Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-195/2023 31.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş, Göygöl şəhəri, A.Şəmşir küçəsi, ev 76-da yaşamış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 1(100)-5/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.1-ci və 66.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, törətdiyi cinayət əməlinə görə Gəncə şəhəri Nizami rayonu ərizisində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcrid- xanasında cəza çəkərkən “İstintaq təcridxanalarının X4” ilə qadağan olunmuş əşya – daxilində danışıq kartı olmayan bir ədəd “Nokıa” markalı, “Mini Phone” modelli, “**********32618- **********32615” imei kodlu, həmçinin ***-***-**-** nömrəli “Sim” danışıq kartını və bir ədəd elektrik qidalandırıcısını istintaqa məlum olmayan mənbə- dən əldə edib gəzdirmiş və həmin mobil telefon vasitəsi ilə atası Şahid4 istifadəsində olan ***-***-**-** saylı, anası Şahid5 istifadəsində olan ***-***-**-** saylı və qardaşı Şahid6 istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrələrinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş və saxlanıldığı 3-cü rejim korpusunun sanitar qovşağının tavanında düzəltdiyi gizli saxlanc yerində saxlamış, 12 fevral 2022-ci il tarixdə saat 11:00 radələrində təcridxa- nanın əməkdaşları tərəfindən həmin kamerada axtarış-baxış tədbirləri keçirilən zaman kameranın sanitar qovşağının tavanındakı gizli saxlanc yerindən qeyd edilən mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı, kamerada olan soyuducunun qapısından isə ***-***-**-** nömrəli “Sim” danışıq kartı aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi, maddi sübutlar, istintaq hərəkətinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər cəza çəkdiyi 2 saylı istintaq təcridxanasında saxlandığı kameradan aşkar edilərək götürülmüş daxilində danışıq kartı olmayan bir ədəd mobil telefon aparatını, bir ədəd elektrik qidalandırıcısını və bir ədəd ***-***-**-** saylı “Sim” danışıq kartını o, təcridxana əməkdaşları tərəfindən aşkar olunmamışdan bir neçə gün əvvəl təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində həmin istintaq təcridxanasının gəzinti otağında olarkən divarın çatlamış hissəsindən torbaya bükülü vəziyyətdə tapmış və aparıb saxlandığı kamerada gizlətmişdir. Həmin mobil telefonu tapandan sonra o, danışıq kartını salaraq bir neçə dəfə atası Şahid4 istifadəsində olan ***-***-**-** nömrəli, anası Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli və qardaşı Şahid6 istifadəsində olan ***-***- **-** nömrəli mobil telefonları yığaraq əlaqə saxlayıb danışmışdır. 12 fevral 2022-ci il tarixdə saat 11:00 radələrində isə təcridxananın əməkdaşları həmin kamerada axtarışbaxış tədbirləri keçirən zaman kameranın sanitar qovşağının tavanındakı gizli saxlanc yerindən qeyd edilən mobil telefon aparatı, ona məxsus bir ədəd elektrik qidalandırıcı, kamerada olan soyuducunun qapısından isə ***-***-**-** nömrəli “Sim” danışıq kartını axtarış aparan əməkdaşlara özü gizlətdiyi yerlərdən götürüb təqdim etmişdir. Sonda törətdiyi əməldən peşmanlıq çəkdiyini nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının əməliyyat bölməsinin böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs təcridxanada cəza çəkən şəxs kimi tanımışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən 12 fevral 2022-ci il tarixdə saat 11:00 radələrində hal şahidlərinin iştirakı ilə müəssisənin 3-cü rejim korpusunun 62 saylı kamerasının sanitar qovşağında axtarış-baxış tədbirləri keçirilən zaman Təqsirləndirilən şəxs ona məxsus olduğunu qeyd etdiyi bir ədəd “Nokia Mini” markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı, tədbir davam etdirilən zaman həmin kamerada olan soyuducunun qapısından isə bir ədəd ***-***-**-** saylı “Sim” danışıq kartı aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar məhkum Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək qeyd edilən əşyalar qablaşdırılaraq protokola əlavə olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları Şahid2, Şahid3 digər Şahid2 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində Peni- tensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan oğlu Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsilə yığaraq əlaqə saxlayaraq danışdığını, lakin oğlunun həmin telefonu hardan aldığını və hansı qaydada ona zəng etdiyini bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan oğlu Təqsirləndirilən şəxs əvvəllər ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini yığaraq ad günündə onu təbrik etmiş, lakin oğlunun həmin telefonu hardan aldığını və hansı qaydada ona zəng etdiyini bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində Peni- tensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan qardaşı Təqsirləndirilən şəxs əvvəllər ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə yığaraq əlaqə saxlayıb danışdığını, lakin qardaşının həmin telefonu hardan aldığını və hansı qaydada ona zəng etdiyini bilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - xx.xx.2022-ci il tarixli protokoldan məlum olur ki, 12 fevral 2022-ci il tarixdə saat 11:00 radələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən qabaqcadan alınmış əməliyyat məlumatına əsasən 3-cü rejim korpusunun 62 saylı kamera sında axtarış-baxış tədbirləri keçirilən zaman kameranın sanitar qovşağının tavanında düzəldilmiş gizli saxlanc yerindən gizlədilmiş vəziyyətdə məhkum Təqsirləndirilən şəxs məxsus “İstintaq təcridxanalarının Daxili İnti- zam Qaydaları” ilə qadağan olunmuş əşya olan daxilində danışıq kartı olmayan bir ədəd “Nokıa” markalı, “Mini Phone” modelli mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı, tədbir davam etdirilərkən həmin kamerada olan soyuducunun qapısında gizlədilmiş vəziyyətdə bir ədəd ***-***-**-** saylı “Sim” danışıq kartı aşkar edilərək götürülmüşdür. - İş üzrə təyin edilmiş kompyuter-texniki ekspertizasının 14 mart 2022-ci il tarixli, “5/284” nömrəli rəyindən görünür ki, görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********32618-**********32615” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. - Azercell” MMC-dən alınmış 04 may 2022-ci il tarixli, “7567” nömrəli məktubdan və iş üzrə çıxarış olan diskdən görünür ki, məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi istintaq təcridxanasında istifadə etdiyi “Nokia” markalı, “Mini Phone” modelli, “**********32***- *******02- 132615” imei kodlu mobil telefon aparatından ***-***-**-** saylı GSM danı- şıq kartı vasitəsilə istifadə edərək ***-***-**-**; ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nöm- rələri ilə mütəmadi danışıqlar aparmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4, 178.3.1-ci maddələri ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-5/2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.5, 178.3.1-ci maddələri ilə 08 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-5/2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsin 66.5-ci maddəsinə əsasən həmin hökm ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla o, 08 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs tutulduğu 17 may 2018-ci il tarixdən hökm çıxarılan vaxtadək 2 il 10 ay 21 gün müddət çəkdiyi azadlıqdan məhrumetmə cəzası ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 5 il 4 ay 9 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. -Gəncə Apellyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmədən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-5/2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X4”na 11-ci əlavədən görünür ki, mobil telefon aparatının məhkumlara saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyadır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-5/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl yəni -Gəncə Apellyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı qəbul edilməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş cəza hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, cəzasını həmin hökmlə müəyyən olunmuş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs tutulduğu 17 may 2018-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Nokia” markalı “Mini Phone” modelli “**********32618- **********32615” imei kodlu mobil telefon aparatı, bir ədəd ***-***-**-** saylı GSM danışıq kartı və bir ədəd elektrik qidalandırıcısı xüsusi müsadirə edilməklə məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməli, həmçinin "xxxx" MMC-dən alınmış 04 may 2022-ci il tarixli “7567” nömrəli məktub və iş üzrə çıxarış olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 53 (əlli üç) manat 65 (altmış beş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi məhkum Təqsirləndirilən şəxs Eİdəniz oğluna məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Eİdəniz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-5/2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Eİdəniz oğluna təyin olunmuş 08 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 08 (səkkiz) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Eİdəniz oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli tutulduğu 17 may 2018-ci il tarixdən hesablansın və onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübutlar - cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Nokia” markalı “Mini Phone” modelli “**********32618-**********32615” imei kodlu mobil telefon aparatı, bir ədəd ***-***-**-** saylı GSM danışıq kartı və bir ədəd elektrik qidalandırıcısı xüsusi müsadirə edilməklə məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin, həmçinin "xxxx" MMC-dən alınmış 04 may 2022-ci il tarixli “7567” nömrəli məktub və iş üzrə çıxarış olan disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 53 (əlli üç) manat 65 (altmış beş) qəpik pul Təqsirləndirilən şəxs Eİdəniz oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs Eİdəniz oğluna göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-195/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-195/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver