Məhkəmə qərarları › İş №1(125)-186/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-186/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-186/2023 13.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı. orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd kustar üsulla hazırlanmış, 5.6 mm kalibrli, revolver sistemli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silahı və 06 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5.6 mm kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları əldə edib daşıyaraq üzərində gəzdirərək saxlamış, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyati axtarış tədbirləri nəticəsində 06 yanvar 2023-cı il tarixdə saat 13:40 radələrində Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Nizami Gəncəvi” heykəlinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan hissəsindən kəmərə keçirilmiş halda 1 ədəd nömrəsi silinmiş, kustar üsulla hazırlanmış, 5.6 mm kalibrli, revolver sistemli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silah tapança və 06 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, 1 ədəd revolver tipli tapança və 7 ədəd patronu 2022-ci ilin dekabr ayının əvvəllərində Gəncə şəhərində çayın kənarında dəmir yığarkən tapmışdır. O, həmin tapançanın sandıqçasına baxan zaman içərisində yeddi ədəd patronun olduğunu görmüşdür. Daha sonra həmin tapançanı Gəncə şəhəri, "Dram teatrı”-nın yanında çay kənarında ağacın altında torpağı qazaraq gizlətmişdir. 31 dekabr 2022-ci il tarixdə həmin tapançadan yeni il bayramı ilə əlaqədar 1 dəfə atəş açmış və gilizini xatırlamadığı yerə atmış və həmin tapançanı yenidən çayın kənarında ağacın yanında torpağa başdırmışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində həmin tapançanı basdırdığı yerdən çıxartmış, kəmərinə keçirtmiş və maraq üçün gəzdirməyə başlamışdır. Həmin vaxt, yəni 06 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində "Nizami Gəncəvinin” heykəlinin yanında olan zaman üç nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüşdür. Onlar xidməti vəsiqələrini ona nümayiş etdirib, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onun barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək qanunsuz olaraq odlu silah əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. Sonra polis əməkdaşları ona onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bır etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına aparmışlar. Daha sonra videoçəkilişlə müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməyini bildirmişlər. O da belində tapança olduğunu bildirmişdir.Həmin tapança ondan aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd tapança qablaşdırılmış, vəsaxlanca verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis Şahid1 ifadəsində göstərmişdir ki, 06 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 5 Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılaraq Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirməkdən ötəri qərar qəbul edilmişdir. Bundan sonra şöbənın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, M.A.Abbazadə küçəsində yerləşən “Nizami Gəncəvi” heykəlinin yaxınlığında olması müəyyən edilərək tərəflərindən həmin yerdə saxlanılmışdır. X4 Gəncə şəhər BPİ-nin, 1-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını deyərək qanunsuz olaraq odlu silah əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu saxlayaraq Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Revolver” modelli odlu silah və ona aid altı ədəd patron aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır.Daha sonra Təqsirləndirilən şəxs üzəindən aşkar edilmiş odlu silahı haradan əldə etdiyi soruşulan zaman, o həmin odlu silahı babasından ona yadıgar qaldığını və bu barədə heçkəsin məlumatı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Revolver" modelli odlu silah qablaşdırılıb möhürlənmiş və saxlanca verilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə BPİ-nin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eynı məzmunlu ifadələr vermişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 06 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan və DVD diskdəki görüntülərdən görünür ki, Gəncə şəhər BPİ-nin,1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X1, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin, CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Gəncə şəhər BPİ-nin, 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Gəncə şəhər BPİ-nin, 1-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili,polis leytenantı Şahid2 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquqlarının aydın olduğunu bildirir və bu barədə bildiriş imzalanır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi heç bir etirazının olmadığını və polis idarəsinə gələn zaman ona heçbir psixi və fiziki təsirin olmadığını bildirir.İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur.Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan hissəsindən kəmərə keçirilmiş halda 1 ədəd revolver modelli odlu silah aşkar olunur. Daha sonra həmin odlu silahın barabanı çıxarılır və üzərindən 06 ədəd patron aşkar olunur. Həmin odlu silahın, nömrəsi silindiyi və tutacaq yerinin taxtadan olduğunu bildirilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş odlu silahın ona məxsus olmasını, babasından yadigar qaldığını və saxlamağa yeri olmadığı üçün Gəncə şəhərində çayın qırağında saxladığını bildirir. Həmin odlu silahı üzərində sadəcə gəzdirmək üçün saxladığını və yeni il bayramı münasibəti ilə həmin odlu silahdan bir dəfə havaya atəş açdığını bildirir. Həmin odlu silahın onda olmasından heç kəsin xəbəri olmamış heç kəsə vermədiyini bildirir.Üzərindən aşkar edilmiş həmin odlu silahdan və patronundan başqa odlu silah və patronun olmadığını bildirir. Ailəli olmadığını və tək yaşadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Müdafiəçi Təqsirləndirilən şəxs polis əməkdaşları saxlayarkən və ya sonrasında hər hansı bir fiziki zoraklığa və ya işgəncəyə məruz qalıb-qalmaması barədə sual verdikdə Təqsirləndirilən şəxs heç bir təzyiqə, fiziki zorakılığa məruz qalmadığını və bir daha üzərindən aşkar edilmiş odlu silahın ona məxsus olmasını, onu saxlayan polis əməkdaşlarını əvvəlcədən tanımadığını və onu saxlayan polis əməkdaşlarını şəxsi axtarışda iştirak edən həmin 3 nəfər polis əməkdaşlarının olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd revolver modelli odlu silah qablaşdırılıb möhürlənir və bu barədə protokol tərtib edilərək doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadələrinin yerində yoxlanması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/5 nömrəli rəyindən məlum olur ki, - Tədqiqata təqdim olunmuş 01 ədəd silah kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, revolver sistemli, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın üzərində zavod nişanları, silahın zavod nömrəsini və istehsal ilini göstərən hərfrəqəmlər müşahidə olunmur, yoxdur. - Tədqiqata təqdim olunmuş 06 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Rayonlararası Ruhi-Əsəb Dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Hüseynov X2 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarı ilə barəsində Amnistiya Qərarı tətbiq edilmiş, üzərində 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı ilə barəsində Amnistiya Qərarı tətbiq edilmiş, cəzası 05 ay 27 günə endirilmişdir. Sonuncu hökm üzrə xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 14 fevral 2023cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd kustar üsulla hazırlanmış, 5.6 mm kalibrli “revolver” markalı tapança və 03 ədəd zavod üsulu ilə hazırlanmış 5.6 mm kalibrli patronlar Gəncə şəhər BPİ-ə məsul saxlanca verilmiş, 1 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 67.1-ci maddəsinin tələblərini və əməlində cinayətlərin residivinin mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu baxımdan, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 06.01.202cü il tarixdən hesablanmalıdır, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğu nəzərə alınaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, revolver sistemli, texniki cəhətdən saz, yivli odlu silah və eksperimental atəşlər zamanı istifadə olunduqdan sonra qalan 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli patronlar müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan eksperimental atəşdə istifadədən sonra qalan 01 ədəd kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, revolver sistemli, texniki cəhətdən saz, yivli odlu silah və eksperimental atəşlər zamanı istifadə olunduqdan sonra qalan 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli patronlar müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar