Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-194/2023 03.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə xx.xx.2001ci il tarixli 69-k saylı əmrlə ədliyyə orqanlarında qulluğa qəbul edilərək Gəncə şəhəri Kəpəz rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsinə məhkəmə nəzarətçisi, xx.xx.2008-ci il tarixli 341-k saylı əmrlə Gəncə Apellyasiya Məhkəməsi üzrə Məhkəmə nəzarətçiləri bölməsinin rəisi, xx.xx.2012-ci il tarixli 295-k saylı əmrlə Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru (mürəkkəb işlər üzrə qrupun rəhbəri) vəzifəsində işləyərkən, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 782-İQ nömrəli Qanununa əsasən, icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görülməsi, öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat alınması, müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar verilməsi, icra sənədlərində göstərilmiş predmetlərin borcludan alınmaqla tələbkara verilməsi, tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə, əmək haqqına, pensiyasına, təqaüdünə, sair gəlirlərinə, digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəldilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin “pul tələbinin təmin edilməsinə dair” 21 oktyabr 2013-cü il tarixli 2(043)-1146/2013 saylı qətnaməsinin icra edilməsi ilə bağlı icraatına xx.xx.2013-cü il tarixdə daxil olmuş 1146/2013 saylı icra işi üzrə borclular X1 3.600 manat, X3 500 manat və X4 2.000 manatın alınıb tələbkar Şahid3 ödənilməsini icra etməsi ilə əlaqədar, xx.xx.2015-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Gəncə şəhəri üzrə İcra İdarəsinin inzibati binasındakı xidməti otağında qeyd edilən icra işi üzrə borclu X5 Şahid3 ödənilməsi üçün özünə etibar etməklə borcun son ödənişi qismində verdiyi 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini ondan aldıqdan sonra, pul vəsaitini tələbkara çatdıracağına inandırmaq məqsədi ilə xidməti otağında hazırladığı, hüquq verən rəsmi sənəd olmayan, əvvəlki ödəniş də nəzərə alınmaqla, məzmununda icra sənədinə əsasən Ceyhun Rzayevin 2.000 manat borcunu tam olaraq ödədiyinə dair məlumat olan xx.xx.2015-ci il tarixli 6496/13 nömrəli məktubu Ceyhun Rzayevə təqdim etməklə, həmin pul vəsaitinin tələbkar Şahid3 ödənilməsini təmin etməyərək əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına istifadə etməklə, X7 məxsus olmaqla ona etibar edilmiş cəmi 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək mənimsəməklə talamış, qeyd edilən hərəkətləri ilə məhkəmə qərarlarının, habelə qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digərorqanların aktlarının icrasının təmin olunması, habelə Azərbaycan Respublikasının Konstitusiyası ilə insan hüquqları və azadlıqlarının qorunması sahəsində müəyyən edilmiş prinsiplərin pozulmasına səbəb olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 179.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilməyərək göstərmişdir ki, 2001-ci ildən 2008-ci ilədək Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Kəpəz rayon İcra şöbəsinin məhkəmə nəzarətçisi, 2008-ci ildən 2012-ci ildə qədər İcra Baş İdarəsinin Gəncə Şəhəri üzrə Apelyasiya Məhkəməsində İcra bölməsinin rəisi, 2012-ci ildən 2017-ci ilə qədər İcra Baş İdarəsinin Gəncə Şəhəri üzrə İcra İdarəsinin mürəkkəb işlər üzrə qrup rəhbəri, 2017-ci ildən 2019-u ilə qədər İcra Baş İdarəsinin Gəncə Şəhəri üzrə İcra İdarəsinin İcra Baş İdarəsinin Göygöl rayonu üzrə İcra şöbəsinin icra məmuru vəzifəsində işləmiş, işlədiyi müddətdə bir neçə dəfə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunmuş, hazırda işsizdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(043)-1146/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməyə əsasən borclu X4 2.000 manat tutularaq Şahid3 verilməsi qət edilmişdir. Sözügedən icra işi xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olandan sonra həmin iş ona həvalə edilmiş, onun tərəfindən iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbi könüllü icra etməsi üçün borcluya bildiriş göndərmişdir. Bildirişi borclu Ceyhun Rzayevə göndərsə də, borclu çağırışlara gəlmədiyi üçün sonuncunun yaşadığı ünvana gedəndə onu Ceyhunun atası Nümayəndə2 qarşılamış, sonuncu ona oğlunun borcunu özünün qaytaracağını bildirmişdir. Bununla əlaqədar tələbkar Şahid3 idarəyə dəvət eləmiş, öz xidməti otağında tələbkar Şahid3 borclunun atası Nümayəndə2lə görüşdürmüş, görüş zamanı Nümayəndə2 tələbkardan xahiş etmişdir ki, oğlunun borcunu hissə-hissə ödəməyə, yəni hər ay 200 manat ödəməyə şərait yaratsın, Şahid3 borclunun atası Nümayəndə2lə razılaşmışdır. Bundan sonra Nümayəndə2 hər ay onun yanında tələbkar Şahid3 200 manat pul vermiş və beləliklə borclu Ceyhun Rzayev tələbkar Şahid3 borcunu tam şəkildə, yəni 2.000 manatı ödəyəndən sonra İcra Haqqında Qanuna əsasən borclunun atası Nümayəndə2 icra haqqını da, yəni ümumi məbləğın 7 faizini təşkil edən 140 manatı da ödəmişdir. Bundan sonra borclunun atası Nümayəndə2 ondan oğlunun borcu olmadığı barədə sənəd tələb etmiş, lakin sözügedən qətnamədə Ceyhun Rzayevdən əlavə iki nəfər borclu olduğu üçün və həmin şəxslər borclarını ödəmədiklərinə görə məhkəməyə “İcraata xitam verilməsi barədə” təqdimat göndərmək mümkün olmamış, buna baxmayaraq, Ceyhun Rzayev və atası problemli adamlar olduğu üçün o, qanuna zidd olaraq arayış tərtib etmişdir. Həmin arayışda o, borclu Ceyhun Rzayevin borcunun olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, Ceyhun Rzayevlə bağlı icra sənədi icraatına daxil olduğu müddətdə sonuncu barəsində ölkədən çıxma məhdudiyyəti qoymamış, X12 borcu olduğu üçün məhkəmə qətnaməsinə əsasən icra sənədini icra edən Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Azər İbrahimovun təqdimatı əsasında ölkədən çıxma məhdudiyyəti qoyulmuşdur. 2021-ci ilin oktyabr ayında icra məmuru Şahid2 ona zəng edərək Ceyhun Rzayevin yanına gəldiyini və ölkədən çıxma məhdudiyyətinin nəyə görə götürülmədiyini soruşduğunu, eləcə də tələbkar Şahid3la əlaqə saxlayarkən sonuncunun borcunun tam ödənilmədiyini müəyyən etdiyini demiş, o, isə Ceyhun Rzayevin borcunun atası vasitəsi ilə tam şəkildə ödənildiyini və bununla bağlı həm işin içində, həm də borclunun atasında qəbzlərin olduğunu bildirsə də, Şahid2 işin içində qəbzlərin olmadığını demişdir. Bundan sonra Ceyhun Rzayev, atası və bacısı ona zəng edərək Ceyhun Rzayevin uşağının xəstə olduğunu və bununla bağlı təcili Rusiya Federasiyasina müalicəyə getməli olduğunu, uşağa bir şey olarsa təqsirkarın o, olduğunu bildirmişlər, o, da uşağa görə tanışı vasitəsilə köməklik məqsədilə 700 manat pul göndərmişdir. O, Ceyhunla bir dəfə də olsun görüşməmiş, həmişə Ceyhunun atası Nümayəndə2 idarəyə gəlmiş, sonuncudan icra ödənişdən əlavə pul və ya digər maddi nemət tələb etməmiş, Ceyhun Rzayevdən başqa iki nəfər də borclu olduğu üçün borcun bağlanması ilə bağlı heç bir arayış və ya digər sənədi tələbkar Şahid3 verməmiş, icra sənədi qismən icra olunduğu üçün tələbkardan müvafiq ərizə almamışdır. Ceyhun Rzayev problemli adam olduğu üçün ona şər ata biləcəyindən qorxaraq, Şahid3 700 manat pul göndərmək qərarına gəlmiş, əlavə olaraq, sonuncu ilə əlaqə saxlayıb borcunun geridə qalan hissəsini bağışlamağı xahiş etmişdir. Sonda o, barəsində olan cinayət işi üzrə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs Nümayəndə2 ifadəsində bildirmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1146/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən borclu oğlu Ceyhun Rzayevdən 2.000 manat tutularaq Şahid3 ödənilməsi qət edilmişdir. İcra işi icra məmuru Təqsirləndirilən şəxs icraatında olmuş, bununla əlaqədar, bir neçə dəfə icra məmuru ilə sonuncunun xidməti otağında görüşmüş, Təqsirləndirilən şəxs ona və oğluna hər dəfə pulun ödənilməli olduğunu bildirmişdir. Bundan sonra o, Fərhadın özü ilə bir neçə dəfə görüşmüş, sonuncuya ümumilikdə 800 manat pul məbləği hissə-hissə özü və oğlu Ceyhun Rzayev tərəfindən ödənilmişdir. Pul vəsaiti əsasən, Fərhadın özü ilə Gəncə şəhərində müxtəlif yerlərdə görüşülərək təqdim edilmişdir. Borcun geridə qalan hissəsini isə, yəni 1.200 manat olan hissəsini 2015-ci ilin dekabr ayında Rusiya Federasiyasından göndərilən pul vəsaiti hesabına aparıb tam şəkildə borcunun bağlanması üçün icra məmuru Təqsirləndirilən şəxs vermişdir. Pulu Təqsirləndirilən şəxs verəndən sonra sonuncudan pulun tam şəkildə ödənilməsi barədə sənəd tələb etmiş, Təqsirləndirilən şəxs ona 2.000 manat borcun tam şəkildə ödənilməsi barədə 7 dekabr 2015-ci il tarixli 6496/13 saylı arayış təqdim etmişdir. 2021-ci ilin təxminən oktyabr ayında oğlu X13 Federasiyasına bilet alıb getmək istəyəndə ölkədən çıxışına məhdudiyyət qoyulduğu müəyyən edilmişdir. Araşdırma zamanı məhdudiyyətin Gəncə İcra İdarəsi tərəfindən qoyulduğu müəyyən edilmişdir. İcra idarəsində onları Şahid2 qarşılamış, sonuncu məhdudiyyətin məhz Şahid3 olan borca görə qoyulduğunu bildirəndə, Təqsirləndirilən şəxs verdiyi arayışı təqdim edərək borclarının olmadığını bildirmişlər. Bundan sonra 1.200 manat pulu tam şəkildə Təqsirləndirilən şəxs versələr də, sonuncunun pulu tələbkara təqdim etmədiyi məlum olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs zəng edib pulunu tələb etmişdir. Hətta onların yanında Şahid2 də Rövşənlə danışaraq pulu gətirib ödəməyi istəmişdir. Təqsirləndirilən şəxs da həmin pulu tez bir zamanda qaytaracağını bildirmişdir. Bundan sonra uşağı təcili Rusiya Federasiyasına aparmalı olduqları üçün Şahid2 Fərhadla danışaraq, 1.200 manatdan əlavə ödəniş etməyə razı olduqlarını və sonuncunun şikayətini geri götürməsi üçün razı salmağı xahiş etmişlər. Fərid də Fərhadla danışmış və 700 manata razı salmışdır. Oğlu aparıb 700 manat pulu Fəridə vermiş, həmin prosesdə o, özü iştirak etməmişdir. Amma həmin pulu sonradan Rövşən oğlu Ceyhuna qaytarmışdır. Bundan sonra Fərhad gəlib pulunu almış və şikayətinin olmadığını bildirmişdir. Daha sonra borc ödənildiyi üçün oğlu Ceyhuna qoyulmuş məhdudiyyət götürülmüş və o, ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmişdir. Sonda o, məhkəməyə ərizə təqdim edərək, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin mart ayından Ədliyyə Nazirliyinin Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru vəzifəsində işləyir, Gəncə sakini X5 Şahid3 olan borcu ilə əlaqədar otaq yoldaşı Şahid2 icraatında icra sənədi olmuş, Ceyhun barədə ölkədən çıxmaqla bağlı məhdudiyyət tətbiq edilmiş, sonuncu həmin məhdudiyyətin götürülməsi ilə əlaqədar otaq yoldaşı Fəridə bir neçə dəfə müraciət etmiş və Fərid ondan ödənişlə bağlı sənəd istəmişdir. Daha sonra vətəndaş həmin pulu icra məmuru işləmiş Təqsirləndirilən şəxs vasitəsilə tələbkara ödədiyini, Şahid2 özü barəsində tətbiq edilmiş məhdudiyyətin götürülməsində köməklik göstərməsi üçün tələbkara yenidən ödəniş edəcəyini, həmin təkrar ödəyəcəyi məbləği Təqsirləndirilən şəxs ona qaytaracağını, hətta həmin işlə bağlı Rövşəni ondan tanışlarının xahiş etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan səs yazısı özünə məxsusdur, həmin səs yazısında ondan başqa Ceyhun Rzayev və otaq yoldaşı Şahid2 də səs yazıları mövcuddur, səs yazısında “eyni şeyi iki dəfə ödəyən vətəndaş” deyəndə Ceyhunu nəzərdə tutmuş, sonuncunun qeyd edilən icra işi üzrə ödənişi icra məmuru Təqsirləndirilən şəxs verməsinə baxmayaraq, təcili ölkədən çıxmalı olduğu üçün tələbkara yenidən ödəniş etməyə görə idarəyə gəldiyindən Ceyhun Rzayevi nəzərdə tutaraq “eyni şeyi iki dəfə ödəyən vətəndaş” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, sözügedən icra işi xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə keçmiş icra məmuru Təqsirləndirilən şəxs tərəfindən iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbi könüllü icra etməsi üçün borclulara bildiriş göndərilmişdir. İcra məmuru Təqsirləndirilən şəxs ədliyyə orqanlarından xaric edildiyi üçün icra sənədi 2017-ci ildə icra məmuru Ramin İbadovun icraatına keçmiş, R.İbadovun iş yeri dəyişdirildiyi üçün 2020-ci ilin fevral ayında onun icraatına verilmişdir. xx.xx.2021-ci il tarixdə həmin iş üzrə borclu X2 Şəhəri üzrə İcra İdarəsinə gələrək, işin keçmiş icra məmuru Təqsirləndirilən şəxs icraatında olan zaman borcunu tam şəkildə ödədiyini, ona görə də barəsində məcburi icra tədbirlərinin ləğv edilməsini və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini tələb etmişdir. O, bununla bağlı Ceyhun Rzayevdən 2.000 manat pulun ödənilməsi ilə bağlı sənəd istəmiş, sonuncu 2013-cü il tarixdə keçmiş icra məmuru Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş 2.000 manat pulun ödənilməsi və borcunun olmaması barədə arayışın surətini ona təqdim etmişdir. Bununla bağlı icra sənədi üzrə borcun olub-olmaması barədə dəqiqləşdirmək üçün iş üzrə tələbkar Şahid3 ilə əlaqə saxlamış, sonuncu Ceyhun Rzayevə münasibətdə borcun yalnız 800 manat hissəsinin ödənildiyini, qalan 1.200 manatın isə ödənilmədiyini bildirmişdir. Bundan sonra məlum olmuşdur ki, əvvəlki icra məmuru Təqsirləndirilən şəxs tələbin ödənilməsi üçün Ceyhun Rzayevdən 2.000 manat almasına baxmayaraq, həmin pulun cəmi 800 manat hissəsini Şahid3 ödəmişdir. Hətta qeyd edilən faktla əlaqədar Gəncə şəhər Prokurorluğunda da araşdırma aparılmışdır. Bundan sonra həm Ceyhunla, həm də Rövşənlə əlaqə saxlamış, Rövşən belə halın baş verdiyini və puldan 700 manatı Ceyhuna qaytaracağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə iş üzrə borclu C.Rzayev onun xidməti otağına gələrək 1.200 manat borcdan cəmi 800 manat ödəniş edə biləcəyini, uşağın xəstə olduğunu, başqa pulunun olmadığını, borc məsələsinin 800 manat ödənişlə bağlanmasını bir daha xahiş etmişdir. O, borclu Ceyhun Rzayevin yanında tələbkar Şahid3 mobil telefonla zəng edərək, Ceyhun Rzayevin cəmi 800 manat ödəniş edə biləcəyini və uşağın müalicə etdirmək üçün Rusiya Federasiyasına getmək istədiyini bildirmişdir. Şahid3 razılıq verəndən sonra həmin gün saat 15:00 radələrində idarəyə gələrək 800 manat pulu qəbul etmiş və Ceyhun Rzayevin borclu olmaması barədə yazılı ərizə yazmışdır. Bununla yanaşı, həmin gün saat təxminən 16:00 radələrində keçmiş icra məmuru Təqsirləndirilən şəxs dostu borclu ona xidməti otağında 700 manat pul vermişdir. O, həmin gün Təqsirləndirilən şəxs göndərdiyi 700 manat pulu öz xidməti otağında Ceyhun Rzayevə çatdırmışdır. Bundan sonra o, icra sənədlərinin qeydiyyatının elektron qaydada “EMF” adlı sisteminə daxil olaraq, Ceyhun Rzayevin başqa icra sənədinin olub-olmadığını yoxlamışdır. Həmin vaxt sonuncunun adına yalnız 1 icra sənədinin, yəni Şahid3 2.000 manat pulun ödənilməsi ilə əlaqədar olan icra sənədinin olduğunu görmüşdür. Bu səbəbdən də, Ceyhun Rzayevə qoyulmuş məhdudiyyətin məhz həmin işlə əlaqədar olduğunu düşünərək məhdudiyyətin götürülməsi ilə əlaqədar qərar qəbul edib İcra Baş İdarəsinə göndərmişdir. Bundan sonra yəni, xx.xx.2021-ci il tarixdə borclu Ceyhun Rzayev “whatsapp” vasitəsilə ona səs yazısı göndərərək, ödədiyi 800 manatın qanunsuz olduğunu, həmin pulu vaxtilə Təqsirləndirilən şəxs tam şəkildə ödədiyini bildirmişdir. X11 maddi vəziyyətinin ağır olması səbəbindən təkrar ödədiyi 800 manatın geri verilməsini, əks təqdirdə onun sonuncudan qanunsuz 800 manat alması barədə müvafiq orqanlara şikayət edəcəyini bildirmişdir. Bu məsələ ilə bağlı Ceyhun Rzayevin əvvəllər dələduzluqla və polisə müqavimət göstərdiyi üçün məhkumluq həyatı yaşadığı barədə məlumatı olmuş, həmçinin bir neçə dəfə polis əməkdaşlarına şər atdığını bildiyi üçün, ondan ehtiyat edərək və artıq problem yaranmaması üçün əmək haqqı verilən zaman ona köməklik məqsədilə 300 manat pul ödəyəcəyi barədə telefon danışığı olmuşdur. Ceyhun Rzayev bunu eşidəndən sonra xx.xx.2021-ci il tarixdə səhər saat 07:22də smslə özünə məxsus bank kartını göndərərək 300 manat pulun ödənilməsini tələb etmişdir. Bundan sonra Ceyhuna əsəbiləşərək ona pul göndərməyəcəyini bildirmişdir. Bundan sonra Ceyhun Rzayev bu məsələ ilə bağlı şikayət etmişdir. Bununla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılan zaman cinayət işinin rədd olunması barədə qərar qəbul edilmişdir. Bununla yanaşı Ədliyyə Nazirliyi tərəfindən araşdırma aparılan zaman məlum olmuşdur ki, Ceyhun Rzayevin məhdudiyyəti Şahid3la bağlı deyil, “Finka” Banka borclu olduğuna görə qoyulmuşdur. Ədliyyə Nazirliyi tərəfindən yuxarıda göstərilən hal ciddi nöqsan kimi göstərilmiş və onun ədliyyə orqanlarından xaric olunmağı ilə nəticələnmişdir. O, Ceyhun Rzayev tərəfindən ödənilmiş pul məbləği ilə bağlı səs yazısı ilə əlaqədar bildirmişdir ki, səs yazısında sözügedən 800 manat məbləğındə pul ona Ceyhun Rzayev tərəfindən tələbkar Şahid3 verməklə tələbkardan borcun tam ödənilməsi barədə ərizə verməsi məqsədilə təqdim edilmişdir. “Bir şeyi iki dəfə ödəyən vətəndaş” cümləsini isə işlədən otaq yoldaşı Şahid1dur. Şahid1 həmin cümləni Ceyhun Rzayevin bundan əvvəl Təqsirləndirilən şəxs tələbkarın pulunu ödəməsi barədə məlumatı olduğu üçün istifadə etmişdir. Səs yazısında işi həll edəcəyi halda Ceyhun Rzayevin ona pendir və quzu verəcəyini bildirməsi, sonuncunun 800 manat pulu ona rüşvət qismində vermədiyini göstərir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hazırda Gədəbəy rayon Slavyanka kənd 2 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir.Tələbə yoldaşı Samir Sadıqov qohumu və dostu olan X14 şəhərində onunla tanış edərək 2.000 manat borc pula ehtiyacı olduğunu bildirdiyi üçün o, Ceyhun Rzayevə 2013cü ildə həmin məbləğdə pulu 1 aya qaytarmaq şərti ilə vermiş, bundan əlavə Samir Sadıqovun özünün də ona 3.600 manat, eləcə də Ceyhun Rzayevin əmisioğlu X6 isə 500 manat borcu olduğunu, lakin, üzərindən 1 ay keçməsinə baxmayaraq, borclu Ceyhun Rzayevin və digərlərinin borclarını qaytarmadıqlarını görüb məhkəməyə müraciət etmiş və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2013-cü il tarixli qətnaməsi ilə borcun cavabdehlərdən tutularaq ona qaytarılması qət edilmişdir. Həmin qətnamə icra üçün Gəncə İcra İdarəsinə yönəldilmiş və icra sənədi icra məmuru Təqsirləndirilən şəxs icraatında olmuşdur. Uzun müddət Təqsirləndirilən şəxs yanına getsə də, Ceyhun tərəfindən pulun ödənilməsi yubadılmış, bir müddətdən sonra Ceyhunun atası Nümayəndə2lə görüşmüş, sonuncu borcun qarşılığında öz fermasında saxladığı heyvanlardan təklif eləsə də, o, pulunu tələb etmiş, 2.000 manat borcdan 800 manatı hissə-hissə 1-2 il müddət ərzində borcludan tutularaq ona ödənilmişdir. Həmin puldan 200 manat Təqsirləndirilən şəxs tərəfindən borcludan alınaraq, əlbəəl ona xidməti otağında təqdim edilmiş, geridə qalan 600 manat isə hissə-hissə olaraq, bir neçə dəfəyə Ceyhunun atası Nümayəndə2 tərəfindən ona Gəncə şəhərində müxtəlif yerlərdə verilmişdir. Bundan sonra əlavə ödəniş edilməmiş və o, da həmin qalıq 1.200 manat pulun tələbini dayandırmışdır. Təxminən 2021-ci ilin oktyabr ayında Gəncə şəhərində İcra İdarəsinin müavini ona zəng edərək Ceyhun Rzayevin ona olan borcunu ödəyib ödəmədiyini soruşmuş, o, isə cəmi 800 manat pulun ödənildiyini, geridə qalan pulun bugünkü günə kimi ödənilmədiyini bildirmişdir. Bundan sonra, icra məmuru Şahid2 zəng edərək, borcuna görə Ceyhun Rzayevin ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, nə qədər ödəniş eləsə, Ceyhundan şikayəti geri götürəcəyini soruşmuş, uzun söhbətdən sonra 700 manata razılaşmış və həmin məbləğin ödənəcəyi halda şikayətini geri götürəcəyini bildirmişdir. Bundan sonra Fərid onu icra idarəsinə dəvət eləmiş, idarədə olanda pulu ona icra məmuru Təqsirləndirilən şəxs ödəyəcəyini öyrənmiş, bunun səbəbini soruşmamış, hətta idarədə olanda Rövşən Fəridə zəng edən zaman Rövşənlə Fəridin telefonu vasitəsilə danışmış, həmin vaxt Rövşən telefonda ona vəziyyətinin pis olduğunu, pulu tam şəkildə qaytara bilmədiyini deyərək, ondan 700 manata razılıq verməyi və borcun tam şəkildə ödənilməsi barədə ərizə təqdim etməyi xahiş etmiş, o, da bir daha məsələ ilə bağlı Rövşənə öz razılığını bildirmişdir. Bundan bir müddət sonra bir nəfər idarəyə gələrək, pulu Fəridə vermiş və sonuncu da həmin pulu ona təqdim etmiş, o, da bunun qarşılığında Ceyhun Rzayev tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənilməsi və şikayətinin olmadığı barədə ərizə yazmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - CD diskdə olan səs yazılarından məlum olur ki, “Ceyhun Rzayev 1” adlı olan 48 saniyəlik səs yazısında borclu Ceyhun Rzayev adlı şəxslə Şahid2 adlı icra məmuru arasındakı danışıqlar əks olunur. Səs yazısından məlum olur ki, Şahid2: 800 manat? Verdin pulu? Ceyhun Rzayev: Hə öz cibimdən verdim. Şahid1 otaqda replika ataraq deyir ki, bir şeyi iki dəfə ödəyən vətəndaş. Ceyhun Rzayev: Götür bu 800 manatı düzdürmü? Şahid2: Düzdü. Ceyhun Rzayev: sən canın bununla da bunu bağla. Mənə bir köməklik elə, demişəm sənə bir çəpiş, pendir. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2013-cü il tarixli 2(043)- 1146/2013 saylı qətnaməsindən görünür ki, Şahid3 iddiası təmin edilərək, cababdehlər X1 3.600 manat, X4 2.000 manat, X3 500 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya qaytarılmasını qət edilmişdir. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin “pul tələbinin təmin edilməsinə dair” 21 oktyabr 2013-cü il tarixli 2(043)-1146/2013 saylı qətnaməsinin icra edilməsi ilə bağlı 1146/2013 saylı icra işi xx.xx.2013-cü il tarixdə Təqsirləndirilən şəxs Fərhad oğlunun icraatına daxil olmuşdur. - Təqsirləndirilən şəxs Fərhad oğlu tərəfindən X7 verilmiş 7 dekabr 2015-ci il tarixli 6596/13 saylı arayışdan görünür ki, arayışda Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1146/2013 nömrəli 21 oktyabr 2013-cü il tarixli icra sənədinə əsasən müəyyən edilmiş 2.000 (iki min) manat borcun tam şəkildə ödənilməsi barədə qeyd edilərək, Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. - Şahid3 tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu icra sənədinə əsasən Ceyhun Rzayev tərəfindən ona olan 2.000 (iki min) manat borcun tam olaraq ödənildiyini bildirərək, Ceyhun Rzayev barəsində icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 26 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə xx.xx.2001-ci il tarixli 69-k saylı əmrlə ədliyyə orqanlarında qulluğa qəbul edilərək Gəncə şəhəri Kəpəz rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsinə məhkəmə nəzarətçisi, xx.xx.2008-ci il tarixli 341-k saylı əmrlə Gəncə Apellyasiya Məhkəməsi üzrə Məhkəmə nəzarətçiləri bölməsinin rəisi, xx.xx.2012-ci il tarixli 295-k saylı əmrlə Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru (mürəkkəb işlər üzrə qrupun rəhbəri), xx.xx.2017-ci il tarixli 364-k saylı əmrlə Göygöl rayon icra şöbəsinin icra məmuru vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixli 4-T saylı əmrlə, əvvəllər verilmiş intizam tənbehlərindən lazımi nəticə çıxarmayaraq xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntularına yol verdiyinə, həmçinin “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərinə əməl etmədiyinə görə ədliyyə orqanlarından xaric edilmişdir. - Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş 13 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu əvvəllər məhkum olunmamışdır. - Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 Nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs Fərhad oğlu müsbət xarakterizə olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən 179.2.3 və 308.1-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməməsi, yəni zərərçəkmiş şəxs Nümayəndə2 aldığı 1200 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək mənimsəməməsi, vəzifə səaliyyətlərindən sui-istifadə etməməsibarədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri və digər sənədlərlə Təqsirləndirilən şəxs Nümayəndə2 aldığı 1200 manat pulu öz qulluq mövqeyindən istifadə edərək mənimsəməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi öz təsdiqini tapır. Məhkəmə, Təqsirləndirilən şəxs özünu təqsirli bilməməsi barədə ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə istintaqı zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürülən dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs Nümayəndə2 aldığı 1200 manat pulu öz qulluq mövqeyindən istifadə edərək mənimsəməsinə və vəzifə səlahiyyətlərindən suiistifadə etməsinədair verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli 179.2.3 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 179.2.3 və 308.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, CM-in: 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 179.2.3 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri az ağır cinayətlərdir. Cinayət işinin materiallarından göründüyü Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini xx.xx.2015-ci il tarixdə törətmişdir. Göstərilən cinayət əməllərinin törədilmə vaxtının xx.xx.2015-ci il tarixi olmasını və həmin əməllərin törədilməsi vaxtından yeddi ildən çox vaxt, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 308.1-ci maddələri ilə cəza təyin etməməyi qanuni və əsaslı hesab edir. Belə ki, CPM-in 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlarəsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-194/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-194/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver