Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-190/2023 06.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1961-ci il Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Gəncə şəhəri Nizami rayonu duracaq işçisi işləyən, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Gəncə şəhəri Atatürk prospektində yerləşən “Osmanlı dönər” kafesinin yaxınlığında olan avtomobil duracağında Göygöl rayonu Hacıməlik qəsəbəsində qeydiyyatda olan və Gəncə şəhərində ünvansız evdə kirayədə yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı əl zərbəsi ilə Zərərçəkmiş şəxs üz nahiyyəsindən vuraraq sağ gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sağ gözətrafı nahiyyənin hematoması ilə müşahidə olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olar qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs təxminən iki-üç ildir ki, tanıyır. Əvvəllər, yəni pandemiya vəziyyətindən əvvəl Mübariz ilə bir müddət kirayədə birlikdə qalmışdır, həmin vatlarda Mübarizə çox yaxşılıqları keçmişdir. Gəncə şəhəri Atatürk prospektində yerləşən Unibankın qarşısında avtomobil duracağında duracaq işçisi işləyir, orada dayanan avtomobillərə nəzarət edir.Mübariz ilə əvvəllər aralarında hər hansı bir mübahisə baş verməmişdir, lakin son vaxtlarda Mübariz tüfeyli həyat tərzi keçirir və onunla əlaqəsini kəsmişdir. Özü duracaqda axşam növbəsində işləyir, xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 20 radələrində həmişəki qaydada işinə getmişdir. Saat təxminən 23 radələrində Mübariz sərxoş halda onun işlədiyi yerə gəlmiş, əvvəlcə ona yaxınlaşaraq pul istəmiş, özü isə pulu olmadığı üçün ona pul verməkdən imtina etmişdir. Bundan sonra Mübariz yolun ortasında dayanaraq avtomobillərin giriş çıxışına mane olmağa başlamışdır. O bir neçə dəfə Mübarizə iradını bildirərək həmin yerdən getməsini tələb etmişdir. Mübariz isə oradan getməkdən imtina etmiş, əlinə daş alıb onu vurmaq istəmişdir. Əlavə olaraq isə onun ünvanına nalayiq söyüşlər söymüş, Mübarizin onu təhqir etdiyi üçün anidən əsəbləşdiyini və cəmi bir dəfə yumruqla onu üz nahiyyəsindən vurmuşdur. Bundan sonra Mübariz yerə yıxılmış, onu yerdən qaldıraraq yolun digər tərəfinə keçirmişdir. Orada olan avtobus dayanacağına aparıb əyləşmiş, bununla da aralarında olan mübahisə sonlanmışdır.Onun Mübarizlə heç bir əlavə mübahisəsi olmamış, Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə ani bir anda baş vermiş və sonlanmışdır. Hal-hazırda Mübarizlə barışmışlar, onların barışması barədə Mübariz tərəfindən verilmiş və notarial qaydada təsdiqlənmiş barışıq ərizəsini məhkəməyə təqdim etdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat zamanı ifadə vermiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan edilmişdir. İfadədən müəyyən olunur ki, zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs adlı şəxsi təxminən iki ildir ki, tanıdığını, (əncə şəhərində gündəlik kirayə evlərdə qaldığını, təxminən 3 il əvvəl Arzu ilə bir müddət kirayədə birlikdə qaldıqlarını, rəsmi olaraq heç bir yerdə işləmədiyini, günəmuzd fəhlə işlədiyini, Arzu isə Gəncə şəhəri Atatürk prospektində yerləşən — Unibankın əks tərəfində yəni orada yerləşən “Osmanlı dönər” kafesinin qarşısında olan avtomobil duracağında gecə növbəsində işlədiyini, Arzu ilə əvvəllər aralarında hər hansı bir mübahisə baş vermədiyini, bəzi vaxtlarda həmin yerə gedən zaman Arzunu orada gördüyünü, xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 23 radələrində Arzunun işlədiyi duracağa gəldiyini və bir müddət orada dayandığını, həmin yerə gələn zaman bir qədər spirtli içki qəbul etdiyini və sərxoş olduğunu, həmin yerdə heç bir səbəbsiz olaraq dayandığını, həmin yerdə gəzişdiyini, bu vaxt Arzu da orada olduğunu və onun həmin yerdə gəzişdiyini gördüyünü, Arzu ona yaxınlaşaraq avtomobillərin giriş çıxışına mane olduğunu dediyini və həmin yerdən getməyini, orada dayanmamağını dediyini, özü isə Arzunun bu fikrinə etiraz etdiyini və küçənin ona aid olmadığını, hər kəs istədiyi yerdə dayana biləcəyini və oradan getməyəcəyini dediyini, lakin həmin vaxt Arzu ona bir daha oradan getməyini gediyini və onunla mübahisə etməyə başladığını, mübahisə zamanı onu əvvəlcə əli ilə hələdiyini və anidən əl zərbələri ilə əsasən üz nahiyyəsindən qəsdlə bir dəfə yurduğunu, daha sonra isə yüngül şəkildə bədəninin müxtəlif yerlərindən vuraraq döydüyünü, həmin vaxt burun nahiyyəsi qanadığını, bundan sonra isə Arzu onu yolun qaşı tərəfinə keçirərək avtobus dayanacağına gətirib oturacağa əyləşdirdiyini, bundan sonra isə oradan uzaqlaşıb getdiyini, Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə 2-3 dəqiqə çəkdiyini, mübahisə zamanı Arzunu vurmadığını, həmin vaxt ətrafda Arzu və özündən başqa heç kim olmadığını, onları heç kim ayırmadığını, özləri ayrıldıqlarını bildirmişdir. Cinayət işinin 10-13-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Osmanlı dönər” kafesinin yaxınlığındabaş vermişdir. 24 01.2023-cü il tarixdə vət.Təqsirləndirilən şəxs adına Gəncə şəhəri Evlər Üçlüyü tərəfindən tərtib edilmiş və materiala əlavə olunmuş xasiyyətnamədən görünür ki, Gəncə şəhəri,H.Ə. Hüseynzadə küçəsi ev 27 də yaşayan Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in arayışından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 02 mart 2023- cü il tarixli notarial ərizəsindən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və onu bağışlayır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödənildikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra zərərçəkmiş şəxslə barışıb ona dəyən ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.2.1, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu və ya rəsmi qaydada verildiyi gündən 20(iyrimi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(125)-190/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-190/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver