərilmişdir ki, Otoyol M5012 markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx.xx.2022-ci il tarixli, 313-5157-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BC 103599 saylı, -ABCDE BEkateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək verilmiş, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 7E 25194 reyestr nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməsindən görünür ki, Otoyol M5012 markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibi X3 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2027-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 3675 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 2669 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 14 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göygöl MKTİB-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün onunla barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə saat 15 radələrində etibarnamə əsasında idarə etdiyi “Otoyol” markalı, M5012 modelli, vaqon tipli, **-XD-*** dövlət qeydiyyat nömrə nişanlı texniki cəhətdən saz vəziyyətdə olan sərnişin avtobusu ilə Gəncə şəhəri, Atatürk prospekti ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla, yolu sağdan sola keçən piyada 24 iyul 1972-ci il təvəllüdlü İbrahim-zadə Ruslan Asif oğlunu vuraraq ehtiyatsızlıqdan sonuncuya ənsə sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına, sol gicgah, təpə və ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, sol İ qabırğanın sınığı, sınıq ətrafı yumşaq toxumalarına qansızma, sol ağciyərdə paylararası sahələrdə ocaqlı qansızmalar, başın ənsə nahiyəsinin əzilmiş yarası, alt dodağın selikli qişasının səthi yarası, burun nahiyəsinin sıyrığı ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərin sınığı, baş beyinə və beyinciyə qansızma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs İbrahim-zadə Ruslan Asif oğlunun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.2-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılmış “Otoyol” markalı, M5012 modelli, vaqon tipli, **-XD-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 (iyirmi iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Gəncə şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılmış “Otoyol” markalı, M5012 modelli, vaqon tipli, **-XD-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 132 (yüz otuz iki) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar