Məhkəmə qərarları › İş №1(125)-195/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-195/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-195/2024 05.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, müdafiəçi –Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təsilli,subay, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Böyük Qaramurad kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıqməhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə 12 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Təzə Şəmkir” Avtovağzalında dayanıqlı vəziyyətdə olan “Mersedes Sprinter” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa oturacağında əyləşmiş keçmiş arvadı Zərərçəkmiş şəxs yanında əyləşdikdən sonra sonuncunun naməlum avtomobildən düşməsini bəhanə edərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə üzərində olan təsrərrüfat-məişət təyinatlı turist bıçağını nümayiş etdirib silah qismində tətbiq etməklə həmin bıçaqla zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən zərbələr endirərək təpəənsə və boyun nahiyyələrinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü yalnız Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 2018-ci ildən ailə həyatı qurmuş və həmin nikahdan iki övladıolmuşdur. 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə olduğundan onlar ayrılmış və ayrıldıqları vaxtdanda 2 azyaşlı övladı onunla birlikdə yaşamışdır. Təxminən 2023-cü ilin avqust-sentyabr aylarında Zərərçəkmiş şəxs uşaqları ondan almaq üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. 30 noyabr 2023-cü il tarixdə o, Gədəbəy Rayon Məhkəməsi tərəfindən məhkəmə prosesinə dəvət edildiyi üçün Gəncə şəhəri,“Təzə Şəmkir” avtovağzalına getmiş, orada mikroavtobusa yaxınlaşmış, özü üçün mikroavtobusda bir nəfərlik yer saxlatmışdır. Mikroavtobusun yaxınlığında siqaret çəkən zaman “Mercedes” markalı avtomobil mikroavtobusun yanında saxlamış, Sürəyyada həmin “Mercedes” markalı avtomobildən düşmüşdür. O, həmin avtomobilin sürücüsünə yaxınlaşıb saxlamağını istəmiş, lakin “Mercedes” markalı avtomobilinsürücüsü onun istəyinə məhəl qoymayaraq avtomobili sürüb oradan uzaqlaşmışdır. Sürəyya onun Gədəbəyə gedəcəyi mikroavtobusa daxil olub arxa oturacaqda əyləşmiş,o,da siqaretini çəkdikdən sonra mikroavtobusa minib Sürəyyanın yanında əyləşmişdir. Həmin vaxt o, Sürəyyanı qısqanmış və onu qorxutmaq məqsədilə“Mercedes” markalı avtomobilin sürücüsünün kim oluğunu soruşmuş, o, isə cavab vermədiyindən əsəbləşərək üzərində olan bıçağı çıxararaq Sürəyyaya bir neçə dəfə baş və boyun nahiyyələrindən zərbələr endirmişdir. Bundan sonra avtobusdan düşərək hadisə yerindən kənarlaşmışdır. O, mikroavtobusdan düşdükdən sonra bir neçə metr qabağa getdikdən sonra polis əməkdaşlarının olduğunu görmüş və onlara hadisə barədə məlumat verdikdən sonra polis idarəsinə gətirib təhvil vermişlər. İclasda dövlət ittihamçısı tərəfindən verilən suallara cavab olaraq C. Cəfərov iş üzrə maddi sübut olan audioyazıya münasibət bildirərək qeyd etmişdir ki, boşanacaqları halda uşaqlarını anası Sürəyyaya vermək istəməmiş və buna görə də Sürəyyanı qorxutmaq üçün “sənin başına oyun açacam” demişdir. O, ifadəsinin sonunda Sürəyyanı öldürmək niyyətinin olmadığını və yalnız sonuncunu qorxutmaq məqsədi olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci il tarixdə ailə həyatı qurmuş və 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında yaranmış münaqişəyə görə ayrılmışlar. Onlar ayrıldıqdan sonra birgə nigahdan olan 2 övladınıTəqsirləndirilən şəxs ona verməmiş və ona səsli mesajlar göndərərək onu öldürməklə hədələmişdir.O, uşaqları almaq üçün Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsi tərəfindən 30 noyabr 2023-cü il tarixdə saat 15:00 dəqiqədə məhkəmə prosesinə dəvət olunmuşdur. O, Gəncə şəhər avtovağzalına getmək üçün yol kənarında dayanmış dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi ilə “Təzə Şəmkir” avtovağzalına getmiş və avtovağzalda Gədəbəy rayonuna gedən mikroavtobusa minmişdir. Təxminən 10-15 dəqiqə sonra Ceyhun onun əyləşdiyi mikroavtobusa əyləşərək baş və boyun nahiyəsinə bıçaqla xəsarət yetirmiş, bıçaq əlindən düşdükdən sonra isə ona əl-ayaq zərbələri vurmuşdur. Daha sonra mikroavtobusun arxa oturacağından tanımadığı şəxslər mikoavtobusun arxa qapısını açıb onu arxa oturacaqların altından dartıb çıxarmış və təxminən 20-25 dəqiqədən sonra təcili tibbi yardım gəlmişdir.O, həmçinin bildirmişdir ki, xəsarət yetirən zaman Ceyhun onun ünvanına nəlayiq ifadələrdə işlətmişdir. O, mikroavtobusda olan sərnişinlərinheç birini tanımadığını və hadisə zamanı səs-küy yarandığından ətrafa başqa şəxslərində toplandığını bildirmişdir. Məhkəmədə Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Sürəyya Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş vəonların birgənikahdan 2 övladı vardır. Təxminən 1 ildir ki, aralarında mütamadi olaraq mübahisə və münaqişələrinin olması səbəbindən ayrılmışlar. Ayrıldıqdan sonra Ceyhun uşaqları Sürəyyaya göstərməmişdir. Bu səbəbdəndə Sürəyya uşaqları ondan almaq üçün Gədəbəy rayon Məhkəməsinə müraciət etmişdir. Ceyhun ayrıldıqdan sonra dəfələrlə Sürəyyayazəng edərək uşaqlarıona verməyəcəyini, ümumiyyətlə uşaqlar ilə görüşdürməyəcyini bildirərək Sürəyyanı nəlayiq ifadələr ilə təhqir edib, öldürməklə hədələmişdir. Bu arədə Ceyhun ilə Sürəyyanın səs yazısı var. Həmin səs yazısını Sürəyya anası Rəqibəyə göndərmişdir. 30 noyabr 2023-cü il tarixdə Sürəyya ona zəng etmiş, lakin telefonu səssiz rejimdə olduğundan zəngin səsini eşitməmişdir. O,Sürəyyanın zəngini gördükdən sonra ona zəng etmiş və telefonu tanımadığı həkim götürərək Sürəyyanın xəsarət alaraq xəstəxanya müraciət etdiyinibildirmişdir. O bundan sonra Gəncə şəhər 3 nömrəli xəstəxanaya getmiş vəCeyhunun Sürəyyaya bıçaqla xəsarət yetirdiyiməlum olmuşdur. O bildyi qədər hadisə zamanı ətrafa xeyli sayda şəxslər toplaşmış, lakin həmin şəxslərin şəxsiyyəti barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmədə Şahid5 ifadəsində bildirmişdir ki, 30 noyabr 2023-cü il tarixdə xidmətdə olan zaman “Təzə Şəmkir” avtovağzalında dayanıqlı vəziyyətdə olan **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtbusun içərisində səs-küy yaranmış və həmin zaman bir nəfər şəxsin iti addımlar ilə mikroavtbusdan uzaqlaşdığını və mikroavtbusun yanına xeyli şəxsin toplaşdığını görmüşdür. O, həmin şəxsin yaranmış səs-küyün səbəbkarı ola biləcəyini düşündüyü üçün onu saxlamış və ondan bir neçə metr aralıda astfaltın üzərində bir ədəd bıçaq olduğunu görmüşdür.Onunla söhbət edən zaman Ceyhun mikroavtobusun içərisində keçmiş arvadını bıçaqla vurduğunu və polisə təslim olmaq istədiyini, həmçinin yerdə olan bıçağın ona məxsus olduğunu bildirmişdir. O, bu barədə rəhbərliyə məlumat verdikdən bir neçə dəqiqə sonra Şahid4 və Şahid3 gəlmiş, o həmin şəxsi və 1 ədəd bıçağı gələn əməkdaşlara təhvil vermişdir. O, dava dalaş hadisəsini görmədiyini və hadisə yerinə çatanda artıq hadisənin sona çatmasını bildirmişdir. Məhkəmədə Şahid3 ifadəsində bildirmişdir ki, 30 nobyabr 2023-cü il tarixdə ekipaj yoldaşı Şahid4 ilə xidmətdə olan zaman Gəncə şəhəri “Təzə Şəmkir” avtovağzalında bıçağlaşma hadisəsi baş verməsi barədə məlumat verildikdə hadisə yerinə yaxınlaşmışdırlar. Hadisə yerinə yaxınlaşdıqda polis əməkdaşı olan Şahid5 tərəfindən saxlanılmış bir nəfər şəxsin olduğunu görmüş və həmin şəxsin şəxsi münasibətlər zəmnində keçmiş arvadını bıçaqla xəsarət yetirdiyini bildirilmişdir. Adı sonradan məlum olan Təqsirləndirilən şəxs və 1 ədəd bıçaq Şahid5 tərəfindən onlara təhvil verilmişdir. Onlarda həmin şəxsi patrul avtomobilinə əyləşdirərək aidiyyatı üzrə Gəncə şəhər BPİ-nə gətirib təhvil vermişdirlər. İfadəsinin sonunda o, hadisəni görmədiyini, lakin hadisə yerinə çatdıqda mikroavtobusunda yanına xeyli sayda tanımadığı şəxslərin toplaşdığını və hadisənin mikroavtobusun içərisində baş verdiyini eşitdiyini bildirmişdir. Məhkəmədə şahid qismində Şahid4 ifadəsindən görünür ki, o, Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdikləri bir daha təsdiq etmişdir. Məhkəmədə Şahid2 ifdəsində bildirmişdir ki, həftənin 6 günü Gədəbəy-Gəncə marşurut xətti üzrə sərnişin daşıyır. xx.xx.2023-cü il tarixdə saat təxminən 11:30 radələrində icarə əsasında işlətdiyi və etibarnamə əsasında idarə etdiyi “Mersedes Sprinter" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri “Yeni Şəmkir” avtovağzalında sərnişinləri götürmək üçün gözləyən zaman nəqliyyat vasitəsinin qarşısında dayanmış və adını bilmədiyi bir nəfər şəxs ona yaxınlaşaraq Gədəbəy rayonuna getmək istədiyini bildirmişdir. Daha sonra o, həmin şəxsə avtobusa əyləşməsini biİdirmişdir. Həmin şəxs maşına əyləşdikdən sonra təxminən 5-10 saniyə ərzində içəridə səs-küy eşitmiş və həmin şəxsin maşında əyləşmiş qadın sərnişinə bir neçə bıçaq zərbəsi vurduğunu vəavtobusdan düşüb hadisə yerindən uzaqlaşdığını görmüşdür. Təxminən bir neçə dəqiqədən sonra polislər həmin şəxsi saxlamışlar. İclasda dövlət ittihamçısı tərəfindən verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, qadın sərnişinə xəsarət yetirilən zaman avtobusda olan digər qadınlar səs-küy salaraq “vurma, sən nə edirsən” qışqırmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 01dekabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan RespublikasıCM 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış vəicraata qəbul edilməsi qərara alınmışdır.(i. v.1) - 30 noyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Təzə Şəmkir” avtovağzalında **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində baş vermişdir. Baxış zamanı avtomobilin içərisində qan ləkələri aşkar edildi. (i.v. 6-13); - 30 noyabr 2023-cü il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və foto şəkillərdən görünür ki, Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfərləri Şahid4 və Şahid3 tərəfindən təqdim edilmiş 1 ədəd bıçaq qablaşdırılmış, DİN-nin 91 nömrəli zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı müəyyən edilmişdir ki, bıçaq gümüşü rənglidir, açılıb qatlanandır, dəstəyinin hər iki üzündə 3 ədəd qara rəngli zolaqlar var,üzərində qanabənzər ləkələr aşkar edilmədi.(i.v.15-19) -01dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan RespublikasıCM 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli bilinərək həmin tarixdə saat 20:10 dəqiqədə tutulmuşdur.(i.v.34) - 02 dekabr 2023-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi həmin məcəllənin 221.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır .(i.v.42) - 02 dekabr 2023-cü il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki,Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd gödəkçə açıq qara rəngdədir. İki yan cibi var. Ön tərəfdən 5 ədəd düymə var. Gödəkçəyə muncuqlarla bəzək vurulmuşdur. Gödəkçənin üzərində qanabənzər ləkələr vardır. Gödəkçə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (i.v.47-49) - 03 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb olunmaqlaona həmin maddə ilə ittiham elan edilmişdir. (i. v. 50) - 03 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (i. v. 66-68) - 10 dekabr 2023-cü il tarixli“təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilmiş 1 ədəd diskin içərisində 5 dəqiqə 39 saniyəlik səs yazısı aşkar edilmiş, həmin səs yazılardan biri Zərərçəkmiş şəxs digəri isə Təqsirləndirilən şəxs aiddir.Səs yazısında tərəflər bir birinə nəlayiq ifadələr işlədir. Təqsirləndirilən şəxs bildirir ki, “sən uşaqların adını çəksən məhkəmədən çıxarıb səni öldürəcəm.” O, dəfələrlə Zərərçəkmiş şəxs başına oyun açacağını və uşaqları ona verməyəcəyini bildirir, həmçinin əxlaqsızlıqla məşğul olduğunu deyir. (i.v. 100-102); - Gəncə şəhər Narkoloji Dispanserinin 874 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur.(i.v. 128); - Gəncə şəhər Psixonevroloji Dispanserinin 25 yanvar 2024-cü il tarixli, 552 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur.(i.v. 129); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilətəqsirli bilinərək xx.xx.2023-cü il tarixdəhəbs olunmuşdur. (i.v. 130); - Məhkəmə-Tibbi Ekspertiza və X1 03 dekabr 2023-cü il tarixli, 40 saylı rəyinə əsasən 1) Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (ll) betadır. 2) Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (ll) beta olduğundan onun özünə məxsus ola bilər. 3)Təqdim edilmiş hadisə yerindən götürülmüş qanabənzər nümunələr üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (ll) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. (i.v.133-136); - Məhkəmə Ekspertizası Mərkəzinin 30dekabr 2023-cü il tarixli 16/1291nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir.(i.v.139); - ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 31,50 (otuz bir manat əlli qəpik) manat müəyyən edilmişdir.(i.v.138); - Məhkəmə-Tibbi Ekspertiza və X1 03 dekabr 2023-cü il tarixli, 1868 saylı rəyinə əsasən Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – təpə-ənsə və boyun nahiyyələrinin kəsilmiş yaraları – kəsici əşyanın təsiri altında əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (i.v. 141-143); - 12 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü qismən yəni Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilmişdir. (i. v. 156-158) - 18 fevral 2024-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş 4 növ bıçağın icərisində 2-ci sırada yerləşdirilmiş 1 ədəd bıçağı tanıyıb göstərmişdir.Tanınma zamanı fotoşəkil çəkilmiş və protokola əlavə edilmişdir. (i.v.166-167) - Gəncə şəhər İHB-nın Cavadxan QİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur.(i.v. 175); - 19 fevral 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, məhkəmə - tibbi, məhkəmə - tibbi - biloji və mhkəmə - soyuq silah ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlər sübut növü kimi, bir ədəd bıçaq, bir ədəd gödəkçə,Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs səs yazısını əks etdirənbir ədəd disk iş üzrə maddisübutlar kimi qəbul edilmişdir.(i. v. 176-185) - Gəncə şəhər Məhkəməsinin 4(125)-571/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. -xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V№ ******* saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunması medalı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə İİ Qarabağ müharəbəsində iştirak etməsini, “Füzulinin azad olunmasına görə medalı”, “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif edilməsi vəiki azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi 1 ədəd gödəkçə Zərərçəkmiş şəxs qaytarılmalı, 1 ədəd bıçaq məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.Ekspertiza tədqiqatlarının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, Az.MEM, VÖEN **********, hesab №2088501, X2,KOD 210005, VÖEN **********, m/hAZ41NABZ********************, S.W.İ.F.T.BikCTREAZ22 ödənilsin. İş üzrə maddi sübut kimi 1 ədəd gödəkçə Zərərçəkmiş şəxsqaytarılsın və 1 ədəd bıçaq məhv edilsin. Həmçininmaddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar