Məhkəmə qərarları › İş №1(125)-195/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-195/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-195/2022 29.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət verən X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X4 şikayətinə məhkəmənin inzibati binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci, 147-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, X3 onun doğma xalasıdır. O, xalası Əntiqə tərəfindən təhqir olunmuş və bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü polis şöbəsinə ərizə ilə müraciət etmiş, lakin onun ərizəsi əsassız olaraq təmin edilməmişdir. Belə ki, o, iş materiallarında xalası tərəfindən açıqca olaraq təhqir edilməyi və sonuncu tərəfindən onun barəsində böhtan xarakterli məlumatlar yayılması və bu halın sonuncu tərəfindən etiraf etməsi ilə bağlı səs yazılarını təqdim etməyinə baxmayaraq 3-cü polis şöbəsi tərəfindən heç bir araşdırma aparılmamış və qərarda böhtan və təhqirin yalnız kütləvi çıxışlarda və əsərlərdə, internet səhifələrində olduğu təqdirdə tərkib əlamətlərinin olması qənaətinə gəlinmişdir.Hansı ki, bu kimi qiymətləndirmə maddi hüquq normasının tələbinin düzgün tətbiq etməməsi kimi qiymətləndirilməlidir.X3 onun şərəfini və ləyaqətini ağır ifadə olunan ağır söyüşlərlə təhqir etmiş, onun anası telefonda eşidə-eşidə, həmçinin yas mərasimində onun şərəfi olaraq namusu barədə qız uşağı olmamağı ilə bağlı böhtanı əsasında o, ekspertizadan keçərək rəy almışa və təhqiqat şöbəsinə təqdim etmişdir. Digər sübutu -şikayətə əlavə etdiyi Gəncə şəhər, Prokurorluğunun və Gəncə şəhər məhkəməsinin preyidisual qərarları. Qeyd olunan qərarlarla onun MTE PA-dan keçmiş və MTE-nin xx.xx.2022-ci il tarixli, 633 saylı, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 3-cü PB-yə daxil olmuş rəyindən görünür ki, vətandaş X2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Digər sübutu şikayətə əlavə etdiyi SD-diskdə olan səs yazılarından ibarətdir. Sonda o, şikayətin təmin olunmasına dair qərar şıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətin mahiyyətinə uyğun izahat verərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs xüsusi ittiham qaydasında şikayətdə qeyd edilənlərin həqiqətə uyğun olmadığını, yalan olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin “Təhqir” adlanan 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi göstərilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, Cinayət Məcəlləsinin 147-ci maddəsi iki hissədən ibarət (147.1 və 147.2) olmaqla, həmin əməllərin hər biri ayrı-ayrılıqda cinayət əməli hesab olunur. Lakin, xüsusi ittiham qaydasında verilmiş şikayətdə Əntiqə Məmmədovanın Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə yanaşı, 147-ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmiş, Cinayət Məcəlləsinin 147-ci maddəsinin hansı bəndi ilə məsuliyyətə cəlb edilməsinin istənilməsi dəqiq göstərilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, İlahə Əliyeva xüsusi ittiham qaydasında şikayətdə xalası Əntiqə Məmmədovanın yas mərasimində barəsində böhtan xarakterli məlumatlar yaymasını bildirsə də, bunun hansı şahidlərlərin ifadələri ilə təsdiq edildiyini, hadisənin hansı tarixdə və harada baş verdiyini göstərməmişdir. Halbuki, Cinayət Prosessual Məcəlləsinin 293.3.4 və 302.1.3-cü maddələrinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, bundan başqa həmin Məcəllənin 293.3.2 və 302.1.3cü maddələrinin tələbinə görə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilmədikdə, məhkəmə məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X4 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar