Məhkəmə qərarları › İş №1(125)-187/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-187/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-187/2024 21.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Natəvan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində yaşadıqları Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış ünvanında qaynanası Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı əl və ayaq zərbələri ilə sonuncunun çiyin və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sağ sağrı və sol çiyin nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematomaları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhərində yaşayır. Ruhiyyə onun qaynanası, X7 isə onun arvadıdır. Əfsanə ilə 2017-ci ildə ailə qurmuşdur. Həmin nikahdan 3 övladı var. Əfsanə ilə hərdən ailə münasibətləri zəminində aralarında mübahisələri olur. xx.xx.2024-cü il tarixdə günorta yaşdıqları evdə olan zaman o, yemək yemiş və az miqdarda spirtli içki qəbul etmişdir. Həmin zaman televizorda uca səslə mahıya qulaq asmış və yuxuya getmişdir. Bir neçə saat sonra o, yuxudan durmuş və Əfsanənin evdə olmadığını görmüşdür. O, Əfsanənin harda olması barədə anası X1. Anası Fərqanə arvadı Əfsanənin uşağı yatızdırmaq üçün qonşuya getdiyini demişdir. O, Əfsanənin ondan icazəsiz qonşuya getməsinə əsəbləşmişdir. Lakin anası Fərqanə Əfsanəni özü qonşuya göndərdiyini demişdir. O, anası Fərqanəyə əsəbi olduğunu və əsəbi sakitləşənə qədər Əfsanənin anası Ruhiyyənin evində qalmasını demişdir. Sonra Əfsanə evdən çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman qaynanası Zərərçəkmiş şəxs yaşadığı evə gəlib səs-küy salmış və qızı Əfsanəni nə üçün evdən göndərdiyini demişdir. Həmin vaxt Ruhiyyə nalayiq söyüşlərlə onu təhqir etmiş və yaxasından tutmuşdur. O, əsəbləşib əl zərbəsi ilə Ruhiyyənin çiyin nahiyəsindən vurmuş və özündən uzaqlaşdırmışdır. Ruhiyyənin onu təhqir etməsi və yaxasından tutması ona pis təsir etmişdir. Sonradan Ruhiyyənin şikayət etməsini bilmişdir. Həmin hadisə təxminən 5 dəqiqə davam etmişdir. Sonra Ruhiyyə evdən çıxıb getmişdir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin baxış iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Gəncə şəhərində yaşayır. X8 onun kürəkəni, X7 onun qızıdır. Vüsalla Əfsanə 2017-ci ildə ailə qurmuş və həmin münasibətdən 3 övladı var. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində o, işdən evə gələn zaman qızı Əfsanənin 2 uşağı ilə yaşadığı evə gəldiyini görmüşdür. Həmin vaxt o, Əfsanədən nə üçün gəldiyini soruşmuşdur. Həmin vaxt Əfsanə əri Vüsalın əmisinin yaşadığı evə getdiyini və nə üçün Vüsaldan icazə almadığını bəhanə gətirib evdən qovduğunu demişdir. O, bu məsələyə aydınlıq gətirmək üçün xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Vüsalın yaşadığı ünvana getmişdir. Həmin vaxt Vüsalə qızı Əfsanənin evə qayıdacağını demişdir. Vüsal ona arvadı Əfsanənin evə qayıtmayacağını bildirmişdir. Həmin vaxt o, əsəbləşib Vüsalın ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Vüsal əl zərbələri ilə onun çiyin nahiyəsinə qəsdən vurmuş və onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. Sonra o, ordan çıxıb getmişdir. Sonda Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan: - 29 yanvar 2024-cü il tarixli “böyük ictimai təhlükə törətməyən aşkar cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi olduğundan Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında ********* saylı böyük ictimai təhlükə törətməyən aşkar cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır.(i.v.1) - Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci il tarixdə anadan olub. Gəncə şəhər, Natəvan qəsəbəsi ünvanında yaşayır. Onun barəsində bugünə kimi qonşular və sakinlər tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının X11 Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. (i.v. 25-26) - Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 878 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. (i.v. 27) - Gəncə Şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 817 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (i.v. 28) - Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1976-cı il tarixdə anadan olub. O, ünvan 6 ünvanda yaşayır. Samux şəhərində yaşadığı müddətdə o, şəhərin ictimai-siyasi həyatında fəal insan kimi tanınmışdır. Nümayəndəliyə inidiyədək onun barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (i.v. 30) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA şöbəsi”nin 29 yanvar 2024-cü il tarixli, 149 nömrəli “məhkəmə-tibbi ekspertizası” rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ sağrı və sol çiyin nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematomaları – KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. (i.v. 34-35) - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs barəsində yekun prtokolu tərtib olunaraq, cinayət əməli törətmiş şəxs qismində ona həmin maddədə nəzərdə tutulan məsuliyyət edlan edilmişdir. (i.v. 49-51) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (iş vər 53) - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)187/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)187/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. - xx.xx.2024-cü il tarixli teleqram və ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial və xx.xx.2024-cü il tarixli məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 96 (doxsan altı) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar