Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-186/2025 14.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı X7, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Göygöl (keçmiş Xanlar) rayonu, Nadel kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Nadel kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs, 24 dekabr 2024-cü il tarixdə saat 07:55 radələrində ayıq vəziyətdə, sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz 200 C” markalı, 99LX571 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami prospekti ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyib cinayətkarcasına etinasızlıq göstərərək Gəncə şəhəri, Nizami prospekti 467 ünvanında yerləşən «AL» marketin qarşısında yolun sol tərəfindən sağ tərəfinə doğru yolu piyada keçən X6 20 mertdən ibarət yolun hərəkət hissəsinin sağ tərəfində idarə etdiyi avtomobilin qabağı ilə ehtiyatsızlıqdan vuraraq, sonuncuya “travmatik şokla müşahidə olunan, döş qəfəsinin sağ tərəfində İİ-Vİİ, sol tərəfində İİ-Vİ qabırğaların, döşyanı İİ-V qabırğaların, onurğayanı xəttlər üzrə sınması, İİİ bel fəqərəsinin, sağ baldır, sağ qasıq və hər iki oturaq sümüklərinin qapalı sınması, sağ baldır, sol bud nahiyələrinin qançırları” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Pərnuş Quliyevanın həmin tarixdə saat 12:50 radələrində Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında ölməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirib ifadəsində göstərmişdir ki, “Mercedes Benz 200” markalı **-LX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və Göygöl rayonu Nadel kəndində yaşayır. 24 dekabr 2024-cü il tarixdə saat 06:30-da yaşadığı evdən idarə etdiyi avtomobillə çıxaraq Gəncə şəhərinə taksi işləmək üçün gəlmişdir. Həmin vaxt Gəncə şəhərində “Ramada Plaza” otelinin qarşısından Univermaq istiqamətinə avtomobili saatda 40/50 km sürətlə idarə edən zaman saat təxminən 07:45 radələrində “AL Marketin qarşısında” yolun solundan markasını xatırlamadığı bir avtomobilin getdiyini görmüş və həmin avtomobil onu ötmüşdür. Yolun sol istiqamətindən sağ istiqamətinə keçən təxminən 68-70 yaşlarında bir qadını anidən 5-6 metr qalmış görmüş və ehtiyyat üçün həmin qadına siqnal vermişdir. Həmin qadın isə siqnala əhəmiyyət vermiyərək yolu keçməyə davam etmişdir. O, avtomobilin əyləcinə basaraq sürətini azaldıb həmin qadını ehtiyyatsızlıqdan vurmuşdur. Avtomobildən yerə enərək DİN-nin 102 zəng xidmətinə zəng edərək hadisə törətdiyini demiş, daha sonra hadisə yerinə PPX-nin əməkdaşları gəlmiş və polis əməkdaşları Səhiyyə Nazirliyinin 103 zəng mərkəzinə zəng edib həkim çağırmışlar. Vurduğu və adını sonradan bildiyi zərərçəkmiş şəxs X9 ayağından xəsarət aldığı üçün yeriməkdə çətinlik çəkmiş və ətrafdakı tanımadığı şəxslərin köməyi ilə zərərçəkmişi X14 həkimləri xəstəxanaya aparmışlar. Həmin vaxt zərərçəkmiş şəxs sağ olmuş, o isə yol polis əməkdaşlarının hadisə yerinə gəlmələrini gözləmişdir. Daha sonra hadisə yerinə Gəncə şəhər DYPŞ-nin əməkdaşları gələrək avtomobilini Gəncə şəhər DYPŞ-nin duracağına, özünü isə X10 Dispanserinə alkoqol testindən keçməyə aparmışlar. Sonra təhqiqatçı ilə birgə Gəncə şəhər Baş Polis İdarəsinə gəlmiş və orada avtomobillə vurduğu zərərçəkmiş şəxsin öldüyü haqqında məlumatı olmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobil ilə vurduğu X6 əvvəllər tanımamış, hadisə vaxtı avtomobildə müştəri kimi götürdüyü tanımadığı iki azyaşlı məktəbli olmuş və spirtli içki qəbul etməmişdir. O, istintaqdan qaçıb gizlənməmişdir. Hadisə zamanı o, əvvəlcə təcili yardima zəng etmək istəmiş, lakin həyacandan zəng edə bilməmişdir. O, 102 xidmətinə özü zəng etmişdir. Sonda baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, mərhum zərər çəkmiş şəxsin dəfn və yas xərclərini qarşılamasını nəzərə alaraq barəsində qanunamüvafiq hökmün çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində bildirmişdir ki, mərhum zərərçəkmiş şəxs X9 onun doğma anasıdır. 24 dekabr 2024-cü il tarixdə saat təxminən 08:30 radələrində anasının iş yoldaşı Sevər adlı xanım ona zəng edərək anasını maşın vurduğunu və Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada olduğunu demişdir. Bundan sonra özü Abbas Səhhət adına xəstəxanaya acilə getmiş anasını vuran şəxsin yaxın qohumları xəstəxanaya gələrək onlardan üzürxahlıq istəmiş, daha sonra o həkimə müraciət edərək, anasını rentgenə salmağı xahiş etmiş, həkimləri isə anasını rentgen edib onun çanaq sümüyünün əməliyyatına ehtiyac olduğunu demişlər. Bundan sonra onlar anasını Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “DNK” adlı xəstəxanaya aparmış, orada anası MRT müayinəsi edilmiş, həkimlər xəstəni əməliyyat edəcəklərini, lakin sağ qalıb-qalmamasına zəmanət verə bilməyəcəklərini söyləmiş, bundan sonra onlar təkrar anasını Abbas Səhət adına xəstəxanaya aparıb reanimassiya şöbəsinə yerləşdirilmiş və təxminən 10 dəqiqə sonra anası X9 orada vəfat etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X8 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, anasını gördüyü zaman danışacaq vəziyyətdə olmamış və anası hadisə ilə bağlı ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs ona dəfn və yas xərclərini qarşılamaq üçün cəmi 7000 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Odur ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, 24 dekabr 2024-cü il tarixdə saat təxminən 07:55 radələrində həmkarı Şahid2 ilə birlikdə Gəncə şəhəri, Nizami prospektində xidmətdə olan zaman Gəncə şəhər BPİ-nin Növbətçi Hissəsindən məlumat daxil olmuşdur ki, “MERCEDEC BENZ 200 C” markalı avtomobil avtoqəza törətmişdir. Ona görə də dərhal hadisə yerinə getmiş və hadisə yerində həqiqətən “MERCEDEC BENZ 200 C” markalı avtomobilin avtoqəza törətdiyini aşkar etmişlər. Hadisə yerinə gedən zaman avtomobilin sürücüsü orada olmuş, lakin piyada artıq xəstəxanaya aparılmışdır. Sonra hadisə yerinə müstəntiq gəlmiş və hadisə yerini müayinə etmişdir. Hadisə Gəncə şəhəri, Nizami prospektində baş vermişdir. Hadisə baş verən avtomobil yolu 2 tərəflidir. Yolun hər iki tərəfində iaşə obyektləri vardır. Hadisə yerinin fotoşəkilləri və sxemi çəkilmişdir. Hadisə yerində maksimum sürət həddi 60 km/saatdır. Onlar həmin vaxt qəza törətmiş “MERCEDEC BENZ 200 C” markalı, **-LX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili duracağa yerləşdirmiş, sonra isə avtomobilin sürücüsünü sərxoşluq müayinəsindən keçirib işi araşdıran müstəntiqə təhvil vermişlər. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar hadisə yerinə getdikləri zaman zərərçəkmiş şəxs orda olmamış, lakin Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclası zamanı şahid Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPXB-nin YPX inspektoru, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X4 ölməsi faktına əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 111 nömrəli rəyinə əsasən: X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-travmatik şokla müşahidə olunan döş qəfəsinin sağ tərəfində İİ-Vİİ, sol tərəfində İİ-Vİ qabırğaların, döşyanı İİ-V qabırğaların, onurğayanı xəttlər üzrə sınması, İİİ bel fəqərəsinin, sağ baldır, sağ qasıq və hər iki oturaq sümüklərinin qapalı sınması, sağ baldır, sol bud nahiyələrinin qançırları.Qeyd olunan xəsarətlər həyatidir, KÜT əşyanın /əşyaların/ tərisi nəticəsində əmələ gəlmişdir əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir.X1 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması nəticəsində qabırğaların coxsaylı sınığı,İİİ bel fəqərəsinin,sağ baldır və çanaq sümüklərinin sınması,sağ ağciyərin cırılmasından əmələ gələn travmatik və hemorrogik şok olmuşdur. X1 meyitindən götürtülmüş qanın məhkəmə kimyəvi tədqiqatı zamanı narkotik maddələr və etil spirt aşkar edilməmişdir.X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə,yəni yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. - Yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/154 nömrəli rəyinə əsasən, Mercedes Benz markalı, 99LX 571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 4547/K nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aidolan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabonoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesan edilən) aşkar edilməmişdir. -“Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri, Nizami prospekti 467 ünvanının yerləşən “Al marketin” qarşısında baş vermişdir. Hadisə baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, ikitərəfli hərəkət üçün nəzərədə tutulmuş. Yolun ümumi eni 20 metrdir. “Mercedes Benz 200 markalı” aftomobilin gəldiyi yolun ümumi eni 10 metrdir, piyadanın Mercedes Benz 200 markalı aftomobil tərəfindən vurulma yerindən yolun sağ tərəfinə isə 15 metrdir. Piyadanın vurulma yerindən yolun sol tərəfinə isə 5 metrdir. Hadisə yerində maksimum sürət həddi 60 km/saatdır. Hadisə yerinə baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində aparılmışdır. -24 dekabr 2024-cü il tarixli meyitə baxış protokolundan görünür ki, təşrih masası üzərində meyit arxası üstə uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır:1.Qara rəngli uzunqol, papaqlı, üç düyməli jaket. 2. Tünd-göy rəngli uzunqol köynək; 3. Ön səthində "DİSCOVERY" sözü yazılmış qısaqol köynək; 4. Açıq-qəhvəyi rəngli mayka. 4. Qara rəngli yan hissələrində qırmızı rəngli sızıqları və iki yan cibləri olan şalvar, 5.Qara rəngli üzərində tünd göy rəngli sızıqları olan şalvar; 5.Üzərində qəhvəyi, qara naxışları olan tuman. Paltarlar köhnədir, əyninə düzgün və səliqəli geyilmişdir. Paltarları soyundurduqda meyit qadın cinslidir, boyunun uzunluğu 156 sm-dir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Dərisi əllə yoxladıqda istidir, ağımtıl rəngdədir. Meyit ləkələri meyitin arxa səthlərində yerləşmişdir, göyümtül-bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi itir və öz əvvəlki rənginə 20-30 saniyədən sonra bərpa olur. Meyit qacıması adi yoxlanılan əzələ qruplarında inkişaf etməmişdir. Meyit çürüməsi əlamətləri yoxdur. Kəllə-qapağı sümükləri əllə yoxladıqda tamdır. Göz qapaqları örtülüdür, gözlərin birləşdirici toxumalarına qansızma yoxdur, bəbəklər dairəvi formalıdır, bərabər genəlmişlər, diametrləri 5 mm-dir, buynuz qişalar şəffafdır. Burun və qulaq dəlikləri sərbəstdir, burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdır. Ağzı dodaqlarla örtülüdür,dodaqların daxili səthi solğun çəhrayi rəngdədir, dişləri ağ rəngli çıxan protezdir. Dili ağız boşluğunda sərbəst olaraq yerləşmişdir. Boynu gövdəyə müvafiq inkişaf etmişdin Döş qəfəsi normastenikdir, simmetrikidir. Qabırğalar əllə yoxladıqda patoloji hərəkətlidir. Qarnı döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmışdır. Anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmayıb. Sağ baldır sümüyündən başqa yuxarı və aşığı ətraf Sümükləri əllə yoxladıqda tamdır. Xəsarətər: Sağ baldır nahiyəsin yuxarı 1/3 hissəsində ayaq altından 30 sm yuxarıda deformasiya və patoloji hərəkətlik vardır. Sağ baldır nahiyəsinin yuxarı 1/3 hissəsinin iç səthində 5x6 sm ölçüdə, bayır səthində 4 x 5 sm ölçüdə, sol bud nahiyəsinin aşağı 1/3 hissəsinin iç səthində 3 x 4 sm ölçüdə göyümtül rəngli, qeyrimüəyyən formalı qançırlar vardır. Meyitin xarici müayinəsində başqa xəsarətlər müəyyən edilmədi. -“Videogörüntüyə baxış keçirilməsinə dair” protokoldan görünür ki, həmin “DVD” diskdə 1 ədəd fayl vardır. Həmin faylın içərisində olan video görüntüyə baxış keçirən zaman müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə “Mercedes Benz 200 C” minik markalı **- LX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Gəncə şəhəri, Nizami prospekti ilə istiqamətində hərəkətdə olan zaman Gəncə şəhər Nizami prospekti 467 ünvanında yerləşən “AL” marketin qarşısında, yolun sol istiqamətindən sağ istiqamətinə keçən piyada X6 vuraraq bir neçə metr önə tullayır. Daha sonra ətrafa insanlar toplaşır, Mercedes Benz 200 C” minik markalı **-LX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü avtomobildən düşərək vurulan piyadaya tərəfə gedir. -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 5336/2024 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs, hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. -xx.xx.2024-cü il tarixli 16 nömrəli “Ölüm haqında” şəhadətnamədən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə “travmatik şok” travması xəsarətindən vəfat etmişdir. -Azərbaycan Respublikasının DİN-in BDYPİ-dən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs AC 649968 saylı B dərəcəli sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən, xx.xx.2029-cu il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb və Gəncə şəhər rayonlararası narkoloji dispanserlərinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. -Zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış və Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs, 24 dekabr 2024-cü il tarixdə saat 07:55 radələrində ayıq vəziyətdə, sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz 200 C” markalı, 99LX571 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami prospekti ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyib cinayətkarcasına etinasızlıq göstərərək Gəncə şəhəri, Nizami prospekti 467 ünvanında yerləşən «AL» marketin qarşısında yolun sol tərəfindən sağ tərəfinə doğru yolu piyada keçən X6 20 mertdən ibarət yolun hərəkət hissəsinin sağ tərəfində idarə etdiyi avtomobilin qabağı ilə ehtiyatsızlıqdan vuraraq, sonuncuya “travmatik şokla müşahidə olunan, döş qəfəsinin sağ tərəfində İİ-Vİİ, sol tərəfində İİ-Vİ qabırğaların, döşyanı İİ-V qabırğaların, onurğayanı xəttlər üzrə sınması, İİİ bel fəqərəsinin, sağ baldır, sağ qasıq və hər iki oturaq sümüklərinin qapalı sınması, sağ baldır, sol bud nahiyələrinin qançırları” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Pərnuş Quliyevnın həmin tarixdə saat 12:50 radələrində Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında ölməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində qeyd edilir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir; Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28 və 145-ci maddələrinin tələblərinə görə məhkəmə cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara qərəzsiz və ədalətlə baxmalı, cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almalı, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalıdır. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına əsasən sübutları qiymətləndirməlidir. «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 may 2009-cu il tarixli Plenum qərarında isə qeyd edilir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli, həmçinin də həmin Məhkəmənin Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarlarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, həmin maddənin İİİ-cü hissəsində isə göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Van de Hurk Niderlanda qarşı» işi üzrə xx.xx.1994-cü il tarixli qərarında isə məhkəmə qeyd edir ki, təqdim edilmiş arqumentlər işin nəticəsi üçün önəmlidirsə məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər bir qərarında yəni, «Kondraşinanın Rusiya Federasiyasına qarşı işi üzrə» qərarında isə məhkəmə qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aililiyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidir ki, o mübahisə edilməsin. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarın 21-ci bəndinə əsasən müəyyən edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan başqa «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli və.s kimi vəzifələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə etməsi, hadisə zamanı oraya gəlmiş polis əməkdaşlarına cinayətin onun tərəfindən törədilməsi barədə məlumat verib onların iştirakı ilə hadisə yerinin baxışında iştirak etməsi, zərərçəkmiş şəxsin yas mərasiminin təşkilinə köməklik göstərməsi təkzibedilməz hallarıdır. Göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayət əməlinə görə CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan Gəncə BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılan “Mercedes Benz 200 C” markalı **-LX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılmalı, iş üzrə maddi sübut olan yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən video görüntünün olduğu bir ədəd “DVD” diski cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi X5 ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla ümumilikdə həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına cəmi 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs İsmayı oğlunun yaşayış yeri üzrə Göygöl rayon Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Gəncə BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılan “Mercedes Benz 200 C” markalı **-LX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılsın və hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 110 (yüz on) manat məbləğində pul ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №1(125)-186/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-186/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver