Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-192/2022 20.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1973-cü ildə Ermənistan, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, işləməyən, ünvan 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Şahid6 və Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olub oradan 1 ədədinin dəyəri 500 manat olmaqla, ümumilikdə 4 ədəd 2000 manat dəyərində 4 ədəd “Rivera Orex” markalı taxta qapıları, 1 ədədinin dəyəri 90 manat olmaqla, 11 ədəd istintaq zamanı markası müəyyən edilməyən, 5 ədəd “Laurel” markalı, 5 ədəd “Silvia” markalı, 5 ədəd “Bristar” markalı, ümumilikdə 26 ədəd, 2340 manat dəyərində divar kağızını, 1 sellofan torba miqdarında 10 manat dəyərində qarışıq şurupları, 1 sellofan torpba miqdarında 50 manat dəyərində vintləri, 50 ədəd ümumlikdə 20 manat dəyərində kapron trayniki, 2 ədəd 10 manat dəyərində kapron su krantını, 15 ədəd 15 manat dəyərində kalen və kasoyu, 1 ədəd 15 manat dəyərində nikel trapı, 5 manat dəyərində 15 ədəd dəmir əqrəbi, 1 ədəd 10 manat dəyərində su filtirini, 1 ədəd 5 manat dəyərində kanalizasiya borusunun kalenini, 10 manat dəyərində 12 ədəd nikel ötürücünü, 1 ədədi 20 manat olmaqla ümumilikdə 5 ədəd, 100 manat dəyərində naqil qoşucularını, 1 ədəd 7 litrlik 150 manat dəyərində latun samovarı, 1 ədəd 3 litrlik 50 manat dəyərində ekektrikli samovarı, 1 kvadrat metri 16 manat olmaqla, ümumilikdə 200 manat dəyərində kafeli, 1 ədəd 1 metriliyi 120 manat, 1 ədəd 1,5 metriliyi isə 180 manat olmaqla ümumilikdə 2 ədəd 300 manat dəyərində kombi radiatorlarını, 1 ədəd 70 manat dəyərində nərdtaxtanı, 1 ədədi 60 manat olmaqla, ümumilikdə 2 ədəd, 120 manat dəyərində “Marques” markalı su motorlarını, 1 ədədi 9 manat 50 qəpik olmaqla ümumilikdə 32 ədəd, 304 manat dəyərində led lampaları, 1 ədəd 100 manat dəyərində dəri gödəkcəni, 1 vedrə 10 litr miqdarında 60 manat dəyərində dolğunu, 1 vedrə 25 litr miqdarında 70 manat dəyərində emusyanı, 1 vedrə 10 litr miqdarında 60 manat dəyərində döşəmə lakını, evin 100 manat dəyərində qapılarının açarlarını, 1 ədəd 15 manat dəyərində radionu, 1 ədədi 10 manat olmaqla ümumlikdə 2 ədəd, 20 manat dəyərində qaz açarlarını, 1 ədəd 10 manat dəyərində maşanı, 1 ədədi 5 manat olmaqla, ümumilikdə 2 ədəd 25 metrlik, 10 manat dəyərində metrələri, 1 dəst 80 manat dəyərində kristal qab-qacaqları, 3 ədəd 5 litrlik hər biri 15 manat olmaqla ümumilikdə 45 manat dəyərində qazanları, 1 ədəd 150 manat dəyərində 40 litrlik alimünium qazanı və 10 metr uzunluğunda 10 manat dəyərində rezin borunu gizli olaraq talayıb ümumilikdə 6514 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, 2-ci qrup Qarabağ əlilidir və aldığı təqaüdlə dolanır. 10 ildir ki, kokos kimi tanıdığı narkotik vasitə heroini damara iynə ilə vurmaqla istifadə edir. Şahid6 və Şahid5 təxminən 2-3 ildir ki, tanıyır, onlarla birgə bir neçə dəfə narkotik vasitə heroini iynə ilə damarlarına vurmaqla istifadə etmişlər. xx.xx.2022-ci il tarixdə onlar yenə görüşərək narkotik vasitə heroin istifadə etməyə qərar vermişlər. Bu məqsədlə o, saat 20 radələrində N.Nərimanov prospektində “Reklamın yanı” deyilən yerin yaxınlığına idarə etdiyi “Naz Lifan” markalı **- EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək orada Rüstəm və Ceyhunla görüşmüş, bundan sonra narkotik vasitə istifadə etmək üçün gözdən kənar yerə getməyə qərar vermişlər. Orada çox vaxt keçirəcəkləri üçün yemək də, götürmək qərarına gəlmişlər. Bu məqsədlə gedib qril almışlar. Bundan sonra Gəncə şəhəri, Əllərin dairəsi deyilən yerə gedib oradan da, Cavadxan qəsəbəsinə girmiş, Cavadxan qəsəbəsində bir qədər gedib sakit yerə getmiş, həmin yerdə narkotik vasitə heroini iynə ilə damarlarına vurmaqla istifadə etmişlər. Narkotiki istifadə etdikdən sonra çörək və sularını olmadığına görə mağaza lazım olmuş, həmin vaxt yaxınlıqda altında mağaza olan evin görənRüstəm avtomobildən düşərək həmin mağazaya yaxınlaşaraq bağlı olduğunu demiş, sonra Dubay bazarına qayıdaraq oradan su və çörək alıb “Əllərin dairəsi” deyilən yerə qayıdıb orada yemək yemişlər. Həmin vaxt üzərində narkotik vasitə heronin bir qismi qalmış, Cavadxan qəsəbəsində yerləşən altında mağaza olan evin yaxınlığına gedərək heroini istifadə etmək qərarına gəlmiş, o cümlədən altında mağaza olan evin mağazasına daxil olaraq oradan dondurma soyuducusunu oğurlayıb satmaq və əldə edilmiş qazancla yenə də, narkotik vasitə alıb bölmək qərarına gəlmişlər. Ceyhun, Rüstəm və o, bununla bağlı razılığa gəldikdən sonra onlar üçüdə həmin evin yaxınlığına gedib orada yenə də, narkotik vasitə heroin qəbul etmişlər. Təxminən saat 01 radələrində onlar soyuducunu oğurlamağa qərar vermişlər. Əvvəlcə Rüstəm avtomobildən düşərək ətrafa göz gəzdirib mağazanın qarşısına yaxınlaşıb geri qayıdaraq orada soyuducu olmadığını, həmçinin qarşısında barmaqlıq olduğunu demiş, bundan sonra evə daxil olmaq və orada nə olarsa götürmək qərarına gəlmişlər. Evin darvaza hissəsindən daxil olmaq çətin olduğuna görə Rüstəm arxa hasardan həyətə düşüb darvazanı açıb o isə darvazadan içəri daxil olmuş, Ceyhun isə avtomobildə qalaraq ətrafı nəzərdə saxlamışdır. Həyətə daxil olduqdan sonra evin giriş qapısını yoxlamışlar və bağlı olduğuna görə qapının sağ tərəfindəki pəncərinin barmaqlığını qıraraq içəri daxil olmağı düşünmüşlər. Bu məqsədlə həyətdə olan dəmir parçanı Rüstəm götürərək barmaqlığa fiziki təsir göstərmiş, o isə həmin barmaqlığı əli ilə özünə sarı çəkmiş və həmin barmaqlığı divardan qoparmışlar. Barmaqlığı qopaqrdıqdan sonra plastik pəncərəni də, əlləri ilə itələyib açaraq oradan içəri daxil olmuşlar, içəri daxil olduqdan sonra oradan 4 ədəd qəhvəyi rəngli təzə taxta qapıları, 3 qutu divar kağızını, 1 un torbasında içərisində kombi ləvazəmatları, xırdavatları, 1 ədəd od samovarını, onun maşasını, 1 ədəd ekektrikli samovarı, 2 ədəd kombi radiatorlarını, 1 ədəd nərdtaxtanı, 2 ədəd su matorlarını, 1 ədəd led lampanı, 2 ədəd metrəni, 1 ədəd alüminium qazanı evin pəncərəsindən həyətinə yığmışlar. Sonra o, həyətdən çıxıb avtomobilə doğru gedərək avtomobili həyətə salmış, bundan sonra avtomobilin baqajını açmış və o, Ceyhun və Rüstəmlə həmin əşyaları avtomobilə yükləmişlər. Həmin vaxt Rüstəm həyətdə olan radionu və rezin borunu da, götürüb avtomobilə qoymuşdur. Əşyaların hamsını avtomobilinə yüklədikdən sonra avtomobili həyətdən çölə çıxarmış, Ceyhunla Rüstəm isə darvazanı bağlamışlar. Avtomobildə oğurladıqları əşyalar olduğuna görə Rüstəmlə Ceyhunun oturmasına yer olmamış, o, avtomobillə öz evinə gedib Ceyhun və Rüstəm isə taksi ilə onlara gəlmələri və onun evində görüşmək barədə razılaşmışlar. Bundan sonra avtomobildən çıxaraq oradan evinə gəlmiş, avtomobili evin həyətinə salan zaman Ceyhunla Rüstəm də, taksi ilə onlara gəlib çatmışlar. Avtomobildən düşüb həyətə keçmişlər, Rüstəm avtomobildən 1 ədəd radionu, 1 ədəd led işığı və rezin borunu özünə lazım olduğuna görə götürmüş, razılaşmalarına əsasən qalan əşyaları satıb puluna narkotik almaqla istifadə edəcəkmişlər. Bundan sonra Ceyhunla Rüstəm çıxıb getmiş, növbəti gün oğurladığı samovarları, qazanı, su matorunun birini, metrəni 55 manat qarşılığında küçədən keçən dəmir alan tanımadığı motosiklet sürücüsünə əşyaların özünə məxsus olmasını deyərək satmışdır. Sonrakı günlərdə isə 4 ədəd qapını Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Ucuz qaplar” adlı qapı satışını həyata keçirən obyektdə əşyaların özünə məxsus olduğunu, artıq qaldığını deyərək birini 120 manatdan olmaqla dördünü 480 manat qarşılığında satmışdır. Sonra o, Rüstəmlə görüşərək 50 manat pul verib qalan əşyaları da, satdıqca verəcəyini demişdir. Həmçinin Rüstəm ona Ceyhuna da İphone markalı mobil telefon alınmalı olduğunu demiş, sonra divar kağızlarını satmağa yer tapmadığı üçün qohumu Mərdana müraciət edərək özünə məxsus divar kağızı olduğunu, artıq qaldığı üçün satmaq istədiyini deyərək alıcı tapmasına köməklik etməsini istəmiş, Mərdan onunla razılaşaraq həmin divar kağızlarını ondan götürmüş, sonra isə qalan su süzgəcini, 1 torba dəmir şurupları, kapron balaca boruları, krantdı, dəmir bağlancı, trapı isə Gəncə şəhəri, Ə.Əliyev prospektində yerləşən yerə gedərək orada həmin əşyaların özünə məxsus olmasını deyərək onları 45 manat qarşılığında satmışdır. Sonra isə 2 ədəd kombi radiatorlarını sata bilmədiyindən üçün Rüstəm həmin əşyaları sata biləcəyini dediyi üçün Rüstəmə vermiş, qalan 1 ədəd nərdtaxta və 1 ədəd su matoru isə evində qalmışdır. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, himayəsində azyaşlı uşağının olmasını, İ Qarabağ müharibəsi veteranı olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinin təmiri tam şəkildə yekunlaşmadığı üçünorada daimi yaşamamış, arada gedib baş çəkmişdir. Həmin ev hasarla əhatə olunmuş, sonuncu dəfə o, evə xx.xx.2022-ci il tarixdə saat 07 radələrində baş çəkib çıxmışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində növbəti dəfə həmin evə baş çəkmək üçün gedib həyətə daxil olduqda evin pəncərəsinin barmaqlığının sındığını görmüş və bu zaman naməlum şəxs onlardan xəbərsiz evə daxil olduğu anlamış, bu barədə o, dərhal DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları evlərinə gələrək hadisə yerinə baxış keçirib əl izləri götürərək müvafiq sənədləşməni aparmışlar. Bundan sonra hansı əşyalarının oğurlanmasını dəqiqləşdirmək məqsədilə evə göz gəzdirdikə evindən 1 ədədi 500 manat olmaqla, ümumilikdə 4 ədəd 2000 manat dəyərində təxminən 2.20x1 m ölçüdə avropa qapılarının, 1 ədədi 90 manat olmaqla, 15 ədədi 3 ədəd qutuda, 11 ədədi isə ayrıca sellofanda olmaqla ümumilikdə 26 ədəd, 2340 manat dəyərində divar kağızının, 1 un torbası miqdarında ümumilikdə 150 manat dəyərində xırdavat inşaat ləvazimatları (qarışıq vintlər, trap, su filtiri, dəmir əqrəb, xırda borular, su kranı, trap), 1 ədədi 20 manat olmaqla ümumilikdə 5 ədəd 100 manat dəyərində naqil qoşucuları, 1 ədəd 7 litrlik 150 manat dəyərində latun samovar, 1 ədəd 3 litrlik 50 manat dəyərində ekektrikli samovar, 1 kvadrat metri 16 manat olmaqla, ümumilikdə 200 manat dəyərində kafeli, 1 ədədi 120 manat, digəri isə 180 manat olmaqla ümumilikdə 2 ədəd 300 manat dəyərində kombi radiatorları, 1 ədəd 70 manat dəyərində nərdtaxtanı, 1 ədədi 60 manat olmaqla 2 ədəd ümumilikdə 120 manat dəyərində “Marques” markalı su motorlarını, 1 ədədi 9 manat 50 qəpik olmaqla 32 ədəd ümumilikdə 304 manat dəyərində led lampaları, 1 ədəd 100 manat dəyərində dəri gödəkcə, 1 vedrə 10 litr miqdarında 60 manat dəyərində dolğunu, 1 vedrə 25 litr miqdarında 70 manat dəyərində emusyanı, 1 vedrə 10 litr miqdarında 60 manat dəyərində döşəmə lakını, evin 100 manat dəyərəində qapılarının açarlarını, 1 ədəd 15 manat dəyərində radionu, 1 ədədi 10 manat olmaqla ümumlikdə 2 ədəd, 20 manat dəyərində qaz açarlarını, 1 ədəd 10 manat dəyərində maşanı, 2 ədəd 25 metrlik ümumlikdə hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində metrələri, 1 dəst 80 manat dəyərində kristal qab-qacaqları, 3 ədəd 5 litrlik hər biri 15 manat olmaqla ümumilikdə 45 manat dəyərində qazanları, 1 ədəd 150 manat dəyərində 40 litrlik alüminium qazanı gizli olaraq talayıb ümumilikdə 6424 manat dəyərində əmlakımı oğurlamışdır. Həmçinin mən daha sonra evin məhləsinə baxdıqda 10 metr uzunluğunda 10 manat dəyərində rezin su borusu da oğurlandığını müəyyən etmişlər.Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyandan sonuncuya aid hissədə ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, ünvan 1 ünvanında yerləşən obyektdə təsərrüfat mallarının satışı və təmiri ilə məşğul olaraq qazanc əldə edir. Təxminən 19 iyun 2022-ci il tarixdə günorta radələrində bir nəfər “Naz Lifan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun işlədiyi obyektə gəlmiş, həmin şəxs adının Nazim olduğunu, qazi olduğunu bildirərək evində bəzi inşaat mallarının artıq qaldığını, pula ehtiyacı olduğu üçün, satmaq istədiyini demiş, həmin malların oğurluq olub-olmamasını soruşduqda həmin şəxs ayıb olduğunu, yaxınlıqda yaşadığını, həmin malların oğurluq olmadığını, öz evində artıq qaldığını demişdir. Bundan sonra həmin şəxs bir sellofan torba inşaat malları gətirmiş, həmin mallara baxdıqda orada 50 ədəd traynik, 1 ədəd kran, 15 ədəd kalen və kasoy, 1 ədəd nikel trap, 15 ədəd dəmir əqrəb, 1 ədəd su filtiri, 1 ədəd kanalizasiya borusunun kaleni, 12 ədəd nikel ötürücü, köhnə qarşıqı şuruplar olduğunu görmüş, bundan sonra 50 ədəd traynik 15 manatdan, 1 ədəd kranı 3 manatdan, 15 ədəd kalen və kasoyu 5.50 manatda, 1 ədəd nikel trapı 5 manatdan, 15 ədəd dəmir əqrəbi 2 manatdan, 1 ədəd su filtirini 5 manatdan, 1 ədəd kanalizasiya borusunun kaleni 60 qəpikdən, 12 ədəd nikel ötürücünü 6 manatdan, köhnə qarşıq şurupları isə 3 manatdan alıb ümumilikdə həmin şəxsə 45 manat 10 qəpik pul ödəmişdir. Həmin şəxs pulu götürərək çıxıb getmişdir. O isə həmin malı satmaq üçün vitrinə qoymuş, daha sonra isə xx.xx.2022-ci il tarixdə polis əməkdaşları mağazasına gəlmiş və həmin vaxt Nazimin ona satdığı qeyd etdiyi mallar oğurluq olduğu ona məlum olmuşdur. Budnan sonra həmin malların hamısını istintaqa təqdim etmişdir. Şahid6 və Şahid5 tanımamışdır. Təqsirləndirilən şəxs isə ona yuxarıda qeyd etdiyi malı satan zaman tanımış, hər hansı bir ədavəti, düşmənçili, borcu olmamışdır. Həmin inşaat mallarının oğurluq yolu ilə əldə edilməsini bilməmiş, bu barədə hər hansı bir məlumatı olmamışdır. Əvvəlcədən bu barədə hər hansı bir şəxslə hər hansı bir razılaşmaları olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, “kokos” kimi tanıdığı narkotik vasitə heroini falqaya doldurub çəkmə, damarına iynə ilə vurmaqla istifadə edir. Şahid6 və Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, sonuncular da “kokos” kimi tanıdığı narkotik vasitə heroin istifadəçiləridilər,birlikdə bir neçə dəfə narkotik vasitə heroini istifadə etmişlər. xx.xx.2022-ci il tarixdə onlar yenə görüşərək narkotik vasitə heroin istifadə etməyə qərar vermişlər. Bu məqsədlə Nazim saat 23 radələrində N.Nərimanov prospektində “Reklamın yanı” deyilən yerin yaxınlığına idarə etdiyi “Naz Lifan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək onunla və Rüstəmlə görüşmüş, bundan sonra narkotik vasitə istifadə etmək üçün gözdən kənar yerə getməyə qərar vermişlər. Onlar orada çox vaxt keçirəcəkləri üçün yemək də götürmək qərarına gəlmişlər,bu məqsədlə qril toyuq almışlar. Bundan sonra onlar Gəncə şəhəri “Əlillərin dairəsi” deyilən yerə gedib orada qrili yedikdən sonra Nazim Cavadxan qəsəbəsində yaşayış olmayan fərdi yaşayış evinin altında mağazası olduğunu, həmin mağazanın içərisində dondurma soyuducu olduğunu, ora sakit bir yer olduğu üçün evin yaxınlığında narkotik vasitə qəbul etdikdən sonra həmin soyuducunu oğurlayacıqlarını demişdir.O, oğurluq etmək istəmədiyini, evinə düşürmələrini bildirmiş, Nazim isə avtomobildə benzin az olduğunu, evə düşürə bilməyəcəyini, ona sadəcə maşında oturacağını demiş, buna görə o, da məcbur Nazim və Rüstəmlə getmişdir. Nazim avtomobillə “Komadirin küçəsi” deyilən yerlə Cavadxan qəsəbəsinə girmiş, bir qədər getdikdən sonra avtomobili dayandırmış, həmin yerdə narkotik vasitə heroini Nazim və Rüstəm iynə ilə, o, isə çəkməklə istifadə etmişlər. Narkotiki istifadə etdikdən sonra oğurluq etmək üçün Nazim və Rüstəm avtomobildən düşmüşlər,o, isə bu işə qatmamalarını demişdir.Bir qədər sonra Nazim avtomobilin yanına gələrək əşyaları evin içərisindən həyətə yığdıqlarını, əşyaların çox olduğunu, ona yer olmayacağını demiş, bundan sonra o, Nazimin avtomobili ilə oğurluq olan evin qarşısına getmiş, Nazim avtomobili evin həyətinə vermiş, əşyaları Rüstəmlə Nazim yükləmişlər.Kənardan gördüyü qədəri ilə onlar avtomobilə 4 ədəd qapı, 2 ədəd kombi radiatoru, 3 qutu divar kağızı, 1 ədəd un torbasını, biri böyük biri kiçik olmaqla iki ədəd samovarı, 1 ədəd nərdtaxtanı, 1 ədəd alüminum qazan, rezin boru olmuşdur. O, həmin oğurluqdan heç bir qazanc əldə etməmiş və belə bir məqsədi də olmamışdır. Avtomobilə əşyaları yüklədikdən sonra Nazim avtomobili həyətdən çölə çıxarmış, avtomobildə yük olduğuna görə Rüstəmlə ona yer olmamış, buna görə də, Nazim avtomobili sürərək çıxıb evinə getmiş, o, isə Rüstəmlə bir qədər piyada getmişlər. Onlar yolla gedə-gedə qarşılarına “Opel” markalı taksi çıxmış, həmin taksi ilə Nazimin evinə getmişlər. Nazimgilə çatdıqda sonuncu avtomobili həyətə salmış, Rüstəm Nazimin avtomobildən özünə lazım olduğu üçün led işığı və rezin borunu götürmüş, bundan sonra Rüstəmlə o, taksiyə oturaraq evlərinə getmişlər. Əvəvlcə Rüstəm oğurladığı əşyalarla öz evlərinə düşmüş, sonra isə o, öz evlərinə düşmüş, bundan sonra o, Nazim və Rüstəmi görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, gündəlik olaraq qazancını avtomobil təmir edərək əldə edir,bir neçə ildir ki, “kokos” kimi tanıdığı narkotik vasitə heroini damara iynə ilə vurmaqla istifadə edir. Təqsirləndirilən şəxs və Şahid5 bir neçə ildir tanıyır,birlikdə bir neçə dəfə narkotik vasitə heroinistifadə etmişlər. Təxminən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Nazimin idarə etdiyi “Naz Lifan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə o və Nazim Cavadxan qəsəbəsinə gedərək orada gəzmişlər. xx.xx.2022-ci il tarixdə yenə görüşərək narkotik vasitə heroin istifadə etməyə qərar vermişlər. Bu məqsədlə Nazim saat 23 radələrində N.Nərimanov prospektində “Reklamın yanı” deyilən yerin yaxınlığına idarə etdiyi “Naz Lifan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək onunla və Ceyhunla görüşmüş, bundan sonra narkotik vasitə istifadə etmək üçün gözdən kənar yerə getməyə qərar vermişlər. Orada çox vaxt keçirəcəkləri üçün yemək də götürmək qərarına gəlmiş, bu məqsədlə qril toyuq almışlar. Bundan sonra Gəncə şəhəri “Əllərin dairəsi” deyilən yerə gedib orada qrili yedikdən sonra “Komadirin küçəsi” deyilən yerlə Cavadxan qəsəbəsinə girmişlər. Yolla gedə-gedə Nazim qarşıda yaşayış olmayan fərdi yaşayış evinin altında mağazası olduğunu, həmin mağazanın içərisində dondurma soyuducu olduğunu, sakit bir yer olduğu üçün evin yaxınlığında narkotik vasitə qəbul etdikdən sonra soyuducunu oğurlayaraq satıb əldə etdikləri qazancla narkotik vasitə alaraq istifadə edə biləcəklərini demişdir. Onlar bu barədə söhbət edə-edə Cavadxan qəsəbəsində bir qədər gedib sakit yerdə dayanmışlar. Həmin yerdə narkotik vasitə heroini iynə ilə damarlarına vurmaqla istifadə etmişlər. Təxminən saat 01 radələrində onlar Nazimin dediyi evin yanına gəlmişlər, oğurluq üçün Nazim özü tək evə girmiş, əşyaları aynadan onlara vermiş, onlar da avtomobilə yükləmişlər. Bundan sonra avtomobildə yer olmadığı üçün o və Ceyhun piyada getmiş, Nazim isə avtomobil ilə öz evinə getmişdir. Onlar piyada gedə gedə qarşılarına “Opel” markalı taksi çıxmış, həmin taksini saxladıb minərək Nazimgilə getmişlər. Nazimgilə çatdıqda Nazim avtomobili həyətə salmış, bundan sonra onlar taksidən düşərək Nazimin avtomobilin yanına getmişlər,o, Nazimin avtomobildən özünə lazım olduğu üçün led işığı və rezin borunu götürmüşdür. Nazim xx.xx.2022-ci il tarixdə onun yaşadığı evə 2 ədəd kombi radiatoru gətirərək sata bilmədiyini və onun həmin radiatoru satmağını istəmiş, o, da razılaşmış və radiatoru evinin həyətinə qoymuş, lakin həmin radiatorları sata bilmədiyi üçün evində qalmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. Təqsirləndirilən şəxs onun qardaşı Teymurun qaynıdır. Təqsirləndirilən şəxslə bir qohum kimi münasibətləri normal olmuş, hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təxminən 2022-ci ilin iyun ayının 11-15 tarixlərində qardaşı Teymurla Şəmkir rayonunda ev təmir edərkən Nazim zəng edərək şirkətin tikintisindən 15 ədəd divar kağızının artıq qaldığını, onları ucuz qiymətə satdığını demiş, onun mərhum arvadı Güllü Ələsgərovanın sentyabr ayında ildönümü olduğundan evini təmir etdirmək istədiyi və həmin vaxt ona divar kağızı lazım olduğu buna görə də, Nazimin təklif etdiyi divar kağızlarına baxmağa qərar vermişdir. Bu məqsdələ həmin gün axşam saat 21 radələrində qardaşı Teymurla birgə Nazimin yaşadığı ünvan 2 ünvanına getmiş, evin həyətinə daxil olub Nazimlə görüşmüş, Nazim divar kağızından əlavə qapıların, kombi radiatorlarının da olduğunu demiş, o isə Nazimə sadəcə divar kağızının lazım olmasını demişdir. Bundan sonra evin birinci mərtəbəsində həyətin sağ tərəfində yerləşən otağa keçmişlər. Həmin otaqda 3 ədəd qutuda, hər qutuda 5 ədəd olmaqla ümumlikdə 15 ədəd divar kağızı olmuş, Nazim ona həmin divar kağızlarının qiymətinin 35-40 manat olduğunu, lakin ona 30 manat sata biləcəyini demiş, o isə pulunun az olduğunu, 20 manat qarşılığında ala biləcəyini demiş, Nazim isə hamısını alacağı təqdirdə həmin qiymətə sata biləcəyini demiş və onlar qarşılıqlı şəkildə razılaşmışlar. Bundan sonra Nazimə 300 manat ödəyərək 15 ədəd divar kağızını almışdı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ifadəsindən görünür ki,gündəlik olaraq qazancını Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Ucuz qapılar” adlı seyf və taxta qapıların satışını həyata keçirən obyektdə satıcı kimi işləyərək qazanc əldə edir. Hər gün saat 09 radələrindən saat 18 radələrinədək işdə olur. Təxminən xx.xx.2022-ci il tarixdə saat 15-16 radələrində adı sonradan bildiyi Təqsirləndirilən şəxs işlədiyi obyektə gəlib qapılara göz gəzdirdikdən sonra “Rivera orex” markalı taxta qapıya baxmış və həmin qapını işarə edərək xeyli vaxt əvvəl onların mağazadan həmin qapıdan 4 ədəd aldığını, qazi olduğunu, dövlət tərəfindən yeni təmirli ev verildiyinə görə qapılara ehtiyacı olmadığını deyərək həmin qapları qaytarmaq istədiyini bildirmiş, həmin şəxsdən qaimə tələb etdikdə qaiməni itirdiyini, Nazimin qazi olmasına görə köməklik etməyə çalışmış və qapları gətirərər əgər onların satdıqları qapı olarsa 1 ədədini 120 manata götürə biləcəyini demişdir. Həmin şəxs bu söhbətlərindən sonra çıxıb getmişdir. Təxminən 2 gün sonra Nazim yenidən obyektə gələrək qapını gətirmək istədiyini bildirmiş, o isə problem olmadığını demişdir. Həmin şəxs obyektdən çıxaraq 1-2 saat sonra VAZ 2106 markalı sarı rəngli taksinin üzərində 4 ədəd qapıları gətirmiş, avtomobilin üzərində həmin qapılara baxdıqda onların mağaza tərəfindən satılan “Rivera orex” markalı 0,80x2.15 m ölçüdə 4 ədəd taxta qapı olmasını müəyyən etmiş, qapıların onların satdıqları marka ilə eynilik təşkil etməsinə görə, qapılar onların satdıqları qaplar olmasına daha da əmin olmuş, bundan sonra həmin qapıları mağazaya qoyaraq Nazimə ümumilikdə 485 manat pul ödəmiş, həmin şəxs pulu götürərək çıxıb getmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə polis əməkdaşları mağazaya gəldikdə həmin qapılar oğurluq qapılar olduğunu öyrənmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evidir. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadəsin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Gəncə şəhər, Cavadxan qəsəbəsində oğurluqdan əvvəl avtomobilini saxladığı yeri, Təqsirləndirilən şəxs Gəncə şəhər, Cavadxan qəsəbəsində Zərərçəkmiş şəxs məxsus oğurluq etdiyi evi, Təqsirləndirilən şəxs Gəncə şəhər, Cavadxan qəsəbəsində Zərərçəkmiş şəxs məxsus oğurluq etdiyi evə daxil olduğu hissəsini, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının qarşısında “Naz Lifan” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobili, Təqsirləndirilən şəxs məxsus “Naz Lifan” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunu, Təqsirləndirilən şəxs məxsus “Naz Lifan” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin yek yerini, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında oğurladığı əşyaları yığdığı otağı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında oğurladığı 1 ədəd nərdtaxtanı və 1 ədəd “Marques” markalı su motorunu, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində oğurladıqları 4 ədəd qapıları satdığı obyekti, Təqsirləndirilən şəxs oğurladığı xirdavat inşaat mallarını satdığı Gəncə şəhəri, B.Əliyev 42 ünvanında yerləşən təsərrüfat mallarının satışını həyata keçirən obyekti, Təqsirləndirilən şəxs oğurladığı xırdavat inşaat mallarını satdığı Şahid1 əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs sidikdə narkotik vasitə (MOP) (HEROİN) aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 iyun 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-160/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 sentyabr 2022-ci ilədək həbs qətimkan tədbiri seçilmidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 3968 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 2934 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-ci il tarixdən həmin qeydiyyatda opioidlərdən aslılıq diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsi ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 06 ay 25 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 66.5, 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 02 ay 27 gün müddətinə azadlığın məhrum etmə cəzasına məhkum edilmiş,Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 09 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 66.5, 68.1.1-1 maddələri ilə 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 1(104)-185/2021 saylı qərarı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 1(044)-50/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmiş, həkim hökmlə Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri əsasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 9 aya endirilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən ona əvvəllər Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 6 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla ona təyin edilmiş cəza ilə qismən toplanmaqla ona 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs 11 yanvar 2020-13 yanvar 2020-ci il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 3 gün ona təyin olunmuş cəzadan çıxarılaraq üzərində qəti olaraq 9 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-50/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasənGəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(104)-185/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 9 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bəraər tutulmaqla 01 il müddətə azadlıqdan məhrum etmə cəzası kimi hesablanaraq, qismən toplanmış və ona qəti olaraq 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs ona satdığı 4 ədəd “Rivera Orex” markalı taxta qapını təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5411 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 10 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrirlərinə uyğun olaraq 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəi nəzəri qaydada təxminən 538,0 manat müəyyən olunur. Qərarda göstərilən digər mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, materialı, texniki göstəriciləri və.s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli talayıb oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması vəya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə həmin cəzanı tam çəkərək cəzanın sonu ilə azad olunduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğun ödənilməsi üçün 2 il müddət keçmədən yenidən qəsdən cinayət törətmiş, bununla da onun məhkumluğu ödənilməmiş və cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görəəvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hokum çıxarır. Azərbaycan Respublikasının CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqaşəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaqsahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onuntörədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsihaqqında” 2003-cüil 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşan olmasını,İİ qup Qarabağ əlil olmasını, dəymiş zərəri ödəməsi və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə barışması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən CM-nin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir ki, həmin məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübutların: 1 ədəd nərdtaxta, 1 ədəd “Marques” markalı su motoru, 50 ədəd kapron boru trayniki, 1 ədəd kapron su krantı, 15 ədəd kalen və kasoy, 1 ədəd nikel trap, 15 ədəd dəmir əqrəb, 1 ədəd su filtiri, 1 ədəd kanalizasiya borusunun kaleni, 12 ədəd nikel ötürücü, 1 torpa qarşıqı şuruplar, 10 metr uzunluğunda rezin boru, 2 ədəd kombi radiatorları, 4 ədəd “Rivera Orex” markalı taxta qapı, 5 ədəd “Laurel” markalı divar kağızı, 5 ədəd “Silvia” markalı divar kağızı, 5 ədəd “Bristar” markalı divar kağızının sahibinə qaytarılması nəzərə alınmalı, həmçinin iş üzrə üzləşdirmə zamanı qeydə alınmış video görüntləri özündə əks etdirən 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutların: 1 ədəd nərdtaxta, 1 ədəd “Marques” markalı su motoru, 50 ədəd kapron boru trayniki, 1 ədəd kapron su krantı, 15 ədəd kalen və kasoy, 1 ədəd nikel trap, 15 ədəd dəmir əqrəb, 1 ədəd su filtiri, 1 ədəd kanalizasiya borusunun kaleni, 12 ədəd nikel ötürücü, 1 torpa qarşıqı şuruplar, 10 metr uzunluğunda rezin boru, 2 ədəd kombi radiatorları, 4 ədəd “Rivera Orex” markalı taxta qapı, 5 ədəd “Laurel” markalı divar kağızı, 5 ədəd “Silvia” markalı divar kağızı, 5 ədəd “Bristar” markalı divar kağızının sahibinə qaytarılması nəzərə alınsın, həmçinin iş üzrə üzləşdirmə zamanı qeydə alınmış video görüntləri özündə əks etdirən 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-192/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-192/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver