Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-189/2022 29.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1963-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində tamah məqsədi ilə qanunsuz olaraq Gəncə şəhəri Nizami küçəsində yerləşən ətrafı açıq şəkildə olan lotereya biletləri satılan piştaxtaya yaxınlaşaraq ətrafda olan şəxslərin əks təsirinə məruz qalmayacağına arxayın olduqdan sonra gizli olaraq piştaxtanın sürməsində olan 100 ədəd “Qızıl” adlı 1 manatlıq, 300 ədəd “Şans Ulduzu” adlı 2 manatlıq, 40 ədəd “Zümrüd” adlı 5 manatlıq və iştirakçılar tərəfindən pozulub qazanılan 100 manat dəyərində olan "xxxx"-ya məxsus biletləri götürərək Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, gündəlik olaraq fərdi əməklə məşğul olmaqla pul qazanıb ailəsini saxlayır. Zərərçəkmiş şəxs uşaqlıq illərindən tanıyır, onunla qonşuluqda yaşayır, münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs Gəncə şəhər Nizami küçəsində yerləşən “Baku” otelin yaxınlığında piştaxtanın üzərində "xxxx"-ya məxsus biletləri satmaqla məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o, Gəncə şəhəri Nizami küçəsində yerləşən “Baku” otelin yaxınlığında olmuş, həmin vaxtı Zərərçəkmiş şəxs məxsus piştaxtanın boş olduğunu, sürməsinin isə bağlı olmadığını görmüş və sürməni tam açaraq orada olan uduş biletlərini götürərək oğurlamışdır. Daha sonra o, həmin biletlərləri pozmuş və 190 manat olan uduş çıxan bileti və 100 manat uduş olan hazır biletləri tanımadığı lotereya biletləri satan şəxsə vermiş və 290 manat pul əldə etmişdir. Sürmədə 100 ədəd 1 manatlıq, 300 ədəd 2 manatlıq, 40 ədəd 5 manatlıq lotereya biletləri, 100 manatlıq isə uduşlu olan lotereya biletləri olmuşdur. O, udduğu həmin pulları maddi ehtiyacı üçün xərcləmişdir. Sonda o, ilk dəfə cinayət əməli törətdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəyərək barışdığını nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, son 1 ay olar ki, Gəncə şəhər Nizami küçəsində yerləşən “Baku” otelin qarşısında piştaxtanın üzərində hər gün səhər 08:00-dan axşam 20:00-a kimi "xxxx"ya məxsus uduş biletləri satır. "xxxx"nın Gəncə şəhər nümayəndəliyindən şifahi müvaqilə ilə satın almış, istənilən şəxs bu yolla lotereya biletlərini satın ala bilər. xx.xx.2022-ci il tarixdə səhər saat 08:00 radələrində Nizami küçəsində yerləşən “Baku” otelin qarşısına gəlmiş və lotereya satışına başlamış, gün ərzində lotereya satışı ilə məşğul olmuşdur. Axşam təxminən saat 19 radələrində o, satdığı lotereyaları piştaxtanın sürməsinə qoymuş və sürmənin kilidini bağlıyaraq şəxsi işi ilə əlaqədar yaxınlıqda yerləşən “Tağıyev Mall” ticarət mərkəzinə getmiş, təxminən 10-15 dəqiqə sonra o, geri piştaxtanın yanına gəlmişdir. O, piştaxtaya çatan zaman piştaxtanın sürməsinin açıq olduğunu və içərisində olan 100 ədəd “Qızıl” adlı 1 manatlıq , 300 ədəd “Şans Ulduzu” adlı 2 manatlıq, 40 ədəd “Zümrüd” adlı 5 manatlıq və 100 manatlıq uduş olan lotereyala biletlərinin yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Yaxınlıqda, yəni Gəncə şəhər Nizami prospektində yerləşən “Baku Electronics” dükanının nəzarət-müşahidə kameralarının qeydlərinə baxan zaman o, oğurluq edən şəxsin tanışı, Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. O, Təqsirləndirilən şəxs ilə eyni məktəbdə, yəni Gəncə şəhəri 5 nömrəli tam orta məktəbində təhsil almış, həmçinin uzaq qohumluq əlaqələri olmuşdur. Onun şəxsi işləri olduğu üçün xx.xx.2022-ci il tarixində baş verənlərlə bağlı Gəncə şəhər 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurlanmış lotereya biletlərinin ümumi dəyəri 1000 manat olmuşdur. Oğurlanmış əşyaları dəqiqləşdirdiyi, ona dəymiş olan maddi ziyanı müəyyən etmək üçün və həmçinin müəyyən şəxsi işləri olduğu üçün hadisədən 3 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 1-ci Polis Şöbəsinə gələrək polisə məlumat vermişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını, barışdıqlarını bildirərək, sonuncuya yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri 1-ci PŞ-nin TB-nin təhqiqatçısı X4 tərəfindən hal şahidləri X1 və X2 iştirakı ilə Gəncə şəhəri, Nizami küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus piştaxtaya baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs göstərərək siyirmədən Təqsirləndirilən şəxs lotoreya biletlərinin oğurlandığını bildirmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. - “DVD diskə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və DVD diskdə olan görüntülərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami küçəsində yerləşən “Baku” otelin yaxınlığındakı Zərərçəkmiş şəxs məxsus piştaxtanın siyirməsini gizli şəkildə açaraq orada olan biletləri götürmüş və sarı rəngli sellofana oradan uzaqlaşıb getmişdir. - xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" ASC-dən Gəncə şəhər 1ci PŞ-yə daxil olmuş xx.xx.2022-ci il tarixli A05/01-6/233 saylı məktubdan görünür ki, "xxxx" ASC-nin lotereyaları üzrə lotereya biletlri iştirakçılara lotereya biletinin üzərində yazılmış nminal qiymətə satılır. Beləliklə “Qızıl” lotereyası üzə biletin bir ədədi 1 manata, “Şans ulduzu” lotereyası üzrə biletin biri 2 manata, “Zümrüd“ lotereyası üzrə biletin 1 ədədi 5 manata satılır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına Gəncə şəhəri Nizami rayonu İHB-nin 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş və materiala əlavə olunmuş xasiyyətnamədən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat daxil olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini, törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödəyərək barışdığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən islah işləri cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməli və qazancından dövlət nəfinə pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsində göstərilir ki, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinin tələbinə görə, islah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 30 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344- 347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona, aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli onun aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-189/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-189/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver