Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-19/2025 19.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 18 avqust 2006-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 07 oktyabr 2023-cü il tarixdə saat 12:55 dəqiqədə Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" KB ASC-nin Gəncə şəhər filialında quraşdırılmış bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs4 bank kartından pulu çıxarmağına kömək edəcəyi adı ilə sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən 4098-5844-9478-5197 nömrəli “Leobank” kartını bankomata daxil etmiş, lakin kartda pulun olmaması barədə yalan məlumat verib Zərərçəkmiş şəxs4 xəbəri olmadan həmin kardan 150 manat məbləğində pulu gizli yolla çıxarıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 08 oktyabr 2023-cü il tarixdə saat 16:36 dəqiqədə Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" KB ASC-nin Gəncə şəhər filialında quraşdırılmış bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs1 bank kartından pulu çıxarmağına kömək edəcəyi adı ilə sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5243- 4544-4264- 1716 nömrəli “Leobank” kartını bankomata daxil etmiş, lakin kartda pulun olmaması barədə yalan məlumat verib Zərərçəkmiş şəxs1 xəbəri olmadan həmin kartdan 145 manat məbləğində pulu gizli yolla çıxarıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 qızma maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 10 oktyabr 2023-cü il tarixdə saat təxminən 14 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" KB ASC-nin Gəncə şəhər filialında quraşdırılmış bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs2 bank kartından pulu çıxarmağına kömək edəcəyi adı ilə sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 4169-7388-3631-6459 nömrəli “Birkart” kredit kartından hissəhissə 1-ci dəfə 400 manat, 2-ci dəfə 300 manat, ümumilikdə 700 manat məbləğində pulu çıxarıb kartda ümumilikdə 400 manat məbləğində pul olması barədə Zərərçəkmiş şəxs2 yalan məlumat vermiş, həmin pulun 300 manat məbləğini gizli yolla ələ keçirməklə Zərərçəkmiş şəxs2 qızma maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 15 oktyabr 2023-cü il tarixdə saat 17:33 dəqiqədə Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" KB ASC-nin Gəncə şəhər filialında quraşdırılmış bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs3bank kartından pulu çıxarmağına kömək edəcəyi adı ilə sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 4127-2093-0905-5439 nömrəli bank kartını bankomata daxil etmiş, lakin kartda pulun olmaması barədə yalan məlumat verib Zərərçəkmiş şəxs3 xəbəri olmadan həmin kartdan 150 manat məbləğində pulu gizli yolla çıxarıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bildiyini qeyd etmiş və ibtidai isitintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. O, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində ona məxsus olan “Leobank” bank kartından pul çıxarmaq üçün bankomata gələn zaman adının sonradan Zərərçəkmiş şəxs4 olduğunu öyrəndiyi bir nəfər qadının kartdan pul çıxarmaq istədiyini görmüş, həmin qadına köməklik etməyi təklif edərək həmin qadının xəbəri olmadan kartından 150 manat məbləğində pulu çıxartmış və cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 16 radələrində bankomatdan ona məxsus olan “Leobank” bank kartından pul çıxarmaq üçün gəlmişdir. Bu zaman adının sonradan Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi bir nəfər qadının kartdan pul çıxarmaq istədiyini görmüş, həmin qadına köməklik təklif edərək onun xəbəri olmadan onun kartından 145 manat məbləğində pul çıxartmış və cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə bankomatdan pul çıxarmaq istəmiş, saat 16 radələrində bankomata yaxınlaşan zaman adının sonradan Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi bir qadının bankomatdan pul çıxarmaq istədiyini, lakin bunun necə edilməli olduğunu bilmədiyini anlamış və həmin qadına köməklik təklifi etmişdir. Niyyəti əvvəlcədən onun pulunu talamaq olmuşdur. "xxxx" ASC tərəfindən həmin qadına verilmiş “Birbank” kredit kartını bankomata daxil edən zaman həmin qadına 4 rəqəmli şifrəni deməyi təklif etmiş, şifrəni öyrəndikdən sonra 400 manat pulu çıxarıb qadına vermişdir. Həmin qadın ona bankomatda yenə pul olmalı olduğunu bildirmiş, o isə bankomatın işləmədiyini, yenidən yoxlamağı təklif etmişdir. Daha sonra yenidən kartı bankomata daxil edib qadından gizli şəkildə 300 manat pulu kartdan çıxarmışdır. Daha sonra qadına bankomat işləmədiyini bildirmişdir. Həmin qadına kartda 400 manat pul olduğunu bildirmiş və həmin pulu da çıxarıb qadına vermişdir. Daha sonra kartda pul olmadığı müvafiq ekranda yazılmışdır. Həmin qadının onun kartından pul çıxarmağını görməmişdir. Kartda bir daha pul olmadığını görən qadın bundan şübhələnmiş və ona kartda pul olmalı olduğunu, yenə yoxlamağı bildirmişdir. Lakin o, həmin qadına işinin olduğunu və tələsdiyini bildirərək oradan uzaqlaşmışdır.Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində bankomatdan ona məxsus olan “Leobank” bank kartından pul çıxarmaq üçün gəlmişdir. Bu zaman adının sonradan Zərərçəkmiş şəxs3 olduğunu öyrəndiyi bir nəfər şəxsin kartdan pul çıxarmaq istədiyini görmüşdür. Həmin kişiyə köməklik təklif edərək onun xəbəri olmadan onun kartından 150 manat məbləğində pul çıxartmış və cibinə qoyaraq oradan uzaqlaşmışdır. Hər dörd talama cinayətini də ətrafında insanlar olmasına baxmayaraq gizli olaraq törətmiş və kənarda olan insanların bunu görməməsinə çalışmışdır. Sonda isə, o, əməlindən peşman olduğunu bildirərək barəsində şərti cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" KB ASC-nin yaxınlığında quraşdırılmış bankomatdan müvafiq pul məbləğini çıxarmaq üçün tanımadığı 1 nəfər şəxsdən ona kartından pulu çıxarmaq üçün kömək edə bilib-bilməyəcəyini soruşmuş və həmin şəxs onun bu xahişini qəbul etmişdir. Həmin şəxs ona məxsus müvafiq kartı götürmüş və pul çıxarmaq üçün istifadə etdiyi 04 (dörd) rəqəmli şifrəni soruşmuşdur. Bundan sonra həmin şəxs ona məxsus “Leobank” kartını götürərək müvafiq bankomatda bank əməliyyatları həyata keçirmiş, həmin kartı bir neçə dəfə (sayını dəqiq xatırlamır) sözügedən bankomata salmış və çıxarmışdır. Bu hərəkətlərdən sonra həmin şəxs ona bankomatın işləmədiyini söyləmiş və kartda 860 (səkkiz yüz altmış) manat pulun olduğunu, istəyirsə onu çıxara biləcəyini bildirmişdir. O, da həmin şəxsin bu təklifinə razılıq verməmiş və kartını geri qaytarmasını ondan istəmişdir. O, kartını götürüb özü şəxsən bankomata daxil edən zaman kartından gizli olaraq 150 (yüz əlli) manat pulun çıxarılmış olduğunu anlamışdır. Lakin həmin vaxt müvafiq bankomat vasitəsilə kartından ilk olaraq 500 (beş yüz) manat, daha sonra isə 30 (otuz) manat çıxarmışdır. Bundan sonra “Leobank” kartı üzrə hansı əməliyyat və tranzaksiyaların həyata keçirildiyini göstərən çıxarışı "xxxx" KB ASC-dən götürən zaman isə müvafiq bankomatın qarşısında ona köməklik etməsini xahiş etdiyi şəxsin onun bank kartından 150 (yüz əlli) manat pul vəsaitini gizli olaraq çıxardığını anlamışdır. Sonda o, bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" KB ASC-nin yaxınlığında bankomatların quraşdırılmış olduğunu görmüş və orada bankomatların yanında dayanan 01 (bir) nəfər şəxsin olduğunu görüb həmin şəxsə müvafiq plastik kartı göstərməklə həmin kartdan orada olan bankomat vasitəsilə pul çıxara bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs isə qarşılığında ona köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxs ona izah etməklə onun müvafiq kartı qarşısındakı bankomata daxil etməyinə və kart hesabına məxsus 04 (dörd) rəqəmli PİN şifrəsini daxil edərək sistemə daxil olmağına yardım etmişdir. Bu zaman həmin şəxs yanında dayanmışdır. Kart müvafiq bankomatda ikən həmin şəxs ona pulunu həmin bankomat deyil, başqa bankomat vasitəsilə nağdlaşdıra biləcəyini, digər bankomatı yoxlamağı məsləhət görmüşdür. Bunun üzərinə digər bankomat üzərində əvvəlki əməliyyatları həyata keçirib 50 (əlli) manat pul vəsaitini çıxarmışdır. Həmin vaxt isə həmin şəxs, öz kartını onun əməliyyatları həyata keçirməyə cəhd etdiyi ilk bankomata daxil etmiş və həmin bankomatın yenidən işləmədiyini bildirib ondan öz kartını istəmiş və yenidən əvvəlki bankomatda əməliyyatları etməyə cəhd etmək istəmşdir. O da öz kartını həmin şəxsə vermiş, həmin şəxs kartını əvvəlki bankomata daxil etmiş və təəssüf ki, həmin şəxsə inanaraq 04 (dörd) rəqəmli şifrəni də həmin şəxsə vermişdir. Elə bu vaxt həmin şəxs ona kartda pul olmadığını bildirmişdir. Daha sonra həmin şəxs kartı ona verərək getmişdir. Həmin vaxt anidən naməlum şəxsin bankamatdan onun kart hesabından pul çıxartmasından şübhələnmiş, avtomobilinə gedərək ona məxsus mobil telefonu açmış və müvafiq mobil tətbiq vasitəsilə kartından 150 (yüz əlli) manat pulun çıxarıldığınıanlamışdır. Ona məxsus olan və "xxxx" ASC tərəfindən verilmiş 4127-2093-0905-5439 nömrəli “TAM” plastik kartından gizli olaraq ümumilikdə 150 (yüz əlli) manat miqdarında pul vəsaiti gizli olaraq talanmışdır. Daha sonra o, bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs X5 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaq zamanı o, bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Evli və orta təhsillidir. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2023-cü ilin oktyabr ayının əvvəllərində Gəncə şəhərinə qohumlarının ziyarətinə gəlmişdir. Lombarda borcu olduğu üçün Tərtər rayonunda yaşayan qızı Nuranə Hüseynova ona məxsus "xxxx" ASC tərəfindən verilmiş “Birkart” kredit kartına 500 manat pul göndərmişdir. Kartdan həmin pulu çıxarıb lombarda olan borcunu ödəməyi fikirləşmişdir. 500 manat pul göndərilməzdən əvvəl isə kartında 200 manat pul olmuşdur. Həmin 500 manatın kartına yüklənməsi ilə isə, ümumi olaraq kartında olan pul məbləği 700 manat olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" KB ASC-nin Gəncə şəhər filialının qarşısında quraşdırılmış bankomata yaxınlaşmışdır. Bankomatdan necə pul çıxarmalı olduğunu bilmədiyi üçün həmin vaxt orada olan cavan bir oğlanın ona yardım təklifini qəbul ederək ondan xahiş etmişdir ki, müvafiq bankomatdan pulu çıxarmağında ona köməklik etsin. Həmin şəxs ona etiraz etməyərək ona doğru gəlmiş və ona kartı bankomata daxil etməyini və müvafiq PİN kodu yığmağını söyləmişdir. O, kartı bankomata daxil edib PİN kodu yazmış, lakin bankomatda, anlayışı olmadığı üçün bilmədiyi problem yaranmışdır. Sonradan həmin şəxs öz plastik kartını bankomatda kartlar üçün xüsusi olaraq nəzərdə tutulmuş sahəyə yerləşdirərək ona da öz plastik kartımı oraya qoymalı olduğunu bildirmişdir. O, da həmin şəxsin dediklərini eynilə yerinə yetirdikdən sonra həmin şəxs 400 manat pulu çıxarıb ona vermişdir. 400 manat pul çıxarıldıqdan sonra o, həmin şəxsə bildirmişdir ki, kartda yenə pul olmalıdır, qalan pulu da çıxarıb verməsini xahiş etmişdir. Lakin adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs tələsdiyini bildirərək oradan getmişdir. Daha sonra o, bir daha qızı Nuranə Hüseynova ilə əlaqə saxlayıb dəqiqləşdirmişdir ki, kartında nə qədər pul olmalıdır. O, dahasonra "xxxx" ASC-nin filialına getmiş və çıxarışalmışdır. Ondan sonra ona məlum olmuşdur ki, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs onun 300 manat pulunu 400 manat pulu ona verməmişdən qabaq oğurlamışdır. O da dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə müraciət etmiş və oradan da Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gedərək hadisə ilə əlaqədar şifahi ərizə vermiş və ətraflı izahatı alınmışdır. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaq zamanı o, bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Subay və orta təhsillidir. Fərdi əməklə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" KB ASC-nin filialına Moldova Respublikasında yaşayan oğlunun hər ay ona məxsus olan 5243-4544- 4264-1716 nömrəli “Leobank” kartına göndərdiyi pul vəsaitini nağdlaşdırmaq üçün gəlmişdir. Bunun üçün məqsədi müvafiq filialın yaxınlığında quraşdırılmış bankomata müvafiq kartı daxil edərək həmin pul vəsaitini çıxarmaq olmuşdur. Lakin şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün gözləri yaxşı görmür və müvafiq bankomatın ekranında olan yazıları dəqiq oxuya bilmir. Odur ki, həmin əməliyyatları həyata keçirməkdə çətinlik çəkdiyini görən 01 (bir) nəfər cavan oğlan ona yaxınlaşmış və ona köməklik edə biləcəyini söyləmişdir. Həmin təklifi qəbul etmiş və ona məxsus sözügedən bank kartını həmin şəxsə vermişdir. Həmin şəxs onun bank kartını qarşısında durduqları bankomata daxil etmiş və müvafiq əməliyyatlar keçirməyə başlamışdır. Həmin prosesin sonunda kartını ona qaytarmış və ona kartında pul vəsaitinin olmadığını söyləmişdir. Bunun üzərinə də o, həmin şəxsə inanaraq evinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə 5243- 4544-4264-1716 nömrəli "xxxx" KB ASC-уəmüraciət edərək ona məxsus “Leobank” bank kartına dair məlumat verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş müvafiq cədvəldən ona aydın olmuşdur ki, xx.xx.2023-cü il tarixdə ona kömək təklif edən və kartını ondan götürərək bankomat vasitəsilə bank əməliyyatları həyata keçirən şəxs onun xəbəri olmadan gizli olaraq ona məxsus 145 (yüz qırx beş) manat miqdarında pul vəsaitini talamışdır. Bu səbəblə də o, polis orqanlarına müraciət edərək həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (i.v.1); - “cinayət işi üzrə əməllərin tövsif edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 01 yanvar 2024-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hər iki cinayət işi üzrə müvafiq əməlləri törətdiyi müəyyən edildiyindən Azərbaycan Respublikası CM-nin 177.2.2 177.2.3-1-ci maddələri ilə istintaq edilən ********** nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və birləşdirilmiş cinayət işinin ibtidai istintaqı 30550928 nömrəsi ilə davam etdirilmişdir.230550928 nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsifedilmişdir (i.v.26-27); - “cinayət işinin başlanması haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır(i.v.29-30); - "xxxx" KB ASC-dən alınmış çıxarışdan məlum olur ki, Zərərçəkmiş şəxs4 qızına məxsus “Leobank” plastik kartından xx.xx.2023-cü il tarixdə 150 manat pul çıxarılmışdır (i.v.7); - "xxxx" ASC-dən alınmış çıxarışdan məlum olur ki, Zərərçəkmiş şəxs2 qızma məxsus “BirbankCashbackPlus" plastik kartından xx.xx.2023-cü il tarixdə 300 manat pul çıxarılmışdır (i.v.37-38); - "xxxx" ASC-dən alınmış çıxarışdan məlum olur ki, Zərərçəkmiş şəxs3 məxsus "xxxx" plastik kartından xx.xx.2023-cü il tarixdə 150 manat pul çıxarılmışdır (i.v.46-47); - "xxxx" KB ASC-dən alınmış çıxarışdan məlum olur ki, Zərərçəkmiş şəxs1 məxsus “Leobank” plastik kartından xx.xx.2023-cü il tarixdə 145 manat pul çıxarılmışdır (i.v. 52); - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona həmin maddələr ilə ittiham elan olunmuşdur (i.v. 98); - “təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir (i.v. 103); - “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir (i.v.125-126); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.134); - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir material daxil olmamışdır. (i.v.137); - “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.145-146); - “cinayət işinin icraata qəbul edilməsi və cinayət işi üzrə icraatın dayandırılmış icraatın təzələnməsi haqqında” 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatına qəbul edilmiş və cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.150); - “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyən olunmadığı üçün müəyyən edilib istintaq təhvil verilənədək cinayət işinin icraatı dayandırılmışdır (i.v. 168); - “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (170-171); - “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədənsaxlanılmışdır(i.v.187-188); - Gəncə şəhər Psixonevroloji dispanserinin 16 mart 2024-cü il tarixli, 2277 saylı arayışda göstərilmişdir ki, Məmmədov X4 dispanserdə qeydiyyatda yoxdur (i.v.194); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 16 mart 2024-cü il tarixli, 1718 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyatda yoxdur (i.v.195); - “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, 07 oktyabr 2023-cü il tarixdə saat 12 radəələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" KB ASC-nin Gəncə şəhər filialında yerləşən bankomatdan gizli şəkildə150 manat məbləğində pulu,08 oktyabr 2023-cü il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" KB ASC-nin Gəncə şəhər filialında yerləşən bankomatdan 145 manat məbləğində pulu, 10 oktyabr 2023-cü il tarixdə saat təxminən 14 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" KB ASC-nin Gəncə şəhər filialında yerləşən bankomatdan 300 manat məbləğində pulu və 15 oktyabr 2023-cü il tarixdə saat 17:33 dəqiqədə Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" KB ASCnin Gəncə şəhər filialında yerləşən bankomatdan 150 manat məbləğində pulu gizli yolla çıxarıb ələ keçirdiyini etiraf etmişdir (i.v.196-197); - Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 1(125)-327/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.201-207); - xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Şəhər Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş 06 ay müddətə azadlığının məhdudlaşdırılması cəzasını xx.xx.2024-cü il tarixdə çəkib qurtarmışdır. - “Sübutların qiymətləndirilməsi haqqında” 02 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış protokolu, ifadəni yerində yoxlama protokolu, və digər istintaq hərəkəti protokollar, iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. (i.v.208- 219); - Gəncə Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. -Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 11 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər ərazisində tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının 15 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarına əsasən həbs edilərək 12 iyul 2024-cü il tarixdə müəssisəyə daxil olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 29 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə Bakı şəhərinin Binə qəsəbəsindəki X2 gətirilmişdir. - xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş və o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Cəza təyin edilərkən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş və o, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Cəza təyin edilərkən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş və o, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətləri yoxdur. Cəza təyin edilərkən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasınaəsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini,əməlindən peşman olmasını, Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cinayəti törədərkən yetkinlik yaşəna çatmayan olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş ziyanın tam şəkildə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CMnin 84.2-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixdə tutularaq xx.xx.2024cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə isə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin X3 göndərilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal ixtisaslaşdırılmış müalicə müəssisədə azad edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili MüdafiəçiMüsəllimoğlu tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 32 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından MüdafiəçiMüsəllimoğlunun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 192 manat pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı–“XalqBank” Gəncə filialı Kod:504023,VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış müalicə müəssisədə saxlanıldığı 8 ay 8 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 16 ay 16 gün çıxılaraq onun üzərində qəti olaraq 7 (yeddi) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal ixtisaslaşdırılmış müalicə müəssisədə azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 32 saat hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 192 (yüz doxsan iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-19/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-19/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver