Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-193/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Xüsusi ittihamçı X2 vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı xüsusi ittihamçının vəkili Müdafiəçi çıxış edərək bildirdi ki, ittiham tərəfi müdafiə tərəfi ilə barışıq əldə etmişdir. Bu səbəbdən ittiham tərəfi xüsusi ittiham qaydasında verilmiş şikayətdən imtina edir. Bu barədə xüsusi ittihamçı X2 ərizəsini məhkəməyə təqdim edərək xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X1 Eldəniz Maksim oğlu ilə barışdığını, aralarında bir daha hər hansı ədavətin olmayacağını, onun barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş X2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X6 ilə barışdığı üçün onun barəsidə xüsusi ittiham qaydasında şikayətindən imtina etmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 39.1.8-ci maddəsinə görə zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə çıxarılır. Qeyd olunan cinayət prosessual hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğundan və bununla əlaqədar olaraq ittiham tərəfi xüsusi ittiham qaydasında başlanmış cinayət təqibindən imtina etdiyindən, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, məhkəmə xərci, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair cinayət təqibinə və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-193/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-193/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver